Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çekdirmə
Çekdirmə və ya Çekdirme — türkmənlərin milli yeməklərindən biri. Bu Yemək qazanda bişirilir. Hazırlanması üçün düyü, quzu əti, dövmə pomidor və soğan, yağ, su, duz və istiot istifadə olunur. Xırda-xırda doğranmış soğanları qovurduqdan sonra xırda doğranmış ətləri qızardırlar, sonra dövmə pomidor əlavə edirlər. Sonra suyu əlavə edib əti qaynamağa buraxırlar. Sonra su ilə örtülməli olan düyü tökürlər. İstiliyi azaldırlar və düyü bişənə qədər yeməki tərk edirlər.
Çökdürmə
Çökdürmə üsulu — maddə yüksək temperatura çox həssas olduqda, kristallaşdırma mümkün olmadıqda və ya o, pis kristallaşdıqda həlledicilərlə tətbiq edilən üsul. Məhluldan maddəni üç müxtəlif üsulla çökdürmək olar: Sıxışdırıb çıxarma ilə, Hidrogen göstəricisini (hidrogen ionlarının qatılığını) dəyişməklə; Həll olmayanbirləşmə əmələ gətirməklə. Əgər ayrı-ayrılıqda eyni bir həlledicidə iki maddə həll edilirsə onlar bir-birində həll olmursa, onda onlardan daha yaxşı həll olanı müvafiq qatılıqda pis həllolan maddəni sıxışdırıb çıxaracaqdır. Bu prinsipə iki sıxışdırıb çıxarma metodu əsaslanır: qeyri-üzvi və üzvi duzların suda məhlulu ilə duzlaşdırma; bir-birində qarşılıqlı qarışan iki və daha çox həlledici qarışığından istifadə etməklə çökdürmə. Qeyri-üzvi və üzvi duzlardan ya toz şəklində istifadə edilir, ya da onların məhlulu çökdürüləcək maddənin məhluluna əlavə olunur. Bu metodun köməyi ilə suda məhluldan su ilə məhdud miqdarda qarışan həllediciləri (spirtləri, efirləri və s.), üzvi turşuları, amin turşuları, peptidləri ayırırlar. Çökdürücünün təbiətini və miqdarını dəyişməklə məhluldan maddələri seçməklə çökdürmək mümkündür, bu şərtlə ki, həlledicililər qarışığında daha çox həll olan saxlanılsın.
Geri çəkilmə
Geri çəkilmə — müharibə və hərbi işdə taktiki, operativ və ya strateji manevr. Geri çəkilmə qoşunların və qüvvələrin işğal olunmuş müdafiə xətlərini məcburi və ya qəsdən tərk etməsi, habelə onların öz və ya düşmən ərazisinin dərinliklərində yeni xətlərə çəkilməsidir. Geri çəkilmə, növbəti döyüş əməliyyatlarının aparılması üçün zərbə qüvvələrinin və ya vasitələrinin mühüm hərəkəti və manevridir. Məqsəd hərbi qrupu hücumdan uzaqlaşdırmaq, həmçinin qoşunları yenidən qruplaşdırmaq, əlverişli müdafiə mövqeyini gücləndirmək və ya düşməni hücuma cəlb etməkdir.
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edir. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Travmatik çəkilmə sindromu
Travmatik çəkilmə sindromu (isv. uppgivenhetssyndrom) Vətənlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə uşaq və böyüklər yatmaq üçün yataqlarına uzanırlar və yataqdan qalxa bilmirlər. Bu sindromlu insanlar hərəkət edə, yeyə, içə, danışa və ya cavab verə bilmirlər. Dünyanın yalnız müəyyən yerlərində yaranan travmatik çəkilmə sindromunun arxasındakı həqiqət tam olaraq bilinmir. Bu sindromlu insanların ümumi ortaq bir cəhəti var. Sindroma tutulan şəxslər zorakılıqla köç etmək məcburiyyətində qalan və bu səbəbdən travma görmüş immiqrantlardır. Onların əksəriyyəti keçmiş SSRİ və Yuqoslaviya ölkələrindən gələrək İsveçə yerləşənlər olub. Ailələri deportasiya edilməklə hədələndiyi zaman bu insanlar komaya girirlər. Sindromdan qurtulmağın yeganə yolu, immiqrantların İsveçdə qalmasına icazə vermək üçün yaşayış icazəsi qərarıdır. Yaşayış icazəsi alan ailələr, uşaqlarına yaşayış icazəsi ilə birlikdə gələn məktubu oxuduqlarında uşaqlar tədricən oyanmaya başlayır.
Qabarma və çəkilmə enerjisi
Qabarma və çəkilmə enerjisi - Qabarma-çəkilmə səbəbi ilə yer dəyişdirən su kütlələrinin sahib olduğu kinetik və ya potensial enerjinin elektrik enerjisinə çevrilməsidir. Qabarma-çəkilmə enerjisini elektrikə çevirmək üçün geniş şəkildə, uyğun olan qoyların ağzının bir anbarla bağlanılaraq, gələn suyun tutulması, çəkilmə sonrasında da yüksəklik fərqindən faydalanılaraq turbinlər vasitəçiliyi ilə elektrik çıxarılması hədəflənər. 24.8 Saatda bir təkrarlanan qabarma-çəkilmə hərəkətləri, nizamlı bir enerji qaynağı olması baxımından maraqlı olmaqla birlikdə, enerji istehsal müddətinin 6-12 saatla məhdud olması bir üstünlüksüz yaratmaqdadır. Suyun potensial enerjisinin %80-ni elektrik enerjisinə çevirə bilən qabarma-çəkilmə enerjisi, günəş enerjisi kimi digər alternativ enerji qaynaqlarına görə daha yüksək bir məhsuldarlığa malikdir.
Qabarma və çəkilmə elektrik stansiyası
Qabarma və çəkilmə elektrik stansiyası(Q və ÇES) - Dəniz və okean suyunun qabarma və çəkilmə enerjisini elektrik enerjisinə çevirən qurğu (obyekt) - qabarma və çəkilmə elektrik stansiyası adlanır.
Çadır seçdirmə
Çadır seçdirmə (ing. marquee select) — qrafik istifadəçi interfeysində (GUI): birdən çox obyektin bir dəfəyə seçdirilməsi üsulu. Termin öz adını qırıq-qırıq cizgilərdən (qarışqalardan) ibarət məhdudlaşdırıcı çərçivəni bildirən canlandırılmış effektdən götürüb; bu effektdən teatr çadırlarında istifadə olunurdu. Obyektləri çadır seçdirməsi üsulu ilə seçdirmək üçün öncə siçanın göstəricisini obyektlər qrupunun sol yuxarı küncünə aparmaq, sonra siçanın sol düyməsini basıb saxlamaqla göstəricini qrupun sağ aşağı küncünə doğru diaqonal boyunca hərəkət etdirmək, və nəhayət, "çadır" bütün obyektləri əhatə etdikdən sonra siçanın düyməsini buraxmaq lazımdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.