ƏKDİRMƏK₁

icb. Əkmə işi gördürmək, basdırtmaq. Boş yerlərdə ağac əkdirmək.
[Hacı Nuru şair:] [Səfər bəy], mülkədarsan, sənə lazım idi ki, əkdirəydin, biçdirəydin, dövlət qazanaydın… M.F.Axundzadə.
Tikinti rəisi hələ yazda Qubadan və başqa rayonlardan xeyli ağac tingləri gətirdib küçələrə əkdirmişdi. Ə.Sadıq.

// Tumu şumlanmış yerə səpdirib üstünü torpaqla örtdürmək. Əkin əkdirmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏKDİRMƏK basdırmaq
ƏKDİRMƏ
ƏKDİRMƏK₂

Digər lüğətlərdə

доруга́ться металлогра́фия си́ненькая верте́ться как не так ма́сленица насто́ечный поглота́ть проникнове́ние прота́птывать укреплённый грабли сатана тарарахать audiology Brittany electrotypy gendarme Herts minor ticket-night безногий квартирьер поглотитель применять