Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çərəkən
Çərəkən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çərəkən kəndi Horovlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çərəkən kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 4 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Çərə adlı sahədə salınmışdır. Çərə (örüş yeri) və kənd (d səsi sonralar düşmüşdür) komponentlərindən düzəlmiş bu oykonim "örüş yerində salınmış kənd" mənasındadır. 1933-cü ildə kəndin adı Çərəkənt variantında qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Rauf Vəliyev — "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Mərəkan (Xoy)
Mərəkan (fars. مراكان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Çərəkən çayı
Çərəkənçay — Füzuli rayonu ərazisində çay. == Hidronimi == Arazın sol qoludur. Çay ərazisindən axdığı Çərəkən kəndinin adını daşıyır.
Cərəyan
Dəniz cərəyanları
Hüseynabad-i Mərəkan (Xoy)
Hüseynabad-i Mərəkan (fars. حسين ابادمراكان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Cərəyan ayrılması
Bir maye içərisində hərəkət edən (və ya ətrafından maye keçən sabit) hər bir bərk cismin səthinin ətrafında viskoz qüvvələrin meydana gəldiyi sərhəd qatları inkişaf edir. Sərhəd qatları laminar və ya turbulent ola bilər. Sərhəd qatının laminar və ya türbülans olub-olmaması yerli axın şərtlərinin Reynolds ədədinin hesablanması ilə əsaslı şəkildə tapıla bilər. “Axın ayrılması”, sərhəd təbəqəsinin əks təzyiq gradientindən kifayət qədər uzaqlaşdıqda baş verir, bu vəziyyətdə sərhəd qatı sürəti demək olar ki, sıfıra enir. Maye axını cisim səthindən ayrılır və bunun əvəzinə vortekslər və dövrələr yaradır. Maye ayrılığı həm də obyektin həndəsi quruluşundan asılıdır. Kəskin cizgilərə və ya yüksək əyriliklərə malik küt cisimlərdə mayenin ayrılması daha asandır. Belə obyektlərdə axıntının cismin səthini izləməsi çətindir. Aerodinamikada axıntı ayrılması əsasən artan sürüklənməyə, xüsusən mayenin içində hərəkət edən cismin ön və arxa səthləri arasındakı təzyiq fərqindən yaranan təzyiq sürütlənmə qüvvəsinə səbəb olur. Bu səbəbdən aerodinamik və hidrodinamik səthlərin dizaynında axıntı ayrılmasını gecikdirmək və yerli axını mümkün qədər səthə yapışdırmaq üçün çox səy sərf olunur və tədqiqatlar həyata keçirdilir.
Cərəyan mənbəyi
Cərəyan mənbəyi, üzərindəki gərginlikdən asılı olmayan bir elektrik cərəyanı verən və ya udan bir elektron dövrədir. Cərəyan mənbəyi adından da məlum olduğu kimi dövrəni cərəyanla enerji ilə təmin edir. Cərəyan özü naqildə elektronların nizamlı hərəkət etməsidir. Cərəyan mənbəyinin funksiyası isə naqildəki elektronları hərəkətə gətirməkdir. qısası dövrədə cərəyanı yaradan elektrik mənbəyidir.Cərəyan mənbəyinin iki növü var: Sabit Cərəyan mənbəyi Dəyişən cərəyan mənbəyiSabit cərəyan mənbəyinin iki qütbü olur. müsbət (+) və mənfi (-). Bu mənbədə elektronlar mənfi qütbdən çıxıb müsbət qütbə doğru gedirlər və ancaq bir istiqametdə sabit sürətlə gedirlər. Ona görə də belə mənbələr sabit cərəyan mənbələri adlanır. (məsələn: batareyalar, akumulyatorlar və s) Dəyişən cərəyan mənbələrində isə elektronlar gah bir qütbdən digərinə, gah da əksinə qayıdırlar. Elektronlar bir istiqamətdə və sabit sürətlə getmədiyindən belə cərəyan dəyişən cərəyan adlanır == Həmçinin bax == Gərginlik mənbəyi == İstinadlar == == Əlavə oxu == "Current Sources & Voltage References" Linden T. Harrison; Publ.
Cərəyan transformatoru
Cərəyan transformatoru — dəyişən cərəyanın ölçülməsi üçün istifadə olunan transformator növlərindən biridir. Bu transformator ikinci sarğısında birinci sarğıya proporsional olaraq, dəyişən cərəyan hasil edir. Gərginlik transformatorları ilə yanaşı cərəyan transformatorları ölçü transformatorlarıdır. Ölçü transformatorları mühafizə relesi və ölçü üçün cərəyan və gərginliyin standartlaşdırılmış kiçik qiymətlərini almağa imkan yaradır. Ölçü transformatorları sistemin ölçü və mühafizə dövrəsini yüksək gərginlikdən izolə edir. Cərəyan transformatorları sənayedə elektrik paylaşdırıcılarında və elektrik yarımstansiyalarında istifadə olunur. == Xarici keçidlər == Cərəyan transformatoru nədir?
Cərəyan şiddəti
Cərəyan şiddəti (və ya sadəcə "cərəyan") qiymətcə naqilin en kəsiyindən δ t {\displaystyle \delta t\,\!} zamanındada keçən δ q {\displaystyle \delta q\,\!} yükün miqdarının δt zamanına olan nisbətinə bərabər olan skalyar kəmiyyət. Cərəyan şiddəti I {\displaystyle I\,\!} hərfilə işarə olunur (bəzən də J {\displaystyle J\,\!} hərfilə işarə olunur. Amma bunu cərəyan sıxlığı olan j → {\displaystyle {\vec {j}}} vektor kəmiyyəti ilə qarışdırmaq olmaz): I = δ q δ t {\displaystyle I={\frac {\delta q}{\delta t}}} Cərəyan şiddəti ilə bağlı məsələ həlli üçün istifadə olunan əsa düstur Om qanunu hesab olunur: Elektrik dövrəsi üçün : I = U R {\displaystyle I={\frac {U}{R}}} — cərəyan şiddəti gərginliklə müqavimətin nisbətinə bərabərdir. Tam elektrik dövrəsi üçün: I = E R + r {\displaystyle I={\frac {E}{R+r}}} — burada E — EHQ, R — xarici müqavimət, r — daxili müqavimət. BS-də — 1 Amper (А) = 1 Kulon / saniyə. Dövrədəki cərəyan şiddətini ölçmək üçün xüsusi ampermetr adlanan cihazdan istifadə olunur. Kiçik ölçülü cərəyan şidddətinin dəyişməsini ölçmək üçün qalvanometrdən istifadə olunur.
Dəyişməyən cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. == Həmçinin bax == Dəyişən cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Dəyişən cərəyan
Dəyişən cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişən cərəyan. Praktikada daha geniş istifadə olunan dəyişən cərəyanın alınması 1831-ci ildə ingilis alimi Maykl Faradeyin kəşf etdiyi elektromaqnit induksiya qanununa əsaslanır. == Həmçinin bax == Sabit cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov. Fizika. IX sinif üçün dərslik.
Nominal cərəyan
Nominal cərəyan - avadanlığın uzun müddət işləyə bildiyi, onun izolyasiya və cərəyandaşıyan hissələrinin qızma şərtinə görə yolverilən ən böyük cərəyandır. Nominal cərəyan demək olar ki, istənilən elektrik avadanlığının ( açarların, transformatorların, elektrik veriliş xətlərinin, şinlərin, elektrik yuvalarının və s.) əsas parametrlərindən biridir və avadanlıqların pasportunda göstərilir. EAQQ -də naqillərin qızmaya görə en kəsiklərinin seçilməsi üçün yolverilən cərəyan termini istifadə olunur. Elektrik avadanlıqlarının nominal cərəyanlarının sırası, A ( ГОСТ 6827-76 uyğun olaraq): 1. Bu seriya, əsas parametri nominal cərəyan olan elektrik avadanlığı və elektrik enerjisi qəbuledicilərinə aiddir. 2. İstehlakçı və istehsalçı arasındakı razılığa əsasən 37500, 75000, 150000 A cərəyanların istifadəsinə dəyişdirici aqreqatlar və onlar üçün nəzərdə tulumuş transformatorlara icazə verilir. 3. Mötərizədə göstərilən cərəyanların qiymətləri yeni layihələrdə istifadə edilmir. 4.
Sabit cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. == Həmçinin bax == Dəyişən cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Bərəğan
Bərəğan- İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşinin Bərəğan dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 378 nəfərdən və 139 ailədən ibarət idi.
Fərəcan
Aşağı Fərəcan
Hərəkat
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya)Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Mərdəkan
Mərdəkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbədir. Mərdəkan Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır. Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdı. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi, 1945-ci ildə ayrılsada, 1948-ci ildə yenidən birləşdirildi və 1990-cı ildə Şağan yenidən ayrılaraq qəsəbə statusu aldı. == Tarixi == Mərdəkanın adı "Mərdlər məkanı" kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim Mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan yaxınlığında qayalarda tunc dövrünə (e.ə. 3–2-ci minilliklər) aid keçi, kaman və s. təsvirləri, habelə qədim yaşayış yerləri aşkar edilmişdir. Tədqiqatçı etnoqrafların bir qismi "Mərdəkan" sözünü burada məskunlaşmış "mardlar" tayfasının adı ilə, bir qismi isə yerli əhali etimalogiyasına görə "Mərdi məkan" sözü ilə bağlayır.
Nərəcan
Nərəcan — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. == Tarixi == Rəvayətə görə Şəki (Nuxa) rayonunun (hal hazırda Qəbələ rayonunun ərazisində yerləşən Mıxlı qovaq kəndindən) bir qrup əhali Xaçmaz tərəfə gəlmiş (gəlməklərinin səbəbi oradaki mübahisəli həyatları olub) və təqribən indiki Nərəcan kəndi ərazisində durmuşlar. Türk dilində nərə-yəni hara deməkdir. Elə kəndin adida oradan gəlir. Yəni haracan (nərəcan). 1905 və 1918-ci ildə kənd ərazisinə ermənilər basqın etmişdir. Bir çox evləri yandırmışlar və bir çox vəhşiliklər etmişlər. == Mədəniyyəti == Kənd ərazisində 2 məscid var. Həmçinin burada fəaliyət göstərməyən klub da var. == Coğrafiyası və iqlimi == Kənd Xaçmaz və Xudat şəhərləri arasında Qusarçay çayının sağında yerləşir.
Çərəkdar
Çərəkdar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi.
Çərəktar
Çərəkdar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəkdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəkdar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi.
Şərikan
Şərikan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd.Şərikan qəsəbəsi Mincivan-Qafan dəmiryolu stansiyası əsasında yaranmışdır. Keçmiş adı Kazarma olmuşdur. Yaşayış məntəqəsi vaxtilə mövcud olmuş Şərikan kəndindən köçüb gəlmiş ailələrin Bakı-Yerevan dəmiryolunun 32-ci km.-liyində salındığına görə Otuzikinci də adlanmışdır. Yaşayış məntəqəsi sonralar qədim Şərikan kəndinin adı ilə adlanmışdır. Güman etmək olar ki, oykonim "Karıklı yer" mənasındadır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Şərəban
Şərəban — üstü açıq at arabası, yarıyumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban səkkiz nəfərə qədər sərnişin götürən üstü açıq at arabasıdır. Yarıyumşaq nəqliyyat növü olan bu şərəbanla sərnişin daşınması adətən yaz, yay və qismən payız mövsümlərində yerinə yetirilir.
Ərdəkan
Ərdəkan — İranın Yəzd ostanının şəhərlərindən və Ərdəkan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,349 nəfər və 13,730 ailədən ibarət idi.
Transarktik cərəyan
Transarktik cərəyan — Şimal Buzlu okeanında ən əsas dəniz cərəyanlarından biri. Buz kütlələrinin hərəkətini təmin edir. O Alyaskadan Şpitsbergen və Qrenlandiyaya qədərki məsafədə uzanır. Cərəyan ən əsası çayların fəaliyyəti nəticəsində yaranır. Onların fəaliyyətində Asiya və Alyaskanın iri çayları böyük rol oynayır. Bu axın Berinq boğazı vastəsi ilə Sakit okeandan gələn hərəkətlə qüvvətlənir. Transarktik cərəyan xüsusilə süründürmə stansiyalarının təşkili üçün istifadə olunan buzun yönəldilmiş sürüşməsini təmin edən bir mexanizmdir. == Ədəbiyyat == Althoff, William F. Drift Station: Arctic Outposts of Superpower Science. Potomac Books Inc. 2007, Dulles, Virginia.
Ədəbi cərəyan
Ədəbi cərəyan - hәyatı әksetdirmә üsulları bir-birinә yaxın yazıçıların, әdәbi qrup vә mәktәblәrin yaradıcılığı üçün sәciyyәvi olan fundamental ideya-mәzmun vә estetik prinsiplәrin mәcmusunu, hәmçinin yaradıcılıq proqramının mәqsәd, mövzu, janr vә üslub uyğunluğunu ifadә edәn anlayış. Elmi әdәbiyyatda mәktәb, metod vә yaxud üslubun sinonimi mәnasında da işlәdilir. Ayrı-ayrı tarixi dövrlәrdә vә ölkәlәrdә müxtәlif klassisizm, sentimentalizm, romantizm, realizm vә s. kimi ədəbi cərəyanlar yaranmışdır. Ədəbi cərəyan müәyyәn tarixi şәraitdә meydana gәlir vә dövrün ideoloji, ictimai-siyasi mübarizәsini әks etdirir. Fransız klassisizminin qabaqcıl nümayәndәlәri Pyer Kornel, Jan Rasin vә Nikola Bualonun faciәlәrindә vәtәnpәrvәrlik vә qәhrәmanlıq başlıca motivlәr idi. Bu motivlәr monarxiyanın möhkәmlәndirilmәsi siyasәtinә kömәk mәqsәdilә ön plana çәkilirdi. XX əsrin әvvәllәrindә Azәrbaycan yazıçılarının bir qrupu realizm ədəbi cərəyanlarını(“mollanәsrәddinçilәr”) Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi və başqaları, digәr qrupu isә romantizm ədəbi cərəyanlarını (“füyuzatçılar”) Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavid, Əliabbas Müznib, Əhməd Cavad, Cəfər Cabbarlı və başqaları tәmsil edirdilәr. XX әsrin ikinci yarısı vә XXI әsrin ilk onilliklәrindә yaranan әdәbiyyat klassik-әnәnәvi vә postmodernizm olmaqla iki qrupda ümumilәşdirilir. Hansı ədəbi cərəyanlarına mәnsubluğundan asılı olmayaraq, tarixәn vә müasir dövrdә dә fәrqli sәnәtkarlıq platformalarının vahid mәqsәdi tәsirli, estetik dolğunluğa malik bәdii mәtnlәrin yaradılmasından ibarәt olmuşdur.
Passatlararası əks cərəyan
Passatlararası əks cərəyan - Atlantik, Sakit və Hind okeanlarında, ekvatora yaxın enliklərdə Qərbdən Şərqə gedən okean cərəyanıdır. Passatlararası əks cərəyan keçmişdə Ekvator əks cərəyanı adlanırdı.
Sabit cərəyan generatoru
Sabit cərəyan generatorları elektrik maşınlarının elə sinfidir ki, mexaniki enerjini sabit cərəyanın enerjisinə çevirir. Sabit cərəyan generatorları quruluşu cəhətdən digər elektrik maşınları qarşılaşdırldığında daha sadə bir görüntü sərgiləyir. Generatorda sabit hissədən təşkil olunan və stator adalandırılır. Bu hissə maqnitlənməyi təmin edən əsas və yardımçı qütblərlə, onların sarğılarını daşıyır. Generatorda hərəkətli hissə rotor adlandırılır. Sabit cərəyan maşınları həm generator, həm də mühərrik kimi istifadə olunur. Sabit cərəyan mühərrikləri daha çox tətbiq edilir. Onların tətbiq ashələri kifayət qədər genişdir. Sabit cərəyan maşınlarıdan avtomatik qurğuların intiqallarında, şaxta liftlərində, yayma dəzgahında və başqa merxanizmlərin intiqallarında istifadə olunur. Sabit cərəyan mühərriklərindən həmçinin ağırlıq qaldıran mexanizmlərdə, nəqliyyat vasitlərinin intiqallarında geniş istifadə olunur.
İqtisadi əsas cərəyan
İqtisadi əsas cərəyan (ing. mainstream — hakim cərəyan) və ya iqtisadi düşüncənin əsas axını — iqtisadçıların ümumiyyətlə onlardan başladığı, dünyada öyrədilən biliklər, nəzəriyyələr və iqtisadiyyat modelləri məcmusudur. “Ortodoksal iqtisadiyyat” olaraq da bilinən qeyri-adi iqtisadiyyatla fərqli məktəbləri və ya yalnız azlıqlı iqtisadçılar tərəfindən qəbul edilən yanaşmaları əhatə edən iqtisadiyyata qarşı qoymaq olar. İqtisadi peşə ümumiyyətlə neoklasik iqtisadiyyatla və neoklassik sintezlə əlaqələndirilir və XX əsrin ortalarından etibarən makroiqtisadiyyata Keynesian yanaşmasını da əhatə etmişdir. Neoklassik iqtisadi nəzəriyyənin əsas konsepsiyası fərdlərin rasional subyektlər kimi, iqtisadi sistemin isə tarazlığa can atması kimi fikirləridir. == Tarixi == İqtisadiyyat bir çox iqtisadi düşüncə məktəbi ilə həmişə fərqlənmişdir və fərqli məktəblər fərqli ölkələrdə və zamanla fərqli şöhrət qazanmışlar. “İqtisadi əsas axın” ifadəsinin hazırkı istifadəsi II Dünya Müharibəsindən sonrakı dövr üçün, xüsusən də ingilisdilli dünyada və daha az qlobal səviyyədə xarakterikdir. Klassik iqtisadiyyatın inkişafından və yayılmasından əvvəl Avropada hakim məktəb merkantilizm idi, bu institusional məktəbdən daha çox əlaqəli fikirlər toplusu idi. XVIII əsrin sonunda şərti olaraq Adam Smitin "Millətlərin Sərvətinin Təbiəti və Səbəbləri haqqında Tədqiqat" adlanan müasir iqtisadiyyatın inkişafı ilə İngilis iqtisadiyyatı inkişaf etdi və indi klassik məktəb adlanan bölgədə üstünlük təşkil etməyə başladı. Xalqların zənginliyindən Böyük Depressiyaya qədər İngilis dilində danışan dünyada hakim məktəb klassik iqtisadiyyat idi və neoklassik iqtisadiyyat onun davamçısı idi.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Çərəkə
Çərəkə — Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay-Ucar avtomobil yolu kənarında, Xirmanlı (Çərəcə) gölü və Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd. == Əhalisi == Əhalisi 3714 (2009) nəfərdir. == Məşğuliyyəti == Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq üzümçülük və meyvəçiliklə məşğul olur. Kəndin ərazisi keçmişdə örüş yeri olduğundan belə adlandırılmışdır.
Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Aşağı Fərəcan
Aşağı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonunun Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən kənd Həkəri çayının sol sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin cənub-qərb ətəyindədir. Keçmiş adı Haraldır. 1954-cü ildə qonĢu Fərəcan kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün kəndin adı dəyişdirilərək Aşağı Fərəcan adlandırılmışdır. Oykonim "Aşağıda yerləşən Fərəcan kəndi" deməkdir1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
Fələkan (Urmiya)
Fələkan (fars. فلكان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (108 ailə).
Curəqan
Curəqan və ya Cuzqan — İranın Həmədan ostanında yerləşən şəhər. Bu şəhər Həmədan şəhristanının Mərkəzi bəxşində yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 8851 nəfər və ya 2311 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Məlekan
Məlekan — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən biri və Məlekan şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin əhali siyahıyaalınması əsasən bu şəhərdə 23.989 nəfər və 6.356 ailə yaşayır.. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Yerevan
İrəvan (erm. Երևան, BFƏ: jɛɾɛˈvɑn) — Ermənistanın paytaxtı və ən böyük şəhəri. Ermənistan və dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biridir. Razdan çayı boyunca yerləşən İrəvan ölkənin inzibati, mədəni və sənaye mərkəzidir. 1918-ci ildən Ermənistan tarixində on dördüncü və Ararat düzənliyində və ya onun ətrafında yerləşən yeddinci paytaxtdır. Şəhər həm də Erməni Apostol Kilsəsinin ən böyük yeparxiyası və dünyanın ən qədim yeparxiyalarından biri olan Araratian Papa Yeparxiyasının iqamətgahı kimi xidmət edir. İrəvanın tarixi eramızdan əvvəl 8-ci əsrə, eramızdan əvvəl 782-ci ildə Urartu kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının qoyulması ilə başlayır. Erebuni "böyük bir inzibati və dini mərkəz, tam kral paytaxtı kimi nəzərdə tutulmuşdu". Mərhum qədim Erməni Krallığı dövründə yeni paytaxt şəhərlər yaradıldı və İrəvanın əhəmiyyəti azaldı. İran və Rusiyanın hakimiyyəti altında 1736–1828-ci illərdə İrəvan xanlığının və 1850–1917-ci illərdə İrəvan Qubernatorluğunun mərkəzi olmuşdur.
Çehreqan
Çehreqan (fars. چهرقان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 485 ailədə 816 nəfəri kişilər və 805 nəfəri qadınlar olmaqla cəmi 1.621 nəfərdir. Kəndin əhalisini tatlar təşkil edir, vəfscə danışırlar və şiə müsəlmandırlar.