Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çəmənlik
Çəmənlik — çox rütubətli şəraitdə çoxillik otlar bitən yaşıllıq zonası. Çəmənliklərin xarakterik xüsusiyyəti sıx otlaqların mövcudluğudur.
Bərklik
Bərklik — bir cismin digər cismə batmasına qarşı yönəlmiş müqavimət. Bərklik yalnız bərk cismlərə yox, həm də yumşaq cismlərə aid edilir. Bərklik, materialın daxili deformasiyaya və kəsilməyə qarşı müqaviməti ilə xarakterizə olunan möhkəmlikdən fərqlidir. Bərklik materialın bir çox xassələri haqqında fikir yürütmüyə imkan verir. Məsələn, bərkliyi məlum olam materialın səthində baş verə biləcək yeyilməni əvvəlcədən proqnozlaşdırmaq olar. Bərk şüşələr az cızılırlar, bərk dişli çarxlar yavaş yeyilirlər. Kəsici alətin materialını seçdikdə bərklik böyük rol oynayır. Bərk kəskilər daha uzunömürlülyə malikdirlər. == Ölçmə üsulları == Bərkliyi ölçmək üçün bir neçə üsul mövcuddur: Brinel üsulu zamanı metallik kürə səthə sıxılır və müəyyən vaxtdan sonra səthdə alınan izin diametri ölçülür. Bərklik bu halda kürəyə qoyulmuş qüvvə ilə alınan izin sahəsi arasındakı asılılıq kimi hesablanır.
Gərəkli
Gərəkli — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun faktiki mövcud olan Gərəkli kəndi dürüstləşdirmə qaydasında Poştbinə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Poştbinə kənd Sovetinin mərkəzi Gərəkli kəndinə keçirilmiş, Poştbinə kənd Soveti Gərəkli kənd Soveti adlandırılmışdır. == Toponimikası == 1992-ci ilədək kəndin adı Pəştbinə olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Gərəkhacı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Hazırda kənddəki məhəllələrdən biri gərəkhacılar adlanır. Etnotoponimdir. Pəştbinə oykonimi isə vaxtilə burada olan poçt məntəqəsinin adındandır.
Mərəlik
Mərəlik (əvvəlki adı: Maralıq) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Maralıq kəndi Mərəlik kəndi adlandırılmışdır. == Toponimikası və tarixi == Düzənlikdir. Oykonim ərəb dilindəki əra (otlaq, örüş) sözündən və -lıq yer məkan bildirən şək-dən ibarət olub, örüş yeri, otlaq yeri mənasındadır. == Əhalisi == Əhalisi 222 nəfərdir.
Qərəkli
Qərəkli (Urmiya) —
Çörəkli
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Qrabenvari çökəklik
Qrabenvari çökəklik(rus. грабенообразный прогиб, ing. graben-like depression)- uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Çökəklik karstı
Çökəklik karstı-tropik karstı bir növü, qrunt suları dərində yerləşən ərazilərdə çatlı əhəng daşlarında inkişaf edir və bir-birinə yaxın yerləşmiş dik yamaclı dərin çökəkliklərin çox olması ilə səciyyələnir. Qonşu çökəkliklərin kəsişən yamacları, korroziya ilə yeyilmiş iti dişli tirələr əmələ gətirir.Kubada, Yamaykada yayılmışdır.
Çəmənlik adaçayı
Çəmənlik adaçayı (lat. Salvia pratensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonim == Gallitrichum clusii Timb.-Lagr. Gallitrichum pratense (L.) Fourr. Plethiosphace leistneriana Opiz Plethiosphace pratensis (L.) Opiz Plethiosphace stenantha Opiz Salvia agrestis L. Salvia arnassensis Gand. Salvia barrelieri Ten. [Illegitimate] Salvia ceratophylla Ten. Salvia ceratophylloides Ard. Salvia clusii Timb.-Lagr. Salvia dubia K.Koch Salvia exasperata Cav.
Çəmənlik bənövşəsi
Çəmənlik bənövşəsi (lat. Viola arvensis) — bənövşə cinsinə aid bitki növü.Viola arvensis Murr. — Çöl bənövşəsi (Ətirli bənövşə, ingilis bənövşəsi) Viola tricolor L. — Üçrəng bənövşə (Üççiçəkli bənövşə, alabəzək bənövşə, alabəzək gözlər, ivan-damarya) == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Gövdəsi sadə budaqlanan, dikduran və ya azacıq əyilmiş, qabirğalı və tükcüklü olub, hündürlüyü 10–45 sm-ə bərabərdir. Yarpaqları qısa yumurtavari-üçbucaqşəkilli və ya uzunsov-yumurtavari, dişcikli, dairəvi, pazşəkilli əsasa malik olmaqla, uzun saplaqlıdır. Yuxarı yarpaqları uzunsov-neştərvari, künclü, kənarları düyünlü, qısasaplaqlı olmaqla, demək olar ki, oturaqdır. Yarpaqları lələkşəkilli-bölünmüş olub, iri paycıqla qurtarır. Çiçəkləri tək, düzgün olmayan əyilmiş uzun çiçək ayaqcığından ibarətdir. Kasacığı 5, xətti-neştərvari yarpaqcıqlardan, əsası fırlı dişciklərdən, 2 yuxarı yumurtaşəkilli, 2 yan ellipsşəkilli, göyümtül-bənövşəyi, aşağı hissəsi isə iri, dairəvi tozcuqdan tərs üçbucaqşəklli sarı və kənarları bənövşəyi rənglidir. Çöl bənövşəsinin çiçəyinin kənarları kiçik, kasacıq ləçəkləri uzun olmayan, yuxarı ləçəkləri ağ, ortasındakılar isə parlaq-sarı olur.
Çəmənlik canavarı
Koyot (lat. Canis latrans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == 19 yarımnövə ayrılır:: Canis latrans latrans Canis latrans cagottis — Meksika ərazisində yaşayır. Canis latrans clepticus — Kaliforniya ərazisində yaşayır. Canis latrans dickeyi — Salvador ərazisində yaşayır Canis latrans frustror — Kanzas ştatının şərqindəyaşayır. Arkanzas, Texas, Oklaxoma və Missuri ştatlarında da rast gəlinir. Canis latrans goldmani — Beliz ərazisində yaşayır. Canis latrans hondurensis — Honduras ərazisində yaşayır. Canis latrans impavidus — Meksika ərazisində yaşayır. Canis latrans incolatus — Alyaskada və Kanadanın bir hissəsində yaşayır.
Çəmənlik haçaquyruğu
Çəmənlik haçaquyruğu (lat. Glareola pratincola) — Haçaquyruqlar (Glareolidae) fəsiləsinə aid quş növü. == Görünüşü == Çəmənlik haçaquyruğu 22–25 sm uzunluğa, 60–95 q çəkiyə sahib olur. Uşuşları qaranquşların uşuçlarına bənzəyir. Qanadları uclu, qismən qəhvəyi rəngdədir. Cəld hərəkət etmə qabiliyyətinə sahibdirlər, boyun və başlarını ilə kəskin hərəkətlər edərək sürətlə hərəkət edirlər. Bədənlərinin arxa hissəsi yellənməsi ilə xarakterikdir. == Yayılması == Afrikadan tutmuş Asiyaya qədər ki ərazidə yayılmışdır. Əsasən bataqlıqlarda və ya su tutarları yayınlığında, nadir torpaq bitkiləri olan çöllərdə yayılmışlar. == Çoxalması == Çəmənlik haçaquyruqları dəstələr şəkilində yuvalayırlar.
Çəmənlik çəkçəkisi
Çəmənlik çəkçəkisi (lat. Saxicola rubetra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Çəmənlik ürəkotu
Çəmənlik ürəkotu (lat. Cardamine pratensis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Yarımövləri == Cardamine pratensis subsp. atlantica (Emb. & Maire) Greuter & Burdet Cardamine pratensis subsp. granulosa (All.) Arcang. Cardamine pratensis subsp. matthioli (Moretti) Nyman Cardamine pratensis subsp. paludosa (Knaf) Celak. Cardamine pratensis subsp.
Bəzəklik mağaraları
Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Gərəkli bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qərəkli (Urmiya)
Qərəkli (fars. اغچه قلعه‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (30 ailə).
Çörəkli şorba
Çörəkli şorba - Şimali Avropa mətbəxinə xas olan xörək. Çörəkli şorba Danimarka, latış, İsveç, eston, fin milli mətbəxində mühüm yer tutur. == Çörəkli şorbanın müxtəlifliyi == Çörəkli şorbanın müxtəlif növləri vardır. Çörəkli şorbanı şərti olaraq meyvəli, pivəli, şokoladlı və sair şorbalara bölünür.
Çərikli (Zəncan)
Çərikli (fars. چريكلو‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Qışlaqat Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 51 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər. yaşayır (21 ailə).
Çərəli (Qubadlı)
Çərəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Toponimikası == Çərəli kəndi dağlıq ərazidə yerləşir. Çərəli toponimi ərazinin quraq olduğu üçün çərə, çöl mənası ilə uzlaşdırılır.Yaşayış məntəqəsini Sofulu tayfalarına mənsub ailələr Çərəli adlı ərazidə salmışlar.Sofululular keçmişdə yayı indiki Ermənistanın Qarakilsə rayonunda,qışı isə Qarabağda keçirirdilər.Sonralar onların oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi. Etnotoponimdir. Qazax rayonunun İkinci Şıxlı kəndində çərəlilər nəsli yaşayır.Ağstafa rayonunun Sadıxlı kəndində Çərəlinin dəyirmanı adlı mikrotoponim qeydə alınmışdır.Cənubi Azərbaycanda da eyniadlı kənd mövcuddur. == Coğrafiyası və iqlimi == Çərəli kəndi dağlıq ərazidə yerləşir. İqlimi əsasən quraqdır. Tütünçülük, maldarlıq təsərrüfatı inkişaf etmişdir.
Çərəli (Sərab)
Çərəli (fars. چرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (47 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Əbərqan kəndistanında, Sərab şəhərindən 11,5 km qərbdədir.
Çərəli (Təbriz)
Çərəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Səriskənd qəsəbəsindən 12 km şimaldadır.
Gerçəklik
Gerçəklik — real mövcud olub inkişaf edən, özündə xüsusi mahiyyət və qanunauyğunluluq olan, həmçinin, xüsusi təsir və inkişaf nəticələrinə malik şey. Bütün konkretliyi ilə götürülən obyektiv reallıq belə gerçəklikdir. Bu mənada gerçəklik nəinki hər cür görünüşdən,uydurma və fantastik,eyni zamanda tamamilə düzgün olsa da yalnız hər cür məntiqi olanda, həmçinin hələlik mövcud olmayan və yalnız ehtimalı, xəyali olan hər şeydən fərqlənir.
Perelik burnu
Perelik burnu (bolq. нос Перелик, ‘Nos Perelik’ \'nos pe-re-'lik\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Qarinya buxtasından cənub-şərqdə, Kozloduy buxtasından şimalda yerləşmişdir.Burun Nelson boğazından 900 m şimal-qərbdə, Kitçen burnundan 1.4 km şimal-qərbdə, Smirnenski burnundan 1.2 km cənub-şərqdə yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Rodof dağlarının Qolyam Perelik zirvəsinin adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Terekli-Məktəb
Terekli Məktəb – Rusiya Federasiyasının Dağıstan Respublikasının Noqay rayonunun inzibati mərkəzi. Terekli məktəb Dağıstanın şimal-qərbində Noqay çölünün mərkəzində yerləşir. Qəsəbənin 75 km ndə, avtomobil yolu üstündə Qızılyar şəhəri yerləşir. Əhalisi 7000 nəfərdir. == Tarixi == Qəsəbənin yaranma tarixi XVIII əsrə aiddir. Tarixi xəritələrə görə indiki qəsəbə qaranoqayların, ermənilərin və rusların yaşadğı iki auldan ibarət imiş. Qəsəbənin adı Terek və məktəb sözləri ilə bağlıdır. Terekli-məktəb bütün noqay xalqının paytaxtı hesab olunur. Qəsəbənin Şərəf Xiyabanında 11 Müharib və Əmək qəhrəmanı büstü var. == Mədəni həyatı == Qəsəbədə, kənd məktəbləri üçün noqay dili müəllimlərini hazırlayan Xasavyurd Pedoqoji kollecinin, və Moskva Humanitar Universitetinin filialları var.