Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pyotr Çaadayev
Pyotr Yakovleviç Çaadayev (rus. Пётр Я́ковлевич Чаада́ев; 27 may (7 iyun) 1794 və ya 1794, Moskva – 14 (26) aprel 1856 və ya 1856, Moskva) — rus mütəfəkkiri və publisisti. == Həyatı == Pyotr Yakovleviç Çaadayev 7 iyun 1794-cu ildə Moskva şəhərində anadan olmuşdur. Pyotr Çadayevin məşhur birinci məktubu və orada yer alan fikirlər hər kəsə məlumdur. Hansı ki, onu məhz bu məktuba görə dəli elan etmişdilər. Onun ilk məktubu dərc olunanda bütün Rusiya sarsılmış, I Nikolay qəzəblənmişdi. O zaman Çaadayevi Avropada tanındığı üçün öldürə və ya başqa şəkildə cəzalandıra bilmədilər və odur ki, onu dəli elan etdilər. Çaadayev də hesab edirdi ki, xalq öz ziyalılarının ardınca getməli və onu öyrənə-öyrəni özü də yüksəlməlidir. Pyotr Çaadayev 26 aprel 1856-cı ildə Moskva şəhərində vəfat edib.
Cəbrayıl Yamadayev
Cəbrayıl Yamadayev (rus. Джабраил Бекмирзаевич Ямадаев; 16 iyun 1970, Qudermes, Çeçen-İnquş MSSR – 5 mart 2003, Çeçenistan) — Çeçenistan hərbi komandiri.
Dahadayev rayonu
Dahadayev rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 1.450 km², inzibati mərkəzi Urkarax kəndidir. == Əhalisi == Rayonun əhalisi 36.367 nəfərdir (2015-ci il).
Ruslan Yamadayev
Ruslan Yamadayev (10 dekabr 1961, Qudermes, Çeçen-İnquş MSSR – 24 sentyabr 2008, Moskva) — Rus siyasətçisi. 90 -cı illərin əvvəllərində Çeçenistan Respublikasındakı quldur dəstəsinin birinin üzvü, sonra federal qoşunlarla birlikdə vəhabiliklə fəal mübarizə aparmış şəxs. Dördüncü çağırış Dövlət Dumasının deputatı (2003-2007), Vahid Rusiya fraksiyasının, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin və Mandat Məsələləri və Deputat Etikası Məsələləri Komissiyasının üzvü. Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasını bitirib; İdarəetmə və Biznes İnstitutu. == Bioqrafiya == 10 dekabr 1961-ci ildə indiki Çeçenistan Respublikasının Qudermes şəhərində anadan olmuşdur. Milliyətçə çeçen olmuşdur. Ali təhsil aldıqdan sonra inşaatçı işləyir. Kiçik qardaşları Sulim Yamadayev və Cəbrayıl Yamadayev də Rusiya Federasiyası Qəhrəmanlarıdır. == Birinci Çeçenistan müharibəsi == 1990-cı illərin əvvəllərində Çeçenistan Respublikasının müstəqilliyi uğrunda mübarizədə Çeçenistanın ilk Prezidenti Cövhər Dudayevi dəstəkləyir. Birinci Çeçenistan müharibəsində Çeçen qoşunlarının bir dəstəsinin komandiri olur.
Sulim Yamadayev
Sulim Yamadayev (21 iyun 1973 – 28 mart 2009, Dubay əmirliyi) — Rusiya hərbi lideri, polkovnik-leytenant (2005; 2008-ci ildən ehtiyatda). 2003-2008-ci illərdə Rusiya Ordusunun 42-ci Qvardiya motoatıcı diviziyasının 291-ci motoatıcı alayının Vostok batalyonunun komandiri. Birinci (separatçıların tərəfində) və İkinci (Rusiya Federasiyası tərəfində) Çeçen və Beş günlük müharibələrin iştirakçısı. İçkeriyada briqada generalı olmuşdur. Vəhhabizmin şiddətli rəqibi. Rusiya Federasiyasının Qəhrəmanı (2005). == Bioqrafiya == Qardaşları - Ruslan Yamadayev, Cəbrayıl Yamadayev (həmçinin Rusiya Federasiyasının Qəhrəmanları), Aslan Yamadayev, İsa Yamadayev və Badrudi Yamadayev. 1992-ci ildə Yamadayev Moskvaya köçür və bizneslə məşğul olur. 1994-cü ildə Çeçenistanın ilk prezidenti general Cövhər Dudayevin böyük qardaşı Ruslan Yamadayev tərəfindən dəstəklənməsindən sonra vətəninə qayıdır. === Çeçen yaraqlılarının sıralarında === Birinci Çeçenistan müharibəsi zamanı yaraqlıların tərəfində vuruşur.
Maqomed Qadayev
Maqomed Salah Qadayev (çeç. Мохьмад-Салахь Гадаев;6 dekabr 1909 – 24 dekabr 1972) — Çeçen şairi, yazıçı, dramaturq və alimi. == Həyatı == Maqomed-Salah Qadayev 1909-cu il dekabrın 6-da Çərçi-İrzə kəndində anadan olub. 1924-cü ildə ailəsi Aşağı Gerzel kəndinə köçüb və burada o, kənd ibtidai məktəbinin dörd sinifini bitirmişdir. 1928-ci ildə Rostov-na-Donuda fəhlə fakültəsinə daxil olub, burada ədəbi və elmi fəaliyyətə başlayıb. Maqomed Salah Qadayev həmçinin Rayon İcraiyyə Komitəsinin aparatında işləyir. Lakin artıq 1930-cu illərdə o, Çeçenistana qayıdıb və Çeçen-İnquş Elmi-Tədqiqat Tarix, Dil və Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb, burada folklor və kosmoloji tədqiqatlar aparır. Mixail Lermontov, Lev Tolstoy, Aleksandr Puşkin, Nikolay Nekrasov və Taras Şevçenkonun əsərlərinin çeçen dilinə tərcüməsi ilə məşğul olur. Bu zaman onun "İki adam" və "Gecə atlısı" romanları, "Gəlin", "Gürcü" və "Vəhşilik" hekayələri, "Xəzman", "Dostlar" hekayələri və s çap olunur. Maqomed-Salah Qadayev 1940-cı ildə "Poeziya" adlı şeirlər toplusunu da nəşr etdirir.
Matvey Radayev
Matvey İvanoviç Radayev (rus. Матвей Иванович Радаев; 11 noyabr 1937, İvanovka, İsmayıllı rayonu – 14 fevral 1993) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (1991–1992), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1989–1991). == Həyatı == Matvey İvanoviç Radayev 1937-ci il noyabrın 11-də İsmayıllı rayonunun İvanovka kəndində kolxozçu ailəsində anadan olmuşdur. Ailədə dörd qardaşın ən böyüyü idi. Orta məktəbi bitirdikdən sonra Kirovabadda (hazırkı Gəncə) Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Əmək fəaliyyətinə doğulduğu kəndində aqronom kimi başlamış, eyni zamanda Kalinin adına kolxozun komsomol təşkilatının katibi seçilmişdir.1963-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni yaradılmış kənd təsərrüfatı şöbəsinin təlimatçısı, daha sonra isə bölmə müdiri təyin edilmişdir. 1967-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin ikinci katibi, 1971-ci ildə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilmiş, 1978-ci ilə qədər burada işləmişdir. Bu illərdə qiyabi olaraq Sov.İKP Mərkəzi Komitəsi yanında Qiyabi Ali Partiya Məktəbini bitirmişdir.1978-ci ildə Matvey Radayev Azərbaycan SSR meliorasiya və su təsərrüfatı nazirinin müavini təyin edilmiş, 1982–1986-cı illərdə isə Yəməndə işləmişdir. 1986–1987-ci illərdə Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi sədrinin müavini, 1987-ci ildən "Azərpambıqsənaye" İstehsal Birliyinin rəisi işləmişdir. 1989-cu ilin yanvar ayından noyabr ayınadək Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, noyabr ayından isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.Matvey Radayev 1962-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VIII və IX çağırış deputatı seçilmişdir.
Vasili Çapayev
Vasili Çapayev (rus. Василий Иванович Чапаев; 28 yanvar (9 fevral) 1887, Budayka[d], Kazan quberniyası, Rusiya imperiyası – 5 sentyabr 1919) — XX əsrin əvvələrindəki vətəndaş müharibəsi qəhrəmanlarından biri, Qızıl Ordunun komandiri. == Həyatı == 32 yaşında sirli ölüm İndi isə qəhrəmanımız, damarlarında türk qanı olan Vasili İvanoviç Çapayevdən bəhs edəcək. Kimdir Çapayev? Vasili İvanoviç Çapayev 1887-ci il fevralın 9-da Kazan quberniyasının (indiki Çuvaşıstan Respublikası) Budayka kəndində anadan olub. Onun milliyyəti isə yarı çuvaş, yarı erzyalı olub. Erzyalılar Mordoviyada etnik qrupdur. Onun atası İvan Stepanoviç mordovalı, anası isə Yekaterina Semyonovna isə çuvaş olub. Çoxuşaqlı ailənin 6-cı uşağı Vasili rus akademik elminə əsasən, "rus kökənlidir". 32 yaşında, 1919-cu il sentyabrın 5-də hərbi liderliklə fəaliyyət göstərən Vasili İvanoviç Çapayev Qazaxıstanda boğulma səbəbi ilə vəfat edib.
Çapayev (Qazaxıstan)
Çapayev (qaz. Чапаев, چاپاەۆ , Çapayev ; Rusça: Чапаев) — Qazaxıstanın şimal-qərbində şəhər. Qərbi Qazaxıstan vilayətinin Akjaik rayonunun mərkəzidir. Şəhərin 8,476 (2009-cu ilin məlumatına əsasən) sakini var. Şəhər Oraldan 130 km cənubunda, Ural çayının sağ sahilində yerləşir. Şəhər Rusiya Vətəndaş Müharibəsinin (1919) qırmızı ordu qəhrəmanı Vasili Çapayevin ölüm yeri olub. 1927-ci ildə onun xatirəsinə muzey yaradılmışdır. Əvvəlki qəsəbə Lbişensk adlanırdı və 1899-cu ildə şəhərdə 3400 nəfər (onlardan 2100-ü kazaklar), 2 kilsə, 2 məktəb, poçt və teleqraf məntəqələri var idi. 1939-cu ildə Çapayevo, 1992-ci ildə Çapayev adlandırıldı. Yerli sakinlər əsasən əkinçilik, balıqçılıq, maldarlıq, ovçuluq və biyan kökü yığmaqla məşğul olurlar.
Aleksey Badayev
Aleksey Badaev (rus. Алексе́й Его́рович Бада́ев; 4 (16) noyabr 1883, Bolşoe Yurevo[d], Orlov quberniyası[d] – 3 noyabr 1951, Moskva) — rus siyasi və ictimai xadimi, sovet partiya və dövlət xadimi, ilk peşəsi çilingərdir. == Həyatı == 4 (16) noyabr 1883-cü ildə Oryol quberniyasının Karaçevski rayonunun Yuryevo kəndində (indiki Bolşoe Yuryevo, Oryol vilayəti, Xotinets rayonu) kəndli ailəsində anadan olmuşdur. 1903-cü ildə Sankt-Peterburqa gəldi və burada İskəndər zavoduna fəhlə kimi daxil oldu. Sonralar Aleksandr Zavodunda və Nikolayev Dəmir Yolunun Baş Vaqon sexlərində mexanik işləyib. 1904-cü ildə RSDLP-yə qoşuldu. 1905–1907-ci illər inqilabında iştirak etmiş, zavodun bolşevik təşkilatının tanınmış liderlərindən biri olmuşdur. Metal İşləyənlər İttifaqının fəal üzvü. 1912-ci ildə Sankt-Peterburq quberniyasının fəhlə kuriyasından IV Dövlət Dumasına bolşevik fraksiyasının üzvü seçildi. O, Krakov və Poroninoda partiya iclaslarında iştirak etmək üçün xaricə gedib, orada Leninlə görüşüb.
Əli Adayev
Əli Adayev (bilinmir – 3 yanvar 1995, Qroznı) — tanınmamış İçkeriya komandiri, Birinci Çeçenistan müharibəsinin fəal iştirakçısı, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Mərkəzi Cəbhə komandirinin qərargah rəisi. Məşhur və tarixi ifadənin müəllifi: "Alik, oğlanları apar". Çeçen İçkeriya Respublikasının Prezidenti Cövhər Dudayevin fərmanı ilə ölümündən sonra Çeçen İçkeriya Respublikasının dövlət mükafatı olan “Xalq Qəhrəmanı” ordeni ilə təltif edilmişdir. == Bioqrafiyası == Əli Adayev Birinci Çeçenistan və Gürcü-Abxaz müharibələrinin fəal iştirakçısı olmuşdur. Əli Adayev sonralar müasir Çeçenistanda məşhurlaşan və tez-tez internet-mem kimi istifadə edilən məşhur və tarixi “Alik, oğlanları götür” ifadəsinin müəllifidir. 1992-1993-cü illərdə Adayev Qafqaz Xalqları Konfederasiyası qüvvələrinin komandanı olan Şamil Basayevin rəhbərliyi altında abxazların tərəfində gürcü-abxaz müharibəsində vuruşmuşdur. 1992-ci ildə Əli Adayev bir qrup çeçenlə gürcü-abxaz müharibəsində iştirak etmək üçün Abxaziyaya gedərkən Çeçenistan Respublikası ilə Kabardin-Balkariya sərhədində rus hərbçiləri tərəfindən dayandırılır. Axtarış zamanı bunların gürcü-abxaz müharibəsinə gedən çeçen könüllüləri olduğunu anlayan rus əsgərləri onlara avtomatları tuşlayıb və silahlarını yerə qoyaraq təslim olmalarını əmr edir. Bu zaman Əli əsgərlərdən birini tutub qumbaranın içindən sancağı çıxarıb silahı yerə atmağı əmr edir. Adayev tutduğu əsgərə əmr edərək deyir: “Rəqs elə!” Əsgər titrək səslə soruşur: “Nə rəqs edim”.
Çapayev və boşluq (roman)
Çapayev və boşluq — yazıçı Viktor Pelevinin 1996-cı ildə yazdığı roman == Süjeti == 1996-cı ildə yazılmış "Çapayev və Pustota" romanı haqqında müəllifin özü deyir: "Bu əsər dünyada hadisələrin tamamilə boşluqda baş verdiyi ilk ədəbiyyat nümunəsidir". Əslində isə hadisələr 1919-cu ildə Çapayevin diviziyasında baş verir. Əsərin prataqonisti Pyotr Pustota bu diviziyada komissar olaraq xidmət edir və eyni zamanda bu günkü günlərdə və Pelevinin virtual fəzasında mövcudiyyətini sürdürərək "Kavabata", "Şvaşneqr" və "Sadəcə Mariya" ilə görüşür. Tənqidçilərin fikrinə görə, "Çapayev və Pustota" rus ədəbiyyatında ilk den-buddist romandır. Roman 2001-ci ildə ingiliscə tərcümədə - "The Clay Machine-Gun" ("Глиняный пулемет") Dublin ədəbiyyat mükafatının finalına çıxmışdır Mənim iradəmlə qürub edən günəşə doğru yarışa çıxmış atların üzünə və insanların sifətinə - ucsuz-bucaqsız canlı axıntıya baxa-baxa tez-tez düşünürəm: bəs bu axıntıda mən haradayam? – Çingiz xan Prinsip etibariylə roman iki hissədən ibarətdir: 1919-cu illərdə cərəyan edən hadisələr və 1990-cı illərin əvvəllərində psixiatrik klinikada cərayan edən hadisələr. Roman Vasili Çapayev və Pyotr Pustota kimi iki şəxsiyyətdən bəhs edir. Digər ikinci planda olan obrazlar, bilavasitə Rusiyanın gələcəkdə baş verəcək qərblə alximik nigahını simvolizə edən aspektlərdir. Romanda demiurq kimi motiv də yer alıb. Roman ilk cümlələrindən hiss olunur ki, Pyotr Pustota aydınlanmaq istəyən birisidir.
Cambul Cabayev
Cambul Cabayev (qaz. Жамбыл Жабайұлы; 1846 – 1945) — Qazax akını, şairi, Stalin mükafatı laureatı.
Soslan Canayev
Soslan Totrazoviç Canayev (rus. Сослан Тотразович Джанаев, oset. Джанайты Тотрадзы фырт Сослан; 13 mart 1987, Orconikidze) — qapıçı mövqeyində çıxış edən Rusiya futbolçusu. "Soçi" klubunun kapitanıdır. == Həyatı == Soslan Canayev futbol oynamağa Vladiqavqaz şəhərinin "Spartak" məktəbində başladı. 1996-cı ildə Moskvaya köçdü və "MOİK Moskva" klubunun idman məktəbinə daxil oldu, məzun olduqdan sonra əsas komandada yer almadı və yalnız klubun ikinci əsas komandasında oynadı və orada keçirdiyi 6 oyun ərzində 6 qol buraxdı. 2007-ci ildə "KAMAZ" klubuna keçid etdi, Rusiya çempionatının birinci divizionunda oynadığı 28 oyunda 17 qol buraxdı, Rusiya Kubokunda isə 2 oyuna 3 qol. 2008-ci ildə "Spartak Moskva" klubuna transfer olundu və 6 avqustda Rusiya Kuboku çərçivəsində keçirilən "Dinamo Bryansk" klubuna qarşı oyunda klubla debüt etdi, həmin turnir ərzində o, 2 oyuna 3 qol buraxmışdır. O, əsasən "qırmızı-ağlar"ın ikinci əsas heyətində çıxış edirdi (18 oyuna 17 buraxılmış qol) və klubla ikinci heyətlər arasında çempionluğu qazandı. 18 aprel 2009-cu ildə (2009 mövsümü) "Terek" klubuna qarşı oyunda Premyer Liqada ilk matçına çıxdı və qapısını toxunulmaz saxladı, bu oyun eyni zamanda Valeri Karpinin "Spartak"ın baş məşqçisi kürsündə ilk oyunu idi.
İvan Canayev
İvan Canayev — Osetiyalı sovet şairi, ədəbiyyatşünas, publisist və tərcüməçi. == Bioqrafiyası == İvanın atası uşaqlarına təhsil verməyə çalışmışdır. 1909-cu ildə İvan Canayev Narsk kilsə məktəbini bitirmişdir, sonra Vladiqafkaz dini məktəbində oxuyur. 1913-cü ildə Ardon İlahiyyat Seminariyasına daxil olur. Cənubi Osetiya Respublikasında hələ də osetin dilində nəşr olunan "Fidiuaq" əlyazma şəkilli jurnalının nəşrində iştirak etmişdir. Bu jurnaldakı kəskin publisistik məqalələrinin altına Niger adı ilə imza atır. Bu təxəllüsü o ömürlük onunla daşınır. 1917-ci ildə Saratov Universitetinin Tarix və Filologiya fakültəsinə daxil olur. Bir il oxuduqdan sonra 1918-ci ilin yayında evə, Şincicara tətilə gəlir. Bu ərəfədə Rusiyada Vətəndaş müharibəsi başlayır.