Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balıqçılıq
Balıqçılıq — su hövzələrində balıqların, digər su heyvanları və bitkilərinin artırılması, bərpası, yetişdirilməsi, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönəldilmiş bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi. == Balıqçılıq təsərrüfatı == Balıqçılıq təsərrüfatı ən qədim təsərrüfat sahələrindən biridir. İlkin olaraq balıqçılıq təsərrüfatı isti iqlimə malik ölkələrdə yaranmışdır. Məsələn, Meksika (6,5min il e.ə.), Çin (3,5 min il e.ə.), Misir (2,5 min il e.ə.), Hindistan (2000-ci il e.ə.). 3750 il bundan əvvəl Çində balıqların çoxaldılması üçün nohurlar yaradılmışdı. Eramızdan əvvəl 1020-ci ildə balıqların xüsusi əhəmiyyət kəsb edən bəzi növləri satış məqsədilə böyük miqyasda yetişdirilirdi. Çinli Fan Li e.ə. 599-cu ildə yazdığı balıqyetişdirilməsi haqqında məlumat bu sahə barəsində dövrümüzə gəlib çatmış ilk əlyazmadır. Balıqyetişdirmə balıq körpələrinin süni göl və nohurlarda əmtəə məqsədilə satış çəkisinə qədər intensiv yetişdirilçməsi və bəslənməsi olub akvakulturanın əsas hissəsini təşkil edir. Akvakultura latıncadan tərcümədə "aqua" su və "cultura" yetişdirmək, becərmək sözlərindən ibarət olub su orqanizmlərinin (balıqların, xərçənglərin, molyuskaların, yosunların) təbii və süni sututarlarda, həmçinin xüsusi yaradılmış dəniz plantasiyalarında yetişdirilməsi və çoxaldılmasıdır.
Dalğıclıq
Dayvinq və ya dalğıclıq — xüsusi avadanlıqlarla uzun müddət su altında qalma üzrə idman növü. == Tarixi == İnsanlar qədimdən su altında uzun müddətlər qalmağa çalışmışlar. E.ə. 500 illərinə aid şəkillərdə heyvan dərilərindən hazırlanmış tuluqdakı havanı tənəffüs edərək su altında olan Qədim Yunan dalğıclar təsvir edilmişdir. Xüsusilə, batan gəmilərdəki yüklərin çıxardılması ehtiyacı insanları daha dərinə enmək və orada daha uzun müddət qala bilmək üçün yeni icadlar etməyə məcbur etmişdir. Bu zaman su altında qalanlar xüsusi zənglərdən istifadə etməyə başlamışlar. Jül Vernnin "20 000 lye su altında" kitabında su altə aparatlardan bəhs edilir. Ancaq dalğıclıqda ən böyük inqilab 1943-də Fransız ixtiraçı Kapitan Kustonun (Jak-İv Kusto) inkişaf etdirdiyi requlyator sayəsində olmuşdur. Kustonun "su ciyəri" adını verdiyi aparat yüksək təzyiqli bir balon və tək pilləli requlyatordan ibarət idi. O insanın su səthindəki havaya heç bir ehtiyacı olmadan su dərinliyinə enib uzun müddətlər orada qala bilməsinə imkan vermişdir.
Xalqçılıq
Xalqçılıq — narodnik və populizmin təsiri ilə dünyagörüşündən çıxan düşüncədir. İnsanlara görə müxtəlif yollarla müəyyən edilmişdir. Atatürkün populizmi ilə oxşardır.
Azərbaycanda balıqçılıq
Azərbaycanda balıqçılıq — Azərbaycan Respublikasında su obyektlərində balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemini əhatə edən kənd təsərrüfatı sahəsi. == Tarixi == Azərbaycanda 1913-cü ildə 13 milyon puda yaxın balıq və balıq məhsulları, 40 min puddan çox qara kürü hasil edilmişdir. == Qanunvericilik bazası == 27 mart 1998-ci il tarixində "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Balıqçılıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Alıcılıq qabiliyyəti
Alıcılıq qabiliyyəti (ing. purchasing power, rus. покупательная способность) valyutanın bir ədədinə alına bilən malların/xidmətlərin sayı. Misal üçün, əgər siz cibinizdə bir dollar ilə 1950-ci ildə mağazaya getsəydiniz, daha çox ala bilərdiniz, nəinki bu gün. Deməli, 1950-ci ildə bir dolların alıcılıq qabiliyyəti daha yüksək idi. Valyuta geniş mənada həm əmtəə pulu (qızıl, gümüş) həm də fiat pulu (ABŞ dolları) ola bilər. Adam Smit qeyd etdiyi kimi, pula sahib olmaq başqaların əməyini idarə etmək deməkdir. Ona görə də alıcılıq qabiliyyəti bir tərəfdən öz əməyi pula satmaq istəyən digər insanların üzərində hakimiyyət deməkdir. Əgər gəlir dəyişməz qalırsa, amma qiymətlər qalxır, onda b gəlirin alıcılıq qabiliyyəti düşür. İnflasiya baş verəndə birin pul gəlirin alıcılıq qabiliyyəti düşməyə də bilər, əgər qiymət dərəcəsindən daha tez artıra bilər.
Alıcılıq qabiliyyəti pariteti
Alıcılıq qabiliyyəti pariteti (AQP) — valyuta məzənnələrini müəyyənləşdirən nəzəriyyə. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin cari kursla hesablanan digər ölkədəki qiymətinə müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır. İnflyasiyanın müxtəlif templəri valyuta məzənnələrinin iki cür dəyişməsinə səbəb olur. Birinci hal ixrac və idxal qiymətləri nisbətinin dəyişdirilməsi nəticəsində meydana çıxan effektə aiddir. Bir ölkədə buraxılan nemətin qiyməti başqa bir ölkədə buraxılan həmin nemətin qiyməti ilə müqayisədə qalxdıqda, həmin nemətin alıcıları bir neməti başqası ilə əvəz etməyə cəhd göstərir, bu isə valyutaya olan tələbi azaldır. İnflyasiya templəri fərqlərinə cavab olaraq valyuta məzənnələrinin dəyişilməsini meydana çıxaran ikinci hal valyuta məzənnələrinin gözlənilən dəyişilməsinə yönələn möhtəkirliklə bağlıdır. Belə ki, bir ölkədə qiymət digər ölkədəki qiymətlərlə müqayisədə qalxdıqda, xarici valyuta portfeli saxlayanlar və möhtəkirlər valyutaların qiymətinin enəcəyini, yəni onun alıcılıq qabiliyyətinin düşəcəyini gözləyərək onlardan xilas olmağa çalışır və bununla da həmin valyutanın devalvasiyasına səbəb olurlar. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi inflyasiyanın fərqli templərinin valyuta məzənnələrində bir-birini əvəzləyən dəyişilmələrə səbəb olacağını qabaqcadan göstərir. Valyuta məzənnələrində baş verən dəyişikliklərin öz-özlüyündə müxtəlif inflyasiya templərini yaratmaması halı da mümkündür. Belə ki, tələb qiymətə görə elastik deyildirsə, bu halda valyuta məzənnəsinin devalvasiyası daxili inflyasiyanın artmasına gətirib çıxara bilər.
Balıqçılıq sənayesi (film, 1928)
Balıqçılıq sənayesi qısametrajlı sənədli filmi 1928-ci ildə Azdövlətkinoda istehsal edilmişdir. Kinolent Azərbaycanda balıqçılıq vətəgələrinin və balıq kombinatlarının inkişaf etdirilməsindən söhbət açır. == Məzmun == Kinolent Azərbaycanda balıqçılıq vətəgələrinin və balıq kombinatlarının inkişaf etdirilməsindən söhbət açır.
Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi
Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар балыгчылыг тәсәррүфаты ишчиси) — Azərbaycan SSR-də balıqçılıq təsərrüfatı sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad dövlət və kolxoz balıqçılıq təsərrüfatlarının, əlaqədar elmi-tədqiqat idarələrinin və digər idarələrin bu sahədə azı 10 il işləmiş fəhlələrinə, kolxozçularına, mühəndis-texnik işçilərinə və digər mütəxəssislərə verilirdi. "Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar balıqçısı" fəxri adı ləğv olunmuşdur.