Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əmir Çalbaş
Əmir Çalbaş (Krım tatarcası: Emir Üsein Çalbaş, rusca: Эмир Усеин Чалбаш; 5 yanvar 1918 – 6 avqust 2005, Aluşta) — Krım tatarı olan döyüş təyyarəçisi, squadron komandanı, sınaq pilotu və Əhmədxan Sultanın dostu. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanlığına namizəd göstərilsə də, bu adı ala bilməmişdir. == Həyatının erkən dövrü == Krım tatarı olan kasıb ailədə 1918-ci ilin əvvəllərində anadan olmuşdur. Ailənin maddi vəziyyətinə görə erkən yaşlarından kənd təsərrüfatı sahəsində işləməyə başlamışdır. O, həyatının bu dövründə 6 kilometr uzaqlıqda olan Aluşta şəhərinə süd qutuları daşımaqla məşğul olmuşdur. O, 2 il davam etməli olan ibtidai məktəbini uğurla daha tez müddətə bitirmişdir. 4 il yerli məktəbdə təhsil aldıqdan sonra 7 il internat məktəbində təhsil almışdır. 1933-cü il aclığı zamanı o, qısa müddətlik məktəbdən ayılıb aşpaz kimi çalışsa da, müəlliminin danlağından sonra məktəbə geri dönmüşdür. Daha sonra o, Simferopoldakı nəqliyyat məktəbinə yollandı və daha sonra donanma gəmilərində elektrik kimi çalışdı. Orada o, məşhur test pilotu Vladimir Kokkinaki ilə tanış olmuşdur.
Çaldaş
Çaldaş (Gədəbəy)
Çaldaş (Gədəbəy)
Çaldaş — Azərbaycan Respublikasının Gədəbəy rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Çaldaş kəndi dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini Qazax r-nunun Birinci Şıxlı və İkinci Şıxlı kəndlərindən köçüb gəlmiş eyvazlılar nəslinin aşıqlı tirəsinə mənsub ailələr salmışlar. Kəndin ərazisində Böyükçal və Balaçal adlı iri boz daşlarla örtülü sahələr vardır. Kənd öz adını bu ərazinin adından almışdır. Oronim çal (boz rəng) və daş sözlərindən düzəlib, "boz dağlıq" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1233 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çaldaş (Oğuz)
Çaldaş (əvvəlki adı: Astraxanovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astraxanovka kəndi Çaldaş kəndi adlandırılmışdır. == Tarixi == Çaldaş kəndi Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 45 kilometr cənubda, Acınohur alçaq ön dağlığı bölgəsində, Müqəddəsdağın (764 m) şərq tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 380 metrdir. Kəndi 1849-cu ildə Rusiyadan Azərbaycana köçürülmüş rus-molokanlar salmışlar. Zaman keçdikcə özləri ilə bu adı buraya gətirmiş ruslar kənddən köçüb getmiş, ad qalmışdır. == Toponimikası == Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Həştərxan vilayətindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Həştərxan" şəhəri və vilayətinin rusca adı olan "Astraxan" (yer adı) və rusca yer adlarında istifadə olunan "-ovka" şəkilçisindən ibarət olub, "həştərxanlılar, həştərxanlıların yaşadığı yer" mənasındadır.
Çaldaş bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çaldaş dağı
Çaldaş dağı - Oğuz və Qəbələ rayonları ərazisində dağ. Baş Qafqaz silsiləsindən ayrilan qolun zirvəsidir. Hündürlüyü 3447 metrdir. Oronim çal (boz rəng) və daş (dağ, qaya) sözlərindən düzəlib, "boz qaya" mənasındadır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild. Bakı,2007. səh.129.
Çaldaş məbədi
[mənbə göstərin]Çaldaş məbədi - Abidə Gədəbəy rayonunun Çaldaş kəndində şəxsi həyətyanı sahədə yerləşir və Qafqaz Albaniyasının maddi irsinə aiddir. IX-XI əsrlərə aid olduğu güman edilən bu alban məbədinin dam örtüyü tamamilə dağılıb. Məbədin 1-1,5 metr hündürlüyündə divarları, altar hissəsi bu günəcən qalıb. Qədim alban mədəniyyətinin nümunəsi olan bu məbəd hazırda memarlar və alimlər tərəfindən öyrənilir. Amma bu Gədəbəydə aşkar olunan yeganə alban məbədi deyil.
Balbas qoyunu
Balbas qoyunu — Azərbaycan ərazisində, əsasən Naxçıvanda geniş yayılan ən iri qoyun növü. == Ümumi məlumat == Naxçıvanda geniş yayılan balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas qoynu da mazıx qoyunu kimi, qonşu ərazilərdə, daha doğrusu, Ermənistan, Türkiyə və İranda da məlumdur. Balbas qoyunları boyca hündür, caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını daha da artırır. Balbas qoyunları buynuzsuz, yunu keyfiyyətli və südü yağlı olur. Qoyunların çəkisi 50 kq-a qədər, qoçlarınkı isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq-a qədər olan bu qoyunların yunu da çox, daha doğrusu, 3-4 kq-a qədər olur. Balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilir.
Charlie Callas
Çarli Kallas — ABŞ aktyoru, komediyaçı.
Balbal
Balballar - Orta Asiya türklərində, şamanizm dininin etibarlılığını geniş şəkildə qoruduğu dövrdə, ölən döyüşçülərin kurgan deyilən məzarlarının ətrafına tikilmiş, döyüşçünün öldürdüyü düşmənləri işarələyən, ümumiyyətlə bir daş parçasının üzərinə yonulmuş bir əlində qılınc, fiqurlarından ibarət olan heykəllərə verilən ad. Bu daşların sayının çoxluğu ölən adamın sağ ikən; gücünün, cəsarətinin, qəhrəmanlığının da simvoludur. Köhnə Türklərdə adamın xatırlanması üçün məzarının və ya bəzi kurganların ətrafına tikilən daş. Balballar Göy türk soylularının həyatdaykən öldürdükləri düşmənlərini işarələyirdi. Məsələn, Orxon çayı sahilindəki Kültigin abidəsində aparılan qazıntılar zamanı məzarın ətrafında yüzlərlə balbal tapılmışdı. İnanışa görə, Göytürk döyüşçüsünün öldürdüyü düşmənləri, o biri dünyada onun xidmətində olacaq.
Balqaş
Balqaş (qaz. Балқаш) — Qazaxıstanın Karaqanda vilayətində yerləşən şəhər. Balxaş gölünün şimal sahilində, Qazaxıstan alçaq təpəliyinin cənubunda yerləşir. 1937-ci ildə əsası qoyulan Balqaş şəhəri ölkənin əsas misəritmə və mədən sənayesi mərkəzi olaraq fəaliyyət göstərmişdir. Şəhər ölkənin Çinlə dövlət sərhədindən təqribən 500 km qərbdə yerləşir.
Balxaş
Balxaş gölü (köhnə Türkcə: Terinğ köl; qaz. Balqaş Köli) Cənub-şərq Asiyada Balxaş-Alakul çökəkliyində yerləşən göl. Cəmi su hövzəsi 413,000 km²dir. Qazaxıstan sərhədləri içərisində olan, maksimum uzunluq 605 km, maksimum genişlik isə şərqdə 74 km, qərbdə 19 kmdir. Sahə 16.996 km²dir. Ən dərin nöqtəsi 25,6 metr ikən ortalama dərinlik 5,8 metrdir. Cəmi sahillərinin uzunluğu 2.385 kmdir. Dənizdən yüksəkliyi 341,4 metrdir. Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enli, sahilləri çox parçalanmışdır.
Kelbaş
Kelbaş Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. == Toponimkası == Kelbaş- Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. Ərəbcə kela - "məbəd" və azərbaycanca baş "zirvə" sözlərindən ibarətdir. Azərbaycanda Kələki (Ordubad rayonu), Kellahi (Quba rayonunun Zıxır kəndində qala adı, "Əxilər kelyəsi" deməkdir) və Şamaxı rayonunda Gələşıxi ("Şeyxlərin kelyəsi" mənasında), Şamaxı rayonunda Kelaxana və b. toponimlərlə eynidir.
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qaxbaş
Qaxbaş — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 1376 təsərrüfatda hər iki cinsdən toplam 3085 nəfər əhali yaşayır.Həmçinin kəndin bir hissəsində gürcülər də yaşayır. == Toponimikası == Qaxbaş oyk., miir. Qax r-nunun Qaxingi- loy i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bu oykonim Qax (oyk.) və baş (yuxan, üst tərəf) sözlərinin birləşməsindən əmələ gəlmişdir. “Qax şəhərinin yuxarısında, üstündə yerləşən yaşayış məskəni” mənasım bildirir.
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Çalbair
Çalbair — Laçın rayonu ərazisində dağ silsiləsi. Şəlvə və Piçəniz çayları arasındadır. Çalvair variantında da qeydə alınmışdır. Oronim çal (boz rəng) və qədim bayır/bair (türk dillərində "dağ döşü, yamac, təpə") sözlərindən düzəlib, "boz rəngli dağ yamacı" mənasındadır.
Çardaş
Çardaş (mac. csárdás - aşxana, meyxana) — macar xalq rəqsi. == Tarixçə == 1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir. == Özəllikləri == Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Ağbaş
Ağbaş (Şabran)
Balba
Balba — Qarabağ mətbəxinə aiddir. Laçın rayonunda məşhurdur. Müxtəlif göyərtilərdən və düyüdən ibarət şorbadır. Qatıqla da yeyilir, bu zaman dovğa ilə çox bənzəyir. Ağciyər, bronxial xəstəliklərin müalicəsində dəstəkçi kimi qəbul edilə bilər. == Tərifi == Soğan yağda qızardılır, üzərinə ət suyu əlavə edilir . Qaynara düşəndə 1 stəkan yumru düyü əlavə edilir. Düyü bişənə yaxın kəvər, şüyüd, cəfəri, dağ keşnişi, nanə doğranır, ət suyuna tökülür. Balba hazır olanda içərisinə zoğal axtası,istiot,duz tökülür.Yazda alça da tökmək olar.
Qalba
Qalba (24 dekabr e.ə. 3 – 15 yanvar 69, Roma, Latsio, Qədim Roma) — Roma imperatoru. == Həyatı == Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi.
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. == İlkin həyatı == Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çalbi
Çalbi (ing. Chalbi) — gilli şoranlıqlardan ibarət olan səhra. Səhra Keniyanln şimalında, Turkana gölünün şərqində qərarlaşır. Qabbra dilində səhranın mənası «Çılpaq və duzlu» mənasını verir. Bu ərazi Keniyanın ən quru və isti regionudur. Səhra qədim gölün yerində əmələ gəlmişdir. Səhrada insanlar ilğım müşahidə edilir.
Çalma
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Cabbar
Cabbar — Azərbaycanlı kişi adı.
Calğan
Aşağı Calğan
Canbar
Canbar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Canbar kəndi dağ ətəyində yerləşir. Cambar variantında da qeydə alınmışdır. Oykonimi çənbər (dairə) sözü ilə əlaqələndirirlər. Eyni zamanda Candar kimi də yozulur. Candar orta əsrlərdə şərqdə, o cümlədən Azərbaycanda uzun müddət saray vəzifələrindən biri olmuş, "keşikçi, mühafizəçi, cangüdən" mənasında işlənmişdir. Saraydakı xidmətlərinə görə candarlara verilən pay torpaqları onların vəzifə adları ilə də adlandırılmışdır.
Canbaz
Canbaz — Goranboy rayonu ərazisində dağ. Kürək və Buzluq çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1896 m. Farsca canbaz "oyunbaz, kəndirbaz; at minicisi, at dəllalı" deməkdir.
Dallas
Dallas — Texas ştatında şəhər, Dallas Qraflığın mərkəzi. 1841-ci ildə salınmışdır. Ərazisi 997.1 km², 2006 il əhalisi 1,232,940. Dallas təkcə yüksək səviyyədə inkişaf etmiş sənayesi ilə tanınmır. Bura həm də böyük elm və mədəniyyət mərkəzidir. Şəhərin arxitekturası Amerikanın digər şəhərlərindəkindən elə də fərqlənmir. Məşhur memar Raytın layihəsi əsasında hazırlanan Dallas Teatr Mərkəzi, Moda Evi, Nyu-Yorkun, Los Ancelesin mədəniyyət mərkəzlərindən heç də geridə qalmır.
Hablas
Hablas (Piranşəhr)
Kaldas
Kaldas (isp. Caldas) — Kolumbiyanın 32 departamentindən biri, departamentin adı kolumbiyalı vətənpərvər Fransisko Xose de Kaldasın adına nəzərən adlandırılmışdır. İnzibati mərkəzi - Manisales şəhəridir.
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.