Çaldaş (əvvəlki adı: Astraxanovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astraxanovka kəndi Çaldaş kəndi adlandırılmışdır.[1]
Çaldaş | |
---|---|
40°47′08″ şm. e. 47°33′10″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVIII əsr |
Mərkəzin hündürlüyü | 383 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Çaldaş kəndi Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 45 kilometr cənubda, Acınohur alçaq ön dağlığı bölgəsində, Müqəddəsdağın (764 m) şərq tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 380 metrdir.
Kəndi 1849-cu ildə Rusiyadan Azərbaycana köçürülmüş rus-molokanlar salmışlar. Zaman keçdikcə özləri ilə bu adı buraya gətirmiş ruslar kənddən köçüb getmiş, ad qalmışdır.
Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Həştərxan vilayətindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Həştərxan" şəhəri və vilayətinin rusca adı olan "Astraxan" (yer adı) və rusca yer adlarında istifadə olunan "-ovka" şəkilçisindən ibarət olub, "həştərxanlılar, həştərxanlıların yaşadığı yer" mənasındadır.[2]
Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, 100 yerlik ATS, iaşə və ticarət obyektləri var. Kəndə rayon mərkəzindən Oğuz-Qarabulaq avtobusu ilə getmək olur.
Oğuz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |