1. dan. məh. Çəkinin düzgünlüyünü yoxlamaq üçün onu tərəzinin gah bu, gah da o biri gözündə çəkmək işi.
2. dan. nifr. Qeyri-qanuni, əyri yollarla əldə edilən qazanc, gəlir və s.
O, əldə etdiyi daşbaşı bir xəyanət etmədən … yüzbaşının qabağına sanayır.
Axı burada daşbaş var.
□ Daşbaş eləmək – qeyri-qanuni, əyri yollarla pul və s. əldə etmək.
İki kisə daşbaş eləyib satdırmaq və bostanın xeyrindən feyzyab olmaq iştahasında idi.