Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdullah Çatlı
Abdullah Çatlı (1 iyun 1956, Nevşəhər – 3 noyabr 1996, Susurluq, Balıkəsir ili) — gizli dövlət xəfiyyəsi və əks-partizan mənsubu. 1996-cı ildə Balıkəsir ilinin Susurluq məhəlləsi yaxınlarında tarixə Susurluq qəzası kimi keçən qəzada həlak olub. Qəza vaxtı Çatlının yanında, arxa sol tərəfində oturan Qönçə Us və maşını sürən təhlükəsizlik müdiri Hüseyn Qocadağ da ölmüşdür. Maşının içindəki dörd nəfərdən yalnız DYP (Doğru Yol Partiyası) millət vəkili Sədat Edip Bucaq sağ qalmışdır. 1977-ci ildə İdeal Təhsil və Mədəniyyət Ankara Başçılığına, 25 may 1978-ci ildə isə İdeal Gənclik Dərnəyi Ümumi Başçı Köməkçisi seçilmişdir. 11 iyul 1978-ci ildə Ankarada Hacəttəpə Universteti müəllimlərindən Dr. Bedrettin Cömərtin öldürülməsində fəal olaraq iştirak etdiyi ortaya çıxdı və Ankara 5. Sülh Cəza Məhkəməsi tərəfindən qiyabi olarağ həbs olunmasına qərar verildi. 23 avqust 1978-ci ildə Sakarya məhəlləsində tutularaq həbs edildi. Abdullah Çatlı 9 oktyabr 1978-ci ildə Ankara Bahçelievlər yaxınlığında 7 TİP (Türkiyə İşçi Partiyası)-lının öldürülməsi hadisəsinin planlayıcısı və baş günahkarı olarağ bilindi, lakin hadisədən 4 il 4ay keçdikdən sonra həbs olundu.
Tatlı
Kəndlər Tatlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Tatlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Çallı
Çallı (Zərdab) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı (Türkiyə) — Türkiyədə kənd. Yar Çallı — Tatarıstan Respublikasında yerləşən şəhər. Çallıbadyanlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Çaylı
Çaylı (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Bala Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Ağdərə) Nerkin Çaylı (Aşağı Çaylı) — Azərbaycanın ləğv olunmuş Ağdərə rayonunda kənd. Kənd ləğv edilmişdir.
Çatı
Çatı – tükdən (qıldan — əsasən keçi qılından) hörülmüş və ya toxunmuş qalın kəndir. Çatıdan heyvanları bağlamaq, şələ, səhəng götürmək üçün istifadə edilərdi. Heyvandarlıqda istifadə etmək üçün üç-dörd, şələ və səhəng götürmək üçün beş-yeddi tağdan toxunur. Çatı toxunduqdan sonra hər iki ucuna yundan toxunmuş rəngli qotazlar tikilir. Çatı əsasən keçi tükündən (qəzilindən) hazırlanır. Çünki yuna nisbətdə keçi tükü daha dözümlü olur. Çatının uzunluğu iki metrə qədər olur.
Bala Çaylı
Bala Çaylı (əvvəlki adı: Kommuna) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qazax rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi adlandırılmışdır. Gəncə-Qazax düzənliyindədir. Çaylı kəndin yaxınlığında yerləşir və Çaylı Kommuna da adlanır. == Tarixi == Çaylı Kommuna Qazax rayonunun Çaylı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kənd XIX əsrin 30-cu illərində Qıraq Kəsəmən və başqa kəndlərdən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Coğaz çayının sahilində yerləşən və Çaylı adlanan bu kəndin adına kollektivləşmə illərində rəmzi olaraq Kommuna (lat. "umumi" mənasında olan bu soz burada "icma" mənasında işlənmışdır) komponenti artırılmışdır. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1089 nəfər əhali yaşayır.
Birinci Çaylı
Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Çaylı kəndi Göylər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çaylı kənd Soveti yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Pirsaat çayı sahilində salındığına görə belə adlanmışdır. Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır. == Tarixi == Kənd Şirvanşahlar dövlətinin vaxtından mövcuddur. Ərazisi Şirvan xanlığının Xançoban mahalının tərkibində olub. Xançoban mahalında 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı. Mahalın naibi Məlik Umud idi.
Nerkin Çaylı
Aşağı Çaylı — Ağdərə rayonunun Yuxarı Çaylı inzibati ərazi vahidində kənd. Tərtər çayının sol sahilində yerləşən və əvvəllər Çaylı adlanan kəndin Aşağı hissəsidir. 1933-cu ildə Aşağı Çaylı kimi qeydə alınan bu kənd sonralar Nerkin (erm. "Aşağı") Çaylı adlandırılmışdı. 1992-ci ildən kəndin əvvəlki adı bərpa olunmuşdur. == Toponim == Aşağı Çaylı kəndi 1828-ci ildə İrandan köcürülmüş ermənilərin Qarabağda (Tərtər çayı sahilində) yerləşdirilməsindən yaranmış kənddir. Ermənicə Nerkin (aşağı) Çaylı adlanmışdır.
Qatlı ödotu
Qatlı ödotu (lat. Helichrysum plicatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü.
Tatlı (Ağstafa)
Tatlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ermənistanla sərhədə yaxın yerləşən Tatlı kəndinə Ermənistan silahlı qüvvələri bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 10 may 1991-ci ildə Ağstafa rayonunun Tatlı kəndində xidmət aparan hərbi naryad (31747 saylı hərbi hissə) Ermənistanın Şəmşəddin rayonunun Pravakar kəndi istiqamətindən erməni silahlı qüvvələri tərəfindən qumbaraatan və avtomat silahlardan atəşə tutulmuş, nəticədə mayor V.Saqaydak və 8 əsgər ağır yaralanmış, 2 ədəd “ZİL-131” markalı avtomaşın yanmışdır 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır 29 dekabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 2 əsgəri yaralanmışdır. 5 yanvar 1993-cü ildə Ermənistanın Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Böyük Qışlaq və Tatlı kəndləri “Qrad” qurğularından atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 3 əsgəri yaralanmışdır. 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır. == İqtisadiyyatı == Kəndin əsas iqtisadiyyatı kənd təsərrüfatı və das karxanalarıdır. Kənddə maldarlıq və əkincilik geniş yayılmışdır. Bununla yanaşı həmçinin kənddə olan tikinti daşı ehtiyatları əsasında daş karxanaları fəaliyyət gostərir.
Tatlı (Samux)
Tatlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi vaxtilə Cənubi Azərbaycandan gəl­miş ailələr tərəfindən salınmışdır. Tat komponentli toponimlər həmçinin Dağıstan və Gürcüstan ərazisində də mövcuddur: Tatlar kəndi, Tatavul kəndi (Dərbənd rayonu), Tatu- şağı (Kaspi rayonu). == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 1041 nəfərdir.
Tatlı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Verin Çaylı
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Yar Çallı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. == Etimologiyası == Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
Yuxarı Çaylı
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Çarlı (Həştrud)
Çarlı (fars. چرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 191 nəfər yaşayır (40 ailə).
Çaylı (Ağdərə)
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Çaylı (Biləsuvar)
Çaylı (əvvəlki adı: Fioletovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fioletovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kənd inzibati ərazi vahidi tərkibindəki Fioletovka kəndi Çaylı kəndi, Fioletovka kənd inzibati ərazi vahidi Çaylı kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kəndi XX əsrin əvvəllərində Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələri salmışlar. İnqilabçı İ.T.Fioletovun (1883-1918) şərəfinə Fioletovka adlandırılmış və memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Çaylı adlanır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. == Əhalisi == === Şəhidləri === Allahverdiyev Elnur Kamil oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Babayev Elməddin Cəfərqulu oğlu (1981-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çaylı (Göygöl)
Çaylı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Çaylı kənd inzibati ərazi dairəsi Çaylı kənd inzibati ərazi vahidi hesab edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Kənd XIX əsrdə yaradılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 896 nəfər əhali yaşayır.
Çaylı (Qazax)
Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Çaylı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Coğaz çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisi əvvəllər Qıraq Kəsəmən kəndinin qışlaq yeri olmuşdur. Sonralar bu kənddən çıxmış qızyetərli nəslinə mənsub ailələr Çaylı kəndinin bünövrəsini qoymuşlar. == Tarixi == Çaylı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi Coğaz çayının sahilində salındığına görə belə adlanmışdır. Qıraq Kəsəmən (Ağstafa rayonu) kəndindən çıxmış qızyetərli nəslindən olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisi əvvəllər qızyetərli nəslinin qışlaq yeri olmuşdur. Kənd Qazax rayonuda Daş Salahlıdan sonra ikinci böyük kənddir.
Çaylı (Tərtər)
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 2020-ci ilə qədər bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi. 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. 1992-ci ildən bu oykonim Çaylı kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Çaylı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çaylı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Çaylı (Şəmkir)
Çaylı — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şəmkir çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qazax rayonunun Çaylı kəndindən gəlmiş ailələr salmışlar. == Toponimikası == Şəmkir r-nunun Seyfəli i.ə.v.-də kənd. Şəmkir çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qazax r-nunun Çaylı kəndindən gəlmiş ailələr salmışlar; Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır. == Əhalisi == Kənd əhalisi 537 (2009) nəfərdir ki, onunda 256 nəfəri kişi, 281 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaylı bələdiyyəsi
Çaylı bələdiyyəsi (Qazax) — Qazax rayonunda bələdiyyə. Çaylı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Çaylı döyüşü
Çaylı toqquşması və ya Çaylı döyüşü — 18–19 iyun 2010-cu ildə Çaylı yaxınlığında Azərbaycan Silahlı Qüvvələri və Qarabağ separatçıları arasında baş verən toqquşma. == Toqquşma qabağı vəziyyət == 18 iyun 2010-cu ildə İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyevin iştirakçılığı ilə Rusiyada keçirilən üçtərəfli sülh danışıqları növbəti dəfə uğursuz bitdi. Sankt-Peterburq sülh danışıqlarından sonra İlham Əliyev Maliyyə forumunda iştirak etmədən Rusiyanı tərk edir. Toqquşmada Azərbaycan tərəfi erməni tərəfini, erməni tərəfi isə Azərbaycan tərəfini günahlandırır. == Döyüşdən sonraki vəziyyət == Döyüşdən sonra ATƏT-in Minsk Qrupu tərəfləri atəşkəsə və sakitləşməyə çağırır. ATƏT-in Minsk Qrupu sülh yolundan başqa münaqişənin həllini görmədiyini söyləyiblər. Eləcə də ATƏT bildiribki cəbhə xəttində monitorinqləri davam etdirəcək. İlham Əliyevin sərancamı ilə həlak olmuş Mübariz İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir.
Çaylı məhəlləsi
Çaylı məhəlləsi — Gəncəçayın sağ sahilində keçmiş Yerevanskaya naberejnaya və Uçiliş küçələrində, indiki N.Nərimanov prospektindəki 10 saylı məktəbin ətrafında və prospektin VI-VII-VIII-IX döngələrində və Ə.Cəmil küçəsində yerləşən məhəllə. == Haqqında == Çaylı camaatının Gəncəyə nə vaxt və haradan gəlməsi haqqında dəqiq məlumat azdır. Çaylının tarixi təxminən XVII-XVIII əsrlərdən başlayır. Kəndə köç XVII əsrin əvvəllərindən başlamışdır. Köç edənlərin əksəri indiki Ağstafa rayonunun Kəsəmən kəndindən olmuşdur. Bunun səbəbi Çar Rusiyasının öz xidmətlərinə görə bu torpaqları hərbiçilərindən birinə vermək idi. Kəndə əvvəlcə üç nəsil — bənnalar (Bənayevlər), qocalar (Qocayevlər), çarçılar (Çarçıyevlər) gəlmişlər. 1736-cı ildə Muğanda şah seçilən Nadir Gəncə bəylərbəyliyinin torpaqlarının bir qismini Kaxet çarı II Teymuraza verdi. Verilən elatlardan biri də Çaylı idi. Rus çarından aldığı hədiyyələrə və xoş vədlərə uyan II İrakli ölkəsində yaşayan müsəlmanlara ögey münasibət bəsləyirdi.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. == Ümumi məlumat == Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Cablı (Nəmin)
Cablı (fars. جابلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərinin şərqində, Ərdəbil-Astara avtomobil yolunun 8 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 263 nəfər yaşayır (55 ailə).
Canlı orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Canlı sədd
Canlı sədd (ing. Human shield) — düşməninin döyüş hədəflərinə hücumun qarşısını almaq üçün, döyüş hədəfləri daxilində və ya ətrafında qeyri-döyüşçülərin qəsdən yerləşdirilməsini izah edən hərbi və siyasi termin.
Carlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Uğurlar, Çarli!
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.
Çarli Byuken
Çarlz Mürrey Byuken (ing. Charles Murray Buchan, 22 sentyabr 1891, Plamsted, Londonun Qrinviç inzibati dairəsi, İngiltərə — 15 iyun 1960, Monte-Karlo, Monako), daha çox Çarli Byuken (ing. Charlie Buchan adı ilə məşhurdur) — ingilis futbolçu, mərkəz hücumçusu, "Sanderlend", "Arsenal" klublarının və İngiltərə milli futbol komandasının kapitanı, tanınmış idman jurnalisti və şərhçisi. "Sanderlend"in heyətində 1912/13 mövsümündə İngiltərə çempionu, Futbol liqası birinci divizionunun 1922/23 mövsümünün isə ən yaxşı bombardiri olub. Bu klubun tarixində ikinci ən yaxşı bombardir sayılır (221 qol). "Charles Buchan’s Football Monthly" jurnalının yaradıcısıdır. "Sanderlend" klubu ondan ötrü 1000 funt verəndə bu futbolçunun cəmi 18 yaşı vardı. "Sanderlend"də oynadığı üç ilin ərzində Buçan 65 qol vurmuşdur.