Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çevrilmə
Çevrilmə və ya Metamarfoz (alm. Die Verwandlung‎) — Frans Kafka tərəfindən 1915-ci ildə yazılmış novella. Onun yaradıcılığında mühüm yerlərdən birini tutan əsərdir. Bu əsərdə müəllif fantastik bir mövzuda çıxış edir. Hekayənin mövzusu əsasında eyni adlı film çəkilmişdir. Hekayənin baş qəhrəmanı,Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq, hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir. Qapının o tərəfində onun atası, anası və bacısı səhər qalxmağı xahiş etsələr də, o bu qeyri-adi vəziyyətdə ayağa dura bilmir.
Çevrilmə (roman)

Seneqambiya daş çevrələri
Seneqambiya daş çevrələri — Qambiyanın şimalından və mərkəzi Seneqala qədər uzanır. Ərazinin təxmini sahəsi 30.000 km²-dir və bəzən Vassu (Qambiya) və Sayn-Salum (Seneqal) hissələrinə bölünsə də, bu sadəcə bir milli bölgüdür. UNESCO-ya görə Seneqambiya daş çevrələri "dünyanın hər yerində görülən daş çevrələrin ən böyük konsentrasiyası"dır. "Bu ərazilər, Qambiyadakı Vassu və Kembatç, və Seneqaldakı Vanar və Sayn-Nqayen Qambiya çayı boyunca eni 100 km və uzunluğu 350 km olan ərazidə yayılmış 1000-dən çox daş çevrə və əlaqəli məzarların fövqəladə bir konsentrasiyasını təmsil edir." Seneqal və Qambiyada tapılan daş çevrələr və digər meqalitlər bəzən Seneqalda Sayn-Nqayen və Vanar, Qambiyada isə Vassu və Kembatç olamqla dörd böyük əraziyə bölünür. Tədqiqatçılar bu abidələrin nə vaxt inşa olunduğunu müəyyənləşdirməyiblər. Lakin ümumilikdə qəbul edilmiş müddət eramızdan əvvəl III əsrdən XVI əsrə qədər olan vaxt dilimidir. Arxeoloqlar meqalit dairələrinin ətrafında saxsı qablar, insan məzarları, bəzi qəbir əşyaları və həmçinin metallar tapdılar. Bunların kiçik bir kolleksiyasını müstəmləkə idarəçisi Ser Riçmond Palmer tərəfindən hədiyyə edilən Britaniya muzeyi kolleksiyasında tapa bilərsiniz. Bunlara bir dəmir bilərzik və iki nizə daxildir. Bu dörd əsas sahədə təxminən 29000 daş, 17000 abidə və 2000 fərdi yer var.
Tam çevrilmə ilə inkişaf edən cücülər
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Çəpərləmə
Çəpərləmə (ing. enclosure, inclosure) — Avropada kapitalizmin ilkin inkişaf mərhələsində kəndli icmasına daxil olan torpaqların zorla ləğvi. İngiltərədə torpaq sahibləri icmanın istifadə etmədiyi torpaqları qoyun otarmaq üçün çəpərlədilər. Torpaq sahibləri kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər. Kəndlilərin torpaqlarından zorakılıqla qovulması çəpərləmə adlanır. Qovulmuş kəndlilər öz əmlakmı, yəni əmək alətini, evini və torpağını itirirdi. Tomas Morun «Qoyunlar adamları yeyir» ifadəsi bu dövrdə yaranmışdı. XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi. İngiltərədə zadəganlar iki qrupa bölünürdü.