Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çimkənd
Çimkənd (Şımkent / Шымкент) — Türkistan vilayətinin inzibati mərkəzi, əhalisinə görə Qazaxıstanın üçüncü şəhəri, ölkənin ən iri sənaye, ticarət və mədəni mərkəzlərindən biri. Çimkənd şəhərinin adı iki hissədən ibarətdir: çim (otlağın üst qatı) və kənd (yaşayış məntəqəsi). Müasir Çimkənd ərazisində məskənlər artıq XI–XII əsrlərin kəsişməsindən mövcuddur. Bununla belə, mütəxəsislərin fikrincə, V-VI-ci əsrlərə aid arxeoloji qazıntılar əsasında, onun daha erkən yaranması barədə ehtimal var. İlk dəfə Çimkənd barədə Şərəfəddin Əli Yəzdi (1425), Teymurun hərbi uğurlarını təsvir edən, özünün "Zəfərnaməsi"ndə qeyd edir. XIII əsrin əvvəlində Mavəraünnəhrdəki Sayram oazisi tərəfdən Çingiz Xanın orduları daxil oldu, bundan sonra şəhər çingizlilərin irsi oldu. XIV Ağ Orda və Altun Ordaya qarşı uğurlu əməliyatlarının nəticəsində Teymur onu öz dövlətinə daxil etdi. XVI əsrin əvvəlində Çimkənd Qazax xanlığının tərkibinə daxil oldu, sonra isə XVII–XVIII əsrlər ərzində cunqarların işğal obyektinə çevrildi. Aramsız müharibələrə və dağıntılara baxmayaraq, Sayram oazisi yüksək inkişaflı əkinçilik, bağçılıq və sənətkarlıq məntəqəsi olaraq qalırdı. XVIII əsrin sonunda və XIX əsrin birinci yarısında Çimkənd uğrunda Kokand və Buxara xanlıqları mübarizə aparırdılar.
Çubənd
Çubənd—Qaradağ vilayətinin Əhər mahalında yerləşən kənd. Hazırda Əhər şəhristanına bağlıdır. Çubənd kəndi Qaradağın qədim kəndlərindəndir. Bu kənd tarixin bir çox olaylarına tanıqlıq edib. Cəfər xan Çubəndi Nasir Dövran-şair. Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998, 192 səh.
İsfənd
İsfənd (fars. اسفند‎) — İran və Əfqanıstanın rəsmi təqviminin on ikinci ayı. İsfənd ayında 29 gün (uzun ildə 30 gün) var. Bu ay fevral ayında başlayıb mart ayında sona çatır. İsfənd qışın üçüncü ayıdır.
Ordabası Çimkənd FK
Ordabası – Qazaxıstanın Çimkənd şəhərinin futbol klubu.
Daşbənd (Bukan)
Daşbənd (fars. داش‌بند‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.801 nəfər yaşayır (353 ailə).
Cübənd (Əhər)
Cübənd (fars. جوبند‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (48 ailə).
Mişənd (Astara, İran)
Mişənd (fars. مشند‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 624 nəfər yaşayır (117 ailə).