Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gitar
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Sitar
Sitar — hind klassik musiqisini ifa etmək üçün istifadə olunan çoxsimli musiqi aləti. Simli-mizrablı çalğı alətləri qrupuna daxildir. == Quruluşu == Sitarın əsas 7 simi var (5 melodik və 2 burdon). Bundan əlavə , sitarda hələ 9-13 rezonans edən simlər də var ki , onların ümumi adı "tərəf" , yəni orkestrdir.Həmin simlər əsas simlərin səsinə rezonansla cavab verməklə sitarı digər alətlərdən fərqləndirən həmin unikal səslənməni yaradır. Simlərdən səsləri ifaçının adsız barmağına taxılan mizrabla çıxarırlar. Sitarın iki balqabaq çanaqlı rezonatoru var : içi boş gövdəli qrifin aşağısı və yuxarısında.Alətin dekası palisandr və fil sümüyü ilə bəzədilir.Metal pərdələr qövsvaridir.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. == Yayılması və ekologiyası == Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Çitab
Çitab — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Kəbgiyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,561 nəfər və 328 ailədən ibarət idi.Əhalisi Boyer-Əhməd elinin Çitab oymağındandır.
Çita
Çita (rus. Чита) — Rusiya Federasiyasında şəhər, Zabaykal diyarının inzibati mərkəzi.
Ağcayınyarpaq çinar
== Təbii yayılması: == Avropa, Balkan yarımadası, Kiçik Asiyada, həmçinin Şimali Afrikada təbii halda bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-40 m-ə çatan düzgövdəli, geniş çətirli, aşağı budaqları sallanan ağacdır. Gövdəsinin qabığı açıq-yaşıl, iri lövhələr şəklində qopur. Yarpaqların uzunluğu 18-20 sm, eni 15-18 sm-ə qədər olub, beşdilimlidir. Dilimləri enli üçbucaqşəkilli, 1-3 qısa, iti dişli və ya tamkənarlıdır. Saplaqların uzunluğu 3-10 sm-ə çatır. Meyvələri diametri 3 sm-ə qədər olan, meyvə saplağında cüt-cüt yerləşmiş, qılçıqlı başcıqlardır. Toxumları tüklə örtülü, lakin təpə hissəsi konusşəkilli, çılpaqdır. Aprel - may aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir. == Ekologiyası: == Rütubətsevən, işığa həssas bitkidir.
Pazşəkilli çinar
== Təbii yayılması: == Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir. == Botaniki təsviri: == Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur. == Ekologiyası: == Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır. == Azərbaycanda yayılması: == Bir çox rayonlarda mədəni şəraitdə becərilir. == İstifadəsi: == Dekorativ bağçılıqda geniş istifadə olunur.
Səlahəddin Bitar
Salahəddin Bitar (ərəb. صلاح الدين البيطار‎; 5 may 1912, Dəməşq – 21 iyul 1980[…], VIII arondisman (Paris)) — Suriya siyasətçisi. O, 1940-cı illərin əvvəllərində Mişel Əfləq ilə Ərəb Bəəs Partiyasını qurmuşdur. Onlar 1930-cu illərin əvvəllərində Parisdə təhsil alan tələbələr olaraq, milliyətçilik və sosializm aspektlərini birləşdirən bir doktrina formalaşdırmışdılar. Bitar daha sonra Suriyada bir neçə erkən Bəəs hökumətində baş nazir vəzifəsində çalışmış, lakin partiya daha radikallaşdıqca oradan uzaqlaşmışdır. O, 1966-cı ildə ölkədən qaçmış, daha çox Avropada yaşayıb və 1980-ci ildə sui-qəsdə uğrayana qədər siyasi fəaliyyətini davam etdirmişdir. == Əsərləri == Onun yazılarına aşağıdakılar daxildir: Al-Siyasah al-Arabiyah bayn al-Mabda wa al-Tatbiq (Prinsip və təcrübədə ərəb siyasəti). Beirut: Dar al-Taliah, 1960. Nida al-Ba'th (Bəəs mübarizəsi). Beirut: Dar al-Taliah, 1963–1965.
Çinar (Cəlilabad)
Çinar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Oykonim çinar ağacının adı ilə bağlıdır. Kəndin ərazisində çinar ağaclarının zəngin olduğunu bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 505 nəfər əhali yaşayır.
Çinar (Dərbənd)
Çinar — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Rəvayətə görə, Nadir şahın Çinar ərazisi yaxınlığında işğalı zamanı farslarla dağıstanlılar arasında sonuncu döyüş baş verir. Burada farslar son dəfə məğlubiyyətə uğradılır. Bu hadisələrin episentrində yerləşən çuxura “Kannudərə” (Sadovaya küçəsinin yerləşdiyi yer) adı verilib, yəni “qanlı dərə”. Rəvayətə görə, adından da göründüyü kimi, qanla dolu idi. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == Kəndin əhalisinin çox hissəsi azərbaycanlılardan ibarətdir. === Tanınmışları === Rüstəm Muradov — rusiyalı hərbi xadim. == İqtisadiyyatı == == İstinadlar == == Xarici keçidlər == Дербентский район на сайте Президента Республики Дагестан Топографические карты K-39-XIII — 1 : 200 000 Топографические карты K-39-61 — 1 : 100 000 В ЧИНАРЕ ШЕЛЕСТЯТ ЧИНАРЫ Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine НА ПОРОГЕ К ТАБАСАРАНУ Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine Чинарская средняя школа № 1 — Чинар — Республика Дагестан Чинарская средняя школа № 2 — Чинар — Республика Дагестан Администрация Дербентского района СШ № 1 с. Чинар (Дербентский район) " любимая школа Магомедсалам Магомедов: «Для эффективности сельского хозяйства в Дагестане будут созданы агрохолдинги» Arxivləşdirilib 2010-07-27 at the Wayback Machine Сегодня президент Дагестана Магомедсалам Магомедов посетил Дербентский район Московско-дагестанская медицинская ассоциация Arxivləşdirilib 2017-06-04 at the Wayback Machine Президент РД вручил Государственные награды Учреждения дополнительного образования (ШВСМ, СДЮШОР, ДЮСШ и др.) Жители Чинара Дербентского района Дагестана отметили 50-летие со дня основания села Почтовые индексы и коды ОКАТО — Чинар село Дербентский район … Arxivləşdirilib 2014-10-09 at the Wayback Machine Численность населения России, федеральных округов, субъектов Российской Федерации, районов, городских поселений, сельских населенных пунктов — райцентров и сельских населенных пунктов с населением 3 тысячи и более человекArxivləşdirilib 2011-09-17 at the Wayback Machine Народная энциклопедия «Мой город». Республика Дагестан.
Çinar (Germi)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 186 nəfər yaşayır (39 ailə).
Çinar (Miyanə)
Çinar (fars. چنار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (19 ailə).
Çinar (Tarım)
Çinar (az-əbcəd. چینار‎, fars. چنار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə yaşayış yoxdur.
Çinar (Xalxal)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (18 ailə).
Çinar (dəqiqləşdirmə)
Çinar — ağac. Çinar (kafe) — Bakı şəhərində kafe. "Çinar" rəqs ansamblı — qızlardan ibarət xalq rəqs ansamblı. Kəndlər Çinar (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Çinar (Dərbənd) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunun inzibati ərazi vahidində kənd. Çinar (Əcəbşir) — İranda kənd.
Çinar (kafe)
"Çinar" kafesi — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kafe. Kafe Azneft meydanında yerləşirdi. 2010-cu ildə kafenin binası sökülərək, kafenin yerində Paşa Holding-ə məxsus "Chinar" adlı restoran tikilib.
Çinar (Əcəbşir)
Çinar (fars. چنار‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,173 nəfər yaşayır (279 ailə).
Çinar hadisəsi
Çinar hadisəsi vəya Vaqeyi Vəqvəqiyyə — 19. Osmanlı sultanı IV Mehmed dövründə İstanbulda yeniçəri və sipahilər tərəfindən başlanan üsyan. == Üsyan öncəsi == XVII əsrin əvvəllərindən etibarən Osmanlı İmperiyası idarəçilik nöqteyi nəzərindən olduqca qarışıq illər yaşayırdı. Bu vəziyyət xüsusilə IV Murad səltənətindən sonra özünü büruzə verdi. Uşaq yaşlarında taxta çıxan IV Mehmedin dövlət idarəsini əlinə ala bilməməsi səbəbilə sarayda validə sultanlar və saray xadimləri nüfuz qazanmışdı. Dövlət xadimləri arasında başlayan rəqabət qızışmış, bu vəziyyət sarayda gərgin bir hal almışdı. Bu səbəblə Venesiya ilə gedən dəniz döyüşlərində qələbə qazanılmamış, hətta İstanbul boğazı mühasirəyə alınmışdı. Bundan başqa imperiyanın maliyyə vəziyyəti də olduqca pis idi. Ülufələri vaxtında ödəyə bilməyən dövlət xəzinəsi əsgərə əyarı aşağı salınmış sikkələr paylayır, bu isə dövlətlə ordu və əhali arasında vəziyyəti daha da gərginləşdirmişdi. == Üsyan gedişatı == O illərdə xəzinədar kəndxudası olan Manoğlu Mir Hüseyn bəyin qeydlərinə görə, Krit səfərindən qayıdan və 2 ildən çoxdur maaş ala bilməyən bəzi yeniçərilər bəzi dövlət adamlarının da təhriki ilə Ağaqapısına şikayət etdilər.
Çitra (balet)
"Çitra" — Niyazinin hind yazıçısı Rabindranat Taqorun eyniadlı poeması əsasında 1961-ci yazdığı ikipərdəli balet. Xoreoqrafı və librettisti Nataliya Danilova idi. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Balet 1972ci ildə ikinci, 1975-ci ildə isə üçüncü redaksiyadan keçir.
Çinar FK
Çinar FK və ya rəsmi adı ilə Çinar Futbol Klubu. Azərbaycanın Zəngilan rayonunu təmsil edən futbol klubudur. Klub 2022/2023-cü il futbol mövsümündə Azərbaycan Region Liqasının gümüş medalını əldə etmişdir.
Conni Gitar
Conni Gitar (İngilis dilindəki orijinal adı: Johnny Guitar) — 1954-cü ildə çəkilmiş Hollivud filmidir. Film ilk dəfə Türkiyədə 20 noyabr 1956-cı ildə orijinal adı ilə nümayiş etdirilmişdir. Növbəti il, yəni ​​1957-ci il mayın 29-da bu dəfə "Dişi Qartal" adı altında yenidən nümayiş etdirilmişdir. Roy Çanslorun eyniadlı romanı əsasında Filip Yordanın hazırlamış olduğu ssenarini Nikolas Rey lentə almışdır. 1950-ci illərdə məşhur bir vesternə çevrilmişdir. Baş rollarda Coan Crawford, Sterling Hayden, Mercedes McCambridge, Scott Brady oynamışdırlar. Film üçün yazılmış və film ilə eyni adı daşıyan mahnısı da filmin özü qədər populyarlaşmışdır. Peggy Lee tərəfindən yazılmış və bəstəkarı Viktor Yanq olan "Johnny Guitar" mahnısı filmdə sanki Coan Krouford tərəfindən ifa edilirmiş kimi göstərilsə də, əslində mahnı Peggy Lee tərəfindən ifa edilmişdir. "Johnny Guitar" 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli" filmlərdən biri olaraq seçilmiş və ABŞ Milli Film Reyestrində saxlanmasına qərar verilmişdir.
Çinar ağacı
Çinar ağacı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinə daxil olan Şıx Dursun kəndində yerləşən çinar. 2500 ilə qədər yaşı olduğu təxmin edilən və dünyanın ən yaşlı ağaclarından biri sayılan ağac, kənddəki "Çinar müqəddəs yer" abidə kompleksi ərazisindədir. Çinarın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.
Çita (hepard)
Çita Vilayəti
Çita vilayəti — Rusiya Federasiyasının keçmiş subyektlərindən biri. Hazırda Zabaykalsk vilayətinin tərkibinə daxildir.
İTAR-TASS
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Catar (Urmiya)
Catar (fars. جتر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 323 nəfər yaşayır (58 ailə).
Axtar məni (kitab)
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.
Catağ (Bicar)
Catağ (fars. چتاق‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 282 nəfər yaşayır (55 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.