Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çoxdamarlı öküzboğan
Çoxdamarlı öküzboğan (lat. Bupleurum multinerve) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü. Çoxillik, sadə və ya budaqlanan olub, gövdəsinin hündürlüyü 70-100 sm olançoxillik ot bitkisidir. Yarpaqları dar, ensiz, neştərvari və ya xətti, aşağı hissəsi saplaqlı, yuxarı hissəsi isə oturaq və həcmlidir. Çiçəkləri mürəkkəb çətir, sarı, sarğı yarpaqları iri olmaqla, enli neştərşəkillidir. Meyvələri tünd-qəhvəyi, sallaq meyvəli, iki merikarpdan ibarət olub, uzunluğu 3-4 mm-dir. İyun-iyul aylarında çiçəkləyir və avqustda isə meyvələri yetişir. Özünəməxsus iyli olub, dadı müəyyən olunmamışdır. Bozqırlı çəmənliklərdə, açıq yerlərdə, daşlı yamaclarda, meşə kənarında, enliyarpaqlı və küknar meşələrində, müxtəlifotluq və yüksəkdağlıq bozqırlarda, yüksəkdağlıq alp çəmənliklərində və dağ-tundra ərazilərində yaşayır. Sənaye əhəmiyyətinə görə Altay, Tuva və Xakassi ərazilərində daha çoxdur.