Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vaqif Bayatlı Önər
Cəbrayılov Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər; 1 oktyabr 1948, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). == Həyatı == Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almışdır. Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləmişdir (1981–1990). "Xəzər" toplusunun baş redaktoru olmuşdur (1989–1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışmışdır (1992-). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilmişdir (1991-). Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak etmişdir. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı" laureatı olmuşdur. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Dönər
Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyi. Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub. Berlin divarında dönərçi təsvir edilmişdir. Şəhərdə bəzi Restoran və Fastfood dükanlarında fərqli qiymətlərlə satılır. 19-cu əsrdə Osmanlı İmperiyasında icad edilmişdir və ərəb şavarma, Yunan girosları, Kanada donair və Meksikan al pastor kimi yeməklərə ilham vermişdir.
Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 585, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ == Həyatı == 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. == Hərbi fəaliyyəti == === Ömər ibn Xəttabın dövründə baş verən döyüşlər === ==== Əcnadeyn döyüşü ==== Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə:Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər.Siyasi nəticə:Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı. ==== Kadisiyə döyüşü ==== Müsəlmanlara Şimali İraq və İranın qapılarını açan meydan döyüşü (15/636).
Aşıq Ömər
Aşıq Ömər (təq. 1621, Evpatoriya – təq. 1707, Evpatoriya) — türk aşığı. == Həyatı == Aşıq Ömərin həyat və yaradıcılığı ilə əlaqədar geniş bilgi yoxdur. Onun anadan olma və ölüm tarixləri də, harada dünyaya gəldiyi də mübahisəlidir. Bir şerində "Kəndim Gözləvəli, Ömərdir ismim" misrasındakı bu Gözləvə kəndinin Konya vilayətində olduğundan bir sıra ədəbiyyatşünas alimlər onun məhz Konyalı olduğunu yazırlar. Bəziləri isə onun Aydmlı olduğunu irəli sürürlər. "Vatan-ı aslimiz Aydın ilidir" misrasına əsaslananlar da onun Aydın vilayətindən olmasını ehtimal edirlər. Ancaq bu xalq aşığının Konyanın Gözləvə kəndində anadan olduğunu və bir müddət Aydında yaşadığım yazanların fikrilə razılaşmaq olar. Beləliklə də, Aşıq Ömərin təxminən 1651-ci ildə Konyanın Gözləvə kəndində anadan olduğunu söyləmək mümkündür.
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV-XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Gümrah Ömər
Gümrah Ömər (23 iyul 1973, Bakı) — Azərbaycan teatr rejissoru, "Səda" Tədris Teatrının Direktoru və Bədii rəhbəri(2017-ci ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi. == Həyatı == 1973-cü ildə Gürcüstan respublikasınında anadan olmuşdur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsində təhsil almış. 1995-ci ildən "Yuğ" Dövlət Teatrında aktyor, 2000-ci ildən rejissor kimi fəaliyyətə başlamışdır.2010-2013 illərdə Gəncə Dövlət Dram Teatrının, 2014–2017-ci il "Yuğ" Dövlət Teatrında baş rejissor vəzifəsində çalışıb, 2017-ci ildən "Səda" Tədris Teatrının direktorudur. 2017-ci ildən "Səda" Tədris Teatrında direktor və bədii rəhbər vəzifəsində çalışır.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr Sənəti" fakültəsinin "Dram teatrı və kino aktyoru" kafedrasında müəllim vəzifəsində çalışır. == Quruluş verdiyi tamaşalar == == İştirak etdiyi teatr festivalları == "Milli klassika Festivalı" (Bakı-Azərbaycan)-2001-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-cı il; "Qafqaz Kültürləri festivalı-2" (Kars-Türkiyə)-2005-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu " (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləkətlərinin I Beynəlxalq teatr festivalı (Alma–ata)"-2006-cı il; "Milli Teatr Festivalı" (Estoniya-Sarema)-2008-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu" (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləketlərinin I Beynəlxalq Teatr Festivalı" (Alma–ata-Qazaxıstan)2006-cı il; "Sərgüzəşti Mirzə Fətəli" festivalı (Bakı-Azərbaycan)-2012-ci il; "Tuğanlıq festivalı"- (Ufa-Başqırdıstan)-2012-ci il; "Bin nəfəs bir səs-Konya teatr festivalı"-(Türkiyə-Konya)-2013-cü il; "Sabah İncəsənət Festival"(Bakı-Azərbaycan)-2018-ci il; "Qits Ustad Dərsləri Festivalı"(Rusiya Moskva)-2019-cu il; "33-cü Amotör Teatr Festivalı" (Türkiyə-Dənizli)-2019-cu il; == Mükafatları == "Üfüq-XXI" Monotamaşalar festivalı. "Ən yaxşı rejissor işi (Diplom). (Bakı-Azərbaycan 2002) İlin ən yaxşı teatr rejissoru(Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi. (Bakı-Azərbaycan 2003) Gənclər-mükafatı (Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi.
II Ömər
Ömər ibn Əbdüləziz və ya II Ömər (2 noyabr 681, Mədinə – təq. 5 fevral 720) — səkkizinci Əməvi xəlifəsi. Yaşadığı illər: 682–720 illər. Hakimiyyət illəri 717–720 illər. Onun sələfi xəlifə Süleyman idi . Ömər ibn Əbdüləziz həmçinin ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Dindarlığı və qeyri-adi düzgünlüyü ilə seçilirdi. Həm əhli sünnə, həm də əhli şiə arasında özü barəsində çox yaxşı xatirə qoymuşdur. II Ömər 5-ci Raşidi Xəlifə hesab olunur. == Mənşəyi == Ömər ibn Əbdüləziz hicri 60-cı ildə (miladı 682) Mədinədə anadan olmuşdur.
Molla Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. == Həyatı == Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Məhəmməd Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. == Həyatı == Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Pir Ömər
Pir Ömər (v. 1420, Ərzincan) — Qaraqoyunlu sərkərdəsi. == Həyatı == Qara Yusif 1410-cu ildə Ərzincanı Ağqoyunlulardan aldıqdan sonra Pir Ömər bəyi Ərzincan hakimi təyin etdi. Ardınca Bayburt, Tərcan və İspiri də ələ keçirərək bu əraziləri də Pir Ömərə verdi. Bundan sonra Qara Yusif geriyə Təbrizə qayıtdı. Qara Yusifin başının Sultan Şahruxa qarışmasından istifadə edən Ağqoyunlu Osman bəy 1416-cı ildə Ərzincana yürüş etdi. Pir Ömər tezliklə Qara Yusifdən kömək istədi. Qara Yusif oğlu Qara İsgəndərin başçılığı ilə Ərzincana ordu göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy geri çəkildi.Ağqoyunluların Qaraqoyunlular ilə münasibətləri sabitləşdikdən sonra Qara Yusifin elçiləri ilə birlikdə Pir Ömər bəyin elçilərinin də Ağqoyunlu sarayına göndərildikləri mənbələrdə qeyd edilir.Münasibətlərin sabitliyi isə 1420-ci ildə Qaraqoyunluların Kəmax qalasına hücumları ilə başladı. Kəmax qalasına Osman bəyin oğlu Yaqub bəy hakimlik edirdi.
Səidə Ömər
Xəlifə Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 585, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ == Həyatı == 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. == Hərbi fəaliyyəti == === Ömər ibn Xəttabın dövründə baş verən döyüşlər === ==== Əcnadeyn döyüşü ==== Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə:Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər.Siyasi nəticə:Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı. ==== Kadisiyə döyüşü ==== Müsəlmanlara Şimali İraq və İranın qapılarını açan meydan döyüşü (15/636).
Çingiz Öndər
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. == Karyerası == === Klub karyerası === Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur.O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir.14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. === Milli karyerası === Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır. Cengiz ilk dəfə Türkiyə millisinə 2016-cı ilin noyabr ayında Kosovo millisi ilə oyun üçün çağırılmışdır.Ünder Türkiyə millisində ilk qolunu 2017-ci ilin mart ayında Moldova millisinə qarşı oyunda vurmuşdur. == Karyera statistikası == === Milli komanda === 11 İyun 2017 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Türkiyə hesablamasının birinci siyahısındadır.
Ömər Paşayev
Ömər Fazil oğlu Paşayev (28 mart 1988-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı Azərbaycanlı futbol hakimi. 2017-ci ildən beynəxalq oyunları idarə edir. == Bioqrafiya == Ömər Paşayev 1988-ci il martın 28-də Bakı şəhərində anadan olub. 1994-2005-ci illərdə Bakı şəhəri 32 nömrəli tam orta məktəbdə oxuyub. 2006-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 2009-2012-ci illərdə Moskva Dövlət Açıq Universitetinin Menecment və İdarəetmə fakültəsində təhsil alıb. 2010-2013-cü illərdə fitneslə yanaşı model fəaliyyəti ilə məşğul olub. == Peşəkar karyera == 2012-ci ildə AFFA-nın — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlik kurslarına qatıldı. 16 avqust 2012-ci il tarixində ilk (respublika) kateqoriyada hakim seçildi. 2017-ci il yanvarın 1-dən FİFA-nın beynəlxalq dərəcəli hakimidir.
Ömər Qaysultanov
Ömər Ədilsultanoviç Qaysultanov (1920, Şali, Çeçenistan – 1980) — SSRİ, çeçen uşaq yazıçısı, Çeçen-İnquşetiya Yazıçılar İttifaqının və SSRİ Yazıçılar İttifaqının üzvü, Böyük Vətən müharibəsinin iştirakçısı. == Həyatı == Ömər Qaysultanov 1920-ci ildə Çeçenistanın Şali kəndində kəndli ailəsində anadan olub. 1936-cı ildə məktəbi bitirdikdən sonra Qroznı fəhlələr fakültəsinə daxil olur. 1941-1943-cü illərdə Böyük Vətən müharibəsi döyüşlərində iştirak etmişdir. Ağır yaralandıqdan sonra hərbi xidmətdən uzaqlaşdırılmışdır. Sürgün illərində, 1944-1957-ci illərdə Qırğızıstanda maliyyə orqanlarında çalışmışdır. Doğma vətənə qayıtdıqdan sonra Çeçen-İnquşetiya radio komitəsində, sonra respublika “Lenin Yolu” qəzetində redaktor olaraq çalışmışdır. 1958-ci ildən Çeçen-İnquşetiya kitab nəşriyyatının redaktoru idi. 1960-cı ildə Sov.İKP, 1962-ci ildə isə SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir. == Yaradıcılığı == Ömər Qaysultanov 1950-ci illərin ortalarında ədəbi fəaliyyətlə məşğul olmağa başlamışdır.
Ömər Qoçulu
Ömər Qoçulu (azərb. Ömər Məmməd oğlu Ömərov‎; 24 yanvar 1943, Qoçulu, Bolnisi bələdiyyəsi) — Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının Rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan yazıçısı. == Həyatı == Ömər Qoçulu 1943-cü ildə Bolnisi rayonunun Qoçulu kəndində ziyalı ailəsində anadan olub. 1960-cı ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. 1967-ci ildə "Bakıda İdman-Konsert Kompleksi" diplom layihəsi "əla" qiymətləndirilmiş və gənc memar təyinatla "Azərdövlətsənayelayihə" İnstitutuna göndərilmişdir. Burada o, əsl sənət məktəbi keçərək zəngin təcrübə toplamış və bir sıra ciddi memarlıq layihələri hazırlamışdır. Bakı məişət kondisionerləri zavodu, Azərbaycan AES, Gəncə avtomobil zavodu, Bakı və Quba avtovağzalları, Bakı zərgərlik fabriki və digər obyektlərin layihələri həmin illərin məhsuludur. Ömər Qoçulu 1970-ci ildə Azərbaycan Politexnik İnstitutuna müəllim dəvət olundu və burada öz bilik və təcrubəsini tələbə memarlara öyrətməyə çalışdı. 1973-cü ildə Ömər Qoçulu Layihə İnstitutuna qayıtdı və yenidən yaradıcılıq fəaliyyətinə başladı, Azərbaycan memarlıhına bir-birindən zəngin əsərlər bəxş etdi. == Ailəsi == O, Borçalıda məşhur olan "Omarlar" nəslindəndir (Bu nəslin bir qolu da əsrin əvvəllərində Turkiyəyə keçmiş, "Qoçulu" soyadı ilə Qars və İstanbul bölgələrində məskunlaşmışdır.
Ömər Qudinq
Ömər M. Qudinq (ing. Omar Gooding; 19 oktyabr 1976, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Ömər Qurdayev
Ömər Şəhmir oğlu Qurdayev (13 iyul 2002, Meşəşambul, Balakən rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ömər Qurdayev 2002-ci il iyulun 13-də Balakən rayonunun Meşəşambul kəndində anadan olub. 2008-2019-cu illərdə M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ömər Qurdayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ömər Qurdayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ömər Qurdayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Meşəşambul kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ömər Rəhimli
Ömər Rəşad oğlu Rəhimli (1 fevral 2002, Hindarx, Ağcabədi rayonu – 22 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ömər Rəhimli 2002-ci il fevralın 1-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Ağcabədi rayon Hindarx qəsəbə tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ömər Rəhimli 2020-ci ilin fevral ayından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Ömər Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində topçu olaraq oktyabrın 6-dan iştirak etmişdir. Cəbrayılın, Qubadlının, Laçının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şuşa rayonunun Daşaltı kəndi istiqamətində başlayan əməliyyatlarda fərqlənmişdir. Ömər Rəhimli 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmış və Bakı şəhərində yerləşən Hərbi Hospitala yerləşmişdir.
Ömər Seyfəddin
Ömər Seyfəddin (1884-1920) — türk ədəbiyyatının tanınmış hekayə yazıçısı. Kiçik həcmli hekayələri ilə ədəbiyyatda güclü iz buraxmışdır. Ədəbiyyata türkçülük anlayışı gətirənlərdən hesab edilir. Qısa həyatı zəngin yaradıclığı ilə seçilmişdir. == Həyat == Ömər Sеyfəddin 1884-cü ildə anadan оlmuşdur. Öz yaşıdlarından fərqli оlaraq о, məktəbə 4 yaşında gеtmiş və məktəbdə fəallığı ilə sеçilmişdir. Ailələrinin İstanbula köçməsi səbəbindən Ömər Sеyfəddin təhsilini Məktəbi-Оsmaniyyədə davam еtdirmişdir. О, təhsilini Ədirnədə tamamlamışdır. Ömər Sеyfəddin daha sоnra Məktəbihərbiyyə də təhsil almış, ədəbiyyata da bu dövrlərdə şеir yazmaqla gəlmişdir. О, hərbi təhsilini Türkiyənin müхtəlif şəhərlərində davam еtdirmiş, 1906-cı ildə İzmir jandarm məktəbinə müəllim təyin еdilmişdir.
Ömər Sultanov
Ömər Sultanov — 2012-ci ildə Azərbaycanı Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil edən iştirakçı. == Həyatı == Ömər Sultanov 2001ci ildə Bakı şəhərində anadan olub. O, 2007-2018 illəri ərzində Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə orta təhsilini almış və həmin məktəbin məzunu olmuşdur. 2012-ci ildə Suada Ələkbərova ilə Hollandiyada keçirilmiş Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etmişdir. Onlar "Girls and Boys" (azərb. Dünya Sənindir‎) adlı mahnını duet şəklində ifa ediblər. Bütün bunlara baxmayaraq Ömər Sultanov öz musiqi fəaliyyətini davam etməmişdir və hal hazırda ali təhsilini əcnəbi ölkədə davam etdirmiştir. == Həmçinin bax == İsmayıl Ömərovun nəvəsidir.
Ömər Süleyman
Ömər Süleyman (ərəb. عمر سليمان‎) — Misir siyasətçisi, 2 iyul 1936-cı ildə Misirin Kərna şəhərində anadan olub, 29 yanvar 2011-ci ildən Misirin vitse-prezidenti, 1993-cü ildən Misirin Ümumi Kəşfiyyat Xidmətinin (ərəb. المخابرات‎ — аль-Мухабарат) rəisi. General-leytenant. == Həyatı == 1954-ci ildə Misir Hərbi Akademiyasına qəbul edilib. Bir müddər Moskvada M.Frunze adına Hərbi akademiyada təhsil alıb. Şimali Yəməndəki vətndaş müharibəsində (1962–70), altıgünlük muharibədə (1967) və 1973-cü il Misir-İsrail müharibəsində iştirak edib.. 1980-cı ilin ortalarında Əyn-Şəms və Qahirə Universitetilərini bitirib. == Kəşfiyyat xidmətində fəaliyyəti == 1991-ci ildə Misir hərbi kəşfiyyatına, 1993-cü ildən isə Misir Ümumi Kəşfiyyat Xidmətinə rəhbər təyin edilib. 2000-ci ilin əvvəllərindən İsrail-Fələstin danışıqlarında vasitəçi kimi tanınmağa başlayıb.
Ömər Xalisdəmir
Ömər Xalisdəmir (20 fevral 1974 – 16 iyul 2016, Ankara) — türk hərbçi. 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan briqada generalı Semih Tərzini sinəsindən vuraraq öldürən və ardınca çevriliş tərəfdarı olan digər hərbçilər tərəfindən vurularaq şəhid olan hərbi qulluqçudur. Bu hadisə baş verən zaman ona "vur" əmri Xüsusi Təyinatlı Qüvvələr komandanı Zekai Aksakallı tərəfindən verilmişdir. == Həyatı == Yeddi uşaqlı bir ailədə dünyaya göz açan Ömər Xalisdəmir uşaqlığını da Niğdədə keçirmişdir.Türkiyə Silahlı Qüvvələrinin tərkibində həm ölkə daxilində, həm də xaricdə bir çox əməliyyatlarda uğurla iştirak etmişdir. Atası Həsən Hüseyn Xalisdəmirin dediyinə görə, 2016-cı ildə baş verən hadisələr zamanı öldürdüyü Semih Tərzi ilə birlikdə əvvəllər Əfqanıstanda xidmət edib.Elifnur və Doğan Ertuğrul adında iki övladı yadigar qalmışdır. == Xatirəsi == Azərbaycanlı rəssam Ülkər Əbülfət tərəfindən portreti çəkilib.
Ömər Xəlvəti
Ömər Xəlvəti (Avaxıl, Şamaxı rayonu – 1349, Avaxıl, Şamaxı rayonu) — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi. == Həyatı == Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə isə 1397-ci ildə vəfat etmişdir. Mehmet Rıhtım birinci tarixi daha çox həqiqətə uyğun hesab edir. Ləmazatda onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir.
Ömər Xəyyam
Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars. عُمَر خَیّام نیشابوری‎); və ya sadəcə Ömər Xəyyam (1048–1131) — dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu. == Həyatı == Səlcuq dövlətinin Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdidir. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir. Gənc yaşlarında doğma şəhərini Nişapuru tərk etmiş və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur. Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur. Həm Şərqdə və ələlxüsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur.
Oser
Oser (fr. Auxerre) – Fransada şəhər. === İdman === Fransa Liqa 1-də çıxış edən AJ Oser şəhərdə yerləşir.
Döner qapı
Döner qapı (ing. Revolving door) — tipik olaraq üç və ya dörd qapıdan ibarət olan və mərkəzi bir çubuğa yapışdırılan və silindrik bir kamerada şaquli bir ox ətrafında dönən bir qapı növüdür. Döner qapılar enerji qənaətlidir və binanın istilik və ya soyutma itkisini azaldır.
Ersay Üner
Ersay Üner (d.7 oktyabr 1978 Konya,)-Türkiyəli müğənni və şair. İlk öncə Konyada mahnılar ifa edən, səhnə alan Ersay Üner, daha sonra İstanbula gəlir və Demet Akalının musiqi qrupuna daxil olur. Demet Akalının "Afedersin", "Bebek", "Herkes Hak Ettiği Gibi Yaşıyor", "Mucize", "Tatil", "Unuttum" mahnılarının sözlərinin müəllifidir."İki aşık" sinqlı ilə Türkiyə və Azərbaycan hitparadlarına daxil ola bilmişdir.
Kərim Odər
Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan Dövlət xadimi, Musavat Partiyasının III başqanı. == Həyatı == Kərim İbadulla oğlu Odər 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Litseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sumerbank Ümum Müdirliyində Bankaçılıq və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb. Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi başqanı olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb.
Mahmut Özer
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir. == Həyatı == 1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı. 2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi. 1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi.
Ofer Levi
Ofer Levi (17 iyun 1964) — İsrailli müğənni.
Omer Adam
Omer Adam (ivr. ‏ עומר אדם‏‎; 22 oktyabr 1993, Şimali Karolina, ABŞ[…]) — İsrail müğənnisi. Mizrahi şərq musiqisi üslubunda müasir musiqi alətlərinin müşayəti ilə mahnılar ifa edir. 2009-cu ildə İsraildə keçirilən Koxav Nolad musiqi müsabiqəsinə qatıldıqdan sonra məşhurlaşmışdır. 2010-cu ildə "Names Mimeh" adlı ilk albomunu satışa çıxarmışdır.
Onir (mifologiya)
Onir (yun. Όνειρος, "yuxu") — yunan mifologiyasında yuxunu tərənnüm edən yarımtanrı, yarımruh, Niks və Erebin oğlu, Hipnos, Tanat və Momun qardaşı. Hesioda görə "Onirlər" yuxu kütlələri olub Niksdən tırənmişlər. Troya müharibəsində Zevsin göstərişi ilə Onir Nestor cildində Aqamemnonun yuxusuna girərək ona döyüşü başlayacağı təqdirdə yunanların qələbə çalacağını deyərək, onu aldatmış olur. LXXXVI orfik nəğmə tanrı Onirə həsr edilmişdir.
Onur Tuna
Onur Tuna (2 iyul 1985, Çanaqqala) — Türk kino, teatr və teleserial aktyoru. == Tərcümeyi-hal == Filinta ve Bi Küçük Eylül Meselesi adlı seriallarla məşhurlaşan aktyor Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyası Səs Təhsili Hissəsindən məzun olmuşdur. Orta məktəb illərində lisenziyalı olaraq voleybol və basketbol'la maraqlanmışdır. Ayrıca İzmirdə 4 il model olaraq çalışmışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri almışdır. 2011-ci ildə Həyat davam edir adlı TV teleserialı ilə ekranlara ilk addımını atan oyunçu, indiki vaxtda Cəsur Ürək serialında baş rol olaraq oynamaqdadır. Show TVdə nəşr olunan Cəsur Ürək serialında Ömər Qorxmaz xarakterini canlandırmaqdadır.2017-ci ildə Cəsur Ürək seriali bitmişdir.
Onur Ünlü
Onur Ünlü — türk ssenari müəllifi, rejissor, aktyor, şair və musiqiçi. == Karyera == 1993-1998-ci illərdə Ah Muhsin Ünlü ləqəbi ilə bir çox şeir yazmışdır. Müəllifi olduğu şeirləri "Gidiyorum Bu" adlı kitabda toplamışdır. 1999-cu ildə ssenari müəlliflərindən biri olduğu "Deli Yürek" serialında "Umur" obrazını canlandırmışdır. 2006-cı ildə ilk filmi olan "Polis" filminin prodüseri, ssenari müəllifi və rejissoru olmuşdur. 2011-2013-cü illərdə TRT 1-də yayımlanmış "Leyla ile Mecnun" serialının quruluşçu rejissoru olmuşdur. Serial uğur qazanmışdı. 2012-2013-cü illərdə isə "Şubat" serialının quruluşçu rejissoru olmuşdur. Daha sonra isə "Ben de Özledim" serialına "Onur Ünlü" rolu ilə çəkilmişdir. Leyla The Band qrupunda baraban çalır.
Oser (rayon)
Oser (fr. Auxerre) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yonna. Suprefektura — Oser. Rayon əhalisi 2006-cı ildə 181 731 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 52 nəf / km². Rayon ərazisi — 3515 km².
Oser FK
"Oser" Futbol Klubu (fr. Association de la Jeunesse Auxerroise, Fransızca tələffüz: [asɔsjasjɔ̃ də la ʒœnɛs osɛʁ], Oser FA və sadəcə Oser olaraq da bilinir) — Fransaın Oser şəhərini təmsil edən, Liqa 2-də oynayan və 1905-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu Yonna çayının sahilində yerləşən və tutumu 24,493 nəfər olan "Abbe-Deşam" stadionudur. Klub, 1996-cı ildə Fransa çempionu olmuşdur.
Oser faciəsi
Fransa-Azərbaycan futbol qarşılaşması və ya Azərbaycan KİV-də tanınan adı ilə Oser faciəsi – 6 sentyabr 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində baş tutmuş və Fransanın 10:0-lıq qələbəsi ilə nəticələnən qarşılaşma. Oyun Azərbaycan futbol tarixinə Azərbaycan millisinin ən böyükhesablı məğlubiyyəti kimi, Fransa futbol tarixinə isə Fransa millisinin ən böyükhesablı qələbəsi kimi düşmüşdür. == Oyun öncəsi == Oyun Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu üzrə keçirilirdi. Bu, Fransa və Azərbaycanın qrupda keçirəcəyi 8-ci oyun olacaqdı. Azərbaycan millisi turnirə qatılmaq şansını artıq itirdiyi halda, Fransa hələ də turnirə vəsiqə uğrunda mübarizə aparırdı. Oyundan öncə Fransanın ən böyükhesablı qələbəsi 8:0 idi və bu komandalar üzərində əldə edilmişdi: Lüksemburq (20 aprel 1913), Lüksemburq (17 dekabr 1953) və İslandiya (2 iyun 1957). Azərbaycan isə bu oyuna qədər ən böyükhesablı məğlubiyyətini 19 aprel 1994-cü ildə yoldaşlıq oyununda Maltadan (0:5) almışdı. == Oyunun detalları == == Oyundan sonra == Oyundan sonra Fransa millisi xallarının sayını 14-ə çatdırmış və Polşanı qabaqlayaraq 2-ci sıraya yerləşmişdir. Azərbaycan millisi 0 xalda qalaraq ardıcıl 8 məğlubiyyətlə sonuncu yerdə qalmışdır. Baş məşqçi Ağasəlim Mircavadov məğlubiyyətdən dərhal sonra öz postundan istefa vermişdir.
Rüşdü Onur
Rüşdü Onur ( 3 Avqust 1920 Devrək – 2 Dekabr 1942 İstanbul) İyirmi iki yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Özü kimi gənç yaşında vərəmdən vəfat edən dostu Müzəffər Tayyib Uslu ilə birlikdə ölümlərindən sonra ki illərdə dərc olunan hər şeir antologiyasında qısa həyat hekayələri və şeirləri “Zonquldağ şairləri” olaraq dərc olunmuşdur. Müzəffər Tayyib Uslu kimi o da Behcət Necatigilin tələbəsidir. Həyatı “Kəpənəyin Yuxusu” adlı filmə çəkilmişdir. == Həyatı == 3 Avqust 1920 ci ildə Devrəkdə anadan olmuşdur. Atası , kənd müəllimi olan Məmməd Əmin Onur, anası isə Fikriyyə xanımdır. Ailənin ən böyük övladı olan Rüşdü Onurun, Hüseyin və Saffət adlarında iki oğlan qardaşı var idi. Ilk təhsilini 1933 cü ildə Devrəkdə bitirdikdən sonra Kastamonuda başladığı orta məktəbi Zonquldağda, Zonquldağ Məmmd Çəlikəl Liseyində dəvam etdirdi. Vərəmə yoluxduğu üçün 1938 ci ildə təhsilinə bir il fasilə vermək məcburiyyətində oldu. Sonraki il təkrar məktəbə başlasa da artıq məktəb mühitindən uzaqlaşdığı üçün təhsilinə dəvam edə bilmədi.
Soner Sarıkabadayı
Soner Sarıkabadayı – (8 dekabr 1978, Qəhrəmanmaraş) türk pop ifaçısı və söz yazıçısı. == Həyatı == Soner Sarıkabadayı 8 dekabr, 1978-ci ildə Türkiyənin Qəhrəmanmaraş vilayətində dünyaya gəlib. Anasının adı Güngör, atasının adı Həsəndir. Pərixan və Zəfər adlı bacısı və qardaşı var. 4 yaşına qədər ailəsi ilə Qəhrəmanmaraşda yaşayan Soner, daha sonra Mərsinə köçmüşdür. İlk, orta məktəb və lisey təhsilini də Mərsində tamamlayıb. Universiteti İstanbulda oxumuşdur və İstanbula köçmüşdür. Yıldız Teknik Universitetində İqtisad fakültəsində oxuyarkən musiqiyə olan marağı səbəbilə klassik gitara dərsləri almağa başlamışdır. 2008-ci ildə imtahanlara gedən Soner, Yıldız Teknik Universiteti "Sənət və Layihə" fakültəsinə qəbul edilir və eyni il də buradan məzun olur. == Karyerası == İlk albomu 2001-ci ildə buraxılmışdır.