Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Örkən
Örkən — ağır şeyləri bağlamaq, bənd etmək, at, qatır, eşşək və s. ev heyvanlarını çullamaq, palanlamaq üçün istifadə edilən çox enli, lakin nazik kəndir. Örkən toxumaq üçün yer hanası qurulur, yun, pambıq və ipək iplərdən istifadə edilir. Onun üstünə müxtəlif naxışlar salınır. Örkənin eni 5–8 sm-ə qədər, uzunluğu isə toxucunun istəyindən asılı olaraq toxunur. "Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək" — atalar sözü məhz buradan alınmışdır.
Ərkəvin (Çaldıran)
Ərkəvin (fars. اركوين‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (18 ailə).
Kərin (Ərdəbil)
Kərin (fars. كرين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 539 nəfər yaşayır (153 ailə).
Qalib Ölkənin Bir Günü (1947)
== Məzmun == Filmdə sovet ölkəsinin həyatının bir günü-gün çıxandan ta gün batana qədər öz əksini tapmışdır. == Film haqqında == Bu kinolent ölkə studiyalarının müştərək istehsalıdır.
Qalib ölkənin bir günü (film, 1947)
== Məzmun == Filmdə sovet ölkəsinin həyatının bir günü-gün çıxandan ta gün batana qədər öz əksini tapmışdır. == Film haqqında == Bu kinolent ölkə studiyalarının müştərək istehsalıdır.
Paytaxtları ölkənin ən iri şəhəri olmayan ölkələrin siyahısı
Bu ölkənin ən iri şəhəri olmasa da paytaxt olan şəhərlərin siyahısıdır.
Arkerit
Arkerit — Civə ilə gümüş xəlitəsinin birləşməsindən əmələ gələn təbii mineraldır. Arkerit gümüşlə örtülmüş amalqamadan ibarət olan, 87%-i gümüşdən və 13%-i civədən təşkil olunmuş çox nadir mineraldır. Arkerit dünyada yalnız dörd yaşayış məntəqəsində yayılmışdır. Bunların ikisi Çilidə, ikisi isə Kanadanın Britaniya Kolumbiyasında yerləşir. Arkerit digər adları argental civə, civəli gümüş və gümüş amalqamasıdır.
Hakerin manifesti
Hakerin Manifesti (ing. The Conscience of a Hacker) — Haker Manifesti daha çox "The Mentor" ləqəbi ilə tanınan Amerikalı Lloyd Blenkenşip tərəfindən yazılmışdı. Manifesti yazan zaman Haker'ın 11 yaşı var idi və manifest yazıldıqdan sonra FBI tərəfindən həbs edilmişdi. Bu manifest dünyadakı ən məşhur "Haker Manifesti" olaraq qəbul edilmişdir və 8 Yanvar 1986-cı ildə Amerika Birləşmiş Dövlətlərində yayımlanmışdır. Manifesti hazırlayan kişinin məqsədi gerçək haker fəlsəfəsini və dünya anlayışını dünya xalqına və Dövlət Orqanlarına göstərmək və yayımlamaq idi. O gündən sonra "Haker Manifesti" digər bütün böyük Hakerlərin — örnək olaraq "Astalavista" və ya "CCC" (Chaos Computer Club) qruplarının tanıdığı bu idarəçiliyə Hakerlar uymaq məcburiyyətindədirlər. Bu idarəçiliyə sadəcə profesional Hakerlar deyil bütün həvəskar Hakerlar da uymağa çalışırlar. Manifest Haker etikasının əsasında duran sənədlərdən biri kimi hesab edilir. Haker Manifesti: Bugün bir digəri daha tutuldu, başdan başa bütün qəzetlərdə idi. "Kompüter cinayətindən gənc biri həbs edildi", "Bank təxribatından sonra haker tutuldu"...
Forerin evi
Forerin evi və ya Göygöl yeraltı şəhəri — Azərbaycanın Göygöl şəhərində XIX əsrdə alman köçkünləri tərəfindən tikilmiş memarlıq tikilisi. Alman memarlıq üslubunun elementlərini təcəssüm etdirən bu ev küçədəki digər tikililərdən seçilir. Onun fasadları oyma elementlərlə bəzədilib, taxta qapıların üstündə sahibinin adı həkk olunub. Bu evləri Avropadan bölgəyə köçən alman ailələri yaradıb və 6 küçə təşkil edərək 500-dən çox ev tikiblər. Hazırda şəhərdə memarlıq nümunələri şəklində alman irsinin izlərinə rast gəlmək mümkündür. == Tarixi == XIX əsrdə Qafqaza köçürülən alman ailələrindən 124-ü Yelenendorf, yəni indiki Göygöl şəhərində məskunlaşıb. Şəhərin alman sakinləri tərəfindən burada 6 küçə salınıb, 500-dən çox ev tikilib. Bu gün də şəhərdə alman izlərinə memarlıq nümunələri ilə rast gəlmək mümkündür. Belə möhtəşəm memarlıq nümunələrindən biri evlərin altından yerləşən və “yeraltı şəhər”i xatırladan böyük zirzəmilərdir. Bu zirzəmilərdən ən böyüyünün şəhərin mərkəzi küçələrindən biri olan Homer küçəsində yerləşdiyir və 1380 kvadratmetri əhatə edən 7 böyük zaldan ibarətdir.
Həbs orderi
Həbs orderi və ya Tutulma haqqında qərar — cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq olunan prosessual məcburiyyət tədbirini əks etdirən qərar.
Korinf orderi
Korinf orderi — kapitellərin akanthus yarpaqları ilə bəzədildiyi və sütunların bir postamentə qoyulduğu klassik memarlıqdakı üç orderdən biridir. Afinada, ehtimal ki, eramızdan əvvəl V əsrdə, dorik və İonik orderlərdən sonra meydana gəlmişdir. İonik orderdən daha mürəkkəb bir formaya malik olan Korinf orderinin forması Yunan mifologiyasına görə daxilində akanthus yarpaqları olan bir səbətdən ilham alınaraq yaradılmışdır. Klassik memarlıqdakı digər iki orderdən daha gec ortaya çıxmışdır və qədim yunan şəhəri Korinfin adını daşıyır. İonik orderdə olduğu kimi baza diametri və hündürlüyü arasında 1/9 nisbət vardır. Bununla birlikdə, Dorik orderinə baxarkən bu nisbətin 1/6 olduğu görünür, yəni Dorik sütunların İonik və Korinf sütunlarından daha qısa bir formaya sahib olduğu görülür.
Oberin Martell
Oberin Martell (ing. Oberin Martell) və ya Qırmızı Vipera (zəhərli ilan növü) (ing. Red Viper) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələr Oberin Martellin baxış bucağından verilmir. Buna görə də onun hərəkətləri digər roman qəhrəmanları tərəfindən izah edilir.
Toskan orderi
Toskan orderi, yivli və kanelurlu olmayan sütunlara malik, tərkibində triqlif və qutta olmayan, sadələşdirilmiş dor modelinə uyğun bir quruluşa malik tərtibdir. Toskan orderi, üç memarlıq orderinin bir hissəsi deyil, ancaq standartlaşdırılmış bir rəsmi order olaraq təqdim olunur. Əsasən milliyətçiliyə əsaslanan İtalyan İntibahı dövrünün yazıçılarının ixtirasıdır. Bununla birlikdə, yuvarlaq başlı nisbətən sadə sütunlar İtaliyanın və ən azından Avropanın əksər hissəsinin Etrusk memarlığından bəri bağ memarlığının bir hissəsinə çevrilmişdir.
LiAnna Uornerin itməsi
LiAnna Uorner (ing. LeeAnna Susan Marie Warner; d. 21 yanvar 1998 - itkin düşüb 14 iyun 2013, Minnesota, Çizolm) — qaçırılan və qətl hadisəsi ilə 14 iyun 2003-cü ildə Minnesota Çizolm şəhərindən itkin düşən bir qız. İtkin düşdüyü gün LiAnna axırıncı dəfə bir dostunun evindən evə 5:00 - 5:15 arası gedərkən görüldü. Sonuncu dəfə ikinci və ya üçüncü küçənin cənub-qərbində görüldü. O, itkin düşəndə 5 yaşında idi. LiAnnanın qaçırıldığına dair hər hansı bir sübut olmasa da, polis bunun daha real bir variant olduğunu iddia edərək sadəcə gəzdiyi təqdirdə onu tapacaqlarına inanırdılar. Bu illər ərzində polis 1700-dən çox nişanə tapdı. Ancaq çox az dəlil ilə onlar heç vaxt konkret şübhəlini tapa bilmədilər. LiAnna bu vaxta qədər tapılmadı və onun işi həll olunmamış qalır.
Orrin Friman
Orrin Erastus Friman (ing. Orrin Erastus Freeman; 9 sentyabr 1830, Boston – 16 avqust 1866, Yokohama) – ABŞ fotoqrafı. Çin və Yaponiyada fəaliyyət göstərmişdir. Yaponiyada məskunlaşmış ilk peşəkar fotoqraf olmaqla yanaşı, Yaponiyada ilk fotostudiyanı açmış şəxsdir. == Həyatı == Orrin Friman 1830-cu ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. Friman 1857-ci ilə aid bir şəhər kataloqunda bar sahibi kimi göstərilmişdir. 1859-cu ildə ailəsi ilə birlikdə Çinin Şanxay şəhərinə gəlmiş və özü ilə ambrotipik kamera gətirmişdir. Suçjou şəhərində fotostudiya açmış və çinlilərin fotoportretlərini çəkərək pul qazanmağı planlaşdırmışdır. Lakin Suçjou şəhərində uğursuz olduqdan sonra studiyanı 1859-cu ilin iyulunda Şanxaya köçürmüşdür. Burada daha uğurlu olsa da, Yaponiyaya köçməyə qərar vermişdir.
Orrin Erastus Friman
Orrin Erastus Friman (ing. Orrin Erastus Freeman; 9 sentyabr 1830, Boston – 16 avqust 1866, Yokohama) – ABŞ fotoqrafı. Çin və Yaponiyada fəaliyyət göstərmişdir. Yaponiyada məskunlaşmış ilk peşəkar fotoqraf olmaqla yanaşı, Yaponiyada ilk fotostudiyanı açmış şəxsdir. == Həyatı == Orrin Friman 1830-cu ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. Friman 1857-ci ilə aid bir şəhər kataloqunda bar sahibi kimi göstərilmişdir. 1859-cu ildə ailəsi ilə birlikdə Çinin Şanxay şəhərinə gəlmiş və özü ilə ambrotipik kamera gətirmişdir. Suçjou şəhərində fotostudiya açmış və çinlilərin fotoportretlərini çəkərək pul qazanmağı planlaşdırmışdır. Lakin Suçjou şəhərində uğursuz olduqdan sonra studiyanı 1859-cu ilin iyulunda Şanxaya köçürmüşdür. Burada daha uğurlu olsa da, Yaponiyaya köçməyə qərar vermişdir.
Porterin beş güc analiz modeli
Porterin beş güc analiz modeli (ing. Porter five forces analysis) — 1979-cu ildə Harvard Biznes Məktəbində Maykl Porter tərəfindən hazırlanmış sənaye rəqabətinin təhlili və biznes strategiyasının inkişafı üçün metodologiya. Porterin beş səlahiyyətinə daxildir: əvəzedici məhsulların yaranması təhlükəsinin təhlili; yeni oyunçuların meydana çıxması təhlükəsinin təhlili; təchizatçıların bazar gücünün təhlili; istehlakçıların bazar gücünün təhlili; rəqabət səviyyəsinin təhlili. == Konsepsiyası == Metodologiya rəqabətin səviyyəsini və deməli, konkret sənayedə biznesin aparılmasının cəlbediciliyini müəyyən edən beş qüvvəni fərqləndirir. Bir sənayenin cəlbediciliyi, bu kontekstdə, sənayenin kifayət qədər gəlirliliyi ilə bağlıdır. “Cəlbedici olmayan” sənaye elə sənayedir ki, burada qüvvələrin birləşməsi gəlirliliyi azaldır. Ən "cəlbedici" mükəmməl rəqabətə yaxınlaşan sənayedir. Porter “makromühit” termininə daxil olan çoxlu sayda amillərdən fərqli olaraq, bu qüvvələri “mikromühit” adlandırır. Makro mühit, şirkətin öz müştərilərinə xidmət göstərmək və mənfəət əldə etmək qabiliyyətinə təsir edən qüvvələrdən ibarətdir. “Mikromühit” qüvvələrinin hər hansı birində dəyişiklik adətən şirkətdən sənaye və bazardakı yerini yenidən nəzərdən keçirməyi tələb edir.