Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yağışdan sonra Overdə mənzərə
"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir. == Rəsmin tarixçəsi == "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib.
Bəndə
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bu günəcən fəaliyyətdədir. == Qrupun tarixi == Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir. Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır. === İlk çıxış === İlk çıxış 15 mart 2008-ci ildə Half Way Inn-də Ozanla birlikdə olur. Bu konsertdə qrupun 6 ifası səslənir.
Rəndə
Rəndə — taxtanın qatlarını siyirərək yonmaq üçün nəzərdə tutulmuş əl aləti. Rəndədən, taxta məmulatlarının üzərinin düzlənmə, ensizləmə, yumrulama və ümumiyətlə lazımı formaya salmaq və onlara lazımı hamarlıq vermək üçün yararlanırlar. Əl və mexaniki rəndələr olur.
Özündə şey
Özündə şey (alm. Ding an sich‎; ing. thing-in-itself) — hissiyyatla qəbul edilən hadisələrdən fərqli olan, qavrayışımızdan asılı olmayan obyektləri ifadə edən fəlsəfi termin. Qədim dövrlərdən filosoflar, xüsusilə Platon tərəfindən noumen adlandırılan başa düşülən hadisələr fərqləndirilmişdir. Ətraf aləmin hadisələrinin qavranılması ilə bu hadisələrin mahiyyəti arasındakı əlaqə məsələsinin kəskinləşməsi klassik fəlsəfə dövründə (18-19-cu əsrlərin sonlarında) alman filosofu İmmanuel Kant tərəfindən inkişaf etdirilmişdi.
Vərdə (Sərdəşt)
Vərdə (fars. ‎‎ورده‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 587 nəfər yaşayır (104 ailə).
İvənd (Şəbüstər)
İvənd (fars. چرا‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,312 nəfər yaşayır (328 ailə).
Əynul-Vərdə
Əynul-Vərdə döyüşü — 685-ci il yanvarın əvvəllərində Əməvi ordusu ilə Tövbəçilər arasında döyüş. == Zəmin == Əynul-Vərdə (ərəb. عين الوردة‎) adada (Dəclə ilə Fərat arasında yerləşən bölgə) "Təvvabin" (tövbə edənlərin) qiyamının baş verdiyi bölgədir. "Təvvabin", İmam Hüseynin (ə) qanını almaq və İmama (ə) kömək edə bilməmələrinin əvəzini ödəmək üçün Süleyman ibn Sürəd Xüzainin komandanlığı ilə Əməvi hökumətinə qarşı qiyam edən bir qrup Kufə əhalisi idi. Onların çoxu həmin bölgədə şəhid oldular. Deyilənə görə, Əynul-Vərdə Kufə ilə Şam arasında yerləşən yaşayış məntəqələrindən də biridir. Bu ərazi Rəsul-Əyn kimi də tanınır. Rəsul-Əyn hazırkı Suriyanın şimal-şərqindəki əl-Həsəkə vilayətində yerləşir.
Vikarın evində qətl
"Vikarın evində qətl" yaxud "Yepiskopun evində qəl" (ing. The Murder at the Vicarage) — Aqata Kristi tərəfindən yazılmış roman. Detektiv janrında olan roman "Mis Marpl" silsilə əsərlərindən olub 1930 cu ildə qələmə alınmışdır. == Personajlar == Jane Marple — qarımış qız, həvəskar detektiv. Leonard Klement — qəsəbə vikarı. Qrizelda klement — vikarın gənç arvadı. Dennis Clement — vikarın qardaşı oğlu. Mari — vikarın ev xidmətçisi. Polkovnik Protero — istefada olan hərbçi polkovnik, Sent-Meri-Mid kilsə rəhbəri. Lucius Protero — polkovnik Proteronun birinci nigahdan olan qızı.
Novkəndə
Novkəndə- İranın Gülüstan ostanının Bəndər Gəz şəhristanının Novkəndə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,601 nəfər və 2,058 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.
Orense
Orense ([oˈɾense], qalis. Ourense) — İspaniyanın qərbində şəhər. Orense əyalətinin inzibati mərkəzidir. Nəqliyyat qovşağı rolunu oynayır. Kənd təsərrüfatı rayonunun (üzümçülük, bağçılıq) ticarət mərkəzidir. məhəp. Kənd təsərrüfatı məhsulları emal olunur. Mineral bulaqlar var. == Əhalisi == 2019-cu ilin məlumatına görə, Orense şəhərinin əhalisi 105,233 nəfərdir. Bu, Orense əyalətinin əhalisinin 34.2%-ni təşkil edir.
Bəndə (musiqi qrupu)
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bu günəcən fəaliyyətdədir. == Qrupun tarixi == Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir. Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır. === İlk çıxış === İlk çıxış 15 mart 2008-ci ildə Half Way Inn-də Ozanla birlikdə olur. Bu konsertdə qrupun 6 ifası səslənir.
Əynul-Vərdə döyüşü
Əynul-Vərdə döyüşü — 685-ci il yanvarın əvvəllərində Əməvi ordusu ilə Tövbəçilər arasında döyüş. == Zəmin == Əynul-Vərdə (ərəb. عين الوردة‎) adada (Dəclə ilə Fərat arasında yerləşən bölgə) "Təvvabin" (tövbə edənlərin) qiyamının baş verdiyi bölgədir. "Təvvabin", İmam Hüseynin (ə) qanını almaq və İmama (ə) kömək edə bilməmələrinin əvəzini ödəmək üçün Süleyman ibn Sürəd Xüzainin komandanlığı ilə Əməvi hökumətinə qarşı qiyam edən bir qrup Kufə əhalisi idi. Onların çoxu həmin bölgədə şəhid oldular. Deyilənə görə, Əynul-Vərdə Kufə ilə Şam arasında yerləşən yaşayış məntəqələrindən də biridir. Bu ərazi Rəsul-Əyn kimi də tanınır. Rəsul-Əyn hazırkı Suriyanın şimal-şərqindəki əl-Həsəkə vilayətində yerləşir.
Lendə
Lendə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Lendə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,540 nəfər və 1,991 ailədən ibarət idi.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Euseius bwende
Euseius bwende (lat. Euseius bwende) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Odense FK
Odense – Danimarkanın futbol klubu.
Tvente FK
Tvente — Niderlandın futbol klubu. Enshede şəhərini təmsil edir. "Tvente" ev oyunlarının 24 min tamaşaçı tutumuna malik "Qrols Veste" stadionunda keçirir. Komandanın baş məşqçisi İngiltərə millisinin keçmiş məşqçisi Stiv Maklaren, prezidenti isə Yop Münstermandır. == Tarixi == "Tvente"nin əsası 1 iyul 1965-ci ildə qoyulub. Məhz həmin gündə iki komanda - "SK Enshede" və "Enshedes Boys"un birləşməsindən sonra "Tvente" klubu fəaliyyət göstərməyə başlayıb. "Tvente" Niderland çempionu ola bilməsə də, onun sələfi "SK Enshede" 1926-cı ildə qızıl medallara yiyələnib. "Tvente" adıyla çıxış etməyə başladıqdan sonra komanda dərhal uğur qazanmağa başladı. Kes Reyversin dövründə ardıcıl surətdə beş il ərzində "Tvente" ölkə çempinatında 3 dəfə bürünc medallara yiyələndi, bir dəfə dördüncü, bir dəfə isə beşinci oldu. Həmin dövrdə "Tvente"nin heyətində Epi Drots, Eddi Ahterberq, Kik van der Drost və Teo Pahlplats kimi o dövrdə kifayət qədər məşhur olan futbolçular çıxış edirdi.
Tvente Universiteti
Tvente Universiteti (nid. Universiteit Twente) — Niderlandın Enshede şəhərində universitet; sosial sferada innovasiya hazırlamalarının tətbiqinə yönəlmiş akademik universitetdir. == Tarixi və fəaliyyəti == Universitetin tarixi 1961-ci ildən başlayır. Həmin il Tvente Ali Texniki Məktəbinin yaradılması haqqında qərar qəbul edilmişdir. Bu həmin vaxt Niderlandda müasir texnologiyalar üzrə ixtisaslaşan üçüncü ali məktəb idi. Kimyaçı Qerrit Berkhof ilk rektor olub. 1964-cü ildə ali məktəbin birinci dörd fakültəsi ilk 200 tələbəni qəbul edib. Ali məktəb 1986-cı ildən rəsmən Tvente Universiteti kimi fəaliyyət göstərir. Universitetin nüfuzlu bakalavr, magistr və doktorantura proqramları elmi tədqiqat institutları ilə sıx qarşılıqlı əlaqə nəticəsində hazırlanıb və onların bazasında həyata keçirilir. Hazırda universitetdə təxminən 8500 tələbə təhsil alır.
Ulənde (Əbyəlil)
Ulənde kəndi (başq. Үләнде) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ulənde kəndinin milli tərkibi: başqırdlar 75 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 56 km., kənd sovetliyindən (Taşbulat): 7 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 7 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
İzabel Ayende
İzabel Alyende Lyona (isp. Isabel Allende Llona; 2 avqust 1942[…], Lima) — Çilili yazıçı. == Həyatı == Çilinin Perudakı səfirliyində ikinci katib işləyən atası Tomas Alyende və Fransiska Yona Barrosun evliliyindən doğulan İzabel Alyende 1942-ci ildə Limada anadan olmuşdur. Atası Tomas Alyende 1970–1973-cü illərdə Çili prezident olmuş Salvador Alyendenin əmisi oğlu olmuşdur. 1945-ci ildə valideynləri boşanmış və anası 1946-cı ildən 1953-cü ilə qədər üç uşağı ilə birgə Çili yaşamışdır. 1953-cü ildə anası diplomat Ramon Uidobro Dominqez ilə evlənmiş və atalığının işi ilə əlaqədar olaraq 1958-ci ilə qədər Boliviyada yaşamışdır. Burada o ABŞ məktəbində təhsil almışdır. Ramon Dominqezin Livana səfir göndərilməyindən sonra təhsilini həmin öldəkə özəl məktəbdə davam etdirmişdir. 1959-cu ildə, 17 yaşında ikən Çiliyə dönən İzabel burada 4 il sonra evlənəcəyi birinci əri Miqel Frias ilə tanış olur. 1987-ci ilə qədər davam edən bu evlilikdən, Paula (1963) və Nikolas (1967) adlı övladları dünyaya gəlmişdir.
Ştənde (Baltas)
Ştənde (rus. Штанды, başq. Штәнде) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Ştənde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 18 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 83 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99%) üstünlük təşkil edir.
Oskar Aveyde
Oskar Aveyde (pol. Oskar Awejde; 1837, Mariyampole – 20 oktyabr 1897, Kirov) — Polşa hüquqşünası, 1863-cü il üsyanının rəhbərlərindən biri, 11 yanvar 1863-cü ildən 5 fevral 1863-cü ilə qədər Müvəqqəti Milli Hökumətin üzvü. == Həyatı == Oskar Aveyde hüquqşünas ailəsində anadan olmuşdur. 1858-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirdikdən sonra təhsilini Berlin və Heydelberq universitetlərində davam etdirmi.dir. Aveyde 1863–1864-cü illərdə Polşa üsyanında fəal iştirak etmiş, Mərkəzi Milli Komitənin və Xalq Jondunun (üsyançı milli hökumət) üzvü olmuşdur. Vilnada keçirilən kütləvi basqın zamanı Aveyda həbs edilmişdir. Məhkəmə onu sürgünə məhkum etmişdir. Sürgün yeri Vyatka quberniyasının Urjum qəzasının Turek kəndi olmuşdur. Sonra Qlazova, ardınca Vyatkaya köçürülmüşdür. Sürgündə olarkən Aveyde 1863-cü il Polşa üsyanı haqqında qeydlər yazmışdır.
Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzi
Vədə (film, 2016)
Vədə (ing. The Promise) — Terri Corcun rejissorluğu ilə çəkilmiş, əsas rollarını Kristian Beyl və Oskar Ayzekin oynadığı, erməni soyqırımından bəhs edən, təqdim edilməsi gözlənilən tarixi dram filmidir. == Məzmunu == Maykl (Oskar Ayzek) Osmanlı imperiyasının şərqində, Ermənistan ərazisində, kiçik erməni kəndində yaşayır və bu kənddən olan zəngin qıza 400 qızıl sikkə başlıq pulu vəd edir. Vədini yerinə yetirmək üçün o, həmin dövrdə ermənilər arasında tarixi adı ilə Konstantinopol kimi tanınan böyük şəhərə üz tutur. Şəhərdə tibb təhsili alan Maykl nüfuzlu generalın oğlu ilə dostlaşır. "Associated Press" müxbiri olan Kristofer (Kristian Beyl) Konstantinopola gələrkən özü ilə Parisdə böyümüş erməni mənşəli xanım Ananı da bu şəhərə gətirir. Maykl Konstantinopolda Ana ilə görüşür və ona aşiq olur. Osmanlı imperiyasında ermənilərin köçürülməsinə başlanılır. Mayklın bu işlərdən uzaqlaşmaq şansı olsa da, o tələbə yoldaşına kömək etmək üçün müharibəyə gedir. Lakin, zəngin dayısını müdafiə etdiyinə görə sonradan həbsə salınır.
Kabo-Verde
Kabo-Verde (port. República de Cabo Verde, kea dilində: Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi, azərbaycan dilində Yaşıl Burun Adaları Respublikası) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyni adlı adalarda yerləşən dövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır. == Tarix == 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır.
Kabo Verde

Kaldu Verde
Caldo Verde (portuqalca kaɫduˈverd(ə) — yaşıl su)- portuqaliya mətbəxinin ən məşhur şorbadir. == Hazırlanma qaydası == Yeməyin əsas tərkibini kartof, zeytun yağı, duz və iyaşıl portuqal kələmi təşkil edir. Zövqə uyğun olaraq sarımsaq və soğanda əlavə etmək olar. Bəzi reseptlərində isə ona ət qatıllar. Xüsusilə İtaliya-Amerika mətbəxində bud əti əlavə edilir. Bu yemək Latın Amerika respublikalarında əsas toy yeməyidir. Yeməyi hazılamaq üçün əvvəlcə kartof, duz, ispanaq və zeytun yağı əlavə edilir bütün bunlar odda qaynayan zaman sosiska və ya ət tökülür. Portuqaliyada xüsusilə Braga bölgəsində toy və ziyafətlərdə xüsusilə bu yeməyi verirlər. Bu yemək xüsusilə Portuqaliyanın Minho əyalətində bişirilir. Portuqal (orijinal) versiyada həmişə chouriço var.
Kristoffer Velde
Kristoffer Velde (9 sentyabr 1999, Hauqesund[d], Ruqalann[d]) — Norveç futbolçusu, "Ekstraklasa"da çıxış edən "Lex Poznan" FK-nın və U19 Norveç milli futbol komandasının vingeri. == Karyera == Kristoffer Velde "Kopervik"də gənclər komandasında çıxış etmişdir. O, 2013-cü il mövsümünü "Vard"ın gənclərdən ibarət heyətində keçirmiş, ardınca "Kopervik"ə qayıtmış və 2015-ci ildə "Högesunn"un heyətinə qoşulmuşdur. Velde 2017-ci ildə əsas komandada debüt etmişdir. O, həmin U19 Norveç milli futbol komandasında çıxış etmişdir. 2019-cu ilin yanvar ayının əvvəlində Veldenin 2019-cu il mövsümü üçün "Nest-Sotra" klubuna icarəyə verildiyi açıqlanmışdır. İcarə 2019-cu ilin aprel ayının əvvəlində dayandırılmışdır. O, 2022-ci ilin yanvarında Polşanın "Lex Poznan" klubuna keçmişdir. == Şəxsi həyat == Ona "Veldinyo" ləqəbi verilmişdir.
La venda
La venda (azərb. Sarğı‎) — İspaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Miki Nunyes "La venda" mahnısı ilə İspaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Adria Salas tərəfindən bəstələnmişdir.
Ma Venqe
Ma Venqe (27 mart 1968) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Ma Venqe Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub.
Pende çayı
Pende çayı — Mərkəzi Afrikada uzunluğu 36,88 kilometr olan çay. Bu çay Çad və Mərkəzi Afrika Respublikası arasındakı beynəlxalq sərhəddin qısa bir hissəsini təşkil edir. Pende çayı öz başlanğıcını MAR-ın Ouham-Pende bölgəsindən götürür və Kim məntəqəsi yaxınlığında Loqon çayına tökülür. == Hidrometriyası == Pende çayının illik su sərfiyyatı 128 kub metr saniyə, hövzəsinin sahəsi isə 15,325 km²-dir.
Svend Ollinq
Svend Ollinq (9 noyabr 1967) — Danimarka diplomatı. Danimarkanın Türkiyədəki (2016-cı ildən) və Azərbaycandakı (2017-ci ildən) fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Svend Ollinq 9 noyabr 1967-ci ildə Qlostrupda anadan olmuşdur. Kopenhagen Universitetini bitirmişdir. == Diplomatik fəaliyyəti == Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunduqdan sonra o, öz etimadnaməsini Azərbaycan Prezidentinə 2017-ci ilin mart ayının 26-da təqdim etmişdir. == Ailəsi == Ann Kyer Ollinq ilə evlidir. Bu evlilikdən onların üç övladı var: Asbyörn (1997), Astrid (1999) və İnqrid Kyer (2004).
Venda (xalq)
Venda — Cənubi Afrika Respublikasının şimalında Zimbabve ilə sərhəddə yaşayan xalq. == Haqqında == Venda xalqının sayı təxminən 600 min nəfərdən 1 milyon nəfərədəkdir . Venda dili Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri olan bantu dilləri ailəsinə aiddir. Venda xalqı bəzi mülahizələrə görə Konqo meşələri adlanan ərazidən, bəzi mülahizələrə görə Böyük Rif vadisində, Limpopo çayı sahillərində məskunlaşan bantuların köçürülməsi zamanı bu əraziyə gəlmişlər. 1973-1994-cü illərdə venda bandustanı mövcud olmuşdur. Əfsanəyə görə venda knyazları öz xalqını Zimbabvedən Şimali Transvaala (idiki Cənubi Afrika Respublikasının Limpopo vilayəti) gətirən əfsanəvi qəhrəman Toxo ya Ndoyun nəslindəndirlər. Paytaxtın əsasını qoyduqdan sonra o, Fundizi gölündə itmişdir, əfsanəyə görə o, bu gün də həmin göldə yaşayır.
Məndə Sığar İki Cahan... (1973)
Məndə sığar iki cahan… — 1973-cü ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Film dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Bakıda və Moskvada keçirilən yubiley tədbirləri, Nəsiminin tədqiqatçıları ilə müsahibələr filmdə öz əksini tapmışdır. Eyni ildə çəkilən "Nəsimi" bədii filmindən fərqli qısametrajlı sənədli film olaraq çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamis Muradov Ssenari müəllifi: Əhmədağa Muğanlı, Xamis Muradov Operator: Vladimir Konyagin, Rasim İsmayılov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Naməlum şəxs zəng edəndə (film, 2006)
Naməlum şəxs zəng edəndə (ing. When a Stranger Calls) — 2006-cı il ABŞ istehsalı olan qorxu kriminal janrlı film. == Məzmun == Lisey tələbəsi Cil Conson hər yerdən uzaq bir evdə uşağa baxmaqla məşğuldur. Iakin bir gün bir nəfər zəng edərək ona uşaqları yoxlamağı xəbərdar edəndə Cil narahat olmağa başlayır. Cil zəngi yoxlayır və zəngin evdən edildiyini öyrənəndə dəhşətə düşür. Əgər o evdən sağ çıxmaq istəyirsə bütün gücünü toplamalıdır.
Məndə sığar iki cahan... (film, 1973)