BƏNDƏ

is. [ fars. ] köhn.
1. Qul, kölə.
Halım deyib muradıma yetsən əcəb dəgil; Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm. Füzuli.
[Səkinə xanım:] Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan. M.F.Axundzadə.
Səadətin bulağı insan ürəyindədir; Bunu anlamayanlar bir kölə, bir bəndədir. R.Rza.

2. Keçmişdə danışan şəxs hörmət və təvazö üçün özünə işarə olaraq, “mən” əvəzində belə deyərdi.
…Naxçıvanda teatr həvəskarları, bəndə də onların içində, teatr oynayırdıq. C.Məmmədquluzadə.
[Dərviş:] Xanım, bəndəyə görə nə fərmayişiniz var? N.Vəzirov.
[Mirzə:] Amma ağadan təvəqqem budur: əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eyləyəsiniz. Ə.Haqverdiyev.

3. Adam, insan, məxluq mənasında.
Oxucularım bağışlasınlar ki, bir neçə sətir zehni qaşıyan sözlər ilə mömin bəndələrin ovqatını xarab etdim. C.Məmmədquluzadə.
Bizimtək günahkar bəndələrə nə qulanquşqun! Ə.Haqverdiyev.
[İsmayıl:] Molla olsa da, çox nadürüst bəndədir. P.Makulu.

□ Allah bəndəsi – fağır adam, heç kəsə zərər verməyən, dinc, sakit adam, mömin adam.
[Molla Fərzəli:] …Xüsusən mənim kimi bir Allah bəndəsi ki, ömrümdə xah qürbətdə, xah öz vilayətimizdə əhli-xanəmdən bir dəfə də olsun kənar düşməmişəm. C.Məmmədquluzadə.
[Xəlifə:] Bu məktubu alan kimi Allah bəndələrinin mallarını özlərinə qaytarmalısınız. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏNDƏ qul — kölə
  • BƏNDƏ bəndə bax 1. insan; 2. qul I, 1
BƏND-BƏRƏ
BƏNDƏÇİLİK
OBASTAN VİKİ
Bəndə
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bu günəcən fəaliyyətdədir. == Qrupun tarixi == Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir. Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır. === İlk çıxış === İlk çıxış 15 mart 2008-ci ildə Half Way Inn-də Ozanla birlikdə olur. Bu konsertdə qrupun 6 ifası səslənir.
Bəndə (musiqi qrupu)
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bu günəcən fəaliyyətdədir. == Qrupun tarixi == Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir. Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır. === İlk çıxış === İlk çıxış 15 mart 2008-ci ildə Half Way Inn-də Ozanla birlikdə olur. Bu konsertdə qrupun 6 ifası səslənir.
Bəndəbikə kəşənə
Bəndəbikə kəşənə (başq. Бәндәбикә кәшәнәһе, rus. Кэшэнэ Бэндэбикэ) — 15-16 əsrə aid başqırd mədəniyyətinin tarixi və memarlıq abidəsi, Bəndəbikənin məqbərəsi. Başqırd əfsanəsinə görə, Bəndəbikə müdrikliyi ilə məşhurlaşan qadındır. O, başqırd tayfaları arasındakı çəkişmələrin dayandırılmasını dəstəkləyirdi. Eyni əfsanəyə görə, Bəndəbikə başqırdlarla qazaxlar arasında uzunmüddətli sülhün bərqərar olmasına töhfə vermişdir. Abidə Niyaz Majitovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya tərəfindən 1968-1969-cu illərdə tədqiq edilmişdir. Strukturuna görə, məqbərə təməldən 8.7 * 7 m olan düzbucaqdan ibarət idi, divarların yuxarısında səkkizüzlü forması yaranırdı, bina günbəz ilə tamamlanırdı. Hörgü iki rəngli kərpicdən hazırlanmışdır. Boz fonda qırmızı kərpiclərlə küknar naxışı hazırlanmışdır.
Bəndək
Bəndək - Atropatena (qədim Azərbaycan), Parfiya və Sasanilər dövlətində qullara verilən addır. Bu ölkələrdəki quldarlıq sistemi haqqında məlumat verən ilk mənbələrdən biri "Madaktani hazar datasdan"dır. Orada bəndək və anşəhrik terminləri qul anlamında işlədilmişdir. Hər üç ölkədə də əkinçilikdə qul əməyindən geniş istifadə olunurdu. Lakin artıq III əsrdən quldarlıq sistemi getdikcə zəifləyərək dağlmağa başlayır. Sasanilərin hüquq məcəlləsinə görə, bir çox əyalətlərdə, o cümlədən Azərbaycanda başqasına tabe olan və ondan asılı olan şəxsə bəndək deyilirdi. İran tarixçiləri Parfiya və Sasanilər dövrünə aid olan bəndək terminini qul kimi tərcümə edirlər. Lakin istər bəndək, istərsə də anşəhrik hüquqi nöqteyi-nəzərdən Romada olan quldan fərqlənirdi. Quldarlıqdan feodalizmə keçid dövründə azat və dastakert terminlərinə də təsadüf edilir. "Madaktani hazar datasdan"da qul əməyi ilə becərilən torpaq sahəsinə dastakart və yaxud dastakord deyilir.
Bəndər
Bəndər — kişi adı. Bu adı olan tanınmış şəxslər Usta Bəndər — 1231-ci il Gəncə üsyanının rəhbəri. Yaşayış məntəqələri Bəndər (şəhər) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. Bəndər Abbas — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Gəz — İranın Gülüstan ostanında şəhər. Bəndər Mahşəhr — İranın Xuzistan ostanında şəhər. Bəndər Siraf — İranın Buşehr ostanında şəhər. Bəndər Dəyyer — İranın Buşehr ostanında şəhər. Bəndər-Kong — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Genave — İranın Buşehr ostanında şəhər.
Bəndər-Abbas
Bəndər-Abbas (fars. بندرعباس‎) — İranın Hörmüzgan ostanında liman şəhəri, ostanın inzibati mərkəzi. Köhnə adı Cərundur. Bəndər-Abbas şəhəri İranın cənubunda, Fars körfəzinin sahilində və Hörmüz boğazının şimal tərəfində yerləşir. Bəndər-Abbas liman şəhəri XVI əsrdən portuqalların işğalı altında olmuşdur. I Şah Abbasın zamanında – 1614-cü ilin sonunda Səfəvi ordusu portuqalları oradan qovub çıxarmışdır. Həmin vaxtdan etibarən Cərun limanı Şah Abbasın şərəfinə Bəndər-Abbas adlanmağa başlamışdır. == Əhalisi == 2005-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən əhalisi 352,172 nəfərdir.
Bəndər-Abbas Beynəlxalq Hava Limanı
Bəndər-Abbas Beynəlxalq Hava Limanı (IATA: GDS, ICAO: OIKB), İranın Hörmüzgan ostanının Bəndər-Abbas şəhərində yerləşən Beynəlxalq Hava Limanıdır. İran Hava Limanları Holdinqi Şirkətinə məxsus olan Bəndər-Abbas Beynəlxalq Hava Limanı mülki və hərbi hava limanı olub dəniz səviyyəsindən 22 ft/7m hündürlükdə yerləşir. 03R/21L adlı uçuş-enmə zolağı 12,008 ft/3,660 m uzunluğunda olub asfalt səthə, 03L/21R adlı digər uçuş-enmə zolağı isə 11,341 ft/3,457 m uzunluğunda olub asfalt səthə malikdir.
Bəndər-Kong
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Bəndər (coğrafiya)
Bəndər- Gəncə şəhəri ərazisində dağ slsilələri üzərndə olan keçid, dağ keçidi.
Bəndər (şəhər)
Benderı (mold. Bender/Бендер; rus. Бендеры) və ya Bəndər, həmçinin Tigina (rum. Tighina) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. == Tarixi == XIII əsrdə tatarların bura hakim olduqları məlumdur. Onlar bu keçidi mühafizə etmək məqsədilə kiçik bir keşik qalası tikmişdilər. Bəndər bir keçidi və ya boğazı qoruyan qarovul məntəqəsinə deyilirdi. 1484-cü ildə Bəyazid xan və Gedik Əhməd Paşa Bəndəri möhkəm hərb qalası kimi bərpa etdilər. Hazırda Bəndər şəhərində XIV–XV əsrlərə aid türk qalası və Süleyman xan camisi durmaqdadır. Bəndər şəhərində iki dəfə olmuş Övliya Çələbi qalanı alınmazlığına və əminliyinə görə "Aman yeri Bəndərabad" adlandırır.
Bəndər (şəxs)
Bəndər Abbas
Bəndər-Abbas (fars. بندرعباس‎) — İranın Hörmüzgan ostanında liman şəhəri, ostanın inzibati mərkəzi. Köhnə adı Cərundur. Bəndər-Abbas şəhəri İranın cənubunda, Fars körfəzinin sahilində və Hörmüz boğazının şimal tərəfində yerləşir. Bəndər-Abbas liman şəhəri XVI əsrdən portuqalların işğalı altında olmuşdur. I Şah Abbasın zamanında – 1614-cü ilin sonunda Səfəvi ordusu portuqalları oradan qovub çıxarmışdır. Həmin vaxtdan etibarən Cərun limanı Şah Abbasın şərəfinə Bəndər-Abbas adlanmağa başlamışdır. == Əhalisi == 2005-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən əhalisi 352,172 nəfərdir.
Bəndər Abbas şəhristanı
Bəndər Abbas şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəndər Abbas şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 498,644 nəfər və 119,485 ailədən ibarət idi.
Bəndər Deyləm
Bəndər Deyləm — İranın Buşehr ostanının şəhərlərindən və Deyləm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19 829 nəfər və 4,426 ailədən ibarət idi.
Bəndər Deyr
Bəndər Dəyyer və ya Bəndər Deyr — İranın Buşehr ostanının şəhərlərindən və Dəyyer şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18 454 nəfər və 3 882 ailədən ibarət idi.
Bəndər Dəyyer
Bəndər Dəyyer və ya Bəndər Deyr — İranın Buşehr ostanının şəhərlərindən və Dəyyer şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18 454 nəfər və 3 882 ailədən ibarət idi.
Bəndər Genave
Bəndər Günavə — İranın Buşehr ostanının şəhərlərindən və Günavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 59,291 nəfər və 12,548 ailədən ibarət idi.
Bəndər Gəz
Bəndər Gəz- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Bəndər Gəz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,923 nəfər və 4,679 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.Qacarlar dövründə əhalisi ermənilər, ruslar və türkmənlərdən ibarət idi.
Rövşən Bəndəliyev
Rövşən Bəndəliyev (26 iyul 1974, Hacıqabul rayonu) — fizika-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru. Bəndəliyev Rövşən Əlifağa oğlu 26 iyul 1974-cü ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuşdur. R. Ə. Bəndəliyev 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə həmin Universitetin "Riyazi analiz" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1999-cu illərdə Bakı Dövlət Universitetində R. Ə. Bəndəliyev, AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin, f.-r.e.d., prof. B. İ. Musayevin riyazi analiz kursundan və ixtisas kursundan mühazirələrini dinləmiş, onların əməkdaşları olduqları "Riyazi analiz" kafedrasında ixtisas kursu keçmiş və bu kafedranın və Azərbaycan Respublikasının ilk magistrlərindən olmuşdur. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinə əyani aspiranturaya qəbul olmuşdur. 2000-ci ildə İnstitutun "Riyazi analiz" şöbəsinin kiçik elmi işçi vəzifəsinə (0.5 ştat) işə götürülmüşdür. 2000–2002-ci illərdə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərliyi altında "Banaxqiymətli funksiyalardan ibarət anizotrop çəkili Sobolev fəzasında daxilolma teoremləri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və 2002-ci ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Rəhilə Bəndəliyeva
Rəhilə Möhbalı qızı Bəndəliyeva (4 may 1958, Kurud, Qafan rayonu) — tanımış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2007). 1958 il müəllimin ailəsində, Ermənistan SSR Qafan rayonundakı Kurud kəndində anadan olub. 1970 ildə ailə ilə Bakıya köçüb. 1977 ildə Asəf Zeynallı adına musiqi texnikumun müğam şöbəsini qurtarıb. 1977 ilin oktyabrın 4-dən bugünədək "Lalə" qızlar ansamblının solistidir, 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniasının solistidir. Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 17 oktyabr 2007, Rəhilə Bəndəliyeva "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adla təltif olunub. 1982-ci ildə ailə qurub, iki uşağı var.
Usta Bəndər
Usta Bəndər — 1231-ci ildə Gəncədə sənətkarların və şəhər yoxsullarının Xarəzmşah Cəlaləddinə qarşı yönəlmiş üsyanının rəhbəri. XI-XV əsrlərdə Azərbaycanın sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərində geniş fəaliyyət göstərmiş əxi təşkilatları dövrün ictimai-siyasi həyatında mühüm rоl oynayırdılar. Belə ki, 1231-ci ildə Təbrizdə, Gəncədə baş vermiş xalq üsyanlarının əsas təşkilatçıları əxi təşkilatının üzvləri və başçıları olmuşdur. Çox güman ki, Usta Bəndər də Gəncədəki əxi təşkilatlarından birinin rəhbəri idi. Üsyana yerli əhalidən alınan verginin həddən çox yığılması səbəb olmuşdu. Mənbələrin məlumatına görə, üsyançılar "şəhərin rəisinin sarayını darmadağın etdilər, məmurları və nökərləri öldürdülər, Xarəzmşahların hərbi qarnizonlarını məhv etdilər. Qoşunla Gəncəyə yaxınlaşan Cəlaləddin üsyançılara silahı yerə qoymağı əmr etdi və onları bağışlayacağını bildirdi, lakin üsyançılar təslim olmaqdan imtina etdilər. Şəhərin mühasirəsinə başlandı. Bəndər şəhərdən çıxıb Cəlaləddinin hərbi düşərgəsinə basqın etməyi qərara aldı, lakin üsyançılar düşmən süvarisinin həmləsinə tab gətirə bilmədilər. Xarəzmşahın qoşunu şəhərə soxuldu.
Əbdüllətif Bəndəroğlu
Əbdüllətif Bəndəroğlu Omran (1937, Tuzxurmatu, Səlahəddin mühafəzəsi – 2 fevral 2008, Amman) — türkman əsilli İraq şairi, tərcüməçisi, ədəbiyyatşünası, publisisti, folklorçusu və araşdırmaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Bakı Dövlət Universitetinin fəxri doktoru. İraq Türkmanlərinin öndə gələn ziyalılarından araşdırmaçı şair, yazar və jurnalist Əbdüllətif Omran Bəndəroğlu 1937-ci ildə İraqın Kərkük vilayətində Təzə Xurmatu kəndində anadan olmuşdur. İbtidai sinfi Təzə Xurmatu və Kərkükdə başa vurdu. 1956-cı ildə Kərkük Petrol şirkətinə aid Texniki məktəbdə təhsilinə davam edərkən siyasi səbəblərdən məktəbdən xaric edildi. Artan siyasi təqiblər nəticəsində ölkədən getmək məcburiyyətində qalan Bəndəroğlu 1964-cü ildən sonra Livan, Bolqarıstan, Yunanıstan başqa ölkələlərdə müxtəlif işlərdə işlədi. 1965-ci ildə yenidən vətənə qayıtdı. 4 fevral 2008-ci ildə Ürdün Xəstəxanasında keçirdiyi ağır əməliyyat nəticəsində vəfat etdi. Nəcəfdə torpağa tapşırıldı. Əbdüllətif Bəndəroğlu İraq-türkman folklorunu bütün fəaliyyət tipləri üzrə (toplayıcılıq, nəşr, tədqiq) öyrənmiş İraq-türkman folklorşünası olaraq bu sahədə özünəməxsus alim olmuşdur. İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri sahəsində fəaliyyətini davam etdirən Ə. Bəndəroğlunun 1993-cü ildə "İraq-türkman folklorundan örnəklər" adlı digər bir tədqiqat əsərini çapdan çıxarıb.
Əliəkbər Bəndəliyev
Mehdi Bəndələri Birliyi
Mehdi Bəndələri Birliyi (ərəb. إتحاد خدام المهدي; İttihad Xuddam-ul-Mehdi) dindar Yasir Əl-Həbib tərəfindən idarə olunan Britaniyanın paytaxtı Londonda yerləşən onikici qrupudur. == Vəzifələr == Siyasi baxımdan qrup ifrat sağçı hesab edilir. O, İran İslam Respublikası hökumətinə düşmən münasibət bəsləyir və Əli Xamneyinin dini etimadnaməsinə şübhə ilə yanaşır. Yasir əl-Həbib, həmçinin Məhəmməd Hüseyn Fəzlullahı "mubtədi" olaraq pisləyib. Qrup tərəfindən təsdiqlənən bir neçə şiə sima arasında Sadiq Şirazi də var. Əl-Həbib Qumda olarkən Məhəmmədrza Şirazinin yanında təhsil alıb, və Müctəbe Şirazinin kürəkəni. Qrup üzvləri Mərceyi-təqlid olaraq Sadiq Şirazinin ardınca gedirlər və Əli Sistanini və xüsusən də Əli Xamneyini açıq şəkildə tənqid edirlər. Qrup sünni əleyhinədir, çünki o, Ömər ibn Xəttab və Aişəni təhqir etməyi müdafiə edirdi. == Fəaliyyə == Qrup Fedek TV adlı peyk televiziya kanalını idarə edir.
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi — 1614-cü ildə Qızılbaş ordusunun İmamqulu xanın komandanlığı altında müasir Bəndər-Abbas bölgəsində yerləşən Kambarao (və ya Gembrun) qalasını ələ keçirməsi nəzərdə tutulur. Qala Portuqaliyaya məxsus idi. 1507-ci ildə portuqaliyalı Afonsu d' Albukerki Hörmüz adasına hücum edərək oranı ələ keçirdi. Bu adanın ələ keçirilməsi ilə Hindistan ilə Avropa arasında körfəz üzərindən gedən ticarətə nəzarət etmə imkanı Portuqaliyanın əlinə keçdi. I Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyası Hörmüzü ələ keçirmək barədə düşünürdü. Onun əsas məqsədi ümumiyyətli portuqaliyalıları buralardan vurub çıxarmaq idi. Osmanlı əleyhinə Portuqaliya və İspaniya əleyhinə ittifaq qurmaq üçün çalışdığına görə Abbas bu hücumu ertələmişdi, ittifaq alınmadıqdan və qızılbaşlar tək başına Osmanlı ordusunu darmadağın etdikdən sonra Portuqaliya əleyhinə hərbi əməliyyat reallıq oldu. 1614-cü ildən etibarən isə Abbas bütün qəzəbini İran körfəzindəki portuqaliyalılara və ispaniyalılara qarşı yönləndirdi. 1613-cü ildə Fars körfəzindəki kiçik limanlardan birindən olan bir neçə ərəb taciri Hörmüz adasının portuqaliyalı qubernatoru Luis da Qama tərəfindən pis rəftar edildi. Bu tacirlər Hörmüzün bir məhəlləsində kartazsız ələ keçirildilər.

Digər lüğətlərdə