vençur
vened
OBASTAN VİKİ
Vim Venders
Vilhelm Ernest (VİM) Venders (alm. Wilhelm Ernst «Wim» Wenders‎,14 avqust 1945 anadan olub) Alman kinorejissor, fotoqraf, ssenarist və prodüser, bir çox görkəmli mükafatın sahibi. 1996-cı ildən — Avropa Kinoakademiyasının prezidenti. == Bioqrafiyası == Vim Venders 14 avqust 1945 ildə Düsseldorfda anadan olmuşdur. Vim Vendersin valideynləri atası Henrik Venders və anası Marta ixtisasca həkimdir. 1949-cu ildə ailə Koblecə, daha sonra Oberhauzenə köçmüşdür. Vim Venders arxitektor, sonra keşiş, rəssam olmaq istəmişdir. 1963-cü ildə məktəbi bitirən Vim valideynlərinin yolunu davam etdirərək dörd semestr tibb üzrə təhsil alır (1963-1964) və paralel olaraq Münhendə, Frayburqda və Düsseldorfda psixologiya, fəlsəfə və sosiologiya öyrənir (1964-1965). 1966-cı ilin oktyabrında o Parisə yola düşür və Monmartrda rəsmlər çəkir. Kinoməktəbi İDHEC qəbul olmağa hazırlaşır lakin konkursu keçə bilmir.