Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəkələmə
Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir. Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğum travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması; ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər. == Uşaqlarda kəkələmə == Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Ölkələrə görə televiziyaların sayı
Bu siyahı dünya ölkələrində olan televiziyaların sayı haqqındadır.
Ölkələrə görə inzibati vahidlərin siyahısı
Aşağıdakı cədvəldə 2014-cü ildən etibarən ölkələrdə və onların əsas asılı ərazilərində istifadə olunan inzibati vahidlərin növləri və sayı göstərilir. İnzibati vahidlər səviyyələrə bölünür. İnzibati birləşmələrin adları azərbaycan dilindədir, parantezdə isə ölkənin rəsmi dillərində orijinal adları göstərilmişdir. "The World Factbook" (ingilis). ЦРУ. 2008-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-12. "Россия — страны мира" (rus). МИД России. 2012-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-12.
İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlərin siyahısı
Bu məqalə Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyi dövründə etdiyi beynəlxalq rəsmi və iş səfərlərinin siyahısından ibarətdir. İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də 76,84%, ikinci dəfə 15 oktyabr 2008-ci ildə 88,73%, üçüncü dəfə 9 oktyabr 2013-cü ildə 84,54%, dördüncü dəfə 11 aprel 2018-cü ildə 86,02% və beşinci dəfə 7 fevral 2024-cü il tarixində 92,12% səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident 2003-cü il oktyabr ayının 31-dən 2009-cu ilin iyun ayının 20-dək dünyanın 40 ölkəsinə 114 dəfə səfərə getmişdir. Bu səfərlərin 44-ü dövlət və rəsmi, 70-i isə işgüzar səfərlər olmuşdu. Səfərlərin 75 faizi Avropa ölkələrinin payına düşür. Belə ki, Prezident İlham Əliyev bu dövrdə Rusiya Federasiyasında 19, Türkiyə Cümhuriyyətində 10, Gürcüstanda 6, İran İslam Respublikasında 3 dəfə səfərdə olmuşdur. o, həmçinin 7 dəfə Fransaya, 5 dəfə Polşa və Qazaxıstana, 4 dəfə Rumıniya və İsveçrəyə, 3 dəfə Almaniya, Belçika və Səudiyyə Ərəbistanı Krallığına, 2 dəfə ABŞ, Macarıstan, Yunanıstan, Slovakiya, İtaliya, Çin, Belarus, Tacikistan, Vatikan və Litvaya səfərə getmişdir. Prezident bu dövrdə, həmçinin, Küveyt, Çexiya, Özbəkistan, Pakistan, Böyük Britaniya, Moldova, Xorvatiya, Bolqarıstan, Yaponiya, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Misir, İordaniya, Finlandiya və Türkmənistan dövlətlərinin hər birində bir dəfə səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti həm xarici ölkələrə səfərləri zamanı, həm də Azərbaycana qonaq gəlmiş xarici ölkələrin dövlət, hökumət və parlament rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə çox intensiv görüşlər keçirmiş, müzakirələr aparmışdır. Dövlət başçısı bu səfərləri zamanı dövlət, hökumət və parlament rəhbərləri ilə 254 görüş və qəbul, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə 64 görüş və qəbul, ümumilikdə 486 görüş və qəbul keçirmişdir.