Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ürkün
Ürkün (qırğ. Үркүн) — 1916-cı ilin iyulun 30-da Qırğızıstan ilə Çin sərhədinin yanında yerləşən Bedel aşırımında baş verən hadisə. Bəziləri onu qırğız xalqına qarşı törədilən soyqırım olduğunu hesab edir. Həlak olanların sayı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəziləri iddia edir ki, ölkənin şimalında yaşayan əhalinin təxminən yarısı öldürülüb. Brüs Pannyer ehtimal edir ki, ölənlərin sayı 100000-dan çoxdur. Rusiyanın bəzi mənbələri iddia edir ki, hadisənin nəticəsində 3000-ə yaxın adam ölüb.Ürkün haqqında kitabın müəllifi olan tarix professoru, Tınçtıkbek Çoroteqinin fikirinə görə, üsyanın səbəbi Boris Stürmer buraxdığı hərbi xidmətə çağırış idi: Fərman 1916-cı ilin iyunun 25-də verilib. O, əvvəl hərbi xidmətdən azad olan qeyri-rus əhalisi olan bir sıra vilayətlərdən 19-43 yaş arasında olan kişiləri xidmətə çağırıb.Rusiya imperiyasının hissəsi olan Qərbi Türkistandan sağ qala bilən on minlərlə qırğız və qazax Çinə qaçmağa məcbur oldular. Tyan-Şan dağlarda 3 kilometr uca olan dağ keçidlərində onlar minlərcə həlak oldular. == Tarixi qiymət verilməməsi == Ürkün Sovet vaxtı dərsliklərində qeyd olunmamış, məsələ ilə bağlı monoqrafiyalar Sovet çap evlərindən götürülmüş.
Üskü
Üskü və ya Üç qaya — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Üskü şəhristanının paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 16,140 nəfər və 4,928 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Amqan (Üskü)
Amqan (fars. امقان‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 794 nəfər yaşayır (185 ailə).
Anadolu Türkü
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Arbat (Üskü)
Arbat (fars. اربط‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (112 ailə).
Azərbaycan Türkü
Azərbaycanlılar (az.-əbcəd آذربایجانلیلار‎), Azərbaycan türkləri və ya azərilər (az.-əbcəd آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı.Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).İranda azərbaycanlılar əsasən, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanlarında çoxluq təşkil edirlər. Həmçinin, Kürdüstan ostanının şərq rayonlarında (Qürvə şəhəri yaxınlığındakı kəndlərdə), Həmədan ostanında və Qəzvin ostanının şimal rayonlarında yaşayırlar. Tehran, Kərəc və Məşhəd şəhərlərində də böyük azərbaycanlı icmaları var. İranda yaşayan azərbaycanlıların ümumi sayı, müxtəlif hesablamalara görə, 20–30 milyon nəfərdir.Rusiyada azərbaycanlılar Dağıstanın cənubunda yaşayırlar.
Ağcaköhül (Üskü)
Ağcaköhül (fars. اقچه كهل‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (53 ailə).
Ağgünbəd (Üskü)
Ağgünbəd (fars. آق‌گنبد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Şəbüstərdən 50 km cənub-qərbdədir. Ağgünbəd kəndi Şahı adasında yerləşir. Şəhərdə yerləşən Ağgünbəd limanı ticarət və iqtisadi işlərdə Urmiya gölünün önəmli limanlarından biridir. Ağgünbəd limanı yeddi Ağgünbəd kəndində yaşayanları Urmiya şəhəri ilə birləşdirir. Ağgünbəd limanı İslam adasının qərb sahilində və Urmiya gölünün şərq tərəfində yerləşir. Yerlilərin dediyinə görə, bu kəndin qurucuları Azərbaycan Respublikasından buraya köçmüş və dəniz və rütubətli iqlim səbəbiylə mülayim bölgədə Ağgünbəd bölgəsində Urmiya gölü yaxınlığında yaşayan insanlar idi. == Adı == Dehxuda sözlüyünə görə Ağgünbəz sözü "böyük, dəyərli, şərəfli, hündür, qürurlu" anlamını verən (ağ anlamını vermir) Ağ, Aq və günbəz sözlərindən yaranmışdır. Ağ saqql ailənin başçısı, yerin başçısı, dəyər və hörmət sahibi olan bir insan deməkdir.
Aşistan (Üskü)
Aşistan (fars. اشستان‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (33 ailə).
Bayram (Üskü)
Bayram (fars. بايرام‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,671 nəfər yaşayır (771 ailə).
Borçalı (Üskü)
Borçalı (fars. بوراچالو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Borçalı kəndi Şahı adasında yerləşir. Borçali boyu qarapapaq elinin qollarından biridir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (47 ailə).
Bəhramabad (Üskü)
Bəhramabad (fars. هرام اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Bəhramabad kəndi Şahı adasında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (21 ailə).
Bəyli (Üskü)
Bəyli (fars. بيگلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (123 ailə).
Dizac (Üskü)
Dizac (fars. ديزج امیرمدار‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,990 nəfər yaşayır (818 ailə).
Günbar (Üskü)
Günbar (fars. گنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,091 nəfər yaşayır (639 ailə). == Təsərrüfat == Günbar mülayim yay iqlimi ilə məşhurdur. Yaxınlıqdakı şəhərlərdən, xüsusən də Təbrizdən bura çox sayda turist gəlir. İnsanların əsas məşğuliyyəti əkinçilik və bağçılıqdır. Qoz əsas məhsuldur.
Gəmiçi (Üskü)
Gəmiçi (fars. گميچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Gəmiçi Şahı adasında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 527 nəfər yaşayır (184 ailə).
Həsənabad (Üskü)
Həsənabad (fars. حسن اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (29 ailə).
Kürdabad (Üskü)
Kürdabad (fars. كرداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,150 nəfər yaşayır (410 ailə).
Kürdlər (Üskü)
Kürdlər (fars. كردلر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,654 nəfər yaşayır (678 ailə).
Kəlaca (Üskü)
Kəlaca (fars. كله جاه‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,922 nəfər yaşayır.
Macarşin (Üskü)
Macarşin (fars. مجارشين‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,112 nəfər yaşayır (304 ailə).
Mehdinli (Üskü)
Mehdinli (fars. مهدينلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 741 nəfər yaşayır (185 ailə).
Mərcanlı (Üskü)
Mərcanlı (fars. مرجانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (84 ailə).
Qıpçaq (Üskü)
Qıpçaq (fars. قپچاق‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Qıpçaq kəndi Şahı adasında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 620 nəfər yaşayır (169 ailə).
Ruku
Ruku - qurşaq təzimi də adlanır. Namazda rukuya getmək o deməkdir ki, normal halda ayaq üstə əllər dizlərə çatana qədər olan vəziyyətdə qalmaq. Namaz qılan, hər rük'ətdə qiraətdən sonra barmaqlarının ucu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir.Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur.Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn, sola və sağa əyilsə, əlləri dizlərə qoysa da, səhih deyildir.Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, məsələn, bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı meydana gəlmir və namazı da batil deyildir.Əl və ya dizləri başqalarının əl və dizlərindən fərqli olan şəxs, məsələn, qolu çox uzun olur və azacıq əyildikdə dizlərinə çatarsa və ya dizləri normal insanlardakından daha aşağıda olur və əllərini dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlirsə, normal səviyyədə əyilməlidir.Oturaq halda rüku edən şəxsin, üzü dizlərinin müqabilinə yetişincəyə qədər əyilməsi lazımdır. Amma üzü səcdə yerinə yaxınlaşıncaya qədər əyilməsi daha yaxşıdır.Normal halda, rükuda üç dəfə Subhanəllah və ya bir dəfə Subhanə rəbbiyəl-əzimi və bihhəmdih deməsi daha yaxşıdır. Zahir budur ki, rüku zamanı, bu miqdarda olan hər zikri söyləmək kifayətdir. Amma əgər vaxt dar olur və ya məcburiyyət qarşısında qalırsa, bir dəfə Subhanəllah deməsi kifayətdir.Rükunun zikri, gərək ardıcıl surətdə və ərəbcə düzgün deyilsin.
Turku
Turku (keçmiş adı Abo, fin Turku, isv. Åbo) — Finlandiyanın cənub-qərbində Aurayokinin Arxipelaq dənizinə tökülən yerdə şəhər və port.Varsinays-Suomi vilayətinin inzibati mərkəzidir. 31 avqust 2013-cü il tarixinə əsasən əhali sayı 181 569 nəfərdir.
Urdu
Urdu dili (urdu اردو) və ya danışanlara məlum olduğu kimi Laşkari; yazılı لشکری, — XIII əsrdə yaranan və Hind-Avropa dilləri ailəsinə daxil olan dil. Pakistanın rəsmi dilidir. Hindistanda urdu dili 23 rəsmi dövlət dilindən biridir. Ölkədə təxminən 50 milyon nəfər bu dildə danışır. Dünyada 63,431,800 nəfər urdu dilini öz ana dili kimi istifadə edir, təxminən 150—200 milyon nəfər isə bu dildə danışa bilir. Pakistanda və Hindistanda çox yayılmışdır. Pakistanın rəsmi dillərindən biridir. Hindistanın bəzi bölgələrində də rəsmi dildir. Urduca Türk dillərində olan "ordu" sözündən törəmişdir. Yerli olaraq Laşkari və ya Laşkari dili olaraq bilinir.
Urmu
Urmiya və ya Urmiyə (az.-əbcəd اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az.-əbcəd اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır. 2016-cı ildə aparılmış rəsmi siyahıyaalmanın yekunlarına əsasən əhalisinin sayı 736,224 nəfərlə İranda ən çox əhalinin yaşadığı 10-cu şəhərdir. Şəhər sakinləri əsasən Azərbaycan dilində danışan azərbaycanlılardır.