URU

(Cəbrayıl, Sabirabad, Ucar)
bax ura . – Urudan so:ra bossana mal-qara bıraxılar (Ucar)
URŞU
URUB
OBASTAN VİKİ
Haşimoto uru
Haşimoto tiroiditi və ya autoimmun tiroidit – qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. == Əlamətlər == Haşimoto tiroiditinin əlamətləri hipotireoz əlamətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. == Müalicə == Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı gündəlik olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
Inula urumoffii
Inula urumoffii (lat. Inula urumoffii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Manuel Urube
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Musa Urud
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist. == Həyatı == Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir. 1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir. Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
Nasyonal (Uruqvay)
Nasyonal (isp. Club Nacional de Football) — Uruqvayın ən məşhur və ən uğurlu peşəkər futbol klublarından biri. Klub komandası öz ev oyunlarını Böyük Mərkəzi Parkda (isp. Gran Parque Central) keçirir. == Tarixi == 14 may 1899-cu ildə yaranmışdır. Nasyonal 1901-ci ildən Uruqvay Primera División mübarizə aparır. == Uğurları == 46 dəfə "Primera División Uruguaya"da birinci olmuşdur. Libertadores Kuboku və Qitələrarası kuboku (1971, 1980, 1988), İnteramerikan Kuboku (1972, 1989) və Recopa Cənubi Amerika (1989).
Paraphytoseius urumanus
Paraphytoseius urumanus (lat. Paraphytoseius urumanus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraphytoseius cinsinə aid heyvan növü.
Pentacalia urubambensis
Pentacalia urubambensis (lat. Pentacalia urubambensis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Polygonum uruguense
Quş qırxbuğumu (lat. Polygonum aviculare) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir.
Senecio urundensis
Senecio urundensis (lat. Senecio urundensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sergey Urusevski
Sergey Pavloviç Urusevski (rus. Сергей Павлович Урусевский; 23 dekabr 1908, Sankt-Peterburq, Rusiya imperiyası - 12 noyabr 1974, Moskva, SSRİ) — Sovet kinooperatoru və kinorejissoru, iki dəfə birinci dərəcəli Stalin mükafatı laureatı (1948, 1952), RSFSR əməkdar incəsənət xadimi (1951), 1942-ci ildən Sov.İKP-nin üzvü idi. == Həyatı == Sergey Urusevski 23 dekabr 1908-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. 1935-ci ildə Leninqrad təsviri incəsənət institutunda Vladimir Favorskinin kursunu bitirərək kinoda işləməyə başlamışdır. 1937-ci ildən "Soyuzdetfilm" kinostudiyasında operator kimi çalışmışdır. Böyük Vətən müharibəsində cəbhə kinooperatoru olmuşdur. 1957-ci ildə "Durnalar uçur" filminin çəkilişi zamanı dairəvi operator relsini kəşf etmiş və ilk dəfə olaraq tətbiq etmişdir. Urusevskinin "Mən Kubayam" filmindəki operator işi kino incəsənətinin inkişafında xüsusi rol oynayır. Çoxsaylı beynəlxalq mükafatların laureatı olmuş operatorlar Şon Bobbitt və Ben Seresin onu nəhəng sənətkar hesab edirlər. Sergey Urusevski 12 noyabr 1974-cü ildə vəfat etmişdir.
Silahlı Polis Mühəndislik Universitetinin Urumçi filialı
Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində yerləşən Çin Xalq Silahlı Polis Qüvvələrinin Mühəndislik Universitetinin Urumçi filialıdır. == Xronologiya və məlumat == Noyabr 1983-cü ildə, Dövlət Şurası Sincan Silahlı Polis Korpusu Təlim Taburunu rəsmi olaraq Urumçidəki Çin Xalq Silahlı Polis Komandanlığı Məktəbinə (Urumçi Xalq Silahlı Polis Komandanlığı Məktəbi) çevirmişdir. 1997-ci ildə texniki orta məktəbdən kiçik bir kollecə yüksəldildi. 2004-cü ildə Çin Xalq Silahlı Polis Qüvvələri Akademiyasının Urumçi şöbəsi quruldu və ortaq bir ofisin əsası qoyuldu. 2004-cü ildə bakalavr dərəcəsinə yüksəldi. 2006-cı ilin sentyabr ayında Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Məktəbi və Silahlı Polis Komandanlığı Akademiyasının Urumçi şöbəsi birləşərək Çin Xalq Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Akademiyasına yüksəldildi və müavin bölmə səviyyəsindən ümumi bölüyə yüksəldildi. Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Akademiyası adlandırılan Çin Xalq Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Akademiyası Silahlı Polis Qüvvələrinin kiçik komandirləri üçün hərbi bir kollecdir və Sincan Silahlı Polis Korpusuna bağlıdır. Kollec Siçuan, Çuntsin, Çinqhay, Ninqsia, Şaansi, Qansu, Sincan və digər yerlərdən yeni lisey məzunlarını qəbul edir, etnik azlıqlar üçün lisenziya təhsili və kiçik kollec təhsili verir və Silahlı Polis Zirehli Qüvvələri Silahlı Polis Sincan Korpusu üçün iş təhsili verir. 2017-ci ildə milli müdafiə və hərbi islahatların dərinləşdirilməsində Çin Xalq Silahlı Polis Qüvvələri Mühəndislik Universiteti və Çin Xalq Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Kolleci birləşdirildi və yeni Çin Xalq Silahlı Polis Qüvvələri Mühəndislik Universitetinin əsası qoyuldu. Akademiyaların qurulmasına dair Dövlət Şurası və Mərkəzi Hərbi Komissiyanın əmrinə əsasən Silahlı Polisin orijinal Urumçi Komandanlıq Məktəbi Silahlı Polisin Urumçi Komandanlıq Məktəbi adlandırıldı.
Tulipa urumiensis
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Urud (Loru)
Urud, Urut (erm. Ուռուտ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Urud bələdiyyəsi"ni (erm. Ուռուտ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.020 nəfərdir.
Urud (Zəngəzur)
Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Urud abidələr kompleksi
Urud abidələr kompleksi — Zəngəzur mahalının Qarakilsə (01.03.1940–cı ildən Sisian) rayonunun Urud (03.07.1968–ci ildən Vorotan) kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi - memarlıq abidələri kompleksi. Kompleksə Urud qalası, Urud qəbirsanlığındakı nadir məzar daş nümunələri və daş stelaları, o cümlədən digər abidələr daxildir. == Ümumi məlumat == Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. Urud qalasının adı mənbələrdə 450 – ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104 – cü ildə Səlcuqlular, 1386 – cı ildə Əmir Teymur, 1407 – ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir. 03. 07.
Urud abidələri
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Urud livası
Urud livası — Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Urud idi. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livası dörd nahiyəyə bölünürdü.
Urud nahiyəsi
Urud nahiyəsi və yaxud Urud nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə. == Kəndləri == Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Urud nahiyəsində ümumilikdə 36 kənd var. Onlardan 6-i erməni, 30-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 30-i dağıdılıb. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır. Urud nahiyəsi 1593 Kəndləri 5. Ağakəndi azərb. kəndi (dağıdılıb) 6. Şataq azərb. kəndi (dağıdılıb) 8.
Urud qalası
Urud qalası - Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Urud qalası qədim Zəngəzurun Qarakilsə nahiyəsinin Urud kəndində Bazarçayın sağ sahilindəki təpəlikdə VIVII əsrlərdə inşa edilmişdir. == Haqqında == Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. Urud qalasının adı mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1075–1094-cü illərdə Sünikin hökmdarı I Senikərimə məxsus idi. Qala 1104-cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.XIII əsrin əvvəllərində Xəzərin şimalından gələn qıpçaq Orbelilər nəsli Zəngəzurda məskunlaşaraq xristianlığı qəbul etmişlər. Orbelilər nəsli sonradan erməniləşmişlər. Əmir Teymurun qoşunları 1386-cı ildə Süniki işğal edərkən Urud qalasını da zəbt etmişdir.
Urud qəbiristanlığı
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri (osman. Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası) — Osmanlı İmperiyası hakimiyyəti dövründə İrəvan əyalətinin İsgəndərqalası və Urud livalarında gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə 1593-cü ildə tərtib olunmuş özündə statistik məlumatları əks etdirən sənəd. XVI əsrin 90-cı illərində, yəni osmanlıların Zəngəzur diyarını ələ keçirdikləri dövrdə tərtib olunan dəftər Ankarada Tapu ve Kadastro Kuyum-i Kadime Arşivində saxlanılır (199, vərəq 111a-191a). Səhvən Bəyazid vilayətinin müfəssəl dəftərinə əlavə edilmiş dəftər Akif Muradverdiyev və Hüsaməddin Məmmədovun (Qaramanlı) yaxından köməkliyi ilə 2003-cü ildə Ankarada Türkiyə Dövlət Arxivindən tapılmış və əski əlifbadan Azərbaycan dilinə çevrilmişdir. Dəftər ilk dəfə 2005-ci ildə Musa Urudun Zəngəzur adlı kitabında çap olunub.
Urum
Urum- Arsakda IX əsrdə mahal adı. == Toponimikası == Ə.Ələkbərov bu mahalı Qarabağda orta əsrlərdə "Urum"»adı ilə bağlı toponimlərin yayılma ərazisi ilə lokalizə etnonimdir. Eramızın I minilliyinin I yarısında Qarabağda məskunlaşmış yunan (yerli əhalinin danışığında Urum) tayfasının adını əks etdirir. Strobon Xəzərin cənub qərbində ana, riak,mard, pars, uta və b. tayfalarla yaşadığını yazarkən onlarla yanaşı eniam adlı tayfasının da yaşadığını onların köçkün yunanlar olduğunu qeyd etmişdir. Erkən orta əsrlərdə Azərbaycanda Yunan (Bərdə yaxınlığında) Bu şəhəri VII əsrlə əlaqədar hadisələrdə Əhməd ibn Əsəm əl Kufi də çəkmişdir və Yunanşəhr (Bakı-Salyan yolu içərisində) və s. adlar göstərir ki, həmin elianlar ( yunanlar) buraya gəlmiş və yerli əhali onları Urum adlandırmışlar. Gürcüstanda yaşayan yunanları oradakı azərbaycanlılar indi də Urum adlandırırlar. == Həmçinin bax == Arsak Qafqaz Albaniyası == Xarici keçid == ""ARSAK VƏ YA ARSAX" TOPONİMİ" ( (az.)). karabakhinfo.com.
Urum-Qıpçaqlar
Urumlar (yun. Ουρούμ, urum; türk. Urum, krımtat. Urum) — əsasən Osmanlı İmperiyasında və Krımda bəzi türkdilli xalqlar (türklər, Krım tatarları) tərəfindən müsəlman dövlətlərinin Yunanıstanın peçeneq və ya türk əsilli əhalisini adlandırmaq üçün işlədilən ekzoetnonim. Müasir etnoqrafiyada bir qayda olaraq, türk türkdilli qrup urumlar (və ya peçeneq-urumlar) adlandırılır. Lakin urumları xristian türklər və ya müstəqil etnos, yaxud oğuz-qıpçaq etnik qrupu hesab edən tədqiqatçılar da var. Rusiya Federasiyasında 54 nəfər (2002-ci il siyahıya almasına əsasən), Ukraynada 91548 nəfər (2001-ci il siyahıya almasına əsasən), Gürcüstanda 15.166 nəfər urum yaşayır.
Urumi
Urumi (sinh. ethunu kaduwa; malaya. uṟumi; hind. āra) – əyilgən və qamçıyaoxşar tiyəsi olan hind qılıncı. Hindistanın Kerala ərazisində yaranmışdır. Bu qılınc növünün ilk dəfə Sanqam dövründə hazırlandığı düşünülür. Urumi polad qamçı hesab olunur və ondan istifadə etmək üçün xeyli təcrübə tələb olunur. Buna görə hind döyüş sənətlərində urumi ən sonda öyrənilən silahlardan biridir. == Etimologiya == "Urumi" sözü bu silahın malayalam dilindəki adıdır və silah ən çox bu adla tanınır. Malayalam dilində bu silaha "çuttuval" da deyilir.

Digər lüğətlərdə