Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürücü
Sürücü (ing. Driver) — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM),video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluettoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2-20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Ürkün
Ürkün (qırğ. Үркүн) — 1916-cı ilin iyulun 30-da Qırğızıstan ilə Çin sərhədinin yanında yerləşən Bedel aşırımında baş verən hadisə. Bəziləri onu qırğız xalqına qarşı törədilən soyqırım olduğunu hesab edir. Həlak olanların sayı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəziləri iddia edir ki, ölkənin şimalında yaşayan əhalinin təxminən yarısı öldürülüb. Brüs Pannyer ehtimal edir ki, ölənlərin sayı 100000-dan çoxdur. Rusiyanın bəzi mənbələri iddia edir ki, hadisənin nəticəsində 3000-ə yaxın adam ölüb.Ürkün haqqında kitabın müəllifi olan tarix professoru, Tınçtıkbek Çoroteqinin fikirinə görə, üsyanın səbəbi Boris Stürmer buraxdığı hərbi xidmətə çağırış idi: Fərman 1916-cı ilin iyunun 25-də verilib. O, əvvəl hərbi xidmətdən azad olan qeyri-rus əhalisi olan bir sıra vilayətlərdən 19-43 yaş arasında olan kişiləri xidmətə çağırıb.Rusiya imperiyasının hissəsi olan Qərbi Türkistandan sağ qala bilən on minlərlə qırğız və qazax Çinə qaçmağa məcbur oldular. Tyan-Şan dağlarda 3 kilometr uca olan dağ keçidlərində onlar minlərcə həlak oldular. == Tarixi qiymət verilməməsi == Ürkün Sovet vaxtı dərsliklərində qeyd olunmamış, məsələ ilə bağlı monoqrafiyalar Sovet çap evlərindən götürülmüş.
Henlon ülgücü
Henlon ülgücü - Bir hadisəni açıqlayan zaman həqiqətə uyğun olmayan izahatları istisna etməyi məsləhət bilən deyimdir. Axmaqlığın səbəb olduğu bir şeyi hiyləgərliyin ayağına yazma. Bu deyim Robert Henlonun adı ilə bağlıdır. Eyni ideyanı daşıyan deyimlər daha əvvəl də mövcud olmuşdur.
Hitçens ülgücü
Hitçens ülgücü (ing. Hitchens's razor) — yazıçı Kristofer Hitçens tərəfindən ifadə edilən epistemoloji ülgücdür və iddianın həqiqiliyinə dair sübut yükünün iddianı irəli sürənə aid olduğunu ifadə edir. Bu öhdəlik yerinə yetirilmirsə, iddia əsassızdır və iddianın opponentlərinin onu rədd etməsi üçün daha çox müzakirəyə ehtiyacları yoxdur. Hitçens ülgücü "Dəlil olmadan iddia edilə bilən, dəlil olmadan rədd edilə bilər" şəklində ifadə etmişdir. == Mənşə == Jurnalist, müəllif və məşhur ateist Kristofer Hitçens in adını daşıyan konsepsiya, Okkkamın ülgücünə bənzəyir. Ülgüc Hitçensin 2007-ci ildə nəşr olunan Tanrı Böyük deyil: Din Hər Şeyi Necə Zəhərləyir adlı kitabında yer alır. Fövqəladə olmayan iddialara belə baş vurmaq yerinə, Saqan standartından ("Fövqəladə iddialar fövqəladə dəlil tələb edir") daha güclü bir mövqe tələb edir. Ülgüc 19-cu əsrdə istifadə olunan quod grātīs asseritur, grātīs negātur (sübutsuz iddia olunan, sübutsuz rədd edilə bilər) latınca atalar sözü ilə müqayisə edilmişdir. == Həmçinin bax == İblislərlə dolu dünya.
Okamın ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. == Tarixi == Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Okhamın ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. == Tarixi == Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Okkam ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. == Tarixi == Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Printer üsküyü
Üsküklü printer – thimble printer ~ принтер со шрифтовыми наконечниками ~ yüksüklü yazıcı ~ çap ucluğu üskük şəklində olan printer. Bu printerlərdə, yazı makinalarında olduğu kimi, hazır literlərdən istifadə olunduğundan, onlarda çap olunan yazılar öz yüksək keyfiyyəti ilə seçilirdi. Lazer printerlərinin qiyməti çox baha olanda üsküklü printerlər populyar idi. Hazırda isə istifadədə olan üsküklü printerlərə rast gəlmək çox çətindir. Üskük – thimble ~ напёрсток ~ yüksük ~ hər bir simvolu ayrıca liter qoluna yerləşdirilmiş olan, qızçiçəyi çarxına (DAISY WHEEL) bənzəyən çap elementi. Qızçiçəyi çarxında olduğu kimi, bütün liter qolları mərkəzi çarx topunda birləşib, ancaq üskükdə liter qolları 90 dərəcə qatlanıb. Çap zamanı printer üsküyü elə fırladır ki, lazım olan liter çap olunacağı yerin qarşısında olsun və arxadan toxmaqcıqla liter qoluna zərbə endirərək literi kağıza vurur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,996 s.
Üskülü (Kəleybər)
Üskülü (fars. اسكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 428 nəfər yaşayır (109 ailə).
Üskülü Mərziyyə
Üskülü Mərziyyə və ya Mərziyyə Əhmədi (1941, Üskü, Şərqi Azərbaycan ostanı – 1974, Tehran) — şair, müəllim, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü. 1974-cü ildə SAVAK-la atışmada dünyasını dəyişib. == Həyatı və fəaliyyəti == Mərziyyə Əhmədi 1941-ci ildə Üskü şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olur. Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi fəaliyyətə başlayır. Burada 3 il fəaliyyət göstərdikdən sonra Təbriz Universitetinə daxil olur. Təhsilini davam etdirməklə yanaşı o həm də pedaqoji fəaliyyətlə məşğul olur. Kənd məktəblərini gəzərək onlar üçün "kitab evləri" yaratmağa çalışır. İlk şeirini "Dalğa" ləqəbi ilə çap edib.
Şəfəq Türküsü
Şəfəq Türküsü Nevzat Çelikin eyni adlı şeir kitabı da olan şeiridir. Kitab 1984-cü ildə Akademiya Kitabevi Uğur Mükafatını qazanmışdır. == Şeirin mövzusu == Şeir bütövlükdə 280 misradan ibarətdir. Bir edam məhbusunun anası ilə vidalaşması mövzusuna yönəlib. Nevzat Çelik, 12 sentyabr çevrilişindən sonra həbslər nəticəsində bir çoxları ilə birlikdə edam cəzası ilə mühakimə olundu. Onun sözlərinə görə, bu, çox yaxın, tanış insanların edamlarının baş verdiyi bir mühitdə, verdiyi psixologiya ilə yazılmışdır. == Bəstə == 1985-ci ildə 95 misrası Əhməd Qaya tərəfindən bəstələnmiş və mahnısı ifa olunmuşdur. O, 1986-cı ildə təqdim olunan bir albomuna bu adı verib.
Sürücü (film)
Sürücü (ing. Drive) — Nikolas Vendinq Refnin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş film. Ceyms Sallisin 2005-ci ildə yazıdığı eyniadlı kitab əsasında çəkilib, filmin ssenari müəllifi Hüseyn Aminidir. Baş rolda Rayan Qoslinq çəkilib.
Qərb bürküsü (roman)
Qərb bürküsü — Çingiz Abdullayev tərəfindən yazılmış roman. 2013-cü ildə Qanun nəşriyyatında nəşr edilib. == Məzmun == Keçmiş kəşfiyyatçılar olmur. Ehtiyatda olan DTK polkovniki Timur Qarayev «Qalxan vəqılınc» adlı məxfi təşkilata dəvət olunduqda buna tam əmin oldu. Təşkilatm məqsədi və hədəfi Rusiyanm dövlət sirlərini xarici kəşfiyyatlaraverən satqın fərarilərin axtarışıvə məhv edilməsi idi. Qarayevə tapşırılan vəzifə əslzərbə oldu...
Kücü ağacı
Küjü (bəzən kücü) ağacı — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ərişləri dalqabaq etmək üçün ağac və ya qalın ipdən düzəlmiş alətdir. == Müasir küjü ağacı == Müasir dövrdə küjü ağacının yarımmexanikləşdirilmiş forması mövcuddur. Belə küjü ağaclarından əsasən metal dəzgahlarda istifadə edilir. Belə küjü ağaclardan istifadə zamanı ərişlərin vəziyyətini dəyişmək üçün əl əməyi və küjü ağacı tətbiq olunmur. Küjünü hərəkətə gətirən mexanizmin dəstəyi ilə ərişləri istənilən vəziyyətdə saxlamaq olur. Məhz buna görə ərişlərin hamısı küjü ağacına bağlanılır. Küjünü hərəkətə gətirən mexanizmin köməyi ilə ərişlər arğacı sərbəst qəbul edir. Hal-hazırda Azərbaycan xalçaçılığında belə küjü ağacından istifadə edilir.
Balaca sürücü (film, 2017)
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
Urduca
Urdu dili (urdu اردو) və ya danışanlara məlum olduğu kimi Laşkari; yazılı لشکری, — XIII əsrdə yaranan və Hind-Avropa dilləri ailəsinə daxil olan dil. Pakistanın rəsmi dilidir. Hindistanda urdu dili 23 rəsmi dövlət dilindən biridir. Ölkədə təxminən 50 milyon nəfər bu dildə danışır. Dünyada 63,431,800 nəfər urdu dilini öz ana dili kimi istifadə edir, təxminən 150—200 milyon nəfər isə bu dildə danışa bilir. Pakistanda və Hindistanda çox yayılmışdır. Pakistanın rəsmi dillərindən biridir. Hindistanın bəzi bölgələrində də rəsmi dildir. Urduca Türk dillərində olan "ordu" sözündən törəmişdir. Yerli olaraq Laşkari və ya Laşkari dili olaraq bilinir.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.
Hüseyin Kürkçü
Hüseyin Kürkçü — krım tatar türkoloq, dilçi, pedaqoq. Filologiya elmləri namizədi olan o Krım Pedaqoji İnstitutunda dərs deyib. Ömrünün 16 ilini əmək düşərgələrində keçirdikdən sonra 1957-ci ildə bəraət alaraq azad olub. == Haqqında == Hüseyin Kürkçü 23 yanvar 1905-ci ildə Bağçasarayda anadan olub. Məktəb illərində şair, pedaqoq Yaqub Şakirəlinin şagirdi olub. Orta təhsilini bitirdikdən sonra İsmayıl Qaspıralı adına Bağçasaray Müəllimlər Seminariyasına daxil olur. 1924-1926-cı illərdə Bakı Dövlət Universitetinin tarix-filologiya fakultəsində təhsil alıb. Burada Vasili Bartold, Bəkir Çobanzadə, Əziz Qubaydullin kimi alimlərdən dərslər alır. Bakıdakı təhsilini bitirdikdən sonra Krıma qayıdaraq burada Kökköz kənd məktəbində dərs deməyə başlayır. "Okuv işleri" (Tədris işləri) jurnalında fəaliyyət göstərir.
Oyun qurucu
Oyun qurucu müdafiəçi və hücumçular arasında yerləşən və vəzifəsi hər iki mövqedəki basketbolçulara kömək etmək olan oyunçu. Oyun qurucular komandanın xal qazanması üçün dəqiq və düşünülmüş paslar atır və bu mövqedə olanlar hər iki əlindən yaxşı istifadə etməyi bacarır. Bu mövqe amerikan futbolundakı kuotəbək(quarterback) və ya futboldakı pleymeyker(playmaker) ilə eynidir. Oyun qurucu məşqçinin verdiyi tapşırıqları anlamalı və yerinə yetirməli, oyunun tempinə nəzarət etməlidir. Hücumların başladılması və inkişafı da onun vəzifələrindəndir. Bu mövqedəki oyunçular: NBA-də: Kris Paul, Derrik Rouz, Toni Parker, Stiven Kurri, Kayri Irving, Rasl Vestbrook,Rajon Rondo və s.
Viktor Urruçua
Viktor Urruçua (isp. Víctor Urruchúa; 30 dekabr 1912, Meksika – 1981, Mexiko) — Meksikalı film aktyoru, film direktoru və ssenari müəllifi. O, 1926-cı il ilə 1951-ci il arasında 24-dən çox film və televiziya şousunda rol oynamışdır. O, 1944-cü il ilə 1953-cü il arasında 15 filmə çəkilmişdir.
Alfredo Qomes Urkuyo
Alfredo Qomes Urkuyo (isp. Alfredo Gómez Urcuyo; d. 9 avqust 1942, Rivas, Nikaraqua) — Nikaraqua Respublikasının vitse-prezidenti (2005-2007). == Həyatı == 9 avqust 1942-ci ildə Rivas şəhərində anadan olmuşdur. == Təhsili == İlk ali təhsilini Rivas şəhərindəki Rosendo Lopes İnstitutunda almışdır. Daha sonra təhsilini Diriamba şəhərinin Pedaqoji İnstitutunda və Xinotepe şəhərinin Xuan Xose Rodrigez İnstitutunda davam etdirmişdir.1970-ci ildə Manaquanın Mərkəzi Amerika Universitetində baytarlıq və zooloq peşəsinə yiyələnmişdir. == Siyasi fəaliyyəti == 2005-ci il oktyabrın 10-da Nikaraqua Milli Asambleyası tərəfindən Respublikanın vitse-prezidenti seçilmişdir. 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur. == Ailəsi == Evlidir, altı övlad atasıdır. == Mükafatları == 2002-ci ildə "Korrupsiyaya Qarşı Mübarizə"də göstərdiyi xidmətlərə və vətənpərvərliyə görə Vətəndaş Cəmiyyəti tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür.
Emin Quliyev (üzgüçü)
Emin Quliyev (8 oktyabr 1975) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Emin Quliyev 1975-ci il oktyabrın 8-də anadan olub. == Karyerası == Emin Quliyev Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirində 25.22 saniyə nəticə göstərdi və 59-cu pillənin sahibi olub.Daha sonra Emin Quliyev Azərbaycanı 2020-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirnində 25.36 saniyə nəticə göstərdi və 60-cı pillənin sahibi olub.
Qurucu (film, 2016)
Qurucu (ing. The Founder) — John Lee Hancock və Robert Siegel tərəfindən yazılan 2016-cı ilin Amerika bioqrafik dram filmi. Michael Keatonun iş adamı Ray Kroc rolunda oynadığı film, McDonald's fast food restoran şəbəkəsini yaratmasından bəhs edir. Nick Offerman və John Carroll Lynch, McDonald'sın qurucuları Richard və Maurice McDonald rollarında oynayırlar. == Süjet == 1954-cü ildə Ray Kroc səyyar milkshake maşını satıcısıdır. Ethel adlı dəstəkləyici bir həyat yoldaşı olmasına və İllinoys ştatının Arlington Heights şəhərində rahat bir həyat yaşamaq üçün kifayət qədər pula qənaət etməsinə baxmayaraq, Ray daha çox şey arzulayır. Ray özünün milkshake maşınlarını satmağa çalışdığı restoranların bir çoxunun səmərəsiz işlədiyini də müşahidə edir. San Bernardinoda bir alış-verişin qeyri-adi çox sayda süd qarışığı sifariş verdiyini öyrəndikdən sonra Ray onu görmək üçün Kaliforniyaya gedir. Gördüyü şey — sürətli xidmət, yüksək keyfiyyətli yeməklər, birdəfəlik qablaşdırma və ailə dostu atmosferi olan məşhur gəzinti restoranı McDonald'sdır. Ray iki McDonald qardaş Maurice "Mac" və Richard "Dick" McDonald ilə görüşür.
Rene Vaqner (üzgüçü)
Rene Vaqner (d. 7 may 1938) — Lüksemburqlu keçmiş üzgüçü. Rene Vaqner Lüksemburqu 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rene Vaqner birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:04.3 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Tural Abbasov (üzgüçü)
Tural Abbasov (25 aprel 1990) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Tural Abbasov 1990-cı il aprelin 25-də anadan olub. == Karyerası == Tural Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirnində 26.30 saniyə nəticə göstərdi və 78-ci pillənin sahibi olub.
Dahi qurucu (film, 2009)
Dahi qurucu — rejissor Almas Məmmədovanın 2009-cu ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə mərhum prezident, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs olunur. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.