Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sovet işğalına qarşı üsyanlar (1920-22)
Sovet işğalına qarşı üsyanlar (1920-22) — Azərbaycanın bolşeviklər tərəfindən işğalı əleyhinə müqavimət hərəkatı. == İlk qığılcımlar == Üsyan dalğası 28 aprel işğalından az sonra bütün Azərbaycanı bürümüşdü. Mayın 18-də bolşeviklər və qırmızı döyüşçülər Şuşada yeni hökumətə qarşı hazırlanan üsyandan xəbər tutub onun qarşısını ala bildilər. Həmin vaxtlarda Ucar və Bərgüşadda yeni rejimlə razılaşmayan əhali dəmir yolu xəttində qatarların hərəkətini dayandırmağa cəhd göstərdi. 1920-ci il mayın ortalarından Bakıda sovet hakimiyyəti əleyhinə üsyana hazırlıq aparıldı. Şəhər hərbi qarnizonunun rəisi, 28-ci diviziyanın komandiri Nesterovskinin 1920-ci il mayın 26-da imzaladığı əmrdə göstərilirdi ki, Bakı şəhərində fəhlə və kəndli hökumətinə qarşı üsyanların hazırlanması barədə şayiələr dolaşmaqdadır. Əmrdə daha sonra deyilirdi: == Qarabağ üsyanı == Yeni hökumətə qarşı ilk qüvvətli üsyan Qarabağda başladı. Yerli əhali, xüsusən də daşnak Ermənistanının nizami qoşunlarına qarşı mübarizə aparmış Cümhuriyyət ordusunun əsgər və zabitləri yeni rejimə qarşı nifrətini silahlı çıxışlarla ifadə edirdilər. Bu zaman Şuşada Qarabağ sakinlərindən ibarət 300 nəfərlik silahlı dəstə də formalaşmışdı. Qarabağda yaranmış gərgin vəziyyət, nəhayət, partlayışla nəticələndi.
Azərbaycanda Sovet işğalına qarşı üsyanlar (1920-22)

Başqırd üsyanları
Başqırd üsyanı (1735 - 1740) — Başqırdların sayca dördüncü üsyanı. Başqırd üsyanı (1755 - 1756) — Başqırdların sayca beşinci üsyanı.
Cəlali üsyanları
Cəlali üsyanları — XVI əsrdə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş qiyamlar. == Tarixi == Bu hərəkat Osmanlı imperiyasında XVI əsrin 90-cı illərində başlamış və sonralar Azərbaycan ərazilərinə yayılmışdı.Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodalların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvayətinə görə, Səlmas yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. İlk dəfə Koroğlunu tarixi şəxsiyyət kimi Petruşevski təqdim etmişdir. O, yazırdı ki,"tarixi Koroğlu Ermənistanda və Azəbaycanda fəaliyyət göstərirdi".Koroğlunun silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa idilər.Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin "Qeydlərində", Övliya Çələbiyyənin "Səyahətnaməsində" və başqa əsrlərdə məlumatlar verilir.
Serb üsyanları
Serbiya üsyanları – 19-cu əsrin əvvəllərində Serblərin Osmanlı Dövlətinə qarşı başladıqları və 1878-ci ildə Serbiyanın müstəqilliyi ilə nəticələnmiş üsyan. == Osmanlı Serbləri == Tarixən Serbiya ərazisinin Osmanlı Dövlətinə qatılması 14-cü əsrdə başlamış 15-ci əsrin ortalarında başa çatmışdır.Osmanlı Dövləti Serb Knyazlığı ilə 1371-ci ildə apardığı Çirmən döyüşü və 1389-cu ildəki I Kosova Müharibəsinin Serblərin məğlubiyyəti ilə nəticələnməsi Serbləri zəiflətmiş və bir çox Serbiya ərazisinin Osmanlılara keçməsinə səbəb olmuşdur. Osmanlı dövründə Serblərdən yığım üsulu dövlətin yüksək pillələrinə çatmış bir çox dövlət adamı mövcuddur. Bunlardan ən mühümü, şübhəsiz, yüksəlmə dövründə əvvəl donanma komandiri və sonra da 14 illik müddətlə sədrəzəmlik etmiş olan Sokollu Məmməd Paşadır. == Üsyanın səbəbləri == Serbiya üsyanlarının səbəbləri arasında aşağıdakılar göstərilə bilər: Rusiya və Avstriyanın qızışdırmaları, 17-ci əsrdə Osmanlı idarəçiliyindəki nüfuz zəifliyi, Serbiyadakı yeniçərilərin xalqa yaxşı davranmaması, Fransa İnqilabından sonra ortaya çıxan millətçilik cərəyanları, Osmanlı-Avstriya müharibələri zamanı Serbiya ərazilərinin müharibə sahəsi halına gəlməsidir. == 1804 və 1805-ci il üsyanları == 19-cu əsr əvvəllərində Avstriya və Rusiya, Serbiyada xalqı Osmanlı hakimiyyətinə qarşı təxribat siyasəti həyata keçirməyə başlamışdılar.Həmçinin buradakı yeniçərilər Müsəlman və Xristian xalqa qarşı çox pis hərəkət edərək xalqın əməlli-başlı zəhləsini tökürdülər.Bu şəraitdə Serblər adi bir çoban olan Qara Yorkun başçılığı ilə üsyan qaldırdılar. Ruslardan da aldığı dəstəklə Qara Yorkun 13 Dekabr 1806-cı ildə Belqrada girdi.1806-1812 Osmanlı-Rus Müharibəsi gedişində Belqrad Qara Yorkunun rəhbərlik etdiyi üsyançıların əlində qaldı.Osmanlı dövləti və Rusiya arasında imzalanan Buxarest sülh müqaviləsi ilə Serblərə bəzi imtiyazlar verildi.Osmanlılar Ruslarla bağlanan sülhdən sonra Serbiyadakı üsyançıları məğlub edərək Belqradı yenidən ələ keçirdilər.Qara Yorku 21 Sentyabr 1813-cü ildə digər üsyançılarla birlikdə canını xilas etmək üçün Avstriyaya qaçdı. Beləliklə, ilk Serb üsyanı məğlubiyyətlə başa çatdı. Müstəqilliklərini qazanmaq istəyən Serblər 1814-ci ildəki Vyana konqresinə bir heyət göndərdilər. Ancaq bir nəticə vermədiyi üçün 1815-ci ildə Miloş Obrenoviçin liderliyi altında ikinci bir qiyam başladı və hərəkətləri Ruslar tərəfindən dəstəkləndi.Bu üsyan da uğursuz oldu, amma 1817-ci ildə Rusiya ilə yeni bir müharibə istəməyən və bölgəyə yönəlik mümkün bir Rus müdaxiləsinə mane olmaq istəyən Osmanlı Dövləti Serblərə bəzi muxtariyyət hüququ verməyə razı oldu.Osmanlı valisi Maraşlı Əli Paşa Miloş Obrenoviçle razılığa gələrək Serbiyanın daxili işlərində müstəqil olmasını təmin etdi.1828-1829 Osmanlı-Rus Müharibəsində məğlub olan Osmanlılar Ruslarla imzaladıqları Ədirnə müqaviləsi ilə Serbiyanın yarı müstəqil bir hala gəlməsini qəbul etdilər.1830 və 1833-ci illərdə Osmanlı padşahı II. Mahmudun imzaladığı Xətti Şəriflərlə Miloş Obrenoviçin əlindəki torpaqlar artırılıb və özü Osmanlılar tərəfindən rəsmən Serbiya şahzadəsi kimi tanınıb.
Serbiya üsyanları

Talış üsyanları
Talışların üsyanları — tarixin müxtəlif dövrlərində talışların narazılığı ilə bağlı baş vermiş hadisələrdir. == Tarixi == XV əsrin birinci yarısında Həmdullah Qəzvini Talış bölgəsi haqqında yazırdı ki, bura xüsusi hakimin nəzarətindədir və o hakim özünü padişah (yəni müstəqil suveren) hesab edir”. Talışların irsi hökmdarları Səfəvilərə fəal dəstək verdilər, ona görə də talışlar türk və ya köçəri olmasalar da, qızılbaş tayfalarının birliyinə daxil edildilər və Səfəvilərin “dərvişləri” və “müridləri” hesab edildilər. Talışlar köçəri adət-ənənələrinə uyğun olaraq xüsusi “tayfa” olmaqla qızılbaşların tərkibində yeganə irandilli xalq idi. XV əsrdə talış xakimlərinin şahlara qarşı üsyanlarına baxmayaraq. 1540-cı ildə Talış Əmir-Qubad-Xan və 1590-cı ildə Talış Əmir-Həmzə-Xan, irsi Talış xakimləri Talış bölgəsi üzərində hakimiyyəti öz əllərində saxladılar. Xəmzə xanın oğulları, Bayandur xan və Saru xan ardıcıl olaraq Talışda hökmranlıq etdilər və “böyük əmirlər” və “timpani və bayraq sahibləri” sırasında [131 - 132] yer aldılar. Gilan və Talışda Şah İranın hakimiyyətinə qarşı yönəlmiş böyük kəndli üsyanı zamanı Talış xanı Saru şah ordusunun baş komandanı (sipah-salar) təyin edildi. O, üsyanı böyük vəhşiliklə yatırtdı. Talış kəndliləri bu üsyan zamanı “özlərinin” xana və şah hakimiyyətinə qarşı böyük inadla vuruşurdular.
Yakut üsyanları
Yakut üsyanları - 1921-1928-ci illərdə Yakutiyada baş vermiş üsyanlar silsiləsi. Üsyanlara Yakutiyanın müxtəlif bölgələrində 1921-1923-cü illərdə bolşeviklər və Ağ ordu arasında, 1924-1925-ci illərdə Yakutiya MSSR-nin səlahiyyətliləri və Tunqus üsyançıları adlanan birliklər, 1927-1928-ci illərdə BDSİ (Birləşdirilmiş Dövlət Siyasi İdarəsi) və konfederalistlər olaraq adlandırılan (həmçinin ksenofoblar kimi də bilinən) qrup arasında baş tutan silahlı toqquşmalar daxildir.. == Üsyanların səbəbləri == 1921-1923-cü illərdə baş tutan Yakut üsyanı Rusiya vətəndaş müharibəsi ərzində aparılan döyüş əməliyyatlarından biri idi.Tunquska antibolşevik üsyanı Tunqus xalqının müstəqilliyini hədəfləmişdi.Konfederalist hərəkat Yakutiyanın RSFSR-nin tərkibindən ayrılaraq, daha sonra qurulacaq SSRİ-yə suveren bir respublika kimi daxil olmağı tələb edirdi. Onlar öz qanunlarını və məhkəmələrini, Yakut təbii sərvətlərinin SSRİ tərəfindən istismarının dayandırılmasını və SSRİ-dən müstəqil bir hökumətin qurulmasını tələb etdilər. == Üsyanların gedişatı == === 1921-1923 === Üsyan 1921-ci ildə Ayano-Mayski rayonunda başlayıb. Üsyana yakut G.V. Efimov rəhbərlik edirdi, kornet Mixail Korobeynikovun rəhbərliyində olan Ağ Qvardiya da ona qoşulmuşdu. Qiyamları Yakut Vilayət İdarəetməsi təşkil edirdi, Yakut üsyan ordusu da yaradılmışdı. İdarəetmə 1922-ci ildə Vladivostoku idarə edən Merkulov qardaşlardan kömək istəsələr də, buna nail ola bilmədilər.Daha sonra Merkulovlar Mixail Diterixskə əvəzlənildi. Onunla birlikdə general leytinant Anatoli Pepelyaev və general mayor E.K. Vişnevski 1922-ci ilin yayına qədər birliklər formalaşdırdılar. Bu birliklər eyni ilin payızında Ayan limanındakı "Müdafiəçi" və "Batareya" gəmilərinə gəlib çıxdılar.Pepelyaevin bölüyü quruya çatdıqdan sonra Yakutska getdi.
Ziyankar bağacıq
Ziyankar bağacıq (lat. Eurygaster integriceps Put.) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu zərərvericinin bədən forması bağaya (tısbağaya) çox oxşadığı üçün ona ziyankar bağacıq adı verilmişdir. Bədəni xaricdən xitin sipərlə örtülmüşdür. Bədəninin rəngimüxtəlif olub, adətən, bozumtul-sarı, tutqun qəhvəyi və bəzi hallarda isə qara olur. Ön döşün kənarları dəyirmidir. Ön qanadlar təmamilə xitinləşmişdir və bədənin bütün səthini örtür. Arxa qanadlar isə şəffafdır. Uzunluğu 10-12, eni isə 6–7 mm.-dir. == Yayılması == Ukraynada, Azərbaycanda, Şimali Qafqazda, Volqa boyunda, Orta Asiya respublikalarında geniş yayılmışdır.
Ziyankar proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. == Növləri == Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Ziyankar proqramlar

Düyü üsyanları (1918)
Düyü üsyanları (米騒動, kome sodo) – Yaponiyada düyünün bahalaşması səbəbilə 1918-ci ilin iyul-sentyabr aylarında baş vermiş iğtişaşlar. İğtişaşlar o qədər genişmiqyaslı idi ki, Terauçi Masatake kabinetinin istefasına səbəb olmuşdur. Düyü üsyanlarında 1–2 milyon nəfər iştirak etmiş və bir neçə prefektura istisna olmaqla, bütün prefekturaları əhatə etmişdir. == Gedişat == === Arxaplan === Düyü üsyanları Yaponiyada bir çox məhsulun, xüsusilə düyünün qiymətində baş verən artım səbəbilə baş vermişdir. 1917-ci ilin əvvəlindən 1918-ci ilin iyununa qədər Osaka bazarında düyünün qiyməti 2 dəfə artmışdı. 1918-ci ilin avqust ayının ilk 10 günündə düyünün 50% bahalaşacağı proqnozlaşdırılmışdı.Düyünün qiymətində bu gözlənilməz artım iqtisadi çətinliklərə səbəb olmuş, əhalidə düyü tacirlərinə və hökumətə qarşı nifrət yaratmışdır. Çünki düyü tacirləri yerli ehtiyacları nəzərə almaq əvəzinə bazar imkanları güdürdülər, hökumət isə bu vəziyyətə müdaxilə etmirdi. === Üsyanlar === Şikayətçilərin ilk qruplaşması Toyama prefekturasında yerləşən balıqçı qəsəbəsi Uozuda baş tutmuşdur. 23 iyul 1918-ci ildə balıqçıların həyat yoldaşları Osakaya düyü ehtiyatının göndərilməsinə etiraz etmək üçün toplanmışdırlar. Bir neçə gün sonra etiraz aksiyaları ətraf qəsəbələrə yayılmışdır.
Sam Mirzə üsyanları
Sam Mirzə üsyanları - Nadir şaha qarşı Səfəvilər sülaləsinə mənsub olduğunu iddia edən 3 nəfər ilk olaraq 1743, ikinci də 1743, üçüncü isə 1747-ci ildə üsyan qaldırdı. == I Sam Mirzə üsyanı == I Sam Mirzə üsyan qaldıran zaman etsi : Özünü Səfəvi şahı Sultan Hüseynin oğlu olaraq elan etdi. Qazıqumuxlu Surxay xanla müttəfiq oldu Yeni Şamaxıya-Ağsuya hücum edərək oraları tutdu. Nadir şahın qoyduğu vergiləri ləvğ etdi. Nadir şahın oğlu Nəsrullah Mirzəylə baş verən Şamaxı döyüşündə məğlub oldu və edam edildi. == II Sam Mirzə üsyanı == II Sam Mirzə 1743-cü ilin sonunda Şirvanda üsyan qaldırdı : Ağsunu tutdu Şabranla-Dərbənd arasında toqquşmalar baş verdi. Ağsu yaxınlığındakı döyüşdə II Sam Mirzə məğlub olaraq Kartli-Kaxetiyə, Gürcüstana qaçdı. Gürcü çarı Teymuraz onu əsir alaraq Əfşarlara geri verdi. == III Sam Mirzə üsyanı == Əhalinin köməyi ilə Təbrizi tutdu Nadir şahın ölümündən sonra yenipullar zərb etdirdi.
Triton (ziyankar proqram)
Triton ilk dəfə 2017-ci ildə Səudiyyə Ərəbistanının neft-kimya zavodunda aşkar edilmiş zərərli proqramdır. O, təhlükəsizlik alətləri ilə təchiz edilmiş sistemləri sıradan çıxara bilər ki, bu da zavodun fəlakətinə səbəb ola bilər. O, "dünyanın ən öldürücü zərərli proqramı" adlandırılıb.2017-ci ilin dekabrında Səudiyyə Ərəbistanında olduğu güman edilən naməlum elektrik stansiyasının təhlükəsizlik sistemlərinin Schneider Electric SE tərəfindən istehsal edilən Triconex sənaye təhlükəsizliyi texnologiyasının dövlət tərəfindən dəstəklənən hücum olduğu güman edilən hücumda hədəfə alındığı bildirildi. Kompüter təhlükəsizliyi şirkəti Symantec iddia etdi ki, "Triton" kimi tanınan zərərli proqram Microsoft Windows əməliyyat sistemi ilə işləyən kompüterlərdəki boşluqdan istifadə edib.2018-ci ildə kibertəhlükəsizliyi araşdıran FireEye şirkəti, zərərli proqramın çox güman ki, Rusiyadakı tədqiqat qurumu olan Mərkəzi Elmi Tədqiqat Kimya və Mexanika İnstitutundan (CNIIHM) gəldiyini bildirdi.
1848-ci il Üsyanları
1848-ci il üsyanları, Xalqların Baharı və ya İnqilab Yolu — Avropada ən geniş inqilab dalğası olmuşdur. İnqilablar, əvvəlki monarxik strukturların aradan qaldırılması və müstəqil dövlət qurumlarının yaradılması məqsədi ilə mahiyyətcə demokratik və liberal idi. Fevral ayında Fransada baş verən ilkin mərhələdən sonra inqilab bütün Avropaya yayılmışdır. 50-dən çox ölkəyə təsir göstərməsinə baxmayaraq, inqilabçılar arasında əhəmiyyətli koordinasiya və ya əməkdaşlıq olmamışdır. Üsyanlara təkan verən ən böyük amillər siyasi rəhbərliyə qarşı olan narazılıq, hökumət və demokratik proseslərdə daha geniş iştirak etmək, mətbuat azadlığı və işçi sinfin digər tələbləri, milliyyətçiliyin yüksəlməsi və hökumət qüvvələrinin yenidən qurulmasına dair tələblər daxil idi. İnqilab islahatçılar, orta və işçi təbəqə üzvlərindən ibarət müvəqqəti koalisya tərəfindən idarə olunduğuna görə uzunömürlü olmadı. On minlərlə adam öldürüldü və bir çoxları sürgünə məruz qaldı. Uzun müddət davam edən islahatlar Avstriya və Macarıstanda təhkimçiliyin ləğvi, Danimarkada mütləq monarxiyanın sona çatması və Hollandiyada parlamentli demokratiyanın tətbiqi ilə nəticələndi. İnqilablar Fransa, Hollandiya, Almaniya Konfederasiyası və Avstriya imperiyasını təşkil edən dövlətlər üçün mühim rol oynadı. == Başlanğıcı == İnqilablar müxtəlif səbəblərdən meydana gəldiyi üçün bu motivləri bir ardıcıl hərəkətdən görmək çətindir.
Naxçıvan üsyanları (1920-1930)
== 1920-ci il == === Üsyanı yaradan səbəblər === 1920-ci il iyulun 28-də Naxçıvan şəhərində sovet hakimiyyəti elan edilməsinə, iyulun 29-da isə Hərbi İnqilab Komitəsi və Hərbi Əmək Müdafiə Şurası yaradılmasına baxmayaraq, yeni hakimiyyət yalnız diyarın ərazisinin 20 faizində təsir gücünə malik idi. Bunu Ordubadda ancaq oktyabrın 19-da, Şərurda isə dekabrın 2-də inqilab komitələri və yerli sovet hakimiyyəti orqanları yaradılması faktından da görmək olar; çünki bu ərazilərdə yeni hakimiyyəti qurmazdan əvvəl daşnak təhlükəsi və işğalının nəticələrini ləğv etmək tələb olunmuşdu. Digər tərəfdən, Ermənistanın daşnak hökuməti silahlı qüvvələrinin mütəmadi hücumlarının qarşısının qətiyyətlə alınmaması, yeni hakimiyyətin diktaturaya meyl etməsi hallarının güclənməsi də diyarın əhalisini hiddətləndirirdi; onlar nicat dolu nəzərlərini getdikcə daha çox Naxçıvanda olan türk qoşun hissələrinə yönəldirdilər. Oktyabrın 5-də Sovet Rusiyasının tərəfdarı sayılan Bahadır Vəlibəyovun XI Qızıl Ordunun əlavə hissələri ilə fövqəladə komissar kimi Naxçıvan şəhərinə gəlməsi və cəza tədbirlərini gücləndirərək, türk hərbi hissələrinin Naxçıvandan çıxarılmasını tələb etməsi azərbaycanlı əhalinin qəzəbini daha da artırırdı. Naxçıvan ictimaiyyətinin tələbilə Bahadır Vəlibəyov vəzifəsindən uzaqlaşdırılsa da, az sonra Q. Orconikidzenin köməyi ilə yenidən vəzifəsinə bərpa olundu. 1920-ci il dekabrın 1-də Bakı Sovetinin təntənəli iclasında Azərbaycan İnqilab Komitəsinin elan etdiyi bəyannamədə Zəngəzur və Naxçıvan qəzalarının Ermənistana verilməsi xəbəri əhalinin sovet hakimiyyətindən narazılığını son həddə çatdırdı. Yenidən Ermənistanın əsarəti altına düşmək təhlükəsi ilə üzləşən Naxçıvan əhalisi inqilab komitəsi qarşısında toplaşaraq buna qəti etirazını bildirdi və rəsmi izahat tələb etdi. Vəziyyətin gərginləşəcəyindən qorxuya düşən Azərbaycan İnqilab Komitəsi Naxçıvana yaxşı bələd olan Azərbaycan SSR Xalq Ədliyyə komissarı Behbud Şahtaxtinski-Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətini fövqəladə səlahiyyətlə diyara ezam etdi. Behbud Şahtaxtinski Naxçıvan əhalisinin qarşısında çıxış edərkən hətta bildirmişdi ki, . B.Naxçıvanski Naxçıvan şəhərində Şərur-Dərələyəz və Ordubad əhalisinin də mitinqlərini keçirmişdi.
Başqırd üsyanları (VII-VIII əsrlər)
Başqırd üsyanları — XVII–XVIII əsrlərdə baş verən silsilə üsyanlar. == VII əsr üsyanları == 1662–64-cü illər üsyanı çar hökumətinin başqırd feodallarının kalmıklar üzərinə basqınlarını qadağan etməsi və tutduqları əsirləri qaytarmaq tələbi ilə əlaqədar başlanmışdı. Üsyan bütün Başqırdıstanı və bəzi qonşu qəzaları bürümüşdü. Qiyam əsasən şərqdə İset, Miass çaylarının orta axarlarını, qərbdən Kama çayının orta axarlarını, cənubda isə Yaik çayından şimalala Çusovaya çayına qədər yayılmışdır. 1664-cü ildə çar hökuməti üsyanı yatırdı, lakin bəzi güzəştlərə də getdi. 1681– 83-cü illər üsyanı başqırdların çar hökuməti tərəfindən zorla xristianlaşdırılacağı haqqında xəbərin yayılması ilə əlaqədar başlanmışdı. Lakin üsyana kazak zadəganı (starşina) Seyid Sadiir başçılıq edirdi. 1682-ci ildə üsyan bütün Başqırdıstanı bürüdü. Geniş başqırd kütlələrinin hərəkatdan məyus qalması, həmçinin çar hökumətinin xristianlaşdırma haqqında heç bir sərəncam verməyəcəyini bildirməsi mübarizənin dayandırılmasında həlledici rol oynadı. == VIII əsr üsyanları == 1705 – 11-ci illər üsyanına səbəb 1704-cü ildə yeni vergilərin qoyulması və hökumətin rus ordusu üçün başqırdlardan at tələb etməsi idi.
Qars və Naxçıvanda müsəlman üsyanları
Qars və Naxçıvanda müsəlman üsyanları — Qars vilayəti ərazisində və keçmiş Rusiya İmperiyasının İrəvan quberniyasının Naxçıvan, Sürməli, Şərur, İrəvan qəzalarında bu ərazilərin Ermənistan Demokratik Respublikasının tərkibinə daxil edilməsinə qarşı müsəlmanların silahlı üsyanları. Üsyanlar türk milliyətçilərinin, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin dəstəyi ilə həyata keçirilmişdir. Üsyan İrəvan hökuməti tərəfindən yatırılmışdır.Üsyanlardakı məqsədlərdən biri də Anadolu və Qafqazdakı türklər arasında pantürkist koridor yaratmaq idi. Üsyanlar ilki 1 iyul 1919-cu ildə başlamış və 1920-ci ilin 28 iyulunda bitmişdir.Osmanlı ordusunun Cənubi Qafqazdan geri çəkilməsindən sonra yerli müsəlmanlar bu bölgələrin Ermənistana birləşdirilməsinə qarşı müqavimət göstərə bilmələri üçün silahlandırıldılar. 1919-cu ilin yazında Qafqazdakı Britaniya komandanı ermənilərə qurulmuş bu qurumları ortadan qaldırmağa yardım etdi. Lakin bir neçə ay sonra Anadoludan və Azərbaycandan göndərilmiş şəxslərin, yerli əhalinin qətiyyəti nəticəsində erməni administraisyası çökdü və bölgə tamamilə Azərbaycan türklərinin əlinə keçdi. Bu 1920-ci ilin yayında ermənilərin tam əks-hücuma keçməsinə qədər belə davam etdi. Ermənilərin Naxçıvanı işğal etmək üçün göndərilmiş ordusu Azərbaycanı həmin ilin yazında işğal etmiş bolşevik ordusu tərəfindən durduruldu. Qars bölgəsi qısamüddətli erməni hakimiyyətinə tabe etdirilsə də, 1920-ci ilin sentyabrında Kazım Qarabəkir Paşanın başlatdığı hücum nəticəsində Ankara hökumətinin əlinə keçdi. Üsyanlar zamanı təşkil edilmiş müsəlman-türk ordusu tərəfindən məğlub edilmiş erməni ordusuna Qafqazın şimalında olan Anton Denikin silah-sursat göndərmişdi.
Yuxarı və Aşağı Kanadada 1837-1838-ci illər üsyanları
Yuxarı və Aşağı Kanadada 1837-1838-ci illər üsyanları — 1837-ci ilin payızında Yuxarı və Aşağı Kanadada inqilabi şərait yetişdi. Ümumi mitinqlər keçirildi, əhali küçələrə yığışdı.Bu illərdə yüzlərlə silahlı vətəndaş idarəçi elitalara öz etiraz və tələblərini bildirdi. Rəhbərlik öz siyasətində və iqtisadiyyatında dəyişikliklər tələb etdi. 1836-cı ilin zəif kənd təsərrüfatı məhsulları gələcək il üzrə toxum, vəsait almaq üçün kafi deyildi. Uiliam Layon Makkenzi Yuxarı Kanadada 1837-ci ilin yazında siyasi birlik və ehtiyat komitələri və islahat yığıncaqları təşkil etdi. O, Cənubi Ontarioda inqilabçıları təşkilatlandırdı və Aşağı Kanadadakı vəziyyətdən faydalanmağa hazırlaşırdı. Makkenzi Sent-Denidəki hadisələri eşidincə öz üsyanını Torontodan başlamağa qərar verdi. Yuxarı Kanadada üsyan dekabrın əvvəlində başladı.Makkenzi və silahdaşları olan Piter Metyu, Samuel Launt qərarlı şəkildə hərəkət etdilər,amma,burada da Aşağı Kanadada olduğu kimi rəhbərlər arasında ikitirəlik, ziddiyyət müşahidə olunurdu.Konfliktin gedişini silah və güc müəyyən etdi.Burada isə üstünlük hakimiyyətin tərəfində idi.Bərabər olmuyan döyüşlərdən sonra üsyançılar ABŞ sərhədlərinə çəkildi. Makkenzi Buffaloda özünə sığınacaq tapdı.13 dekabrda isə o, Niaqara şəlaləsindən 2-3 mil aralıda olan Sent-Neviyə gəldi.Yuxarı Kanada respublikasını və Müvəqqəti Hökumət yaratmaq istədi.ABŞ-nin mövqeyi isə buna fərqli idi. Belə ki,ingilislərlə münasibətlər kəskinləşdikdən sonra ABŞ Kanada vətənpərvərlərinə kömək göstərilməsini qadağan etdi.Üsyançılar ərazini tərk etmək məcburiyəttində qaldılar.
Ravi Şankar
Ravi Şankar(ing. Ravi Shankar, benq. রবি শঙ্কর Robi Shôngkor, hind रवि शङ्कर yaxud शंकर; 7 aprel 1920[…], Varanasi, Britaniya Hindistanı – 11 dekabr 2012[…], San-Dieqo, Kaliforniya) — bəstəkar. == Həyatı == Ravi Şankar 1956-cı ildə Papanasamda doğulmuşdur. O, 4 yaşında ikən Bhagavad Gitanın şeirlərini söyləyə bilirdi, onun ilk müəllimi Sudhakar Çaturvedi olur. Ravi Şankar dünyadakı gərginliyi,ictimai problemləri, zorakılığı aradan qaldırmaq üçün yaradılan “Yaşama Sənəti” proqramının banisidir. Bu proqram halhazırda dünyanın 150-dən çox ölkəsində tətbiq olunur. == Yaradıcılığı == === Fikirləri === Həyat iki yol göstərir: pozitiv və neqativ. Diqqəti yaxşıya yönəlt və addımla. “Mən vermişəm ki,mən almalıyam” qəmə gedən yol, “Mən almışam ki, mən verməliyəm” pozitivə gedən yoldur.
Tanusri Şankar
Tanusri Şankar - 1956-cı il mart ayının 16-da Kəlkütdə anadan olub. Tanusri Şankar Hindistanda müasir rəqsin ən aparıcı balerinası və baletmeysteridir. O, 1970-1980-ci illərdə Hindistan İncəsənət Mərkəzinin aparıcı balerinası olub. Şankar dünyada müasir hind rəqslərinin tanınması üçün çox iş görür. O, mötəbər beynəlxalq festivalların mükafatçısıdır. Tanusi Şankar bütün dünyada müasir Hindistan rəqsinin yayılması istiqamətində kampaniya keçirir. Onun həyat yoldaşı Hindistanın məşhur bəstəkarı və Hindistanın əfsanəvi cazmeni, maestro Ravvi Şankarın qardaşı oğludur.
Tanusri Şankar rəqs qrupu
Tanusri Şankar - Hindistan rəqs qrupu. == Məlumat == Qrupun rəhbəri Tanusri Şankar 1956-cı il mart ayının 16-da Kəlkütdə anadan olub. Tanusri Şankar Hindistanda müasir rəqsin ən aparıcı balerinası və baletmeysteridir. O, 1970-1980-ci illərdə Hindistan İncəsənət Mərkəzinin aparıcı balerinası olub. Şankar dünyada müasir hind rəqslərinin tanınması üçün çox iş görür. O, mötəbər beynəlxalq festivalların mükafatçısıdır. Tanusi Şankar bütün dünyada müasir Hindistan rəqsinin yayılması istiqamətində kampaniya keçirir. Onun həyat yoldaşı Hindistanın məşhur bəstəkarı və Hindistanın əfsanəvi cazmeni, maestro Ravvi Şankarın qardaşı oğludur.