ORD

is. Ağız boşluğunun yanaqlar tərəfində olan hissələrindən biri.
[Xanməmməd] ordlarının ikisi də şişik bir halda şəhərin yeni xəbərlərini nağıl eləməyə başladı… Çəmənzəminli.
Zurnaçı orduna doldurduğu havanı bilmədi hara üfürsün. Mir Cəlal.

◊ Ordu (ordları) batmaq – aclıq, xəstəlik və s. nəticəsində çox arıqlamaq, zəifləşmək.
Batıb uşaqların aclıqdan ordu; Bir tərəf üsyandır, bir tərəf ordu. S.Vurğun.
Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov.

Ordu orduna keçmək – bax ordu (ordları) batmaq. Xəstənin ordu orduna keçmişdi.
ORBİ́T
ORDEN₂

Digər lüğətlərdə