Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seyfi Düzgörən
Seyfi Düzgörən (1880, Konstantinopol – 27 dekabr 1948, Ankara) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Seyfi Dözgörən 1880-ci ildə İstanbulda anadan olmuşdur. 1990-ci ildə Hərbi Akademiyaya daxil olmuş, 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Lakin daha sonra isə 1905-ci ildə təhsilini davam edərək kapitan rütbəsinə yüksəlmişdir. == Fəaliyyəti == Minaatan bölük komandirliyi, Divân-ı Harb-î Örfî İdare-i Mahsusa Tövsiyə komissiyası üzvü, Hüdeydə firqəsi ərkan rəisliyi, Mürəttəp ordu komandirliyi ərkan rəisliyi, Türkiyə-Bolqarıstan Təhdid Komissiyasının rəisi, Hərbi Nəzarət Kəşfiyyat Şöbəsinin zabiti, Yeniköy Firqəsi Qurmay Rəhbərliyi, Ümumi Qərargah Kəşfiyyat Şöbəsinin rəhbəri, Danimarka Üsera Mübadilə Konqresində türk nümayəndəsi, Şərq cəbbhəsi komandirliyi, 13-cü Qafqaz Tümən Komandirliyi, Şərq Cəbhəsi Qurmay Rəhbərliyi, Milli Müdafiə Nazirliyində ordu dairəsi rəhbəri, Gömrük-mühafizə Xidməti Ümumi komandirliyi və s. vəzifələrdə xidmət etmişdir. Türkiyə Böyük Millət Məclisinin VI, VII Və VIII çağırışlarında Mardinin millətvəkili seçilmiş və IV, VII və VIII çağırışlarında Gömrük və Monopoliya Komissiyasının sədri kimi xidmət etmişdir. Məcidiyyə ordeni, Almaniyanın Dəmir xaç ordeni, Dəmir xaç ordeni ilə Gümüş Ləyaqət və İstiqlal Medalı ilə təltif edilmişdir.20 fevral 1923-cü ildə təqaüdə çıxmışdır. == Həmçinin bax == İtaliya-Osmanlı müharibəsi Birinci Dünya müharibəsi Balkan müharibələri Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 172.
"Xidmətlərə görə" ordeni
Xidmətlərə görə ordeni (Fransa)
"İgidliyə görə" medalı
"İgidliyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. == Tarixi və əsasnaməsi == "İgidliyə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 607-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə; Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə; Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə; Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə; Həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə."İgidliyə görə" medalı Azərbaycan Respublikasının digər orden və medalları olduğu halda döşün sol tərəfinə "Vətən uğrunda" medalından sonra taxılır. == Təsviri == "İgidliyə görə" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "İgidliyə görə" medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca "İgidliyə görə" sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır.
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Təltif edən orqan == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. == Medalın ümumi təsviri == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir. Bütün yazılar və elementlər relyeflidir.
"Əməkdə fərqlənməyə görə"
"Əməkdə fərqlənməyə görə" medalı" (rus. Медаль «За трудовое отличие») — Sovet İttifaqının mülki əmək mükafatı. Xüsusən yüksək əmək məhsuldarlığı nümayiş etdirən işçilər və ya elm, mədəniyyət və ya istehsal sənayesi sahələrində böyük töhfələr vermiş şəxslər bu mükafata layiq görülmüşdür.27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmış medal 50 ildən bir qədər çox müddət ərzində təqribən 2 milyon vətəndaşa verilmişdir.
Akkumulyasiya üzrə bioindikasiya
Bioindikasiya — biotanın bu və ya digər yaşayanlarının təbii proseslərə aktiv surətdə (eksperimental) təsir etməyərək onlara müşahidə edilməklə mühitin vəziyyətinin keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir. Buraya bioindikatorlar kimi müxtəlif səviyyədə təşkil olunmuş biosistemləri misal göstərmək olar. Mühitin keyfiyyətinin qiymətləndirilməsi bioindikator əlamətlərinə görə yerinə yetirilir. Bu müşahidə edilən biosistemlərin elə xarakteristikaları üzrə aparılır ki, onlar daha tam və dəqiq surətdə onların salamatlığını əks etdirsin. Monitorinq tədqiqatlarının əsasını eksperiment deyil, müşahidə təşkil etdiyindən, bioloji monitorinqin əsas metodologiyasını bioindikasiya təşkil edir. Buna baxmayaraq, həmçinin çöl və laboratoriya şəraitində biotestdən keçirilmənin bəzi metodlarından da, mühitin keyfiyyətinin qiymətləndirilməsi və onun antropogen dəyişikliklərin aşkar edilməsindən ötrü istifadə edilir. == Bioindikator nümunələri == Effektiv toplayıcı bioindikator nümunələri kimi su xərçəngəbənzər xitin zirehləri və həşaratların sürfələri, molyusklar və onların çanaqları (sonuncular uzun müddət qala bilirlər və molyuskların məhvindən sonra belə indikasiya kimi istifadə edilə bilər), mamır, bəzi quş və məməli heyvanların orqanlarını (beyin, böyrəklər, dalaq, qara ciyər və s.) göstərmək olar. == Akkumilyasiya indikasiyası haqqında ümumi məlumat == Belə ki, qeydedici və toplanan və ya akkumulyasiya bioindikatorları fərqləndirilir. Yuxarıda nəzərdən keçirilən qeydedici bioindikasiya göstəriciləri biotaya mühit amillərinin ümumi təsir səviyyəsi barəsində mühakimə yürütməyə imkan verir. Akkumulyasiya üzrə bioindikasiya amillərin (kimyəvi) özlərini keyfiyyətcə qiymətləndirməyə imkan verir, bunun üçün orqanizmlərin toxumlarında, müəyyən orqanlarda və bədənin hissələrində çirkləndirici maddələrin toplanması xüsusiyyətindən istifadə edilir.
Klikə görə ödəniş
Klikə görə ödəniş (ing. pay per click) termini rəqəmsal marketinqdə istifadə olunur. İnternetdə reklam yerləşdirdikdə, reklam platforması, reklam yerləşdirən şəxsdən hər klikə görə ödəniş alır. Belə platformadan biri Google Ads platformasıdır.
Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış == Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. == İxtisas üçün lazım olan xüsusiyyətlər == Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Sərxoşluğa görə medalı
Sərxoşluğa görə medalı — Pyotrun qərarı ilə sərxoşluqla mübarizə çərçivəsində hazırlanmış xüsusi medal Rusiya dövlət başçılarının arağa münasibəti zamanla dəyişsə də, Rusiya spirtli içki istehlakında daimi "liderliyini" qoruyub. Yekaterina "sərxoş xalqı idarə etmək daha asandır" deyərək araq çəkməni (samoqon) tam sərbəst buraxmışdısa, I Pyotr tam əksini edib. Pyotrun qərarı ilə 1714-cü ildə sərxoşluqla mübarizə çərçivəsində xüsusi medal hazırlanır. Çuqundan tökülən "Sərxoşluğa görə" medalının kütləsi zəncir və boyuna taxma tərtibatı ilə birgə 1 pud (təqribən 16 kq) idi. Qorodovoylar küçədə sərxoş vəziyyətdə gördüyü şəxsləri polis idarəsinə gətirir, burada onun boynuna medal asılırdı. İndiki boyunbağılardan fərqli olaraq bu medal sərxoş şəxsin boynuna elə bərkidilirdi ki, açmaq mümkün olmasın. Günahkar bu medalı 1 həftə gecə-gündüz üzərində daşımalı idi.
İgidliyə görə medalı
"İgidliyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. == Tarixi və əsasnaməsi == "İgidliyə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 607-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə; Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə; Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə; Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə; Həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə."İgidliyə görə" medalı Azərbaycan Respublikasının digər orden və medalları olduğu halda döşün sol tərəfinə "Vətən uğrunda" medalından sonra taxılır. == Təsviri == "İgidliyə görə" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "İgidliyə görə" medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca "İgidliyə görə" sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır.
“Əmək şücaətinə görə”
"Əmək igidliyinə görə" medalı — SSRİ Ali Sovetinin 27 dekabr 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
“Əməkdə fərqlənməyə görə”
"Əməkdə fərqlənməyə görə" medalı" (rus. Медаль «За трудовое отличие») — Sovet İttifaqının mülki əmək mükafatı. Xüsusən yüksək əmək məhsuldarlığı nümayiş etdirən işçilər və ya elm, mədəniyyət və ya istehsal sənayesi sahələrində böyük töhfələr vermiş şəxslər bu mükafata layiq görülmüşdür.27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmış medal 50 ildən bir qədər çox müddət ərzində təqribən 2 milyon vətəndaşa verilmişdir.
"Döyüş xidmətlərinə görə" medalı
"Döyüş xidmətlərinə görə" medalı — SSRİ Ali Sovetinin 17 oktyabr 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Döyüşdə fərqlənməyə görə" medalı
"Döyüşdə fərqlənməyə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Döyüşdə fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş, eləcə də döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi zamanı tabelikdə olan bölməyə peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2. Təltif edən orqan "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Cəsur döyüşçü" medalından sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Medalın ümumi təsviri "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, biri digərindən kiçik olmaqla, biri digərinin üzərində yerləşdirilmiş, guşələrinin araları birləşən qövsvarı xətlərlə konturlanmış iki səkkizguşəli ulduz formalı 42 mm ölçülü lövhədən ibarətdir.Maddə 2.
"İgidliyə görə" medalı (SSRİ)
"İgidliyə görə" medalı — SSRİ-nin dövlət təltifi.
"Əmək igidliyinə görə" medalı
"Əmək igidliyinə görə" medalı — SSRİ Ali Sovetinin 27 dekabr 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
"Əməkdə fərqlənməyə görə" medalı
"Əməkdə fərqlənməyə görə" medalı" (rus. Медаль «За трудовое отличие») — Sovet İttifaqının mülki əmək mükafatı. Xüsusən yüksək əmək məhsuldarlığı nümayiş etdirən işçilər və ya elm, mədəniyyət və ya istehsal sənayesi sahələrində böyük töhfələr vermiş şəxslər bu mükafata layiq görülmüşdür.27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmış medal 50 ildən bir qədər çox müddət ərzində təqribən 2 milyon vətəndaşa verilmişdir.
Basketbol üzrə Fransa çempionatı
Basketbol üzrə Fransa çempionatı - MBL Pro A (tam adı Milli Basketbol Liqası Pro A (fransız dilində:Ligue Nationale de Basket Pro A; ingilis diıində:Pro National Basketball League A) Fransanın ali peşəkar basketbol liqası. 1921-ci ildə təsis edilmişdir. 1987-ci ildən çempionat Milli Basketbol Liqasının rəhbərliyi altında keçirilir. == 2016/2017 mövsümündə Fransa çempionatında çıxış edən klublar == Villerban (basketbol klubu) Şalon-Reyms (basketbol klubu) Şole (basketbol klubu) Dijon (basketbol klubu) Elan Şalon (basketbol klubu) Qravlin (basketbol klubu) Le-Portel (basketbol klubu) Le-Man (basketbol klubu) Limoj (basketbol klubu) Monako (basketbol klubu) Nansi (basketbol klubu) Nanter (basketbol klubu) Olimpik Antib (basketbol klubu) Orlean (basketbol klubu)]] Paris-Levallua (basketbol klubu) Po-Ortez (basketbol klubu) Yer-Tulon Var (basketbol klubu) Strasburq (basketbol klubu) == Çempionlar == === Çempionluq cədvəli === Cədvəldə 1921-ci ildən sonra ən azı 2 dəfə çempionluq qazanan klublar göstərilmişdir.
Basketbol üzrə Mozambik çempionatı
Basketbol üzrə Mozambik çempionatı — ölkədə ən güclü basketbol təşkilatlarından biri olan 1-ci divizion tərəfindən Mozambikdə təşkil olunan turnir. Hazırda basketbol üzrə Mozambik çempionatında 9 komanda iştirak edir. 2011–2012-ci il mövsümündə Maksakvene basketbol komandası Mozambik çempionu olmuşdur.
"Berlinin alınmasına görə" medalı
"Berlinin alınmasına görə" medalı — İkinci dünya müharibəsində qələbə mükafatı.. == Təsisi == Medal İkinci dünya müharibəsi zamanı Berlinin ələ keçirilməsi şərəfinə 9 iyun 1945-ci il tarixində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Təsviri == Dəyirmi, 32 mm diametrli, tunc medal. Arxasında döşə asılması üçün xüsusi sancaq yerləşdirilmişdir. Medalın üzərində "Berlinin alınmasına görə" sözləri, ən yuxarı hissəsində isə sovet ordusunun rəmzi olan 5 guşəli ulduz həkk edilmişdir.
Basketbol üzrə Nigeriya çempionatı
Baş-liqa - Nigeriyanın güclü basketbol liqalarından biri.
Basketbol üzrə Qabon çempionatı
Basketbol üzrə Qabon çempionatı - ölkədə ən güclü basketbol təşkilatlarından biri olan Elit-liqa tərəfindən Qabonda təşkil olunan turnir.
Basketbol üzrə Uruqvay çempionatı
Basketbol üzrə Uruqvay çempionatı - (İspan dilində: Liga Uruguaya de Basketball) — Uruqvayda kişilərdən ibarət basketbol komandaları arasında turnir.
Basketbol üzrə dünya çempionatı
Basketbol üzrə dünya çempionatı — basketbol üzrə 1950-ci ildən etibarən FİBA-nın təşşəbbüsü ilə hər 4 ildən bir kişilərdən ibarət milli yığma komandaların iştirakı ilə keçirilən beynəlxalq turnir. Bu idman növü üzrə olimpiya turniri ilə yanaşı, dünya çempionatı da beynəlxalq basketbol turnirləri arasında xüsusi yer tutur. Basketbol üzrə kişilərdən ibarət yığma komandalar arasında dünya çempionatının keçirilməsi haqqında qərar 1948-ci ildə Londonda keçirilən yay Olimpiya oyunları zamanı FİBA-nın konqresində qəbul edilmişdir. Basketbol üzrə ilk dünya çempionatı 1950-ci ildə Buenos-Ayresdə (Argentina) keçirilmişdir . Çempionatda 10 komanda iştirak etmişdir. İlk dünya çempionu 1948-ci ildə Olimpiya çempionu olmuş ABŞ yığma komandası üzərində qələbə qazanan Argentina komandası olmuşdur. Sonralar ABŞ yığma komandası 5 (beş) dəfə (1954, 1986, 1994, 2010, 2014); Yuqoslaviya yığma komandası 5 (beş) dəfə (1970, 1978, 1990, 1998 və 2002), SSRİ yığma komandası 3 (üç) dəfə (1967, 1974 və 1982), Braziliya yığma komandası 2 (iki) dəfə (1959 və 1963) dəfə basketbol üzrə dünya çempionu olmuşdur. 1953-cü ildən başlayaraq basketbol üzrə qadınlardan ibarət yığma komandalar arasında da dünya çempionatı keçirilməyə başladı. İlk çempionat 1953-cü ildə Santyaqoda (Çili) keçirilmiş, ilk dünya çempionu ABŞ yığma komandası olmuşdur. Qadınlardan ibarət yığma komandalar arasında keçirilən dünya çempionatında ABŞ komandası daha 8 (səkkiz) dəfə (1957, 1979, 1986, 1990, 1998, 2002, 2010), SSRİ yığma komandası 6 (altı) dəfə (1959, 1964, 1967, 1971, 1975 və 1983) dünya çempionu olmuşdur.
Başqırd işləri üzrə komissiya
Başqırd işləri üzrə komissiya — 1735-1740-cı illərdə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Rusiyada formalaşdırılmış dövlət qurumu. == Haqqında == 1735-ci ildə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Başqırd işləri üzrə komissiya yaradılır. Qraf, rus diplomatı, general-mayor A.İ.Rumyantsev komissiyanın başçısı təyin edilir və abeçiliyinə üç ordu hissəsi, 500 rus kazakı və 3000 kalmık muzdlusu verilir. Cəza dəstələrinin ümumi sayı 20 000 nəfərə çatır.Komissiyaya sonradan 1736-1737-ci illərdə M.Xruşov, 1737-1742-ci illərdə isə L.Soymonov rəhbərlik edib. Komissiyanın baş qərargahı isə Menzelinsk şəhərində yerləşirdi. Mərkəzi Ufada yerləşən Orenburq komissiyası ilə Başqırd komissiyası fövqəladə hadisələrdə koalisyon hökumət rolunu oynamalı idilər. Bundan başqa komissiya inzibati, diplomatik, hərbi və maliyyə-siyasi funksiyaları da yerinə yetirməli idi. 11 fevral 1736-cı ildə verilmiş qərara əsasən bölgənin rus əhalisinin siyahıyaalınması baş tutub. Həmçinin başqırd əhalisini də siyahıyaalmağa cəhd göstərirdilər.14 iyul 1737-ci ildə Başqırd komissiyası ilə Orenburq ekspedisiyasının ortaq iclasında Başqırdıstanın idarəetməsi ilə bağlı islahatların keçirilməsi qərarı verildi. İslahlatlara əhali tərəfindən seçilən başqırd ağsaqqalların Ufa hökuməti tərəfindən təyin edilənlərlə əvəz olunması və yığınların (başqırdların xalq məclisi) qadağası aid idi.
Qore adası
Qore (fr. Île de Gorée) — Atlantik okeanda ada və Seneqalın paytaxtı Dakar şəhərinin dairə kommunlarından biri. Ada Dakarın əsas limanından 2 kilometr (1.2 mil) məsafədə yerləşir və 18.2 hektar sahəyə malikdir. Qul ticarəti tarixindəki faktiki rolu mübahisə mövzusu olsa da, Atlantik qul ticarəti ilə maraqlananlar üçün məşhurdur. 2013-cü il siyahıyaalınmasına görə əhalisinin sayı 1680 nəfər idi. Bu rəqəm 5.802 nəfər / km2 olaraq bir əhali sıxlığı verir ki, bu da Dakar şəhərinin orta sıxlığının yalnız yarısıdır. Qore Dakarın 19 dairə kommunundan ən kiçiyi və ən az məskunlaşılanıdır. Seneqaldakı qul ticarəti üçün digər vacib mərkəzlər daha da şimalda, Sen-Luidə və ya cənuba doğru Qambiyadakı böyük çayların mənsəbində idi. Qore adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.Adanın adı əsl holland adı olan və "yaxşı reyd" mənasını verən Quderede sözündən götürülmüşdür.
Uqor dilləri
Qədim türklər Uqor dilləri — Rusiyada və Macarıstanda yayılmış dillər qrupu. Ural dil ailəsinin fin-uqor dilləri qoluna daxildir. Bu dillərdə danışanların ümumi sayı təxminən 15 milyon nəfərdir. Uqor dillərinin kökü e.ə. III minillikdə fin-uqor pradilinin 2 qola ayrılması nəticəsində formalaşan uqor təməl-dilinə gedib çıxır. Qrupun içində macar dili coğrafi cəhətdən uzaq ərazidə yayıldığına görə obsk-uroq dillərindən ayrı göstərilmişdir.
Zore Vinoqradova
Zore Vinoqradova (17 (30) noyabr 1916 – 18 may 1989, Odessa) — Sovet bioloqu. Biologiya elmləri doktoru (1958). == Bioqrafiyası == 17 noyabr 1916-cı ildə Feodosiya vilayətinin Kulçora kəndində kəndli ailəsində anadan olmuşdur. Atası 1938-ci ildə repressiyaya məruz qalmış və əmək islah düşərgədə dünyasını dəyişmişdir. Zore ilk təhsilini kənd məktəbində alır. 12 yaşında Feodosiya internat məktəbinə daxil olur. Daha sonra fəhlə məktəbini bitir. Sonra Krım Pedaqoji İnstitutunun tələbəsi olur. 1937-ci ildə "müəllim" ixtisasına yiyələnərək Krım tatar məktəbində müəllim və Sudakdakı orta məktəbdə kimya müəllimi işləmişdir. Konstantin Vinoqradovun dəvəti ilə 1938-ci ildə Qara-Dağ bioloji stansiyasında tədqiqatçı olur.
Fin-uqor dilləri
Türk mənşəyli . Fin-uqor dilləri (uqro-finadı variantı da işlənir) — ural dil ailəsində qohum dillər qolu. Rusiya, Finlandiya, Estoniya, Macarıstan və bir sıra digər ölkələrdə yayılıb.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Uqor-Türk müharibələri
Uqor-türk müharibələri (mac. az ugor–török háború) — ilk dəfə Armin Vamberinin Macar və türk-tatar haqqında müzakirələr (mac. Magyar és török-tatár szóegyeztetések) kitabında, dilçilər arasında macar dilinin fin-uqor və ya Türk dillərinə aid olması haqqında akademik debatlar haqqında işlədilmiş ifadə. == Tarix == Vamberi 1870-ci ildə yazdığı kitabı bir sıra mübahisəli elmi işlərinin başlanğıcı olub.