Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşırqan
İşırqan (lat. Galeopsis) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Adi işırqan
Adi işırqan (lat. Galeopsis tetrahit) - i̇şırqan cinsinə aid bitki növü. == Sinonim == Galeopsis alpicola Nyman Galeopsis beckii (K.Malý) Dalla Torre & Sarnth. Galeopsis crenatifolia Sennen Galeopsis gacognei Nyman Galeopsis glaucocerata P.Fourn. Galeopsis grandiflora Suter [Illegitimate] Galeopsis ionantha Borbás Galeopsis lactiflora Borbás Galeopsis laramberguei Martrin-Donos Galeopsis leucantha Jord. Galeopsis michelianae Turra Galeopsis neglecta Schult. Galeopsis nodosum (Moench) Gray [Illegitimate] Galeopsis persetosa Borbás Galeopsis praecox Jord. Galeopsis pseudotetrahit P.Fourn. Galeopsis reichenbachii Reut. Galeopsis silvestris Borbás Galeopsis subtatrensis Borbás Galeopsis tetrahit f.
İtırqan adası
İtırqan (çuk. Игынран, esk. Сиклюк) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində, Çukot yarımadası sahilində yerləşəir. Materikdən Senyavin boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiya Feferasiyası Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazinə daxildir. == Yerləşməsi == Çukot yarımadasının cənub-şərq qutaracağı olan Çukotski burnundan şimalda, materikdən 1,5 km, Arakamçeçen adasından isə 3,8 km aralıda yerlir. Arakamçeçen adası ilə arasında yerləşən boğaz dekabr ayında donur. Boğazın buzdan azad olması iyun ayına təsadüf etsə də, buzun tam əriməsi iyul ayına təsadüf edir. Adanın sahəsi 55 km²-dir. Ada 13,5 km məsafədə uzanır.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Asırqal
Asırqal (lat. Veratrum) — zanbaqçiçəklilər sırasının melantkimilər fəsiləsinə aid bitki cinsi.
Çığırğan
Çığırğan — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Çığırğan sözünün kökü Kür çayının qarşı tərəfindəki insanlara çığıraraq səslənən sakinlərə verilən ad.
İmirxan
İmirxan - İrəvan quberniyasının İrəvan qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Emirxan, İmirxanlı kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə İmirxanlı kimi, Qafqazın 5 verstlik xəritəsində İmirxan formasında qeyd edilmişdir. Toponim imir (eymur tayfa adının fonetik forması) türk tayfasının adına xan sözünün qoşulmasından əmələ gəlmişdir və «eymur//imir tayfasından olan xana məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Saratak qoyulmuşdur.
Birgan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Sircan
Sircan (fars. سیرجان‎, Sīrjān), İranın Kerman ostanında şəhər. == Coğrafiyası == Öz adını daşıyan Sircan şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 167.014 nəfərdir. Şəhər yerfıstığı məhsulu və kilimləriylə məşhurdur. Şəhər İranın sürətlə böyüyən şəhərlərindən birisidir. Xüsusilə yeni qurulan Sircan Azad İqtisadi Bölgəsi şəhərin inkişafında önəmli bir yer qazandırmış və Sircan idxalat və ixracat mallarının depolandığı və ölkə sənayesinin dayanağı halına gələn ən önəmli mərkəzlərdən birinə dönmüşdür. Sircanın xüsusi iqtisadi bölgəsinin böyük milli bir layihə olaraq seçilməsindəki sebeb, bölgənin başda coğrafi vəziyyəti olmaq üzrə, sahib olduğu digər məsələlər də var. Ölkənin ən böyük dəniz limanı Bəndər Abbasa 300 km məsafədə olan və Fars, Yəzd, Xorasan, Sistan və Bəlucistan və Hörmüzqan əyalətlərinin tam ortasında olan bu bölgə eyni zamanda Bəndər Abbas limanı yoluyla ölkəyə girən malların mübadiləsi və paylaşmasının aparıldığı önəmli bir kəsişmə nöqtəsində yerləşir.
Sirdan
Sirdan — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində şəhər. == Tarix == Tarım bölgəsi, tarix baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridir. Bura 9-cu əsrdən bəri Azərbaycan tarixinə dərin izlər qoymuş Salarilər kimi böyük sülalələrin mərkəzinə çevirilmişdi, belə ki Tarım bölgəsindəki Kəngər və ya Qız qalası vaxtıilə Salarilərin paytaxtı imiş. Bölgənin başqa önəmli qalalarından Qız qalası, Oğlan qalası, Niyərikdəki Narınqala, Üməra qalası, Firdövs qalası və Səngan kəndindəki Talıbxan qalasının (Talfan qayası) adını çəkmək olar. Sirdan uzun bir tarixə malik olaraq, İslamdan sonra Tarım bölgəsinin (Yuxarı Tarım və Aşağı Tarım) mərkəzi olub. 1928-ci ildə burada 2,000 insan yaşamaqda imiş. Sirdan ilk olaraq şəhərin şərqindən axan çayın qırağından təşkil edilərək quzey, qərb və güneyə doğru genişləməyə başlayıb. Şəhərin evləri sıx və bir-birinə yaxın tikilsədə 1980-ci ildən dağınıq şəkildə evlərin tikilməsinə başlayıb. Hazırda Sirdanın sahəsi 17 hektardır. == Coğrafi Yerləşməsi == Sirdan şəhəri Qəzvin, Zəncan və Gilan ostanlarının kəsişdiyi yerdə, Şamadəşt dağının şimal-şərq yamacında yerləşir.
Sirkan
Sirkan-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Bəmpoşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,347 nəfər və 284 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Sırqın
Sıqın (fars. سرقين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 825 nəfər yaşayır (185 ailə).
Şirgah
Şirgah — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Şirgah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,529 nəfər və 2,269 ailədən ibarət idi.
Şirqah
Şirgah — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Şirgah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,529 nəfər və 2,269 ailədən ibarət idi.
Şirtan
Şartan (шарта́н, шырта́н, шитран; çuvaş. шӑрттан, шӑртан) - Çuvaşların xüsusi ənənəsi ilə hazırlanan kolbasadır. Delikates hesab edilir və adətən bayramlarda hazırlanır. Bayram ənənəsi daşıyır. Onu vam xodda odun üzərində bişirirlər. Əsas tərkibi qoyun əti, mədəsi və sarımsaqdır. Müasir dövrdə çuvaşlar bu kolbasanı yalnızca qoyun ətindən deyil, həmçinin mal əti və donuz ətindən də istifadə edirlər. Çuvaşiya və Mariy El respublikalarında bu kolbasanı istehsal edən sənaye obyektləri mövcuddur. == Hazırlanması == Kolbasanı hazırlamaq üçün farş ilə lazımı inqreyendləri birlikdə vam xodda odun üzərində bişirmək lazımdır. Bişirilmə prosesi biretaplıdır və 6 saat çəkir.
Şirvan
== Tarixi yaşayış məntəqələri == Şirvan (tarixi ərazi) — Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Şirvan (qədim şəhər) — Azərbaycan ərazisində qədim şəhər, Şirvan vilayətinin mərkəzi olmuşdur. Şirvanat — Şirvan bölgəsinin adının ərəbcə cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. Şirvan xanlığı — 1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində mövcud olmuş dövlət. Şirvan bəylərbəyliyi və ya Şirvan vilayəti — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi. Şirvan əyaləti — Osmanlı dövlətinin tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Şirvan bəyliyi — Osmanlı imperiyası daxilində bir kürd bəyliyi. == Müasir yaşayış məntəqələri == Şirvan (Azərbaycan) — 2008-ci ilədək adı Əli Bayramlı olan Azərbaycan şəhəri. Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən ərazi.
Şırdan
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Şırlan
Şırlan — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Şırlan kəndi Çaykənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şırlan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Şırlan kəndi yaşayış məntəqəsi kimi xəlfəli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd öz adını yaxınlıqdakı Şırlan adlı şəlalənin adından almışdır. Şırlan hündür yerdən tökülən çay, şəlalə, şırşır deməkdir. == Tarixi == Şırlan kəndi fransız, ingilis, rus, fars, ərəb və digər səyyahların marağına səbəb olub. Məşhur türk sərkərdələri Ənvər Paşa, Nuru Paşa bu kənddə qonaq olublar. Deyilənə görə, Teymurləng də buradan keçib. XIX əsrdə bu torpaqda bitən ardıc və palıddan konyak hazırlamaq, təbii boyaqlarda istifadə etmək üçün fransız milyonçusu Şapon “Qırx qız”ın ətəklərinə yol çəkdirib.
Sırğa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. == Etimologiya == Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası.Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. == Tarixçə == === Türk kişilərin sırğa taxması === Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar. İlk Səlcuq hökmdarları əsirlik rəmzi kimi qulağa həlqə taxmaq üsulunu bilirdilər.
Şiran
Şiran — Gümüşxanə ilində ilçə.
Ağ asırqal
Ağ asırqal (lat. Veratrum album) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü. Veratrum album (=Veratrum lobelianum Bernh.) – Ağ asırqal (Çoxsalxımlı dioskoreya, şamdanabənzər, dioskoreya) == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisidir. Kökümsovu qalın, şaquli və çoxsaylı uzun köklərdən ibarətdir. Gövdəsi qalın, uzunluğu 70-170 sm-ə bərabərdir. Yarpaqları növbəli, iri, qalın, ellipsvari, bütövkənarlı olub, uzun boruşıkillidir. Yarpaqlarında büzməli lövhəciklər yerləşir. Zirvədəki süpürgə çiçəklərinin uzunluğu 20-60 sm-dir. Çiçəkləri görkəmsiz, yaşıl, sadə, 6 bölümlü və geniş kasa yarpağına malikdir. Meyvələri 3 yuvalı qutucuqdan və çoxsaylı toxumlardan ibarətdir.
Yaşıl asırqal
Yaşıl asırqal (lat. Veratrum viride) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.
Çığırqan qarqar
Çığırqan qarqar (lat. Milvago) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Çığırqan çökükburun
Çığırğan cüllüt (lat. Vanellus gregarius)) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir. == Qısa təsviri == Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir .
Çığırğan cüllüt
Çığırğan cüllüt (lat. Vanellus gregarius)) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir. == Qısa təsviri == Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir .