İSFAHAN

1. исфаган (город в иране); 2. исфаганский;
İSƏ
İSFƏNDAN
OBASTAN VİKİ
İsfahan
İsfahan — İranın İsfahan ostanlığının mərkəzi olan şəhər. İranın Tehran və Məşhəddən sonra üçüncü ən böyük şəhəri sayılan İsfahan dünyanın ən gözəl memarlıq incilərindən biridir. Şəhərin Nəqşi Cahan meydanı UNESCO-nun mədəni irsinə daxildir. İsfahan 17-ci əsrdə möhtəşəm sarayları və sərin bağları, əzəmətli məscid və əyləncə məclisləri ilə ən mütərəqqi avropalıları belə özünə məftun edən şərq şəhəridir. Şəhərin Çar Bağında 100 il bundan əvvəl əkilmiş ağaclar var. Bağın hər iki tərəfi boyunça Səfəvilər dövründə tikilmiş qədim binalar yerləşir.
Həsənabad (İsfahan)
Həsənabad — İranın İsfahan ostanının İsfahan şəhristanının Cərqaviyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,342 nəfər və 1,197 ailədən ibarət idi.
Mahabad (İsfahan)
Mahabad — İranın İsfahan ostanının Ərdistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,081 nəfər və 1,059 ailədən ibarət idi.
Murçexort (İsfahan)
Murçexort, İranın İsfahan ostanında bir şəhər. Murçexort şəhərinin cəmiyyəti 2011-də 1,355 nəfər qeyd olunub (383 ev).
Məhəmmədabad (İsfahan)
Məhəmmədabad— İranın İsfahan ostanının İsfahan şəhristanının Aşağı Cərqəviyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,391 nəfər və 1,093 ailədən ibarət idi.
Nəsrabad (İsfahan)
Nəsrabad — İranın İsfahan ostanının İsfahan şəhristanının Aşağı Cərqəviyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,751 nəfər və 1,361 ailədən ibarət idi.
Rizvanşəhr (İsfahan)
Rizvanşəhr — İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,642 nəfər və 1,132 ailədən ibarət idi.
Xur (İsfahan)
Xur — İranın İsfahan ostanının şəhərlərindən və Xur və Biyabanək şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,126 nəfər və 1,754 ailədən ibarət idi.
İsfahan (ostan)
İsfahan ostanı - İranın mərkəzi hissəsində ostan. Mərkəzi İsfahan şəhəridir . Ostanın ərazisi 107.027 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.559.256 nəfər əhali yaşayır . Əhalinin etnik tərkibini farslar (əhalinin 1/3-i) , azərbaycanlılar (əhalinin 1/5-i) , qaşqaylar , bəxtiyarilər , gürcülər , ermənilər və s. təşkil edir.
İsfahan döyüşü
İsfahan döyüşü 642-ci ildə İsfahan(İspahan) əyalətində Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
Əmir İsfahan
Əmir İsfahan — Qara Yusifin Pirbudaqdan sonra 2-ci oğludur, Qara İsgəndərin anabir qardaşıdır. 1433–1445-ci illərdə Bağdad hakimi olmuşdur. 1410-cu ildə Sultan Əhməd Cəlayır ilə döyüşdə iştirak etmiş və Qaraqoyunlu ordusunun sol qoluna başçılıq etmişdir. 1420-ci ildə Qara Yusif Teymuri sultan Şahruxu qarşılamaq üçün Təbrizdən hərəkətə başlayanda, Əmir İsfahan Ədilcəvazda hakim idi, lakin atasına qoşunla yardım göstərmədi. Qara Yusifin ölümündən sonra əvvəlcə Naxçıvana sonra Çuxursəədə çəkildi. Burada Səəd tayfası onu hakimiyyət üçün namizəd elan etdilər və Qara Yusifin xəzinəsi də Əmir İsfahanın əlinə keçdi. Şahrux tərəfindən əmr verildi ki, Mirzə İbrahim sultan və Əmir Şahməlik 20 min süvari ilə Əmir İsfahanın ələ keçirilməsi üçün Naxçıvan və Səlmatu tərəfə hərəkət etdilər. O əsnada İsfahanın elçiləri Şahruxun düşərgəsinə gəlib tabelik bildirdilər. Bundan sonra Şahrux onların üzərinə hücumu dayandırdı. Qardaşı İsgəndərin Qaraqoyunlu torpaqlarındakı hakimiyyəti yenidən bərpa etməsi Şahruxun Azərbaycana yeni yürüşünə gətirib çıxardı.
Həşt-Behişt (İsfahan)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
İmam məscidi (İsfahan)
Came məscidi, Sultan məscidi və İmam məscidi adları ilə də tanına Şah məscidi İranın İsfahan şəhərində Nəqşi Cahan meydanında yerləşən məscidlərdən biridir. Məscid 6 yanvar 1932-ci il tarixində İranın yerli əhəmiyyətli tarixi abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Bundan başqa “Nəqşi Cahan” meydanı ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdir. Məscid I Şah Abbasın göstərişi ilə I Şah Təhmasibin xatirəsinə ehtiram olaraq tikilmişdir. Səfəvilərin ən mühüm nailiyyətləri memarlıq sahəsindədir. Burada ən yüksək mövqe 1598-ci ildə Şah Abbasın təşəbbüsü ilə irəli sürülmüş İsfahanın genişləndirilməsi layihəsidir. Bu, İslam tarixində ən iddialı və yenilikçi şəhərsalma sxemlərindən biridir Bu nəhəng şəhərsalma proyektinin baş memarı Şeyx Bəhai (Bəhaəddin əl-Amili) idi. Bu layihə Şah Abbasın baş planının iki əsas xüsusiyyəti üzərində cəmləmişdir: Şəhərin hər iki cinahında,bütün görkəmli qurumların, məsələn, bütün xarici dövlətlərin iqamətgahlarının yerləşdiyi Çaharbağ prospekti və Nəqşi Cahan Meydanı (“ Dünyanın Nümunəsi ”).Şahın hakimiyyətə gəlişindən əvvəl ölkədə mərkəzləşdirilməmiş güc strukturu var idi: müxtəlif qurumlar, hərbçilər ( qızılbaşlar ) hakimiyyət uğrunda mübarizə aparırdılar.) və imperiyanı təşkil edən müxtəlif əyalətlərin qubernatorları. Şah Abbas bu siyasi quruluşu sarsıtmaq istəyirdi və İsfahanın imperiyanın paytaxtı kimi yenidən qurulması hakimiyyətin mərkəzləşdirilməsində mühüm addım idi. Meydanın əhəmiyyəti ondan ibarət idi ki, Şah Abbas onu inşa etidrməklə Səfəvi hakimiyyətin üç əsas komponentini burada cəmləyəcəkdi; Şah Məscidi ruhanilərin, Bazar tacirlərin və təbii ki, Ali Qapı sarayı isə burada yaşayan şahın gücünün simvolu idi.
İsfahan Beynəlxalq Hava Limanı
İsfahan Beynəlxalq Hava Limanı (IATA: IFN, ICAO: OIFM) (fa: فرودگاه اصفهان - Farūdegāh-e Eşfahān) İranın İsfahan şəhərinə xidmət göstərən beynəlxalq hava limanıdır. Hava limanı Şəhid Beheştinin şərəfinə adlandırılmışdır. İnzibati və siyahıyaalma məqsədləri üçün İranın İsfahan ostanının mərkəzi regionu və Qahab-e Shomali dehistanı bir kənd sayılır. Hava limanında biri daxili, digəri beynəlxalq uçuşlar üçün iki terminal var. Hava limanına bitişik 1970-ci illərdə İranın F-14 Tomcat donanmasına xidmət etmək üçün xüsusi olaraq inşa edilmiş Hatami Hərbi Hava Bazası yerləşir.
Atəşgah (İsfahan)
Atəşgah dağı kimi də məşhur olan Atəşgah İranın İsfahan və Xomeynişəhr bölgələrində yerləşir. Sasanilər dövrünə aid olan bu abidə kompleksi tarixin müxtəlif dövrlərində istismar edilmişdir. Abidənin original və tarixi adı “Mehrbin binası”, “Mehrbin Qalası” və ya “Mehrbin Atəşgahı” olsa da, hazırda yerli əhali arasında “Atəşgah” və ya “Marbin Qalası” kimi məşhurdur. == Yerləşmə == Atəşgah tarixi kompleksi İsfahanın qərbində, şəhər mərkəzindən 8 km məsafədə, “Atəşgah” küçəsində və Xomeynişəhr şəhərinin cənub hissəsində yerləşir. Atəşgah Zayəndərud çayının sahilində, dağ zirvəsində qərar tutur. Bu dağdan isə şəhərin hər bir tərəfinə gözəl panoram açılır. == Memarlıq xüsusiyyətləri == İsfahan ostanının Xomeyni şəhr rayonunun “Marbin” bölgəsində yerləşən abidə avestaşünas alim Williams Jacksonun diqqətini çəkmiş və elmi tədqiqat obyektinə çevrilmişdir. === Binanın tikinti xüsusiyyətləri === Bina kərpic laylardan tikilmişdir. Tikilinin möhkəm olması üçün isə hər iki kərpic qatının arasına çaydan gətirilmiş nazir qamış laylar döşənmişdir. Kərpicdən tikilmiş böyük bünövrə təxminən atəşgahın yerləşdiyi təpənin ortalarından başlayıb, yuxarı hissələrdə dayanıqlı sütunlara çevrilir.
Baharistan (İsfahan)
Baharistan — İranın İsfahan ostanının İsfahan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,538 nəfər və 12,769 ailədən ibarət idi. İsfahanın 20 km cənub-şərqində yerləşən yeni planlaşdırılmış şəhərdir.
Dövlətabad (İsfahan)
Dövlətabad — İranın İsfahan ostanının şəhərlərindən və Borxar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 33,941 nəfər və 8,661 ailədən ibarət idi.
İsfahan halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
İsfahan ostanı
İsfahan ostanı - İranın mərkəzi hissəsində ostan. Mərkəzi İsfahan şəhəridir . Ostanın ərazisi 107.027 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.559.256 nəfər əhali yaşayır . Əhalinin etnik tərkibini farslar (əhalinin 1/3-i) , azərbaycanlılar (əhalinin 1/5-i) , qaşqaylar , bəxtiyarilər , gürcülər , ermənilər və s. təşkil edir.
İsfahan şəhristanı
İsfahan şəhristanı — İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi İsfahan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 1,963,315 nəfər və 543,688 ailədən ibarət idi.
Babaqasım Məqbərəsi (İsfahan)
Babaqasım Məqbərəsi İranın İsfahan şəhərində yerləşən Azərbaycan Elxanilər dövləti zamanına aid olan tarixi abidədir. Abidə 23 dekabr 1931-ci ildə 1000 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli abidəsi kimi qeydiyyata alınmışdır.
İsfahan döyüşü (1497)
İsfahan döyüşü — 1497-ci ildə Gödək Əhməd və Eybə sultan başda olmaqla qiyamçı Ağqoyunlu əyanları arasında döyüş. Döyüşdə Gödək Əhməd məğlub oldu və öldürüldü. Gödək Əhməd ona hakimiyyətə gəlməkdə kömək edən Eybə sultandan ehtiyat etdiyi üçün onu mərkəzdən uzağa Kirman vilayətinə hakim təyin etdi. Mərkəzdən uzaqlaşmasına görə narahatlıq keçirən Eybə sultan və Gödək Əhmədin keçirdiyi islahatlardan narazı olan bəzi əyanların mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. 1497-ci ildə Eybə sultan və Şiraz hakimi Qasım bəy Pornak Gödək Əhmədə qarşı çıxaraq qərara gəlmişdilər ki, Uzun Həsənin digər nəvəsi Sultan Muradı Şirvandan gətirib, taxta çıxarsınlar və özləri yeni hökmdarın vəkili olsunlar. Hər iki müttəfiq İsfahana doğru hərəkətə başladılar. Bu xəbəri eşidən Gödək Əhməd qış mövsümü olmasına baxmayaraq müxaliflərin üzərinə yürüşə başladı. Gödək Əhməd böyük və təcrübəli bir qoşunla İsfahanda müttəfiqlərlərlə qarşılaşdı. Eybə sultanın qoşunundan çoxsaylı bir dəstə Gödək Əhmədin ordusuna qoşuldu. Eybə sultanın müqavimət qüvvəsi olmadığından, döyüş bayrağını endirib qaçmaq istəyirdi.
Addulla xan İsfahani
Abdulla xanHacı Məhəmmədhüseyn xan oğlu Əminüddövlə (?-?)—İki dəfə Qacarlar dövlətinin baş naziri olmuş ictimai və dövlət xadimi. == Həyatı == Abdulla xan Hacı Məhəmmədhüseyn xan oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Birinci dəfə atası Hacı Məhəmmədhüseyn xan İsfahanindən sonra Qacarlar dövlətinin baş naziri olmuşdu.
Fəzli İsfahani Xuzani
Fəzli İsfahani Xuzani (fars. فضلی اصفهانی خوزانی‎; 1592 – XVII əsr) — İran zadəganı, tarixçisi. O, Səfəvi xanədanının 1501-ci ildə I İsmayıl tərəfindən (1501–1524-cü illərdə hakimiyyətdə olmuşdur) qurulmasından I Abbasın (1588–1629-cu illərdə hakimiyyətdə olmuşdur) ölümünə qədərki dövrünü əhatə edən "Əfzal əl-Təvarix" salnaməsi ilə tanınır. O, həm də Səfəvi xidmətində məmur olmuş, 1616–1625-ci illərdə Bərdə və Kaxeti valisi olmuş Qaraçaqay xanın vəziri olmuşdur. Fəzlinin oğlu, "Tiraz əl-əxbar"ın müəllifi olan Nəcməddin Əhməd Xuzani Hindustanda moğol zadəganı Baqir Xanın qızı ilə evlənmişdir.
Hacı Məhəmmədhüseyn xan İsfahani
Hacı Məhəmmədhüseyn xan İsfahani (?-?)—Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra Qacarlar dövlətinin baş naziri, Sədri. == Həyatı == Hacı Məhəmmədhüseyn xan İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sədr-əzəm Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra, 1819-cu ildə Qacarlar dövlətinin vəziri-əzəmi təyin olunmuşdu.Əminüddövlə ləqəbini daşıyırdı. 1816-cı ildə Qacarlar sarayına səfarətdə iştirak etmiş Pyotr Berje "A. P. Yermolovun İrana səfirliyi" adlı kitabında yazır: "Yermolovun gəlişi zaman Mirzə Şəfinin 80 yaşı vardı. O, 19 ramazan 1234 (1818 – 1819) ildə Qəzvin şəhərində Sultaniyədən qayıdarkən vəfat etmişdi və Kərbəlada dəfn olunmuşdu. Onun davamçısı, birinci nazir vəzifəsilə, daxili işlər nazirini Nizamüddövlə Məhəmmədhüseyn xan oldu. O, Ağaməhəmməd xanın yanında xidmətə başlamışdı və bəzi vaxtlarda Kaşanın, Qum və İsfahanın hakimi idi, orada isə onun haqqında çox xoş xatirələr qalmışdır. Bütün cismanı ilə torpağa bağlı idi və çox zaman özünün şəxsi hərəkəti ilə kəndlinin əməyini qiymətləndirməsi ona çoxlu pul qazandırmışdı, onları da bütünlüklə kasıblara və xeyriyyəçilik işlərinə sərf etmişdi". Hacı Məhəmmədhüseyn xan İsfahani Hacı Mirzə İbrahim Kələntərin yeznəsi, Mirzə Əbülhəsən xan Şirazinin bacanağı idi.
Hatif İsfahani
Seyid Əhməd Hatif İsfahani (fars. سید احمد هاتف اصفهانی‎) — XVIII əsr İran şairi. Əslən Ordubaddan olmuşdur. == Həyatı == Əslən Azərbaycanın Ordubad şəhərindən olan Hatifin ailəsi Səfəvilər dövründə İsfahana köçmüş, özü isə XVIII əsrin birinci yarısında həmin şəhərdə anadan olmuşdur. İsfahanlı Nəsir Təbibdən ənənəvi elmləri, Mir Seyid Əli Müştaq İsfahanidən isə ədəbi sənətləri öyrənmişdir. O, dövrün digər mühüm ədəbiyyat adamları, o cümlədən Səbahi və Azər Bəydili ilə də ünsiyyətdə olmuşdur. İsfahandan başqa bir müddət Kaşanda da yaşamış və son illərini Qumda keçirmişdir. O, farsdilli poeziyada ifrat "hind üslubu" (Səbki-Hindi) hesab etdiyi hərəkatı inkar edən və erkən farsdilli poeziyanın üslub prinsiplərinə daha yaxın olan poetik idomi qəbul edən "bazqəşti ədəbi" adlı "ədəbi qayıdış" hərəkatının nümayəndəsi idi.
Mahan İsfahani
Mahan İsfahani (fars. ماهان اصفهانی‎; 1984[…], Tehran) — İran və ABŞ klaviaturaçısı, alimi, şərhçisi, orkestraçısi və keçiricisi. Bir Konserto solisti, resitali və işbirlikçi bir musiqiçi olaraq, müxtəlif erkən klaviatura üzrə beynəlxalq şöhrət qazanmışdır.
Mirzə Şükrullah İsfahani
Mirzə Şükrullah İsfahani — Səfəvi şahı I Şah Təhmasibin (1524–1576) baş mühasibi və daha sonra nüfuzlu dövlət xadimi Mirzə Salman Cabiri ilə əvəz olunana qədər 1576-cı ilin avqustundan 1577-ci ilin iyun ayına qədər olan qısa bir müddətdə II Şah İsmayılın (1576–77) baş vəziri vəzifəsini yerinə yetirən milliyyətcə fars olan dövlət xadimi. Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. 1–304.
Nişat İsfahani
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761, İsfahan – 1828) — İranın xarici işlər vəziri, şair, xəttat. Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.
Rağib Əl-İsfahani
Ər-Rağib əl-İsfahani (XI əsr, İsfahan – 1108) — Dilçi alim. 425-ci h.q. (1108/1109-cu il) ilində vəfat edib.
Seyid Cəmaləddin Vaiz İsfahani
Seyid Cəmaləddin Vaiz İsfahani (1862–1908) — ruhani, inqilab xadimi. 1862-ci ildə İranın İsfahan şəhərində doğulmuş, 1908-ci ildə Tehranda vəfat etmişdir. O, İsfahanın qədim seyid nəsli olan Sədrlər ailəsindən çıxmışdı. Sədrəlmühəqqiqin ləqəbini daşıyırdı. Dini – dünyəvi təhsilini valideynlərindən, üləmalardan və məktəbdarlardan almış, ərəb, fars, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı olmuşdur. Seyid Cəmaləddin Vaiz İsfahani 1906-cı ilin 9 iyulunda Tehranda digər natiqlər -Şeyx Məhəmməd Vaiz və Mirzə Nəsrullah Məlikülmütəkəlliminlə tutulmuşdu. Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İmadəddin İsfahani
İmadəddin Məhəmməd ibn Hamid əl-Katib əl-İsfahani (1125-20.6.1201) — İran tarixçisi. İmadəddin İsfahani İsfahan şəhərində anadan olmuşdur. İlk təhsilini Kaşanda almışdır. Daha sonra Bağdadda fiqhi oxudu. 1156-cı ildə Bağdadı İraq Səlcuqlu dövlətinə qarşı bacarıqla müdafiə edən Abbasi xəlifəsi Müktəfini (hökmdarlığı 1136–1160) təbrik etmək üçün yazdığı qəsidəylə vəzir İbn Hübeyrnin sevgisini qazandı. Onun tərəfindən naib olaraq Vasıtə göndərildi. Bu vəzifəsi İbn Hübeyrənin ölümünə (1165) qədər davam etdi. Bir müddət sonra Zəngilər sülaləsindən Nurəddin Zənginin (hd 1146–1174) katibi olan İmadəddin, onun öz adına tikdirdiyi mədrəsəyə müdərris olaraq göndərildi, amma Nurəddin Zenginin ölümündən sonra vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı. Homsu alan Səlahəddin Əyyubini öymək üçün bir şeir yazdı. Bununla Əyyubinin yaxınlığını qazandı və bütün səfərlərinə qatıldı.
Məhəmməd İsfahani
Məhəmməd Mehdi Vəzi İsfahani (Persian: محمدمهدی واعظی اصفهانی; daha çox Məhəmməd İsfahani kimi tanınır; 5 iyul 1966, Tehran) — İranlı fars pop və xalq musiqisi müğənnisi. O, 1997-ci ildə İran Tibb Elmləri Universitetini bitirərək İran musiqisini məşhur İran ənənəvi müğənnisi Məhəmməd Rza Şəcəryan və onun ən yaxşı tələbəsi Əli Cahandardan öyrənib. O, Tehranda anadan olub. 1997-ci ildə İran Tibb Elmləri Universitetinin Tibb fakültəsindən məzun olub. Ailəlidir və üç övladı var. İsfahani bu günə kimi 14 albom təqdim edib. Albomlarında Homayun Xorram, Babək Bayat, Fereydoun Şahbazyan kimi böyük musiqi ustadları ilə çalışıb. İran Milli Orkestrinin yeni rəhbəri seçilməsi ilə Məhəmməd İsfahani Milli Orkestrin solisti kimi təqdim edilib.

Digər lüğətlərdə