Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gövhər Cəfərzadə (Şövqiyyə)
Gövhər Hacı Məcid qızı Cəfərzadə- Şamaxıda öz vəsaiti hesabına qız məktəbi açmış Azərbaycanın maarifçi xanımı. == Həyatı == Gövhər Cəfərzadə 1883-cü ildə Şamaxıda anadan olmuşdur. == Maarifçilik fəaliyyəti == O, Şamaxıda öz vəsaiti hesabına 1912-1918-ci illərdə "Məktəbi-Şövqiyyə" adlı ikisinifli qız məktəbi açaraq, burada və daha sonra Ucarda və Bakının bir sıra məktəblərində müəllimlik etmiş, savad kurslarında qadınlara dərs demişdir. Lakin çar məmurları Gövhər xanımın açdığı qız məktəbini hökumət əleyhinə fəaliyyətdən qorxub bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun həyat yoldaşı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığılmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə xərclənirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və xanımı Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, oulsuz məktəb açırdılar. == Vəfatı == Maarifçi xanım 1936-cı Bakı şəhərində ildə vəfat etmişdir.
Dövriyyə dəqiqədə
Dəqiqədə edilən dövriyyə sayı (dövr/dəq, 1/dəq, dəq−1, həmçinin rpm [revolutions per minute]) — Dərəcə tezliyinin ölçü vahidi (sabit ox ətrafında baş verən tam dövriyyələrin sayı). Mexaniki komponentlərin fırlanma sürətini ölçmək üçün istifadə olunur. Həmçinin saniyədə dövrlər sayı istifadə olunur (simvollar: dəq/s və ya s−1). Dəqiqədəki dövrlər sayı 60-a bölünmə ilə saniyədə dövrlər sayına çevrilir. Əks dönüşüm: saniyədə dövrlər dəqiqədəki dövrlər sayına keçmək üçün 60 tərəfindən vurulur.
Dövriyyə kapitalı
Dövriyyə vəsaitləri
Fövziyyə Bayram
Fövziyyə Bayram (d. 5 dekabr 1950 Tatarıstan) — tanınmış tatar yazıçı, tarixçi, hərəkat rəhbəri və filosof. İttifaq Firqəsi rəhbəri, Milli Məclis rəisi, 1990-cı illərdə fəal olmuş siyasətçi. "Tatar gözəli" deyə adlandırılmış və Süyümbikə ilə özdəşləşdirilmişdir. Hələ də Tatarıstanda Yar Çallı şəhərində yaşamaqda və müxtəlif məsələlərdə yazılarını yazmaqda davam edir. == Həyatı == Fövziyyə Bayram 5 dekabr 1950-ci ildə Tatarıstanın Saba bölgəsinin Sabay kəndində anadan olmuşdur. Təhsil həyatına orta məktəbdən sonra Kazan teatr məktəbində, daha sonra da Kazan Dövlət Universitetinin Filologiya fakültəsində davam etmişdir 91983–1989). Peşəkar fəaliyyətinə Kazan Telestudiosunda balamış, sonra Tatarıstan kitab nəşriyyatında işləmişdir. Jurnalist və yazıçı kimi fəaliyyət göstərmiş, çox sayda qəzet və jurnalda yazılar dərc etdirmişdir. 1986-cı ildə SSRİ-də Yazıçılar Birliyinə daxil olmuşdur.
Şövqiyar Abdullayev
Şövqiyar Abdullayev (tam adı: Şövqiyar Cəmil oğlu Abdullayev ; 5 aprel 1969, Nərimanlı, Basarkeçər rayonu – 27 avqust 1992, Drombon) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır. === Ailəsi === Subay idi. Cəmil Abdullayevin oğludur. Texnika elmləri namizədi Malik Abdullayevin qardaşı oğludur. == Döyüşlərdə iştirakı == 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır.
Şərqiyyə Hüseynova
Şərqiyyə Hüseynova — televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2006). == Həyatı == Şərqiyyə Hüseynova Bakıda anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olub. 5 uşaqlı ailənin ilk övladıdır. Televiziyaya 1967-ci ildə müsabiqə yolu ilə gəlib. 1969-cu ildə ailə qurub. 1971-ci ildə qızı Mehriban dünyaya gəlib.Qızının da bir qızı var - Ayan. 4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Hüseynova Şərqiyyə Qurban qızına Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adı verilmişdir. Aktyor Ələkbər Hüseynovun xalası qızıdır.
Şərqiyyə Vəliyeva
Şərqiyyə Vəliyeva (Şərqiyyə Əkbər qızı Vəliyeva; 1 iyul 1936, Piçənis, Laçın rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), Qəhrəman Ana, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. == Həyatı == Şərqiyyə Vəliyeva 1 iyul 1936-cı ildə Laçın rayonunun Piçənis kəndində anadan olub.Ailədə 4 bacı, 1 qardaş olmuşdurlar. Atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçmüşlər. Anası və özü Kirov sovxozunda sağıcı işləmişlər. Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7400 litr süd sağdığına görə 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müxtəlif illərdə 2 dəfə "Lenin", "Şərəf Nişanı", "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub. Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olmuşdur. SSRİ Kənd Təsərrüfatı sərgisinin iştirakçısı olmuş 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır.1952-ci ildən ÜİLKGİ üzvü, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1997-ci ildə YAP-ın üzvüdür. 2002-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə ona "Prezident təqaüdü" verilmişdir.Şərqiyyə Vəliyeva Sabir Vəliyevlə ailə qurmuş, ailəliklə maldarlıqla məşğul olmuşlar.
Fövziyyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı.Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.1941-ci ildə ildə Məhəmməd Rza Pəhləvi şah elan edilmişdir. Eyni zamanda şah və həyat yoldaşının ailə həyatı dağılmağa başlamışdır.
Monetar dövriyyə nəzəriyyəsi
Monetar dövriyyə nəzəriyyəsi — tez-tez postkeynsçilik məktəbi ilə əlaqəli olan pul yaradıcılığının qeyri-adi bir pul iqtisadiyyatı nəzəriyyəsidir. Pulun bank sektoru tərəfindən ekzogen yolla deyil, daxili bankın borc vermə yolu ilə yaradıldığını müdafiə edir; bu, daxili pul nəzəriyyəsidir. Buna dövrə dizaynı və sirkulyasiya yanaşması da deyilir. == Mükəmməl nəzəriyyə ilə təzad == Pul yaratmağın əsas iqtisadi nəzəriyyələrindən əsas fərq budur ki, sxematik yanaşma, pulu bank sektoru tərəfindən ekzogen olaraq deyil, mərkəzi bankın borc vermə yolu ilə hökumət tərəfindən yaradıldığını iddia edir: yəni iqtisadiyyat pul deyil (daxili) pul yaradır. bəzi xarici agent tərəfindən təmin olunur (ekzogen olaraq). Bu nəzəri fərqlər bir sıra fərqli nəticələrə və siyasət reseptlərinə səbəb olur; Sxem, digər şərtlər daxilində, ehtiyat şərtlərinə əsaslanan pul nəzəriyyəsini rədd edir və pulun banklara borc vermə yolu ilə yarandığını, bunun yalnız mərkəzi bank tərəfindən nudged pulun yenidən borc verilməsi əvəzinə, mərkəzi bankdan ehtiyat götürdüyünü iddia edir. Bunun əvəzinə, pul multiplikatoru kapitalın adekvatlıq nisbətlərindən, yəni kapitalının risk ölçülən aktivlərə nisbətindən yaranır. == Dövriyyə modeli == Sxemlər tanış bank hesabları və debet və ya kredit kartı əməliyyatları baxımından anlamaq asandır: bank depozitləri sadəcə bank hesabı dəftərindəki bir girişdir (sikkələr - veksellər) və alış, alıcının bank hesabından pul çıxır və tacirin bank hesabına əlavə edilir. === Əməliyyatlar === Digər pul nəzəriyyələrində olduğu kimi, sxemlər də müəyyən bir nisbətdə qızıl kimi bir əmtəə ilə dəyişdirilə bilən pul və kredit pulları arasında fərq qoyur. Nəzəriyyə, kommersiya bankları tərəfindən yaradılan kredit pullarını mərkəzi bank pulundan əldə edilən deyil, birincil (ən azı müasir iqtisadiyyatda) hesab edir - kredit pulları pul sisteminə nəzarət edir.
İbn Qəyyim Cövziyyə
İbn Qəyyim Cövziyyə (ərəb. ابن قيم الجوزية‎; 29 yanvar 1292, Dəməşq, Məmlük dövləti – 16 sentyabr 1350, Dəməşq, Məmlük dövləti) ― İslam alimi. == Həyatı == İbn əl-Qayyim 28 yanvar 1292-ci ildə Dəməşqin 55 mil cənubi-şərqində yerləşən Havran qəsəbəsinin Zər kəndində dün­yaya gəlmişdir. İlk dini təhsilini uşaq yaşlarında atasından almağa başlamış, ardınca Dəməşqdə Əl-Cözviyyə mədrəsəsində Hənbəli fiqhini öyrənmişdir. Ərəbcə və şərqi elmlərdə püxtələşdikdən sonra "fətva-imamət" və "şeyx" məqamına yüksəlmişdir. Sonralar Əl-Cövziyyə mədrəsəsinin imamı kimi fəaliyyət göstərmişdir.
Əl Şərqiyyə TV
Əl Şərqiyyə TV — İraqda sünni kəsimi ön plana çıxarmaqla xalqın çətinliklərini işıqlandıran kanal. == Tarixçə == Sünni qrupuna aid Əl Şərqiyyə televiziyası Səddam dövrünün ən güclü illərində İraqın yazışmalar üzrə katibi olmuş və Səddam Hüseynin həyat hekayəsini qələmə almış, sünni ərəb Saad Əl Bəzzaz tərəfindən yaradılıb. O, ABŞ-nin İraqı işğal etməsindən bir il sonra 30 milyon dollar büdcə ilə Dubayda bir televiziya kanalı qurub. Kanalın baş direktoru Alla Əl Dahhandır. Kanalla yanaşı “Əl Zaman” və “Əl Şərqiyyə” FM radioları da eyni vaxtlarda yaradılıb. == Kanalın yaradılmasında məqsəd == İraqın birlik və həmrəyliyini müdafiə edərək işğalın sona çatdırılması, məzhəb toqquşmalarına fürsət verilməməsi, iqtidara qarşı tənqidi verilişlər hazırlanması başlıca məqsədlər sırasındadır. Yaxın Şərq xalqları üzərində böyük təsirə malik “Əl Şərqiyyə” TV İraqda mətbuat orqanlarının etnik qruplara bərabər səviyyədə yanaşmadığını nəzərə alıb həqiqəti çatdırmaq üçün qurulub. == Fəaliyyəti == “Əl Şərqiyyə” televiziya kanalı xəbərlərlə yanaşı musiqi, əyləncə və teatr mövzularına yer vermişdir. Eyni zamanda ölkədəki zorakılıq hadisələrini başqa formada tamaşaçılara çatdıran “Əl Şərqiyyə” TV kanalı komediya, əyləncə və musiqi ilə tamaşaçıların diqqətini xəbərlərə yönəldib. Kanalda “Əl Musaadə” (“Yardım”), “Əl Pitaka Əl Təmviniyyə”, “Bitaka Əl Şəxsiyyə”, “Şəyif Əl Xayir” və “Mustahlə” “Əl Burc Əl Ali”, “Kursə və Aməl”, “Miğtaribun” verilişləri yayımlanır.
İbn Qayyim əl-Cövziyyə
İbn Qəyyim Cövziyyə (ərəb. ابن قيم الجوزية‎; 29 yanvar 1292, Dəməşq, Məmlük dövləti – 16 sentyabr 1350, Dəməşq, Məmlük dövləti) ― İslam alimi. == Həyatı == İbn əl-Qayyim 28 yanvar 1292-ci ildə Dəməşqin 55 mil cənubi-şərqində yerləşən Havran qəsəbəsinin Zər kəndində dün­yaya gəlmişdir. İlk dini təhsilini uşaq yaşlarında atasından almağa başlamış, ardınca Dəməşqdə Əl-Cözviyyə mədrəsəsində Hənbəli fiqhini öyrənmişdir. Ərəbcə və şərqi elmlərdə püxtələşdikdən sonra "fətva-imamət" və "şeyx" məqamına yüksəlmişdir. Sonralar Əl-Cövziyyə mədrəsəsinin imamı kimi fəaliyyət göstərmişdir.
İbn Qəyyim əl-Cövziyyə
İbn Qəyyim Cövziyyə (ərəb. ابن قيم الجوزية‎; 29 yanvar 1292, Dəməşq, Məmlük dövləti – 16 sentyabr 1350, Dəməşq, Məmlük dövləti) ― İslam alimi. == Həyatı == İbn əl-Qayyim 28 yanvar 1292-ci ildə Dəməşqin 55 mil cənubi-şərqində yerləşən Havran qəsəbəsinin Zər kəndində dün­yaya gəlmişdir. İlk dini təhsilini uşaq yaşlarında atasından almağa başlamış, ardınca Dəməşqdə Əl-Cözviyyə mədrəsəsində Hənbəli fiqhini öyrənmişdir. Ərəbcə və şərqi elmlərdə püxtələşdikdən sonra "fətva-imamət" və "şeyx" məqamına yüksəlmişdir. Sonralar Əl-Cövziyyə mədrəsəsinin imamı kimi fəaliyyət göstərmişdir.
Səviyyə
Səviyyə (ing. grade, rus. уровень) — rabitə sistemlərində: bir kanalla ötürülə bilən tezliklər diapazonu. Məsələn, danışıq səviyyəli telefon rabitəsi 300–3400 Hs aralığındakı tezlikləri əhatə edir. == Gsm kodlama == 1. 1Bakı 2013 İnformasiyanın kodlanması məsələləri2. Mobil rabitə sistemlərində maneədavamlıkodlamanın reallaşdırılması GSM standartında kodlama prinsipləri Mobil rabitənin apparatca reallaşmasında siqnalın rəqəmli işlənməsi əsas rol oynayır. Rəqəmliişlənmə şanşəkilli rabitənin birinci nəslindən ikinci nəslinə keçməsinə, sistemin həcminingenişlənməsinə və onun keyfiyyərinin yaxşılaşmasına imkan vermişdir.Siqnalların rəqəmli işlənməsizamanı aşağıdakı proseslər nəzərdə tutulur.- Siqnalların analoq –rəqəm çevrilməsi- Nitq kodlaması- Kanal kodlaması- Modulyasiya Nitq siqnallarının gücünün spektri tezliyin 400 Hs-ə uyğun qiymətlərində maksimal olur vədaha yüksək tezliklərdə oktavada 9 dB-ə yaxın sürətlə azalır; Beynəlxalq Telefon və Teleqraf Konsultativ Komitəsinin məsləhətinə uyğun olaraq nitqsiqnallarının rəqəmli verilişində tezlik zolağı 300–3400 Hs arasında məhdudlaşır; Nitq siqnalının səslərinin müddəti, sait səslər üçün 210 ms (milli saniyə), samit səslər üçün isə 95 msolur; Nitq kodlanmasında əsas funksiya nitq koderi tərəfindən görülür. Koderin əsas vəzifəsi rəqəmlisiqnalları sıxlaşdıraraq nitq siqnallarının mümkün qədər aradan qaldırılmasıdır; Nitq kodlanması iki üsulla aparılır: siqnal formasının kodlanması (waveform coding) və siqnalınmənbəyinin kodlanması (source coding); GSM standartında nitq kodekinin sadələşdirilmiş blok-sxemi növbəti səhifədə verilmişdir.5MMobil rabitə sistemlərində maneədavamlı kodlamanınobil rabitə sistemlərində maneədavamlı kodlamanınreallaşdırılmasıreallaşdırılması İlkinemaletməQısa müddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiQısa müddətlixəbərverməsüzgəcanalizatoruUzunmüddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiUzunmüddətlixəbərverməsüzgəcanalizatoruHəyəcanlanma siqnalınınparametrlərininqiymətləndirilməsiSüzgəcpostuQısa müddətlixəbərverməsüzgəc sintezatoruUzunmüddətlixəbərverməsüzgəc sintezatoruHəyəcanlanma siqnalınınformalaşmasıKoderDekoder Kanal koderi nitq koderindən sonra yerləşir və informasiyanı daşıyıcı tezliyə köçürənmodulyatordan əvvəl olur; Kanal koderinin əsas rolu nitq siqnalının maneədavamlı kodlamasıdır, bu da siqnalın vericidənqəbulediciyə şüalanma prosesində baş verən səhvlərin aşkar edilməsi və onların mühüm dərəcədədüzəldilməsi üçündür; Maneədavamlı kodlama verilən siqnalın tərkibinə böyük həcmli artıqlama informasiyasınınəlavəsi ilə əldə edilir. İngiliscə belə kodlama Forward Error Correcting coding (FEC coding)adlanır, yəni səhvləri əvvəlcədən korreksiya edən kodlama.
Sevgiylə, Vinsent
Sevgiylə, Vinsent (ing. Loving Vincent) — başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı cizgi filmidir. == Məzmunu == Film Vinsent van Qoqun həyatının son günlərindən və indiyədək sirli qalan ölümündən bəhs edir. == Film haqqında == Rejissoru Dorota Kobiela və Hyu Velçman olan filmin yaranmasında 115 rəssam iştirak edib. "Sevgiylə, Vinsent"in büdcəsi 5.5 milyon ABŞ dolları təşkil edir. Filmin dünya premyerası 12 iyun 2017-ci ildə "Annesi Beynəlxalq Animasiya Filmləri Festivalı"nda baş tutub.
Səviyyə (informatika)
Səviyyə, qat (en. layer) – rabitə və verilənlərin paylanmış emalı sahəsində: spesifik hadisələr siniflərini emal edən strukturlar və altproqramlar toplusu. Məsələn, yeddi qatı (səviyyəsi) olan ISO/OSI modelində fiziki səviyyə aparat vasitələrinin birləşmələrinə, verilənlərin ötürülməsi səviyyəsi ötürülən siqnallara aiddir, şəbəkə səviyyəsi isə siqnalların qəbuledicilər üzrə paylanmasına cavabdehdir. Qatlara bölmə (en. layering) – kompüter qrafikasında: şəklin məntiqi bağlı elementlərdən ibarət qruplara bölünməsi. Qatlara bölmə, işi dayandırmadan obyektlərin bir hissəsinə bütöv şəkillə birlikdə baxmağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cumanci: Növbəti səviyyə
Üst denudasion səviyyə
Üst denudasion səviyyə – (rus. верхний уровень денудации, ing. gipfelflur, summit-level) Yer kürəsində dağ­la­rın ən yüksək zirvəsindən keçməsi mümkün ola bilən xəyali səth. Həmin səviyyədən /8–9 km/ yuxarı heç bir zirvə ola bilməz, beləki dağların daha çox qalxması onların daha intensiv dağılması ilə müşa­yiət olunur. Bu anlayış XIX əsrin sonunda A. Penk tərəfindən təklif edilmişdir.
İllik hesablı səviyyə
Sevgiylə, Vinsent (film, 2017)
Sevgiylə, Vinsent (ing. Loving Vincent) — başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı cizgi filmidir. == Məzmunu == Film Vinsent van Qoqun həyatının son günlərindən və indiyədək sirli qalan ölümündən bəhs edir. == Film haqqında == Rejissoru Dorota Kobiela və Hyu Velçman olan filmin yaranmasında 115 rəssam iştirak edib. "Sevgiylə, Vinsent"in büdcəsi 5.5 milyon ABŞ dolları təşkil edir. Filmin dünya premyerası 12 iyun 2017-ci ildə "Annesi Beynəlxalq Animasiya Filmləri Festivalı"nda baş tutub.
Sevgiyə səyahət (şeirlər toplusu)
Sevgiyə səyahət – Amerikalı modernist şair Uilyam Karlos Vilyamsın 1955-ci ildə çap olunmuş şeir kitabı. Şairin həyat yoldaşına həsr etdiyi kitabda olan şeirlərin böyük əksəriyyəti üç misralıq bəndlərdən ibarət olsa da, bəzilərinə “ölçünü tamamlamaq üçün qısa bir 4-cü misra” da əlavə olunub.
Şəbəkədə interfeys səviyyə təhlükəsizliyi
Şəbəkə interfeys səviyyəsi (istifadəçi yönümlü) TCP/IP model-in ən aşağı səviyyəsidir. Bu səviyyənin özünə xas bir neçə təhlükəsizlik açıqları var ki, hücumçu tərəfindən istismar edilə bilər. == Şəbəkə interfaz səviyyəsi == Şəbəkə interfaz səviyyəsi (həmçinin data link səviyyə kimi adlanır), istifadəçinin sistemi ilə şəbəkə cihazı arasındakı fiziki interfazdır. Bu səviyyə data paketlərin ötürülmə üçün necə formatlanmasını və yönləndirilməsini müəyyənləşdirilir. Bəzi ümumi link səviyyə protokolları bunlardır, IEEE 802.2 and X.25. Data link səviyyə və onun protokolları istifadəçi cihazını və şəbəkə cihazını idarə edir. Bu səviyyənin məqsədi şəbəkəyə qoşulu istifadəçilər arası etibarlı əlaqə saxlamaqdır. Şəbəkənin bu səviyyəsi tərəfindən təmin olunan servislərə aşağıdakılar daxildir: Data bölünməsi — Data axınlarını müəyyən formalı fram və ya paket hissələri halına salır. Checksums — qəbul edicinin göndərilən dataları düz ardıcıllıqla toplaması və xəta olub olmamasını müəyyən etmək üçün checksum dataları göndərir. Bildiriş — Etibarlı data axını üçün qəbuledicinin data paketlərin qəbulu barədə müsbət və ya mənfi bildiriş göndərilməsidir.
Cumanci: Növbəti səviyyə (film, 2019)
Azərbaycana namus və sevgiylə (film, 2006)
Azərbaycana namus və sevgiylə qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir. == Məzmun == Film ANS televiziyasının 15 illik fəaliyyətini əks etdirir.