Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xan-Şeyxun
Xan-Şeyxun (ərəb. خان شيخون‎) - Suriyanın İdlib mühafazasına daxil olan şəhər. 2011-ci ilin məlumatlarına əsasən 552,972 nəfər əhalisi var.Suriya müharibəsi dövründə şəhər 2011-ci ildən Azad Suriya Ordusunun nəzarəti altında qalmış, 2014-cü ildə isə Nusra Cəbhəsinin nəzarəti altına keçmişdir. İddialara görə, 2017-ci ilin 4 aprel tarixində Xan-Şeyxun yaxınlığında kimyəvi silahdan istifadə edilməsi nəticəsində 100-dən çox şəxsin həlak olub.
Tərxun
Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir. == Botaniki təsviri == Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir. Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.
Şəbbu
Tərxun (dəqiqləşdirmə)
Tərxun — yovşan cinsinə aid bitki növü. Tərxun limonadı — tərxun bitkisindən hazırlanan içki.
Tərxun (içki)
Tərxun limonadı — tərxun bitkisindən hazırlanan içki. Dünyada və Azərbaycanda bir çox şirkət tərəfindən istehsal edilir. == Tarixi == Tərxun içkisi gürcü farmakoloq Mitrofan Laqidze tərəfindən 1887-ci ildə hazırlanmışdır. 1980-ci illərdə kütləvi istehsal olunmağa başlandıqdan sonra SSRİ-də populyar içkiyə çevrilmişdir. == Tərkibi == Tərxun içkisinin hazırlanmasında tərxun, şəkər, limon şirəsi və sudan istifadə olunur.
Tərxun limonadı
Tərxun limonadı — tərxun bitkisindən hazırlanan içki. Dünyada və Azərbaycanda bir çox şirkət tərəfindən istehsal edilir. == Tarixi == Tərxun içkisi gürcü farmakoloq Mitrofan Laqidze tərəfindən 1887-ci ildə hazırlanmışdır. 1980-ci illərdə kütləvi istehsal olunmağa başlandıqdan sonra SSRİ-də populyar içkiyə çevrilmişdir. == Tərkibi == Tərxun içkisinin hazırlanmasında tərxun, şəkər, limon şirəsi və sudan istifadə olunur.
Şəbxana (Kəleybər)
Şəbxana (fars. شبخانه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (10 ailə).
Əbdülməcid Təbbun
Əbdülməcid Təbbun (ərəb. عبد المجيد تبون‎; 17 noyabr 1945, Meçeriya[d], Naama vilayəti[d]) — əlcəzairli siyasətçi, 2019-cu ilin dekabrından etibarən Əlcəzair Prezidenti və Müdafiə Naziri.Keçmiş Prezident Əbdüləziz Buteflikadan və keçmiş Dövlət Başçısı vəzifəsini icra edən Əbdülqadir bin Salahdan icra vəzifəsini aldı. Daha əvvəl 2017-ci ilin mayından 2017-ci ilin avqustuna qədər Əlcəzairin Baş naziri olub. Bundan əlavə, 2001–2002-ci illərdə bir il, 2012-ci ildən 2017-ci ilədək 5 il müddətində yenidən Mənzil Naziri seçilib. == Həyatı == Təbbun 17 noyabr 1945-ci ildə Əlcəzairin Meçeriya şəhərində anadan olmuşdur. 1965-ci ildə Milli İdarəetmə Məktəbini bitirib. == Siyasi fəaliyyəti == Təbbun 1991–1992-ci illərdə Şadli Bencədidin prezidentliyinin son aylarında Yerli İdarəetmə Nazirinin nümayəndəsi idi. Daha sonra Prezident Əbdüləziz Buteflikanın dövründə hökumətdə 1999–2000-ci illər arasında Rabitə və Mədəniyyət Naziri, daha sonra 2000–2001-ci illər arasında Yerli İdarəetmə Nazirinin Nümayəndəsi vəzifələrində çalışdı. 2001–2002-ci illərdə Mənzil və Şəhərsalma Naziri oldu. On il sonra, 2012-ci ildə Baş nazir Əbdülmalik Sallal hökumətindəki Mənzil Naziri vəzifəsinə qayıtdı.
Şəhrun Yusifova
Şəhrun Yusifova (23 mart 1984) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Şəhrun Yusifova 1984-cü il martın 23-də anadan olub. == Karyerası == Şəhrun Yusifova 2005-ci ildə Riqa şəhərində (Latviya) baş tutan Avropa Çempionatının bürünc, 2006-cı ildə Bonn şəhərində (Almaniya) baş tutan Avropa Çempionatının isə gümüş medalına sahib olub.
Şxun
Şxun — iki və daha artıq dor ağacı olan yelkənli gəmi. == Ümumi məlumat == Şxun ingilscə “Schonner” sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı. Sonrakı dovrdə şxun daxili yanma muhərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır.
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Seydun
Seydun— İranın Xuzistan ostanının Bağ Məlik şəhristanının Seydun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,439 nəfər və 962 ailədən ibarət idi.
Seyhun
Sırdərya (özb. Sirdaryo, tac. Сирдарё, qaz. Сырдария, q.yun. Ἰαξάρτης, Якса́ртес) — Mərkəzi Asiyada uzunluğuna və bol sululuğuna görə ikinci çay (Amudəryadan sonra). == Təsvir == Sırdərya çayı Fərqanə vadisinin şərq hissəsində Narın çayının və Qaradərya çayının qovuşmasıyla yaranır. Sırdərya çayının mənbəyi dağlıq hissədə formalaşır. Əsasən qar suları ilə, qismən də yağış, yeraltı sular ilə qidalanır. Çay Fərqanə vadisindən və Fərhad dağlarından (dib eroziya) keçdikdən sonra enli (düzənliklərdə yan eroziya üstün olduğu üçün) axır. Ac çöl sahəsində 14.7 km eninə genişlənir.
Şeyxan
Şeyxan qəzası
Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018). == Bioqrafiya == Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb. == Diskoqrafiya == Танго (azərb. Tanqo‎) — 3:43 Осень (azərb. Payız‎) — 4:06 Прости (azərb.
Sərxan Sərxan (qatil)
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. == Alınması == Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. == Sözün mənşəyi == Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. == Kimyəvi tərkibi == Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Seben
Seben (türk. Seben) — Bolu ilinin ilçəsi.
Sebxa
Sebxa – (rus. себха, ing. sebkha) Şimali Afri­ka səhralarında gilli yastı dibə malik, şoranlıqlardan ibarət, axarsız qapalı çökəklər. Orta Asiya səhralarında takırlara oxşardır.
Sədun
Sədun – Tarixi Azərbaycan ərazisində vilayət, Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. "Tarix-i əl-Bab"da adı çəkilən Sədun Şəbəranın yaxınlığında idi. Xaqani və Fələki Şirvani kimi şairlər III Mənuçöhrün Girdimanda və Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin şəhərlərin Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir". Sədun-Sədan Xəzər dənizi və Ataçay çayının, Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır.
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Alber Lebrun
Alber Lebren (fr. Albert Lebrun; 29 avqust 1871, Mersi-le-O, Fransa – 6 mart 1950, Paris, Fransa) — 1932-1940-cı illərdə Fransa Respublikasının 15-ci prezidenti.
Con Kelxun
Con Kelxun (ing. John Caldwell Calhoun) - Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti.
Sebuan dili
Sebuan dili (Sebuano) (Sinugboanon, Binisayang Sinugboanon, Cebuano, Sebwano), Filippinin yerli dillərindən biridir. Sebuano dili Avstroneziya dillərinə daxildir. 2007-ci il məlumatlarına görə Sabuanca danışanların sayı 21 milyondur. == Sözlər müqayisəsi == === Cümlələr və Mənfilik === Üç formada mənfi cümlələr yaradılır: dili, wala və ayaw. Dili gələcəyi bildirərkən istifadə olunur. Dili ko mo trabaho ugma. “Sabah işə gəlməyəcəm.” Wala keçmişi bildirərkən istifadə olunur. Wala ko mo trabaho tibuok adlaw. “Mən bütün günü işləmədim” Ayaw əmir cümlələrini ifadə etmək üçün istifadə olunur. Ayaw og hilak.
Səfxan Rüstəmov
Rüstəmov Səfxan Hidayət oğlu (25 aprel 1926, Daşkənd, Yeni Bəyazid qəzası – 15 may 1991, Çənlibel, Şəmkir rayonu) — əməkdar müəllim, Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı. == Həyatı == Səfxan Rüstəmov 25 aprel 1926-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Basarkeçər rayonunun Daşkənd kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1951-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Səfxan Rüstəmov Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Vardenis rayon şöbəsinin əməkdaşı olmuşdur. 1970-ci ildən 1988-ci ilə qədər Daşkənd kənd orta məktəbində direktor müavini işləmişdir. Səfxan Rüstəmov əməkdar müəllim, Vardenis rayon və Daşkənd kənd sovetlərinin deputatı olmuşdur. 1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılan Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. Görkəmli pedaqoq Səfxan Rüstəmov Şəmkir rayonunun Çənlibel kəndində 15 may 1991-ci ildə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir.
Sərxan Abdullayev
Sərxan Abdullayev (filoloq)
Sərxan Aliyev
Sərxan Bayramov
Sərxan Oktay oğlu Bayramov (12 iyul 1993, Zaqatala – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri. 03.04.2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Kiçik gizir Bayramov Sərxan Oktay oğlu 1993-cü ilin 12 iyul günündə Zaqatala şəhərində anadan olub. 01.09.2000-ci ildə Zaqatala şəhəri Nizami Hüseynov adına 2 saylı tam orta məktəbinin birinci sinfinə daxil olub. 31.05.2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Kiçik gizir Bayramov Sərxan Oktay 08.10.2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Müddətli həqiqi hərbi xidməti zamanı könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə keçmiş, orda Xüsusi Təyinat kursunu bitirdikdən sonra ona kiçik gizir hərbi rütbəsi verilmişdir. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən aprel döyüşləri zamanı 03 aprel 2016-cı ildə Ağdərə-Goranboy istiqamətində Talış kənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Aprelin 11-i isə kiçik gizir Sərxan Bayramov doğulduğu Zaqatala şəhərində son mənzilə yola salındı.
Sərxan Bağırov
Sərxan Azər oğlu Bağırov (d. 10 oktyabr 1997; Göygöl, Azərbaycan — ö. 3 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Sərxan Bağırov 10 oktyabr 1997-ci ildə Göygöl rayonunun Alməmmədli kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Sərxan Bağırov 2016-cı ilin 3 aprel tarixində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Sərxan Bağırov doğulduğu Göygöl rayonunun Alməmmədli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bağırov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Sərxan Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Sərxan Hacıyev
Sərxan Eldar oğlu Hacıyev (8 iyul 1990, Qobustan, Azərbaycan — 23 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Hacıyev 8 iyul 1990-cı ildə Qobustan şəhərində anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (Gürcüstan, Dmanisi) Qızılkilsə kəndindən idi. Orta təhsilini də Qobustanda bitirib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Həci Hüseynov Füzulinin azad edilməsində savaşıb. Sərxan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşini bir həftə neytral ərazidə qaldıqdan sonra götürmək mümkün olub. Qobustan kənd qəbiristanlığında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Hacıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Hacıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Sərxan Həsənov
Sərxan Habil oğlu Həsənov (8 mart 1999 – 27 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərxan Həsənov 1999-cu il martın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 2005-2014-cü illərdə Q.Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Sərxan Həsənov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sərxan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sərxan Həsənov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Əlibəyli kəndində dəfn olunub.
Sərxan Həşimov
Sərxan Həşimov (Həşimov Sərxan Qasım oğlu; d. 26 yanvar, 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — "Microsoft" Azərbaycan nümayəndəliyinin rəhbəri, "Microsoft" MDB nümayəndəliyinin idarə heyətinin üzvlərindən biri. == Həyatı == Sərxan Həşimov 1984-cü ilin yanvar ayının 26-da Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1990–2000-ci illər ərzində Bakı şəhəri 5 nömrəli orta məktəbdə təhsil almışdır. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr səviyyəsində təhsil almışdır. 2004–2006-cı illər ərzində Maliyyə Menecmenti üzrə magistr təhsili almışdır. == Ailəsi == Evlidir, bir oğlu var. Vüqar Həşimovun qardaşıdır. Asudə vaxtlarında peşəkar şahmatla məşğul olur. == Karyerası == Sərxan Həşimov HP, "Oracle" və SAP kimi beynəlxalq şirkətlərdə çalışıb.
Morğdari-yi Şəban-i Kazim-i
Morğdari-yi Şəban-i Kazim-i (fars. مرغدارئ شعبان كاظمي‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.