Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkləmə
Təkləmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Təkləmə ilaxır çərşənbə və Novruz bayramı günlərində eləcə də digər günlərdə icra olunan uşaq oyunlarından biridir. Oyunun keçirilmə qaydası belədir: məhəllə uşaqları meydançaya, məhəllə həyətlərinə toplaşıb iki dəstəyə bölünür. Hər dəstənin başçısı oxuyur. Dəstə üzvləri əl çalır. Birinci dəstənin başçısı oxuyur. İkinci dəstənin başçısı cavab verir: Birinci dəstənin başçısı. İkinci dəstənin ayaq tərəfindən iki uşaq ayrılıb birinci dəstəyə qoşulur. Bu vaxt növbə ikinci dəstənin başçısına çatır. O, oxuyur: İndi birinci dəstədən üç uşaq ayrılıb ikinci dəstəyə qoşulur.
On iki raund 2: Yenidən yüklənmə
12 Raund 2: Yenidən yüklənmə, 2013-cü ildə çəkilmiş Amerika filmidir. Filmin rejissoru Roel Reine olmuşdur və filmdə baş rolu WWE güləşçisi Randy Orton oynamışdır. Nik Malloy adi bir təcili yardım işçisidir. Həmkarı Jay ilə başqa bir mübarizəyə girişən Nick, özünün məkrli psixopat Patrick Hellerin oyununa cəlb olunduğunu görür. Nik telefonla Hellerin əmrini yerinə yetirməlidir, əks halda cinayətkar arvadını öldürəcək. Tezliklə məlum olur ki, Heller həyat yoldaşının qatilindən bir tibb işçisinin köməyi ilə intiqam almaq istəyir.
Selenqe vilayəti
Selenqe vilayəti (monqolca: Сэлэнгэ аймаг) — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 17 rayonu (sumu) birləşdirən Selenqe vilayətinin ərazisi 41 152 Km2-dır. 1934-cü ildə yaradılan Selenqe vilayətinin ərazisi 41 152 Km2-dır. Selenqe vilayətinə 17 rayon (sum) daxilidir. 2017-ci ilə olan məlumatlara əsasən Selenqe vilayətinin əhalisi 108 768 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Ümmü Sələmə
Hind, Əbi Üməyyə Məxzumi qızı ləqəbi Ümmü Sələmə(ər:أم سلمة) olan islam peyğəmbərinin (s.a.s) zövcəsi. Ümmü sələmə alim birisi idi elə ki dini və Əhli-Beyti yaxşı tanıması üçün çoxlu kitablar oxuyub və hər sözü rahatlıqla təsdiqləməzdi. Buna görə də toplum arasında(قاریةالکتب) çox kitab oxuyan adı ilə məşhur olmuşdur. Ümmü Sələmə və ilk əri Əbdüllah ibni Əbdüləsəd ilk müsəlmanlardan idi. Əri Uhud döyüşündə öləndən sonra peyğəmbərin xanımı oldu. Onun adı Əhli beytə görə hədislər nəql etdiyi üçün müsəlmanlar arasında məşhur olmuşdur. Bunun səbəbi də Fatimə binti Əsəd (Əlinin anası) vəfat etdikdən sonra Məhəmməd onu Fatimənin himayəçiliyinə verdi.
Sələmə ibn əl-Əkva
Sələmə ibn əl-Əkva (ərəb. سَلَمَة بن الأكْوَع‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun tam adı Sələmə ibn əl-Əkva əl-Əsləmidir. O, görkəmli hədis ravilərindəndir. O, əla idmançı və çox sürətli qaçışı ilə tanınır və onun atdan daha sürətli qaça bildiyi və qışqırmasının 5 mil məsafədən eşidildiyi deyilirdi. Məhəmmədin dövründə o, "Zu Qarad hərbi ekspedisiyası"nın komandiri idi.