Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paytaxtların dəyişdirilməsi
Paytaxtların dəyişdirilməsi — paytaxt funksiyalarının ölkə daxilində bir şəhərdən digərinə keçirilməsi (bir sıra hallarda xüsusi olaraq bu məqsədlə tikilmiş yaşayış məskənlərinə).
Valyuta dəyişdirilməsi
Valyuta dəyişdirilməsi (ing. currency substitution) — milli pulun tədavül vasitəsi kimi xarici valyutalarla əvəz edilməsi və qanuni ödəniş vasitəsi statusu almış xarici valyutalar olmadan əmanət. İqtisadi dildə valyuta əvəzlənməsi oxşar hadisəni — qeyri-rəsmi (faktik, qismən, kölgə) dollarlaşmanı təsvir edən dollarlaşmanın formalarından biri ilə sinonimdir. == Konsepsiyanın mənşəyi == İqtisadiyyat nəzəriyyəsində "valyuta əvəzi" anlayışı 1977-ci ildə Buenos-Ayres Universitetində (Argentina) işləyərkən Gilermo Kalvo və Karlos Rodriges tərəfindən təqdim edilmişdir. İfadə onlar tərəfindən valyuta əvəzlənməsi baxımından real məzənnənin təhlili çərçivəsində istifadə olunub. İlk tədqiqatçıların gəldiyi əsas nəticə ondan ibarət idi ki, valyuta əvəzetməsi olduğu halda pul kütləsinin artması milli valyutanın dəyərdən düşməsinə səbəb olur. Bu termin iqtisadi ədəbiyyatda 1970-ci illərdən, inkişaf etməkdə olan iqtisadiyyatlarda valyutanın deregulyasiyası və maliyyə bazarlarının liberallaşdırılması proseslərinin başladığı vaxtdan fəal şəkildə istifadə olunur. == Alternativ təriflər == Valyuta əvəzlənməsinin iki əsas anlayışı var. Onlardan biri Qilyermo Kalvo və Karlos Veq (Cons Hopkins Universiteti) tərəfindən hazırlanmışdır. Onların variantında valyuta əvəzedicisi xarici valyutanın daxili bazarda tədavül vasitəsi kimi istifadə edilməsidir.
İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi (2023)
İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi — 2023-cü ildə Qəzzada müharibə zamanı yaraqlıların saxladığı girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün İsrail və HƏMAS arasında aparılmış bir sıra mübadilələr. Danışıqlar Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə aparılmış, daha geniş müvəqqəti atəşkəs razılaşmasının bir hissəsi olmuşdur. İsraildə sövdələşmə "Cənnətin qapısı" əməliyyatı (ivr. ‏דלתות שמיים‏‎), xarici vətəndaşların reabilitasiyası üçün alt proqram isə "Dostluq əli" əməliyyatı (יד אחות) adlandırılmışdır. İsrail 107-si uşaq olmaqla 240 fələstinli məhbusu azad etmişdir. Onların dörddə üçü cinayət törətməkdə mühakimə olunmamışdır. Bunun müqabilində HƏMAS 81 İsrail, 23 Tayland və 1 Filippin vətəndaşı olan 105 mülki şəxsi azad etmişdir.
Əlinin qətli
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261 İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.
Əlinin öldürülməsi

Təklifin tələb yaratması
Son illərdə dünyada şəhər nəqliyyat sektorunda ənənəvi, böyük investisiyalar tələb edən və geri dönüşü mümkün olmayan nəqliyyat sisteminin inkişaf etdirilməsi siyasəti yerinə, daha az sərmayə tələb edən və əldə olan qaynaqların daha ağıllı və məhsuldar istifadə etməklə inkişaf etdirilmiş nəqliyyat siyasəti tətbiq edilir. İctimai nəqliyyat vasitələrinə olan artan tələbatı təşviq etmək yerinə bu tələbi idarə etmək üçün inkişaf etdirilmiş bir "Nəqliyyatda tələbin idarə edilməsi" siyasəti həyata keçirilir. == Nəqliyyatda tələbin idarə edilməsi == Nəqliyyat və tıxac planlaması baxımından tələbin idarə edilməsi (Təklifin tələb yaratması) - ( ing. ing.Induced demand ) Dünyanın bir çox ölkələrinin əhalisinin artması, nəqliyyat vasitələri sayında, sərnişin və yük daşımacılığnda və bunlara əlavə olaraq qloballaşmanın sürətlə artması səfərlərə olan tələbə təsir etməkdədir. Bütün bu hadisələr insanların ev ilə iş yerləri arasında seçim etdikləri nəqliyyat imkanları və yük daşımacılığı seçənəklərini də dəyişdirir. Nəqliyyat ilə əlaqədar problemlər çox vaxt iqtisadi baxımdan yüksək xərclərə səbəb olur. Səfərlərə olan tələbin ödənilməsi, nəqliyyat (çatdırılma) və bununla əlaqədar imkanları (xərcləri) artırılmadan səfərlərə (yolculuğa) olan tələbi azaldaraq və yaxud məhdudlaşdıraraq həll etməyi qarşısına məqsəd qoyan planlamadır. Nəqliyyat problemlərini və tıxacların həll edilməsində böyük həcmli investisiyalar qoymadan aradan qaldırılması səfər vərdişlərinin dəyişdirilməsini hədəfləməkdədir. Bununla bərabər bütün nəqliyyat problemlərini və nəqliyyat tıxanıqlığının aradan qaldırılmasında hər dərdə dərman olamasa da olduqca təsirli bir strateji planlaşdırma hesab olunur. Nəqliyyat xidmətlərində ənənəvi olaraq təklif yönümlü həll istiqamətlərinə daha çox yer verilir və bu istiqamətdə nəqliyyatın imkanlarını (tutumunu, həcmini) artıracaq işlər görülür.
Şəklimi çək (mahnı)
Şaolinin 36-cı otağı
Şaolinin 36-cı otağı — 1978-ci ilə aid, Şaolin monastırı və əlbəyaxa döyüş sənətinə həsr olunmuş Çin filmidir. == Məzmun == Liu Yude adlı gənc oğlan müəlliminin təsiri ilə mancur hakimiyyətinə qarşı olan yerli qiyamçılara qoşulur. Hakimiyyət qiyamçıların bir çoxunu, o cümlədən Liu Yudenin atasını, müəllimini və dostlarını öldürdükdən sonra o, Şaolin monastırına gedərək kunq fu sənətinə yiyələnmək, beləliklə, yaxınlarının qisasını almaq fikrinə düşür. Yaralı olmasına baxmayaraq, Liu Yude böyük məhrumiyyətlərlə monastıra gəlib çıxır. Monastırda San Te adı ilə tanınan Liu Yude kunq fu məşğələlərinə başlayaraq, ən çalışqan tələbəyə çevrilir və ən qısa zaman ərzində 35 otaqda əlbəyaxa döyüşün sirlərinə yiyələnir. Kunq fu ustasına çevrilmiş San Te yenidən öz şəhərinə qayıdaraq əzilən xalqa kömək etmək qərarına gəlir. Yerli hakimiyyət nümayəndələrinə qarşı mübarizə aparan San Te öz ətrafına xeyli adam toplaya bilir. Mübarizəsi uğurlu başa çatdıqdan sonra yeni şagirdləri ilə Şaolinə qayıdan San Te 36-cı otağın əsasını qoyur.
İvan Şeblıkin
İvan Pavloviç Şeblıkin (rus. Иван Павлович Щеблыкин; 1884, Voronej – 14 iyun 1947) — rus arxeoloq və tarixçi. == Həyatı == İvan Pavloviç Şeblıkin 1884-cü ildə Voronejdə anadan olmuş, 1886-cı ildə isə ailəsilə birlikdə Tiflisə köçmüşdür. Atası onu Kazan məktəbinin memarlıq-bədii şöbəsinə qoyur və 1909-cu ildə o məktəbi uğurla qutarır. Həmin ildən də Qroznı şəhərində peşə məktəbində və qadınlar gimnaziyasında dərs deməyə başlayır. 1914-cü ildə Vladiqafqaza köçərək Müəllimlər İnstitutunda və kadet korpusunda müəllimlik edir, 1917-ci ildən sonra isə ilk sovet fəhlə fakültəsində və Ali Pedaqoji İnstitutda mühazirələr oxuyur və eyni zamanda bədii məktəbin müdiri vəzifəsində çalışır. === Elmi fəaliyyəti === İ.P.Şeblıkin 1921-ci ildə Şimali Qafqaz Diyarşünaslıq İnstitutunun muzeyində işə dəvət edilir. Bu dövrdə o, İnquş və Osetin diyarşünaslıq muzeylərinin elmi əməkdaşı olur, Dağıstan üzrə ekspedisiyalarda iştirak edir. 1928-ci ildə tarix və mədəniyyət abidələrinin bərpası üzrə nəhəng işlərin başladılması ilə əlaqədar olaraq, İ.P.Şeblıkin Bakıya dəvət edilir. A.Bakıxanov adına Tarix İnstitutunun, Nizami adına Muzeyin və Azərbaycan Abidələrinin Mühafizəsi üzrə Mərkəzi İdarənin əməkdaşı kimi bir sıra arxeoloji qazıntı və bərpa işlərində fəal iştirak edir.
Stalinin göydələnləri
Stalin göydələnləri (rus. Сталинские высотки) — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablarda bu binalar "yeddi bacı" adlanır. Binalar məhbusların və mülki inşaatçıların qüvvələri vasitəsiylə tikilib. == İdeyanın əsası == 1922-ci ildə Sovetlərin Birinci Ümumittifaq Qurultayında Moskvada Sovetlər Sarayının(ru) tikilməsi ideyası yarandı və bu ideya ömrünün sonuna qədər Stalini rahat buraxmadı. 1931-ci ildə Sovetlər Sarayının layihəsi üçün Ümumittifaq müsabiqəsi təşkil edildi, burada məşhur memarlar iştirak etdilər. 160 layihə təqdim olundu, lakin bütün tələblərə cavab verən layihə yox idi. Buna görə də layihələrin işlənməsi 1932–1933-cü illərə qədər davam etdi. Və sonda Boris Mixayloviçin(ru) layihəsi əsas götürüldü. Binannın hündürlüyü 420 metr və 100 mərtəbədən ibarət olması nəzərdə tutulurdu.
Stalinin başı
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. == Məzmun == Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Kekinin evi
Kekinin evi — Kazan şəhərində Qorki 8/9 ünvanında yerləşən, şəhərin mədəni irsi olan ev. Bina özündə modern və neoqotikanı cəmləyən eklektik üslubda inşa edilib. Binanın elementləri arasında mərakeş motivlərinə rast gəlmək mümkündür. == Haqqında == Binanın tikintisi 1903-1905-ci illərdə olub və memar Henri Ruşun son işidir. Binanı sifariş verən yeni evdən əlavə Kazanda bir çox binanın sahibi olan tacir milyonçu Leonti Kekin idi. Bina gəlir evi kimi istifadə olunub. 1910-1914-cü illər arasında binada V.Ryaxinanın özəl gimnaziyası, Təhsili yaymaq üçün pedaqoji cəmiyyətin gimnaziyası, N.Benevskinin hazırlıq məktəbi, Kazan dairəsinin yol və əlaqə idarəsi, S.Palçinskinin kitabxanası, L.Qrossun nəşriyyatı, P.Şatalovun kitab mağazası, A.Afanasyevin çaxır baqqalı və M.Tuxvatullinanın dükanı yerləşib. Sovet hökumətinin dövründə Kekinin evi dövlət mülkiyyətinə keçir. Müxtəlif dövrlərdə binada Kazan hərbi komissarlığı, Rayon su nəqliyyatının idarəetməsi idarəsi, 1 nömrəli yeməkxana yerləşib. XX əsrin sonlarında bina qəzalı vəziyyətə düşüb.
Yevgeni Şetinin
Yevgeni Şetinin (1 fevral 1970) — Belarusu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yevgeni Şetinin Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Yevgeni Şetinin Belarusu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Şaolinin 36-cı otağı (film, 1978)
Şaolinin 36-cı otağı — 1978-ci ilə aid, Şaolin monastırı və əlbəyaxa döyüş sənətinə həsr olunmuş Çin filmidir. == Məzmun == Liu Yude adlı gənc oğlan müəlliminin təsiri ilə mancur hakimiyyətinə qarşı olan yerli qiyamçılara qoşulur. Hakimiyyət qiyamçıların bir çoxunu, o cümlədən Liu Yudenin atasını, müəllimini və dostlarını öldürdükdən sonra o, Şaolin monastırına gedərək kunq fu sənətinə yiyələnmək, beləliklə, yaxınlarının qisasını almaq fikrinə düşür. Yaralı olmasına baxmayaraq, Liu Yude böyük məhrumiyyətlərlə monastıra gəlib çıxır. Monastırda San Te adı ilə tanınan Liu Yude kunq fu məşğələlərinə başlayaraq, ən çalışqan tələbəyə çevrilir və ən qısa zaman ərzində 35 otaqda əlbəyaxa döyüşün sirlərinə yiyələnir. Kunq fu ustasına çevrilmiş San Te yenidən öz şəhərinə qayıdaraq əzilən xalqa kömək etmək qərarına gəlir. Yerli hakimiyyət nümayəndələrinə qarşı mübarizə aparan San Te öz ətrafına xeyli adam toplaya bilir. Mübarizəsi uğurlu başa çatdıqdan sonra yeni şagirdləri ilə Şaolinə qayıdan San Te 36-cı otağın əsasını qoyur.
Məşədi Molla Əlinin bağ yeri
Məşədi Molla Əlinin bağ yeri — Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində qeydə alınıb. == Tarixi == Məşədi Molla Əlinin bağ yeri coğrafi adı Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində qeydə alınıb. Bu bağı kəndin nüfuzlu, hörmətli sakini Məşədi Molla Əli Vəliyev (1875–1937) saldırdığına görə o belə adlanmışdır. Həmin bağ yerində çoxlu sayda meyvə ağacları vardır.
Stalinin ölümü (film)
"Stalinin ölümü" (ing. The Death of Stalin) — 2017-ci ildə Armando İanuççinin rejissorluğu ilə çəkilmiş Böyük Britaniya-Fransa filmidir. Filmdə 1953-cü ildə İosif Stalinin ölümündən sonra SSRİ-də başlamış hakimiyyət uğrunda mübarizədən bəhs edilir. Film "Stalinin ölümü" (fr. La mort de Staline) adlı fransız dilli qrafik romana əsaslanmışdır. Film, 20 oktyabr 2017-ci ildə "eOne Films" tərəfindən Böyük Britaniyada, 9 mart 2018-ci ildə "IFC Films" tərəfindən ABŞ-da çıxarılmışdır. "Stalinin ölümü" 2017 Toronto Beynəlxalq Film Festivalının platforma hissəsində nümayiş etdirilmişdir. == Qadağalar == === Rusiyada qadağan edilməsi === Filmə qapalı baxış keçirən Rusiya Mədəniyyət Nazirliyi yanında ictimai şura "Stalinin ölümü" satirik filminin heç bir tarixi və mədəni dəyər daşımadığı, əksinə SSRİ simvolikasını — himn, orden, medallar — təhqir etdiyini əsas gətirərək, Mədəniyyət Naziri Vladimir Medinskiyə filmin ölkədə yayımlanmasına icazə verməmək üçün müraciət ünvanlamışlar. Bundan sonra filmin Rusiya Federasiyasında yaymlanması qadağan edilmişdir. === Azərbaycanda qadağan edilməsi və yayımlanması === "Stalinin ölümü"nün Rudiyada qadağan edilməsindən sonra, filmin Rusiya, MDB ölkələri və Baltikyanı ölkələrdə eksklüziv yayım hüququna malik olan "Volqa" (rus.
Sevginin bioloji əsasları
Sevginin bioloji əsasları nəzəriyyəsi təkamül psixologiyası, təkamül biologiyası, antropologiya və nevrologiya kimi bioloji elmlər tərəfindən tədqiq edilmişdir. Oksitosin kimi spesifik kimyəvi maddələrin ifraz olunması insanların sevgi ilə əlaqədar təcrübələri, duyğuları və davranışları kontekstində öyrənilir. == Təkamül psixologiyası == Təkamül psixologiyası sevgi üçün bir neçə izahat təklif etmişdir. Məsələn meymunun balaları çox uzun müddət valideynlərin köməyindən asılıdır. Buna görə də sevgi uzun müddət uşaqlara qarşılıqlı valideyn dəstəyini təşviq edən bir mexanizm kimi qəbul edilmişdir. Digəri, cinsi yolla ötürülən xəstəliklər, digər təsirlərlə yanaşı, hamiləliyin daimi azalmasına, dölün zədələnməsinə və doğuş zamanı risklərin artmasına səbəb ola bilər. Təkamül psixologiyası nöqteyi-nəzərindən sevgi ilə əlaqəli təcrübə və davranışların insan təkamülü ilə necə formalaşdığı baxımından araşdırıla bilər. Məsələn, təkamül zamanı insan dili - potensial həyat yoldaşına reproduktiv uyğunluğu mühakimə etməyə imkan verən "cütləşmə siqnalı" növü kimi seçilməsi irəli sürülüb. Miller təkamül psixologiyasını gələcək tədqiqatlar üçün başlanğıc nöqtə kimi təsvir etmişdi: "Koqnitiv nevrologiya beyində eşqbazlıq uyğunlaşmalarını lokallaşdırmağa cəhd edə bilər. Ən əsası, həyat yoldaşı seçiminə təsir edən eşqbazlığın ölçülə bilən aspektləri də daxil olmaqla, real həyatda partnyorların görüşü ilə bağlı daha yaxşı müşahidələrə ehtiyacımız var.
Şaolinin ilan və durna döyüş sənətləri (film, 1978)
Şaolinin ilan və durna döyüş sənətləri (ing. Snake & Crane Arts of Shaolin, çin. 蛇鶴八步) — rejissoru Çen Çi Hva olan və baş rolda Ceki Çanın oynadığı 1978-ci ildə çəkilmiş Honq Konq hərəkət filmidir. "Golden Harvest"in istehsalı olan film Lo Wei Motion Picture Company tərəfində nümayiş olundu. Tu Vi Ho ilə yanaşı Çen də filmin kaskadyor koordinatoru idi. = Məzmunu = Tzin sülaləsi dövründə səkkiz Şaolin ustası ən yaxşı döyüş texnikalarını "ilan və durnanın səkkiz pilləsində" birləşdirdi. Texnikaları güc simvolu olaraq əjdahanın nizəsi ilə birlikdə mühafizə üçün Ustad Lin-ə verilən bir kitabda yazdılar. Kitab döyüş sənətləri dünyasındakı ən təhlükəli sirr sayıldı və təlimatda olduğu kimi səkkiz bilici də yox oldu. Səkkiz klan hamısı kitab axtarmağa insanları göndərdi, buna görə Hu Yinqen adlı bir oğlan hədəflə görünəndə bir çox insan onu təqib etməyə başladı. Bir çox məşhur döyüşçünün toplandığı bir şəhərə gedir və dilənçi paltarında Huan Tzu adlı bir qızın köməyinə gəlir.
"Berlinin alınmasına görə" medalı
"Berlinin alınmasına görə" medalı — İkinci dünya müharibəsində qələbə mükafatı.. == Təsisi == Medal İkinci dünya müharibəsi zamanı Berlinin ələ keçirilməsi şərəfinə 9 iyun 1945-ci il tarixində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. == Təsviri == Dəyirmi, 32 mm diametrli, tunc medal. Arxasında döşə asılması üçün xüsusi sancaq yerləşdirilmişdir. Medalın üzərində "Berlinin alınmasına görə" sözləri, ən yuxarı hissəsində isə sovet ordusunun rəmzi olan 5 guşəli ulduz həkk edilmişdir.
Məcnun Leylinin məzarı üstündə
Məcnun Leylinin məzarı üstündə — 1897-ci ildə Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən göstərilmiş musiqili səhnəcik. M. Füzulinin "Leyli və Məcnun" poemasından götürülmüş, muğam musiqisi əsasında oynanılmış bu səhnəcikdə Məcnun rolunda Cabbar Qaryağdı oğlu çıxış etmişdi. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) idi. 13 yaşlı Üzeyir bəy Hacıbəyov bu tamaşada xorda oxumuşdur. Səhnəcik balaca Üzeyirə güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk Azərbaycan operasının — "Leyli və Məcnun"un yaranması üçün əsas təkan olmuşdu.
Məcnun Leylinin çadırı qarşısında
Məcnun Leylinin çadırı qarşısında - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin “Leyli və Məcnun” poemasında, bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun zəbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
Stalinin başı (film, 2016)
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. == Məzmun == Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Stalinin başı (film, 2017)

Stalinin qaranlıq keçmişi (film)
Stalinin qaranlıq keçmişi — qısametrajlı sənədli film. == Məzmun == Ekran əsərində qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanınan Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılmışdır. Tarix Stalini qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissorionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub. O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. O, Bakı qoçularının ətrafında birləşərək neftxudalardan böyük miqdarda pullar toplayıb. Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qoçularının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq 28 aprel 1920-ci ildə — Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Koba” ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllələnmişdir.
Stalinin ölümü (film, 2017)
"Stalinin ölümü" (ing. The Death of Stalin) — 2017-ci ildə Armando İanuççinin rejissorluğu ilə çəkilmiş Böyük Britaniya-Fransa filmidir. Filmdə 1953-cü ildə İosif Stalinin ölümündən sonra SSRİ-də başlamış hakimiyyət uğrunda mübarizədən bəhs edilir. Film "Stalinin ölümü" (fr. La mort de Staline) adlı fransız dilli qrafik romana əsaslanmışdır. Film, 20 oktyabr 2017-ci ildə "eOne Films" tərəfindən Böyük Britaniyada, 9 mart 2018-ci ildə "IFC Films" tərəfindən ABŞ-da çıxarılmışdır. "Stalinin ölümü" 2017 Toronto Beynəlxalq Film Festivalının platforma hissəsində nümayiş etdirilmişdir. == Qadağalar == === Rusiyada qadağan edilməsi === Filmə qapalı baxış keçirən Rusiya Mədəniyyət Nazirliyi yanında ictimai şura "Stalinin ölümü" satirik filminin heç bir tarixi və mədəni dəyər daşımadığı, əksinə SSRİ simvolikasını — himn, orden, medallar — təhqir etdiyini əsas gətirərək, Mədəniyyət Naziri Vladimir Medinskiyə filmin ölkədə yayımlanmasına icazə verməmək üçün müraciət ünvanlamışlar. Bundan sonra filmin Rusiya Federasiyasında yaymlanması qadağan edilmişdir. === Azərbaycanda qadağan edilməsi və yayımlanması === "Stalinin ölümü"nün Rudiyada qadağan edilməsindən sonra, filmin Rusiya, MDB ölkələri və Baltikyanı ölkələrdə eksklüziv yayım hüququna malik olan "Volqa" (rus.
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası
Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası — Zaqafqaziya seymində Azərbaycanı təmsil edən fraksiya. 1918-ci il fevralın 23-də təşkil olunmuş, həmin il mayın 26-da Zaqafqaziya seyminin buraxılması ilə fəaliyyəti sona çatmışdır. 1918-ci ilin yanvarında bolşeviklər Rusiyada Müəssislər məclisini buraxdıqdan sonra Zaqafqaziya Diyar Soveti yerli hökumət strukrurunun yaradılmasını qərara aldı. Bu vəzifəni 1918-ci il fevralın 23-də ilk sessiyasını keçirən Zaqafqaziya seymi öz üzərinə götürdü. == Müsəlman partiyalar == Zaqafqaziya seymində dörd müsəlman partiyası -Müsavat və ona qoşulan demokratik bitərəflər qrupu (bu qrup müsəlman ictimai xadimlərindən ibarət idi və müsəlman milli komitələri, müxtəlif mərkəzlər tərəfindən Müsavat Partiyası ilə eyni siyahıda irəli sürülüb seçilmişdilər),"Müsəlman Sosialist Bloku", Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət (menşevik) partiyaları təmsil olunmuşdu: Müsavat və demokratik bitərəflər qrupu — Məmməd Yusif Cəfərov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Məmməd Həsən Hacınski, Mir Hidayət bəy Seyidov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Qazı Əhməd bəy Məmmədov, Aslan bəy Qardaşov, Şəfi bəy Rüstəmbəyli, Cavad bəy Məlik-Yeqanov, Mustafa Mahmudov, Mehdi bəy Hacıbababəyov, Hacı Səlim Axundzadə, Mehdi bəy Hacınski, Xudadat bəy Məlik-Aslanov, Müseyib bəy Əxicanov, Lütfəli bəy Behbudov, Firidun bəy Köçərli, İbrahim ağa Vəkilov, Həmid bəy Şahtaxtinski, Rəhim bəy Vəkilov, Ələsgər Mahmudbəyov, Yusif Əfəndizadə, Mirzə Cəlal Yusifzadə, Məmmədrza ağa Vəkilov, İslam bəy Qəbulzadə; Müsəlman Sosialist Bloku - İbrahim bəy Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Bağır bəy Rzayev, Camo bəy Hacınski, Məhəmməd Məhərrəmov; Rusiyada müsəlmanlıq "İttihad" - Sultanməcid Qənizadə, Mir Yaqub Mehdiyev, Heybətqulu bəy Məmmədbəyli; Müsəlman Sosial Demokrat (menşevik) Partiyası "Hümmət" — Cəfər Axundov, İbrahim Əbilov, Əkbər Ağa Şeyxülislamov və Səməd ağa Ağamalıoğlu. Partiyaların bu siyahısı Seymin 1918-ci il 28 fevral tarixli iclasmda təsdiq olunmuşdu, lakin sonralar bu siyahıda müxtəlif dəyişikliklər edilmiş, bir partiyadan digərinə keçmək halları qeydə alınmışdı. Hümmətçi menşeviklər isə gürcü fraksiyasına daxil olmuşdular. Bütün partiyaların ümumi razılığı ilə "Müsavat fraksiyasının və demokratik bitərəflər qrupunun aşağıdakı tərkibdə rəyasət heyəti müsəlman fraksiyalarının birləşmiş iclaslanın rəyasət heyəti kimi qəbul edilmişdi: Məhəmməd Əmin Rəsulzadə (sədr), Məmməd Yusif Cəfərov və Nesib bəy Yusifbəyli (sədrin müavinləri), Mustafa Mahmudov və Rəhim Vəkilov (katiblər), Mehdi bəy Hacıbababəyov və İslam bəy Qəbulov (katiblər olmayanda onları müvəqqəti əvəz edənlər). == Müsəlman fraksiyanın fəaliyyəti == Müsəlman fraksiyası, gürcü və erməni fraksiyalarından fərqli olaraq, çox dağınıq fəaliyyət göstərməsinə baxmayaraq, mühüm məsələlərin müzakirəsində öz qətiyyəti və sabit siyasi mövqeyi ilə seçilirdi. Fraksiyanın əsas diqqəti cənub-qərbi Qafqazda cərəyan eden proseslərə yönəlmişdi.
İosif Stalinin heykəli (Qax)
İosif Stalinin heykəli — sakinlərinin əksəriyyətini gürcülər təşkil edən Azərbaycanın Qax rayonunun Əlibəyli kəndində yerləşən keçmiş SSRİ rəhbəri İosif Stalinin heykəli. == Haqqında == Heykəl 1940-1950-ci illərdə hazırlanıb. Hündürlüyü təxminən 7-8 metrə çatan heykəl kəndin mədəniyyət evinin binası qarşısında ucaldılıb. Heykəl milliyyətcə gürcü olan həmin kənd sakini İosif Amzaşvilinin təşəbbüsü ilə qoyulub. Həmin illərdə Əlibəyli kənd sovetinin sədri işləyən Amzaşvilinin dediyinə görə, heykəlin ayaq hissəsində betonun içinə bir şüşə çaxır da qoyulub. Kəndin sakinləri İosif Stalinin anadan olmasının və vəfatının ildönümlərində heykəli ziyarət edirlər. Kəndin sakinləri heykəli qoruyur və hər il ətrafda təmir işləri də aparırlar. == Həmçinin bax == Əlibəyli İosif Stalin == İstinadlar == == Xarici keçidlər == Heykəlin görünüşü. Foto: Şahpəri Abbasova. 2016-cı il.
Cekinin axtarışında (film, 2009)
Cekinin axtarışında (ing. Looking for Jackie) — film Çində 2009-cu ildə çəkilmişdir. Filmdə Ceki Çan öz rolunu ifa edir. == Məzmunu == Çunq Yatsan 16 yaşındadır, İndoneziyada yaşayır və bir gün onu tələbə kimi qəbul edəcək bütü Ceki Çanla görüşməyi xəyal edir. Çunq xəyallarına o qədər qarışır ki, o, hətta oxumur — mandarin ləhcəsindəki qiymətləri xüsusilə zəifdir, buna görə sinif yoldaşları onu döndərirlər. Çunq'u Pekindəki nənə və babalarına göndərmək istəyirlər və əvvəlcə yeniyetmə ayrılmaq istəməsə də, sonra Ceki Çan'ın növbəti filminin orda çəkiləcəyini öyrənəndə Pekinə gedir.