İosif Stalinin heykəli — sakinlərinin əksəriyyətini gürcülər təşkil edən Azərbaycanın Qax rayonunun Əlibəyli kəndində yerləşən keçmiş SSRİ rəhbəri İosif Stalinin heykəli.
İosif Stalinin heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Əlibəyli, Qax rayonu |
Sifarişçi | İosif Amzaşvili |
Hündürlüyü | 7-8 metr (təxmini) |
Heykəl 1940-1950-ci illərdə hazırlanıb.[1][2] Hündürlüyü təxminən 7-8 metrə çatan heykəl kəndin mədəniyyət evinin binası qarşısında ucaldılıb.[2]
Heykəl milliyyətcə gürcü olan həmin kənd sakini İosif Amzaşvilinin təşəbbüsü ilə qoyulub. Həmin illərdə Əlibəyli kənd sovetinin sədri işləyən Amzaşvilinin dediyinə görə, heykəlin ayaq hissəsində betonun içinə bir şüşə çaxır da qoyulub.[2]
Kəndin sakinləri İosif Stalinin anadan olmasının və vəfatının ildönümlərində heykəli ziyarət edirlər.[1] Kəndin sakinləri heykəli qoruyur və hər il ətrafda təmir işləri də aparırlar.[3]