Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahinabad
Şahinabad (Sayınqala)
Şahnavaz
Aşağı Şahnavaz (Çaroymaq)
Alnabat
Alnabat (əvvəlki adı: Əliismayıllı) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Alnabat kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Əliismayıllı kəndi Alnabat kəndi adlandırılmış və Əliismayıllı kənd inzibati ərazi dairəsi Alnabat kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kəndin əvvəllər də adı Alnabat olmuşdur. 1930-cu ilin qışında həmin kənddə öldürülmüş Əli İsmayılovun (bolşevik Qasım İsmayılovun qardaşı) adı ilə adlandırılmış, memorialtoponim idi. 25 oktyabr 2011-ci ildə kəndin əvvəlki adı bərpa olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Kənd əhalisinin bir hissəsi 1948-1950-ci illərdə Göyçə mahalından deportasiya olunanlardandır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1445 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Zahid Oruc — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Yaqub Məmmədov — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili.
Şahinabad (Urmiya)
Şahinabad (fars. شاهين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 222 nəfər yaşayır (54 ailə).
Şahinabad (Üşnəviyyə)
Şahinabad (fars. شاهين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (23 ailə). Əhalisini kürdlər təşkil edir.
Şahnalar (Ağyaxa)
Şahnalar — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Əhalisi 509 nəfərdir (2022).
Alnabat bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şahabad (Maku)
Şahabad (fars. شاه اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması haqqında məlumat yoxdur.
Şahbaba Məcidov
Şahbaba Yaqub oğlu Məcidov (9 may 1920, Şin, Şəki rayonu, Azərbaycan SSR) — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı. Şahbaba Yaqub oğlu Məcidov 9 may 1920-ci ildə Şəki rayonunun Şin kəndində anadan olub. Orta təhsilini kənd məktəbində aldıqdan sonra, 1937-ci ildə Şəki şəhəri V.İ. Lenin adına Pedaqoji Texnikuma daxil olub. Texnikumun III kursunda təhsil alarkən həqiqi hərbi xidmətə çağırılıb və Qızıl Ordu sıralarında xidmət edib. Məcidov Böyük Vətən Müharibəsi illərində Ukraynanın Sumı vilayəti Romnı şəhəri yaxınlığında ağır yaralanıb və əsir düşüb. 1944-cü ilin sentyabr ayında İtaliyanın Ravenna vilayətində hərbi əsir düşərgəsindən başqa yerə aparılarkən yolda qaçıb və partizanlara qoşulub. 1944–1945-ci illərdə 28-ci Qaribaldi briqadasının 7-ci bölüyünün tərkibində vuruşub. Partizanlar arasında "Franko" ləqəbi ilə tanınırdı. 1945-ci ildə İtaliya Kommunist Partiyası sıralarına qəbul edilmişdir. Müharibədən sonra İtaliyanın Punta Marina kəndində ilk iri kooperativ yaradıb, 8 il ərzində burada sədr vəzifəsini icra edib.
Anabat məscidi
Anabad məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən orta əsrlərə aid məscid == Coğrafi mövqeyi == Anabad məscidi Ordubad çəhərindən 4 km şimal-şərq tərəfdə, Gənzəçay çayının sol sahilində yerləşən Anabat kəndinin şimal-şərq tərəfində inşa olunmuşdur. == Tarixi dövrləşdirilməsi == Məscidin içərisində üzərində yazı olan bir ədəd taxta parçası saxlanılır. Qara rənglə ərəb və kiril əlifbası ilə yazılan kitabə vaxtilə məscidin tavanında da olmuşdur. Hər iki kitabənin mətni belədir: "Tirlər dəyişdirilib 28.08.1960. Yusif Xudayar oğlu.
Aşağı Şahnavaz (Çaroymaq)
Aşağı Şahnavaz (fars. شهنوازعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 149 nəfər yaşayır (31 ailə).
Orta Şahnavaz (Çaroymaq)
Orta Şahnavaz (fars. شهنوازوسطي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (24 ailə).
Yuxarı Şahnavaz (Çaroymaq)
Yuxarı Şahnavaz (fars. شهنوازسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (30 ailə).