Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Virqasiya (şaxələnmə)
Virqasiya (rus. виргация, ing. svirgation) (lat. virga – budaq, qol, qədəm) — dağlıq ölkənin yelpikvari ayrılan silsilələr və qırışıqlar dəsti ilə parçalnması.
Şaxələnmiş dovşanalması
Şaxələnmiş dovşanalması (lat. Cotoneaster divaricatus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Yarpaqlı koldur. Çində yayılmışdır. Düz dayanan, çox sıx çətirşəkilli, enli, hündürlüyü 2-2,5 m, çətirinin diametri 4-5 m-dək olan bitkidir. Budaqları qırmızımtıl-qonur, zoğları çoxsaylı, enli, şaxələnmiş, nazikdir. Yarpaqların uzunluğu 0,8-2 sm, yumurtavari və ya ellipsvari, əsasən ucu biz, üstü parlaq tünd yaşıl, çılpaq, alt tərəfi göyümtül, payızda tünd narıncı və ya narıncı-qırmızı-qonurdur. Maydan iyunadək çiçəkləyir. Çiçəkləri xırda, ağ, çəhrayı çalarlı, ətirli, çox vaxt 3 ədəd qalxanvari dəstələrdə yerləşir. Ləçəkləri düz dayanan, xırda, əks yumurtavaridir.
Yüksək şaxələnmiş polimer
Yüksək şaxələnmiş polimerlər — üç ölçülü dendrit quruluşa malik çoxşaxəli makromolekullardır. Dendrit quruluşlu yüksəkmolekullu birləşmələrin strukturu [1] altı sinifdən ibarətdir: (a) dendron və dendrimerlər; (b) hibrid dendritə oxşar polimerlər; (c) dendrit olunmuş, yaxud calaq polimerlər; (ç) hiper şaxələnmiş polimerlər; (d) ulduzvari polimerlər; (e) daraq tipli polimerlər (şək.1). İlk üç sinif şaxələnmə dərəcəsi 1.0 olan mükəmməl quruluşa malikdirlər, qalan üçü isə təsadüfi olan şaxələnmiş strukturu göstərir [2]. Klassik dendrimerlərin və hiper şaxələnmiş polimerlərin arasındakı prinsipial fərqlənmə - onların sintez üsüllarıdır [3]. Ədəbiyyatdan məlumdur ki, birinciləri yalnız seçilmiş ardıcıllıqla bir neçə dəfə təkrar olunan reaksiyalarla alırlar ki, bu da elementar fraqmentlərin nəsillərinin yeni qatlarının molekulun başlanğıc nüvə adlandırılan mərkəzi atom (yaxud molekul) ətrafında mərhələli artmasına imkan verir, (divergent sxem) və yaxud isə əks üsuldan istifadə olunur: molekulun formalaşması onun periferiyasından başlayır və şərti konus formalı olan intermediant-dendronların hər bir mərhələdə böyüməsi ilə gedir. Yalnız sonuncu mərhələdə dendronlar nüvəyə birləşir, bu da tam dendrit molekulun formalaşmasina gətirib çıxarır (kovergent sxem). Hiper şaxələnmiş polimerlər bir mərhələli üsulla alınır [4]. Qeyd olunduğu kimi, dendrimerlərin sintezinə iki cür yanaşma var: divergent və kovergent sintez sxemləri [5]. Dendrimerlərin divergent sintez sxemi reaksiyaların seçilmiş ardıcıllıqlarının dəfələrlə təkrarlanmasını təmsil edir, bu mərkəzi atom (yaxud molekul) ətrafında, yəni dendrit molekulun başlanğıc nüvəsinin ətrafında elementar fraqmentlərin nəsillərinin yeni qatlarının mərhələli artmasına imkan verir. Bu sxemin üstün cəhəti səth qatının yüksək funksionallıqlı olmasındadır və bu metod ilə ilk sintez 80-ci illərdə Tomaliya tərəfindən aparılmışdır [6].