Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şaxmılı (Kəleybər)
Şaxmılı (fars. شخملو‎‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (10 ailə).
Asılılıq
Asılılıq — mənfi nəticələrinə baxmayaraq, mükafatlandırıcı stimullara məcburi cəlb olunma ilə xarakterizə olunan beyin pozuntusu halıdır. Asılılıq insanın fiziki, ruhi və sosial həyatına mənfi təsir göstərir. Asılılıq fərdlər və bütövlükdə cəmiyyət üçün ’’həddindən artıq yüksək maliyyə və insan itkisi’’ yaradır. Amerika Birləşmiş Ştatlarında cəmiyyət üçün ümumi iqtisadi xərclər bütün diabet və xərçəng növlərindən daha çoxdur. == Asılılıq növləri == Asılılıq deyildiyi zaman insanların istifadə etdiyi maddələrin növündən bəhs olunur. Aşağıdakı növləri var: Texnologiya asılılığı Alkaqol asılılığı Qumar asılılığı Kokain asılılığı Tütün asılılığı Siqaret asılılığı Eroin asılılığı Ekstazi asılılığı Uçucu maddə asılılığı Amfetamin asılılığı Metamfetamin asılılığı Tərəfdaş aslılığı Alışveriş aslılığı Uşaq və gənclərdə maddə asılılığı Cinsi aslılıq Marixuana asılılığı Tiryək asılılığı Münasibət asılılığıDavranış aslılıqları aşağıda göstərilir.
Sağçılıq
Sağçılıq — sosial iyerarxiya və ya ictimai bərabərsizliyi qəbul edən və dəstəkləyən siyasi mövqe. == Tarixi == Sağ və sol adlı siyasi anlayışlar Fransız inqilabı (1789-1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır. Parlament sədrinin sağındakı kreslolarda oturanlar, əksəriyyətlə monarxiyaçı Köhnə Rejimin dəstəkçilərindən meydana gəlmişdir.
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. == Pəhrizlə müalicə == Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan.Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". == İfrat millətçilik və irqçilik == İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
İnternet-asılılıq
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.
Saxsılı (Heris)
Saxsılı (fars. ساخسلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (33 ailə).
Saxsılı (Nəmin)
Saxsılı (fars. ساقصلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 603 nəfər yaşayır (123 ailə).
Xətti qeyri-asılılıq
Xətti cəbrdə xətti asılılıq — xətti fəzanın alt çoxluğunun malik ola biləcəyi xüsusiyyətdir. Xətti bir asılılıqla, sıfır elementə bərabər olan bu çoxluğun elementlərinin qeyri-trivial xətti birləşməsi var. Belə birləşmə olmadıqda, yəni yeganə belə xətti birləşmənin əmsalları sıfıra bərabər olduqda, çoxluq xətti qeyri-asılı adlanır. == Nümunə == R 3 {\displaystyle \mathbb {R} ^{3}} vektorlar ( 1 , 0 , 0 ) {\displaystyle (1,0,0)} , ( 0 , 1 , 0 ) {\displaystyle (0,1,0)} Və ( 0 , 0 , 1 ) {\displaystyle (0,0,1)} xətti asılı deyil, çünki tənlik belədir: a 1 ⋅ ( 1 , 0 , 0 ) + a 2 ⋅ ( 0 , 1 , 0 ) + a 3 ⋅ ( 0 , 0 , 1 ) = ( 0 , 0 , 0 ) a i ∈ R {\displaystyle a_{1}\cdot (1,0,0)+a_{2}\cdot (0,1,0)+a_{3}\cdot (0,0,1)=(0,0,0)\quad a_{i}\in \mathbb {R} } yalnız bir - trivial həlli var. Vektorlar ( 1 , 0 , 0 ) {\displaystyle (1,0,0)} və ( 5 , 0 , 0 ) {\displaystyle (5,0,0)} isə xətti asılıdır ( 1 , 0 , 0 ) ⋅ 5 = ( 5 , 0 , 0 ) , {\displaystyle (1,0,0)\cdot 5=(5,0,0),} deməli, − 5 ⋅ ( 1 , 0 , 0 ) + 1 ⋅ ( 5 , 0 , 0 ) = ( 0 , 0 , 0 ) . {\displaystyle -5\cdot (1,0,0)+1\cdot (5,0,0)=(0,0,0).} == Xüsusiyyətləri == 0 ∈ M ⇒ M {\displaystyle 0\in M\Rightarrow M} xətti asılıdır. M {\displaystyle M} xətti qeyri-asılıdır ⇒ {\displaystyle \Rightarrow } M ′ {\displaystyle M'} hamısı üçün xətti qeyri-asılıdır M ′ ⊆ M {\displaystyle M'\subseteq M} . M {\displaystyle M} xətti asılıdır ⇒ {\displaystyle \Rightarrow } M ′ {\displaystyle M'} hamısı üçün xətti asılıdır M ′ ⊇ M {\displaystyle M'\supseteq M} .
Qıcıqlanma və enerjidən asılılıq
Qıcıqlanma və enerjidən asılılıq- İstənilən canlı orqanizm ətraf mühitlə qırılmaz surətdə bağlıdır. == Ümumi məlumat == Məlumdur ki, təbiətdə canlı orqanizmlər mühitin əlverişsiz amillərinin təsirinə daima məruz qalırlar. Həmçinin ətraf mühitdən özünə zəruri olan maddələri çıxarırlar. Təkamül prosesində canlı orqanizmlərdə qıcıqlanma yəni xarici təsirlərə seçmə reaksiyası yaranmış və möhkəmlənmişdir. Ətraf mühit şəraitinin hər-hansı dəyişikliyi orqanizmdə qıcıqlanma yaradır. Orqanizmin xarici qıcıqlandırıcılara cavab reaksiyası onun həssaslığının göstəricisi rolunu oynayır. Bundan başqa,canlı orqanizmlər enerjidən asılılıq qabiliyyətinə də malikdirlər. Enerjinin daxil olması üçün açıq olan bu sistemlər yalnız onlara kənardan fasiləsiz olaraq enerji və materiya daxil olduğu şəraitdə dayanıqlıdır. Canlı orqanizm ətraf mühitdən enerji və materiya qəbul etdiyi müddətdə mövcuddur (yaşayır).