SARILIQ

SARILIQ I is. Rəngi sarıya çalan, rəngi solmuş. Nəyə lazım sarılıq, solğunluq; Bizdə var qırmızılıq, dolğunluq (M.Müşfiq).

SARILIQ II is. tib. Yoluxucu xəstəlik. Sarılıq keçici xəstəlikdir.

SARI
SARIMAQ
OBASTAN VİKİ
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Altay sarılıqotu
Altay sarılıqotu (lat. Erysimum altaicum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Boz sarılıqotu
Boz sarılıqotu (lat. Erysimum canescens) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Marşall sarılıqotu
Marşall sarılıqotu (lat. Erysimum marschallianum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Narıncı sarılıqotu
Qalxanlı sarılıqotu
Qalxanlı sarılıqotu (lat. Erysimum cuspidatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Qollu-budaqlı sarılıqotu
Qollu-budaqlı sarılıqotu (lat. Erysimum diffusum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü. İkiillik ot bitkisi olub, hündürlüyü 80 sm olub, bozumtul qısa sıx tükcükləri vardır. Gövdəsi bir və ya bir neçə olub, budaqlanandır. İnkişafının birinci ilində yalnız kökətrafı çətir əmələ gətirir. Çətir yarpaqları uzunsov daralmış saplaqdan ibarət olub, kiçik dişciklidir. İnkişafının ikinci ilində çoxlu qısa və nazik, tədricən azalan gövdələri üzərində xətti-neştərşəkilli və ya xətti, qısasaplaqlı və bütövkənarlı yarpaqları olur. Sonluqda yerləşən çiçəkləri oldaqca uzun fırçadan, kiçik, düz, sərbəst ləçəkləri, dördölçülü limonu-sarı rənglidir. Meyvələri uzun və nazik, uzunluğu 4 sm, olub, ağımtıl tükcüklərdən ibarətdər. Toxumları kiçik, kürəni-qonur rənglidir.
Sarılıqotu
Sarılıqotu (lat. Erysimum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Şəbbuyabənzər sarılıqotu
Şəbbuyabənzər sarılıqotu (lat. Erysimum cheiranthoides) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Bağ sarılıqotu
Bağ sarılıqotu (lat. Erysimum cheiri) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.

Digər lüğətlərdə