SAXTALIQ

is.
1. Saxta şeyin halı; qəlblik. Sənədin saxtalığı bilindi.
2. məc. Sünilik, riyakarlıq, ikiüzlülük, qeyrisəmimilik; saxta hərəkət.
Dünyada saxtalığı, ikiüzlülüyü, riyanı və hiyləni sevməyən təmiz və səmimi bir şey varsa, o da sevgidir. M.S.Ordubadi.
[Züleyxa] …saxtalıq nə olduğunu bilmirdi. M.İbrahimov.

// Yalan, hiylə, kələk.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAXTALIQ hiylə — fırıldaq — kələk — ikiüzlülük — riyakarlıq
  • SAXTALIQ qəlplik — yapmalıq — qondarmalıq — uydurmalıq
SAXTALAŞDIRMAQ
SAXURLAR

Digər lüğətlərdə