Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İrigöz şişqarın
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.
Azov şişqarını
Alosa tanaica (lat. Alosa tanaica) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Azov dənizində və Qara dənizin şərq yarısında, qərbdən Qaradağa və cənubdan Batumiyə qədər yayılmış Xəzər şişqarınının alt növüdür. == Təsviri == Uzunluğu 20 santrimetrə qədər olsa da, adətən 14–16 sm olur. == Biologiya == Qışı Qara dənizin Qafqaz sahillərinə yaxın hissəsində keçirir. Bu, çayların aşağı axınında çoxalmış yarımkeçici balıqdır. Yazda, mart-aprel aylarında Kerç boğazından keçir, payızda isə yenidən qışlamağa gedir. Aprel ayında Don çayının aşağı axınlarında, Kuban çayında, qismən Donun ağzından əvvəl Taqanroq körfəzində kürü tökmək üçün daxil olur. Kürüləmə mayın əvvəlindən iyulun əvvəlinə qədər baş verir. Əksər halda iki yaşında, nadir hallarda isə bir yaşında yetkinlik yaşına çatır.
Xəzər şişqarını
Alosa caspia (lat. Alosa caspia) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Xəzər dənizində geniş yayılıb. Aqraxan körfəzindən Ural və Embaya qədər olan sahədə kürü tökürlər. Azsulu illərdə Volqa deltasına girir və xeyli yuxarı qalxırlar. Qəlsəmə dişcikləri çoxsaylı (50-180), nazik, uzundur. Bel üzgəcində 13-15, anal üzgəcində 15-20 şüa vardır. Qəlsəmə qapaqları arasında başın hər iki tərəfində bir tünd ləkə vardır. Bu cür ləkələr bədənin yanlarında da mövcuddur. Çənələrində dişlər zəif inkişaf etmiş, nazikdir.
Simnarın Xavərnaq qəsrindən yerə atılması
Simnarın Xavərnaq qəsrindən yerə atılması - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvi edilmiş səhnə əsasında Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Nizaminin “Yeddi gözəl” poemasında Bəhramı tərbiyə edən Yəmən hökmdarı Neman Bəhrama bürcləri aya yüksələn, əfsanəvi gözəlliyə malik bir qəsr tikdirir. Qəsrin divarına gün düşəndə göz qamaşdırır. Qəsr gecə-gündüz üç rəngə düşürdü – göy, ağ və sarı. Xavərnaq qəsrinin memarı Simnar zəhməti müqabilində çoxlu mükafat alır. Bu mükafatdan sevinən memar ehtiyatsızlıq edərək deyir: Simnarın bu sözündən sonra şah ehtiyat edir ki, o, pul gücünə başqa padşaha Xavərnaq qəsrindən daha gözəl qəsr tikə bilər. Odur ki, memarı ucaltdığı qəsrin bürcündən yerə atmağı əmr edir. Beləliklə, Simnar zəhmətinə qarşı mükafat əvəzinə həyatını qurban verir. Simnarın yerə atılması süjeti dağ və ağaclıq fonunda təsvir olunmuşdur. Miniatürdə Simnarın faciəsi ilə əlaqədar həyəcan və təşviş sezilir.