Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andrey Sipilin
Andrey Sipilin (Andrey Vladimiroviç Sipilin) — Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin sabiq köməkçisi (2019—2022). == Həyatı və təhsili == 1995—1999-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 2000—2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000—2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb. == Əmək fəaliyyəti == 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004—2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2019—2022-ci illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi çalışıb. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.
Sibirin istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
Misirin dövlət quruluşu
Misir Ərəb Respublikası çoxpartiyalı demokratik bir sistemlə idarə olunmaqdadır. Konstitusiyası 1971-ci il referendum ilə təsdiqlənmişdir. Ölkənin rəhbəri prezidentdir. Konstitusiyaya görə prezident 6 ildən bir seçilməli idi və bu müddət limitsiz də ola bilərdi.Prezident bir və ya daha çox vitse prezident, baş naziri, nazirləri, mülki və hərbi rəsmiləri, diplomatik nümayəndələri təyin edə və ya çıxara bilərdi. O ali baş komandandır. Onun əfv etmə və məhkəmə hökmünü azaltmaq hüququ vardır. O referendum çağıra bilərdi. Xalq Assambleyasını təsdiq edə bilərdi, ancaq yalnız müəyyən edilmiş vaxt üçün fərmanları çap etməyə hüququn qüvvəsi vardır. Məhkəmə qurumunun Ali Şurasına rəhbərlik edirdi. Xalq Assembliyası yalnız referendum və ya hərbi vəziyyətdə buraxa bilərdi.
Misirin yeni paytaxtı
Misirin yeni paytaxtı — 13 mart 2015-ci ildə Misir İqtisadi İnkişaf Konferansında İnşaat naziri Mostafa Madbuli tərəfindən elan edilən irimiqyaslı layihədir. Yeni şəhər Qahirənin şərqində və İkinci Böyük Qahirə şəhərətrafı yolunun çölündədir. Hələ ki, şəhərə ad verilməyib. Planlara görə şəhər Misirin inzibati və iqtisadi paytaxtı olacaq. Sahəsi 700 km2-dir. Şəhərdə 5 milyona qədər insanın yaşayacağı və əsas hökumət departamentlərinin və nazirliklərinin, həmçinin xarici səfirlikləri burda yerləşməsi planlaşdırılır. Təklifə hal-hazırda Misir Hava qüvvələri tərəfindən istifadə edilən Vadi Al Candali aeroportunun ərazisində tikiləcək böyük əyləncə parkı və yeni beynəlxalq aeroport daxildir. 45 milyard ABŞ dolları xərci ilə parlamentin, prezident saraylarının, nazirliklərin və xarici səfirliklərin köçürülməsinin 2020-2022-ci illərdə tamamlanması planlaşdırılır. Proyekt üçün ümumi xərc və vaxt açıqlanmayıb. Rəsmi açıqlamadan əvvəl danışan Misirin İnvestisiya naziri Əşrəf Salman yeni paytaxtın Misir xəzinəsindən istifadə etmədən "özəl sektör şirkəti tərəfindən inkişaf etdirilməsi, təfsilatı ilə planlanlaşdırılması və icra edilməsinin" mümkünlüyü barədə danışıb.
Sibirin rus istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı
"Qərbi Sibirin yeraltı sərvətlərindən istifadə edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 28 iyul 1978-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.