Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şaban Şirdanov
Şaban Şirdanov — Azərbaycanlı futbol mütəxəssisi. == Həyatı == Şaban Rəcəb oğlu Şirdanov 1960-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuşdur. == Təhsili == 1982-ci ildə Azərbaycan SSR Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə ilə bitirmişdir. == Karyerası == Ali təhsil aldığı illərdə tərkibində İqor Ponomaryovun da oynadığı Azərbaycan SSR-in tələbələrdən ibarət yığma komandasında çıxış etmişdir. Ali məktəbi bitirdikdən sonra onun təyinatını elə doğulduğu Zaqatala rayonuna verirlər. Burada idman müəllimi kimi işə başlayır. Az sonra rayonda futbol məşqçisi kimi tanınır. === Daşqın === 1981-ci ildə Zaqatalaya qayıdaraq bir müddət əvvəl dağılmış rayonun "Daşqın" futbol komandasını yenidən bərpa etmiş, 1995-ci ilədək həmin komandanın oynayan baş məşqçisi olmuşdur. "Daşqın" onun rəhbərliyi altında 1988-1990-cı illərdə SSRİ çempionatının aşağı dəstələrində, 1992-1993-cü illərdə müstəqil Azərbaycanın ilk milli çempionatlarında, 1994-1995-ci illərdə Azərbaycan çempionatının aşağı dəstəsində mübarizə aparmışdır. 1991-ci ildə Azərbaycanda ilk dəfə rayon kəndləri arasında bütün mövsümü əhatə edən dairəvi, iki dövrəli futbol çempionatı keçirmişdir.
Sirdan
Sirdan — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində şəhər. == Tarix == Tarım bölgəsi, tarix baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridir. Bura 9-cu əsrdən bəri Azərbaycan tarixinə dərin izlər qoymuş Salarilər kimi böyük sülalələrin mərkəzinə çevirilmişdi, belə ki Tarım bölgəsindəki Kəngər və ya Qız qalası vaxtıilə Salarilərin paytaxtı imiş. Bölgənin başqa önəmli qalalarından Qız qalası, Oğlan qalası, Niyərikdəki Narınqala, Üməra qalası, Firdövs qalası və Səngan kəndindəki Talıbxan qalasının (Talfan qayası) adını çəkmək olar. Sirdan uzun bir tarixə malik olaraq, İslamdan sonra Tarım bölgəsinin (Yuxarı Tarım və Aşağı Tarım) mərkəzi olub. 1928-ci ildə burada 2,000 insan yaşamaqda imiş. Sirdan ilk olaraq şəhərin şərqindən axan çayın qırağından təşkil edilərək quzey, qərb və güneyə doğru genişləməyə başlayıb. Şəhərin evləri sıx və bir-birinə yaxın tikilsədə 1980-ci ildən dağınıq şəkildə evlərin tikilməsinə başlayıb. Hazırda Sirdanın sahəsi 17 hektardır. == Coğrafi Yerləşməsi == Sirdan şəhəri Qəzvin, Zəncan və Gilan ostanlarının kəsişdiyi yerdə, Şamadəşt dağının şimal-şərq yamacında yerləşir.
Şırdan
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Şirtan
Şartan (шарта́н, шырта́н, шитран; çuvaş. шӑрттан, шӑртан) - Çuvaşların xüsusi ənənəsi ilə hazırlanan kolbasadır. Delikates hesab edilir və adətən bayramlarda hazırlanır. Bayram ənənəsi daşıyır. Onu vam xodda odun üzərində bişirirlər. Əsas tərkibi qoyun əti, mədəsi və sarımsaqdır. Müasir dövrdə çuvaşlar bu kolbasanı yalnızca qoyun ətindən deyil, həmçinin mal əti və donuz ətindən də istifadə edirlər. Çuvaşiya və Mariy El respublikalarında bu kolbasanı istehsal edən sənaye obyektləri mövcuddur. == Hazırlanması == Kolbasanı hazırlamaq üçün farş ilə lazımı inqreyendləri birlikdə vam xodda odun üzərində bişirmək lazımdır. Bişirilmə prosesi biretaplıdır və 6 saat çəkir.
Şirvan
== Tarixi yaşayış məntəqələri == Şirvan (tarixi ərazi) — Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Şirvan (qədim şəhər) — Azərbaycan ərazisində qədim şəhər, Şirvan vilayətinin mərkəzi olmuşdur. Şirvanat — Şirvan bölgəsinin adının ərəbcə cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. Şirvan xanlığı — 1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində mövcud olmuş dövlət. Şirvan bəylərbəyliyi və ya Şirvan vilayəti — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi. Şirvan əyaləti — Osmanlı dövlətinin tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Şirvan bəyliyi — Osmanlı imperiyası daxilində bir kürd bəyliyi. == Müasir yaşayış məntəqələri == Şirvan (Azərbaycan) — 2008-ci ilədək adı Əli Bayramlı olan Azərbaycan şəhəri. Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən ərazi.
Şiran
Şiran — Gümüşxanə ilində ilçə.
Axtaçı Şirvan
Axtaçı Şirvan — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Axtaçı Şirvan Hacıqabul r-nunda eyni adlı i.ə.v-də kənd. Şirvan düzündədir. Kürün Şirvan hissəsində yerləşdiyi üçün belə adlanmışdır. 1917-ci ildə Göyçay qəzasında Axtaçı Salyan adlı yaşayış məntəqəsi də qeydə alınmışdır. XIX əsrə aid mənbələrdə Axtaçı Sultanbəyli, Axtaçı Kəkəli kəndlərinin olduğu da göstərilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 587 nəfər əhali yaşayır.
Bayramlı (Şirvan)
Bayramlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibində faktik mövcud olan ərazi vahidi Bayramlı qəsəbəsi adlandırılmış və şəhərin ərazi vahidləri siyahısına daxil edilmişdir. Bayramlı qəsəbəsi Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bayramlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.Şirvan şəhərinin Bayramlı qəsəbəsi şəhərin əsas hissəsindən fərqli olaraq Kür çayının sağ sahilində yerləşir. Ərazisi 120 ha, əhalisi 2552 nəfərdir. Qəsəbədə əhali əsasən fərdi təsərrüfatla məşğuldur. Qəsəbədə 477 fərdi təsərrüfat, 4 ədəd iki mərtəbəli, 1 ədəd bir mərtəbəli, 2 uyğunlaşdırılmış yaşayış binası vardır ki, bunlarda da 86 ailə məskunlaşmışdır. Bayramlı qəsəbə İcra Nümayəndəliyi M.Ə.Sabir küçəsi 1 ünvanında yerləşir.[mənbə göstərin] == Tarixi == Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakət zamanı 2010-cu ilin mayında Azərbaycanın Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisində Kürün səviyyəsi durmadan artmışdır. Bayramlı qəsəbəsi əhalisinin bir qismi suyun əhatəsində qalmışdır. Əhalinin evakuasiyası üçün yalnız bir yol - Kürün üzərində olan dəmir yolu körpüsü qalmışdır. Bayramlı qəsəbəsində 510 ev su altında qalmışdır.
Dağlıq Şirvan
Dağlıq Şirvan iqtisadi rayonu — tərkibinə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir. Dağlıq Şirvan iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şamaxıdır. İqtisadi rayon şimaldan Quba-Xaçmaz, qərbdən Şəki-Zaqatala, cənubdan Aran, şərqdən isə Abşeron iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Düzənlik hissənin iqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km, əhalisi 270,2 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7%-ni, əhalisinin isə 3,2%-ni təşkil edir. Respublikanın digər iqtisadi rayonları ilə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Əhalinin orta sıxlığı hər kv.
Qədim Şirvan
Şirvan — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Xəzər dənizi sahilində - Şamaxı-Dərbənd ticarət yolu üstündə yerləşirdi. Tarixi Şirvan vilayətinin mərkəzi idi. Əlİstəxri, ibn-Havqəl və əl-Müqəddəsi Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını çəkirlər. İbn Havqəlin xəritəsində Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən çay keçir". V. F. Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana aiddir, belə ki, İstəxrinin əsərinin bizə gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində Şirvan əvəzinə Şəbəran yazılmışdır.
Yeni Şirvan
Yeni Şirvan (qəzet)
Yusif Şirvan
Yusif Əsgər oğlu Əsgərov (26 dekabr 1910 – 9 avqust 1979) — Azərbaycan şairi. == Həyatı == 1910-cu ildə Bakı quberniyasının Şamaxı şəhərində müəllim ailəsində anadan olmuşdur 8 yaşından ata-anasını itirdiyindən yetim qalmış, bacısı ilə birlikdə qohumlarının himayəsində boya-başa çatmışdır İbtidai məktəbi bitirəndən sonra Nuxa şəhər pedaqoji texnikumunda təhsil almışdır (1924–1928) Əmək fəaliyyətinə Şamaxı qəzasının Bicov kənd məktəbinin direktoru vəzifəsində başlamışdır 1929-cu il avqust ayından Lənkəran şəhər nümunəvi orta məktəbində dərs Hissə müdiri olmuş, bir ildən sonra Bakı Ali pedaqoji məktəbində təhsilini davam etdirmiş, eyni zamanda Azərkinoda bədii büronun üzvü (1930–1932), Azərbaycan Baş Ədəbiyyat Müfəttişliyi idarə-sində siyasi redaktor (1932–1934) işləmişdir Ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamış. mətbuatda oçerk, Hekayə, povest, roman və məqalələrini müntəzəm çap etdirmişdir İnstitutu bitirdikdən sonra "Ədəbiyyat qəzeti"nə məsul katib təyin edilmiş, sonra Azərnəşrdə, Uşaqgəncnəşrdə bədii ədəbiyyat üzrə redaktor, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Hazırlıq kursunda və 132 nömrəli Bakı şəhər məktəbində müəllim işləmişdir 1939–1941-ci illərdə "Kommunist" qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. Bu müddət ərzində Azərbaycan Dövlət Qiyabi İnstitutunda baş müəllim işləmişdir 1941-ci ilin avqustunda Sovet Ordusuna səfərbərliyə alınmış, Hərbi xidməti ləyaqətlə yerinə yetirmişdir "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medallarına layiq görülmüşdür 1947-ci ilin iyulunda ordudan tərxis olunmuş. "Təbliğatçı" jurnalında partiya şöbəsinin müdiri, qiyabi institutda ədəbiyyat kafedrasının baş müəllimi işləmişdir Bir müddət Azərbaycan Dövlət Universitetində dekan, ömrünün axırınadək isə dosent olmuşdur "Əmək veteranı" medalı ilə təltif olunmuşdur 1979-cu il avqustun 9-da vəfat etmişdir..
Şahdağ-Şirvan
== Tarixi == Şahdağ Şirvan 2010-cu ildə yaradılmış Azərbaycan voleybol klubudur. Şirvanın ilk voleybol komandasıdır. Şirvanlılar Voleybol üzrə Azərbaycan Superliqasında 2010-2011 mövsümündə iştirak etdilər və 6 komanda içində sonuncu yeri tutaraq avrokuboklara vəsiqə şansını itirdi. 2011-ci isə klub fəaliyyətini dayandıraraq tarixin yaddaşına köçdü.
Şirvan (Azərbaycan)
Şirvan (əvvəlki adları Zubovka (?-1938); Əli-Bayramlı (1938-2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır.Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 73,7 min nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. == Tarixi == Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır.
Şirvan (Siirt)
Şirvan (Farsca; سیروان, Türkcə; Şirvan) — Siirt ilinin bir ilçəsidir. == Ümumi məlumat == Şirvan ilçəsi eyni zamanda bəkməziylə də ünlüdür. Dişlinar kəndində becərilən zivzik narı ilə məşhur olub Ormanbağı kəndi bəkməziylə de meşhurdur. İlçədə canlı alabalıq vətəgələri mövcud olub Siirt ili ilə arasındakı məsafə 26 km dir. İki tarixi kilisə sadəcə Şirvan ilçəsi sərhəd-sınırları içərisində olub Mədən kəndində mis mədəni var. Burdan çıxarılan mis xam maddə olaraq xaricə göndərilməkdədir.
Şirvan (Sumqayıt)
Şirvan — Sumqayıt şəhərindəki yaşayış massivlərindən biri.
Şirvan (dəqiqləşdirmə)
== Tarixi yaşayış məntəqələri == Şirvan (tarixi ərazi) — Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Şirvan (qədim şəhər) — Azərbaycan ərazisində qədim şəhər, Şirvan vilayətinin mərkəzi olmuşdur. Şirvanat — Şirvan bölgəsinin adının ərəbcə cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. Şirvan xanlığı — 1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində mövcud olmuş dövlət. Şirvan bəylərbəyliyi və ya Şirvan vilayəti — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi. Şirvan əyaləti — Osmanlı dövlətinin tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Şirvan bəyliyi — Osmanlı imperiyası daxilində bir kürd bəyliyi. == Müasir yaşayış məntəqələri == Şirvan (Azərbaycan) — 2008-ci ilədək adı Əli Bayramlı olan Azərbaycan şəhəri. Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən ərazi.
Şirvan (kənd)
Şirvan (əvvəlki adları: Şirvanzadə (? – 29 dekabr 1992); Xoylu (29 dekabr 1992 – 26 iyul 1994)) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şamaxı rayonunun Şirvanzadə kəndi Xoylu kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şamaxı rayonunun Saqiyan kənd inzibati-ərazi vahidinin tərkibindəki Xoylu kəndi Şirvan kəndi adlandırılmışdır. == Toponimikası == Kənd 19 əsrdə Cənubi Azərbaycanın Xoy mahalından gələnlər tərəfındən salındığı üçün əvvəllər Zarxı Xoylu adlanırdı. XIX əsrin bir sənədində Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan kənd icması daxilində Zarxı adlı kənd (22 ailə, 151 nəfər) qeydə alınmışdır. Sovet dövründə bir müddət erməni yazıçısı A.M.Şirvanzadənin şərəfinə Şirvanzadə adlandırılmışdırr. 1992-ci ildə kəndə Xoylu adı qaytarılmışdır. 1994-cü ildən isə kəndə yerləşdiyi Şirvan mahalının adı verilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Ləngəbiz silsiləsində, Kükeş dərəsi hövzəsində yerləşir. == Əhalisi == Kənd əhalisi 419 nəfərdir ki, onun da 219 nəfəri kişi, 200 nəfəri isə qadınlar təşkil edir.
Şirvan (İran)
Şirvan — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Şirvan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 82,790 nəfər və 20,878 ailədən ibarət idi.
Şirvan (Şamaxı)
Şirvan (əvvəlki adları: Şirvanzadə (? – 29 dekabr 1992); Xoylu (29 dekabr 1992 – 26 iyul 1994)) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şamaxı rayonunun Şirvanzadə kəndi Xoylu kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şamaxı rayonunun Saqiyan kənd inzibati-ərazi vahidinin tərkibindəki Xoylu kəndi Şirvan kəndi adlandırılmışdır. == Toponimikası == Kənd 19 əsrdə Cənubi Azərbaycanın Xoy mahalından gələnlər tərəfındən salındığı üçün əvvəllər Zarxı Xoylu adlanırdı. XIX əsrin bir sənədində Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan kənd icması daxilində Zarxı adlı kənd (22 ailə, 151 nəfər) qeydə alınmışdır. Sovet dövründə bir müddət erməni yazıçısı A.M.Şirvanzadənin şərəfinə Şirvanzadə adlandırılmışdırr. 1992-ci ildə kəndə Xoylu adı qaytarılmışdır. 1994-cü ildən isə kəndə yerləşdiyi Şirvan mahalının adı verilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Ləngəbiz silsiləsində, Kükeş dərəsi hövzəsində yerləşir. == Əhalisi == Kənd əhalisi 419 nəfərdir ki, onun da 219 nəfəri kişi, 200 nəfəri isə qadınlar təşkil edir.
Şirvan (şəhər)
Şirvan (əvvəlki adları Zubovka (?-1938); Əli-Bayramlı (1938-2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır.Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 73,7 min nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. == Tarixi == Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır.
Şirvan atı
Şirvan atı — Azərbaycanda şöhrət tapan at cinslərindən biri. == Ümumi məlumat == Azərbaycanda şöhrət tapan at cinslərindən biri də Şirvan atıdır. Lakin bu atın mənşəyi, yayılma arealı, iş keyfiyyəti və eksteryeri haqqında məlumat son dərəcə azlıq təşkil edir. "Şirvan atı da Azərbaycanın yerli at cinslərindən biri olmuşdur". Yəqin ki Şirvan atına Qarabağ və Quba atlarının təsiri olmuşdur. Alman tədqiqatçısı K.Freytaq Şirvan atı haqqında yazır: "şirvan atları quruluşu və yaraşığına görə öz əcdadlarına az oxşayır. Lakin bir qayda olaraq onlardan sürəti, davamlı və çevikliyilə seçilir. Bu atları rus süvariləri, xüsusilə yüksək rütbəli zabitlər böyük həvəslə götürürdülər". 1891-ci il siyahıyaalınmaya görə Ərəş və Göyçay qəzalarında beş yüz baş Şirvan atı olmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı.
Şirvan bölgəsi
Şirvan — indiki Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Qədimdə Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərində yerləşən kiçik bir vilayətin adı idi. Qədim Şirvan şəhəri bu vilayətin mərkəzi rolunu oynayırdı. Şirvanşahlar zamanı onlara tabe olan daha geniş ərazilər də "Şirvan" adlanmağa başladı. Şirvan ərazisində VIII – XVI əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi. == Adın etimologiyası == Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında – Türkiyənin Cənub-şərqi Anadolu regionunda, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir. Lakin bütün ərəb mənbələrində Şirvan adı ilə yanaşı Şərvan formasına da təsadüf edilir. Bunu gürcü salnamələri da təsdiq edir.
Şirvan bələdiyyələri
Şirvan bələdiyyələri — Şirvan şəhərində yerləşən bələdiyyələri. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ilsə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şirvan bələdiyyəsi
Şirvan bələdiyyələri — Şirvan şəhərində yerləşən bələdiyyələri. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ilsə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şirvan bəyliyi
Şirvan bəyliyi və ya Şirvan əmirliyi (kürd. Mîrektiya Şêrwanê) — Əyyubilər sülaləsinin süqutundan sonra Şirvan ətrafında mərkəzləşmiş kürd bəyliyi. Əmirliyi qurucusu Soran əmiri Korun qohumu olan Əmir Həsən idi. Əmirlik 1840-cı illərin ortalarında Osmanlının mərkəzləşdirmə siyasəti nəticəsində muxtariyyətini itirmiş, əmirliyin kürd bəyləri isə sürgün edilmişdir. Əmirlik pik nöqtəsində Bitlisdən Hakkariyə qədər olan ərazinin böyük bir hissəsini əhatə edirdi. Onun hakimləri cənubda Botan əmirliyinə və oranın bəyi Bədirxan bəyə sadiq idi. Hakimiyyətdən uzaqlaşdırılsa da, Şirvanın keçmiş hakimlərinin törəmələri hələ də XIX əsrin sonlarına qədər bu bölgədə hörmətə sahib idilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Budaq, Salihê Kurê Xan; Kerem Soylu. Dîroka nijada Şêrwan (kürd). Aksaray, Istanbul: Kurdish Institute in Istanbul.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sircan
Sircan (fars. سیرجان‎, Sīrjān), İranın Kerman ostanında şəhər. == Coğrafiyası == Öz adını daşıyan Sircan şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 167.014 nəfərdir. Şəhər yerfıstığı məhsulu və kilimləriylə məşhurdur. Şəhər İranın sürətlə böyüyən şəhərlərindən birisidir. Xüsusilə yeni qurulan Sircan Azad İqtisadi Bölgəsi şəhərin inkişafında önəmli bir yer qazandırmış və Sircan idxalat və ixracat mallarının depolandığı və ölkə sənayesinin dayanağı halına gələn ən önəmli mərkəzlərdən birinə dönmüşdür. Sircanın xüsusi iqtisadi bölgəsinin böyük milli bir layihə olaraq seçilməsindəki sebeb, bölgənin başda coğrafi vəziyyəti olmaq üzrə, sahib olduğu digər məsələlər də var. Ölkənin ən böyük dəniz limanı Bəndər Abbasa 300 km məsafədə olan və Fars, Yəzd, Xorasan, Sistan və Bəlucistan və Hörmüzqan əyalətlərinin tam ortasında olan bu bölgə eyni zamanda Bəndər Abbas limanı yoluyla ölkəyə girən malların mübadiləsi və paylaşmasının aparıldığı önəmli bir kəsişmə nöqtəsində yerləşir.
Sirkan
Sirkan-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Bəmpoşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,347 nəfər və 284 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Şırlan
Şırlan — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Şırlan kəndi Çaykənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şırlan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Şırlan kəndi yaşayış məntəqəsi kimi xəlfəli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd öz adını yaxınlıqdakı Şırlan adlı şəlalənin adından almışdır. Şırlan hündür yerdən tökülən çay, şəlalə, şırşır deməkdir. == Tarixi == Şırlan kəndi fransız, ingilis, rus, fars, ərəb və digər səyyahların marağına səbəb olub. Məşhur türk sərkərdələri Ənvər Paşa, Nuru Paşa bu kənddə qonaq olublar. Deyilənə görə, Teymurləng də buradan keçib. XIX əsrdə bu torpaqda bitən ardıc və palıddan konyak hazırlamaq, təbii boyaqlarda istifadə etmək üçün fransız milyonçusu Şapon “Qırx qız”ın ətəklərinə yol çəkdirib.
Sindan (Sərab)
Sindan (fars. سندان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 389 nəfər yaşayır (101 ailə).
Sircan şəhristanı
Sircan şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sircan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 239,455 nəfər və 58,253 ailədən ibarət idi.
Sirvan şəhristanı
Sirvan şəhristanı — İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Lumar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,197 nəfərdən ibarət idi.
Sirxan Məmmədov
Sirxan Məmmədov (d. 13 yanvar 1977, Tbilisi, Gürcüstan SSR, SSRİ) – Azərbaycan alpinisti. Qar bəbiri adı namizədidir. == Karyerası == 13 yanvar 1977-ci il Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. Dağçılıq fəaliyyətinə 2001-ci il 8-9 may tarixlərində Şahdağ zirvəsi (4243 m) ilə başlayıb. Həmin ilin 10 mayında Heydər zirvəsinə (3751 m) çıxmışdır. Keçmiş SSRİ-nin yeddi min metrdən yüksək beş zirvəsindən dördünə - 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m), 2012-ci ilin iyul-avqust aylarında Korjenev (7135 m), 2010 və 2013-cü il iyul-avqust aylarında Xan-Tenqri (7010 m) və 2011-ci ildə İbn Sina (Lenin) zirvələrinə (7130 m) qalxmış (Qələbə zirvəsindən başqa) və Qar bəbiri adına namizəddir. 2011-ci ildə Şimali Qafqazda Rus Ali Dağçılıq məktəbində "Bezingi" təlimatçılıq kurslarında iştirak etmiş, 3-cü dərəcəli metodist-təlimatçı adına layiq görülmüşdür. Növbəti ildə Şimali Qafqazda "Çey" düşərgəsində "Dağlarda xilasetmə" təlimlərində iştirak etmiş, 282 №-li "Dağlarda xilasedici" döş nişanı ilə təltif olunub. 2012-ci ildə Kommunizm zirvəsində (Tacikistan) Sirxan Məmmədovun rəhbərliyi ilə xilasetmə qrupu 6300 m yüksəklikdə polşalı alpinistlərin dağdan təxliyyəsində iştirak etmişdir.