Fars sözüdür, hərfi mənası “süd qabı” deməkdir. Dəyirman daşının boğazına silindrə oxşar bir şey qoyurlar. Təknədəki dən onun içinə, oradan da daşın altına (“mədəyə”) gedir. Buna da şirdan deyilir. Əlbəttə, dəyirman və heyvan mədəsi ilə bağlı işlədilən şirdan sözü məcazi məna ilə bağlıdır. Şirdan sözü ahəng qanuna tabe olaraq indi şırdan kimi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)