Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbədilik yolu ilə (film, 1975)
== Məzmun == Film cəbhələrdə düşmənlə vuruşa-vuruşa Sevastopoldan Berlinə qədər uzun və ağır bir yol keçmiş 77-ci diviziyadan söhbət açır. Filmin qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev öz döyüş yoldaşları, diviziyası barədə xatirələrini söyləyir. Film Sevastopolda və Bakıda çəkilmişdir.
Bədiilik
Bədiilik — estetik kateqoriya; ədəbiyyat və incəsənət əsərlərinin əsas spesifik xüsusiyyəti; sənətdə gözəllik meyarı, yaradıcı əmək məhsulunun keyfiyyət və elementlərinin məcmusu. Bədiiliyin əsas prinsipini tarixilik, yəni cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərinin bədii funksiyalarının həmin dövrün konkret vəzifə və tələbləri ilə dialektik üzvi bağlılığı təşkil edir. Bədiiliyin zəruri amili və şərti bədii istedaddır. Bədiilik üç əsas aspektin vəhdəti kimi dərk edilməlidir: yaradıcı şəxsiyyət və yaradıcılıq prosesi; bədii əsər və onun vahid bədii sistemi; qavrayış prosesi. Bədiilikdə əsərin zamanla, dövrlə əlaqəsi, onun dərin ictimai-fəlsəfi dəyəri mühüm əhəmiyyət kəsb edir. Bədiilik bu və ya başqa məzmundan irəli gələn əsas bədii ifadə vasitələrinin uyğunluğu, daxilən təşkil olunması deməkdir. Bu, müəllifin istedadından və yaradıcılıq təcrübəsindən, sənətkarlığından, bədii əsərin məzmunundakı ideya gerçəkliyinin nə dərəcədə əhəmiyyətli olmasından asılıdır. Bədiiliyin mühüm şərtlərindən biri də əsərin kamil bədii dildə olmasıdır. Holland rəssaamı Van Qoqun "insanları sevmək qədər bədii heç bir şey yoxdur" sözləri bədiilik meyarının emosional-psixoloji tərifini təşkil edir. Geniş mənada bədiilik sənətşünaslıq kateqoriyası olub, ictimai şüurun başqa növlərindən fərqli olaraq həyatın obrazlı — bədii inikasını verən sənətin ümumi növ əlamətini bildirir.
İbadilik
İbadilik — Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İbadi məzhəbinin ardıcılları hal-hazırda Omanda, Şərqi Afrikada, Əlcəzairdə, Liviyada, Tunisdə,Yəməndə yaşayırlar. == Tarixi == Orta əsrlər Müsəlman Şərqinin hüquq məzhəbidir. Təsisçisi Cabir ibn Zeyd Əl-Əzdidir. İslam dünyasında məşhur tabiinlərdəndir və İbn Abbasın şagirdlərindən sayılır. Hədis, fiqh və təfsir sahələrində dərin biliklərə yiyələnmişdir. İbadi məzhəbini Abdullah ibn İbad Təmimin adı ilə bağlayanlar da vardır. Abdullah ibn İbadın məzhəblə bağlı kəlam və siyasi məsələlərdə özünəməxsus mövqeyi olduğundan sözügedən məzhəb onun adı ilə tanınmışdır. İbadiyyənin başlanğıcı hicri 65-ci miladi 684-cü ilə aid edirlər.
Ələvilik
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Əsəbilik
Əsəbilik xəstəliklərin beynalxalq təsnifstında R45.0 nömrəsi ilə kodlanan daxili stabilliyinin pzulması ilə özünü büruzə verən və özünü idarə etmənin nisbi itirlməsi ilə nəticələnən bir psixiki patologiyadır. Bu geniş istifadə edilən və görülən halın əlaməti gözlərin tez-tez hərəkət etməsi, əllərin gərgin olması, vargər ermək, tez-tez və kontrolsuz danışmaq, tərləmə, ürəkdöyünmə, əsmə və s. aiddir.
Müstəqilliyimiz əbədidir
"Müstəqilliyimiz əbədidir" — Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki fəaliyyətini əhatə edən çoxcildlik əsərləri. Kitabda çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr yer almışdır. == Birinci cild == === Nəşri === Əsərlərinin birinci cildi 1997-ci ildə "Azərnəşr"də nəşr olunmuşdur.612 səhifədən ibarət bu kitabın buraxılışına məsul şəxslər Ramiz Mehdiyev və Hidayət Orucov idi. === Məzmunu === Bu cilddə Heydər Əliyevin 1993-cü ilin iyunundan 1994-cü ilin may ayına qədər dövrdəki çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. toplanmışdır. Bu materiallarda Azərbaycan Respublikasının həmin dövrünün ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər təhlil olunur. Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilmişdir.Kitabdakı ilk məqalə Heydər Əliyevin 1993-cü il 15 iyununda etdiyi "Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışı"dır. === Texniki heyət === Kitabın hazırlanmasında iştirak edənlərTofiq Babayev, Azər Bağırov, Qəzənfər Zalıyev, Arif Məmmədov, Müzəffər Maşayev, Kamil Muxtarov, Azər Fərzəliyev, Eyvaz Həsənov. RəssamıFuad Fərəcov. RedaktorlarıTofiq Babayev, Kamil Muxtarov.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. == Strukturlaşdırma == Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir.Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır. Buna ən məşhur nümunə Şücaəddin Vəli ocağıdır.
Əbədilər (film)
Əbədilər (ing. Eternals) — Marvel Comics tərəfindən nəşr edilmiş Əbədilər komiksinə əsaslanan və 2021-ci ilin noyabr ayında çıxarılması planlaşdırılan ABŞ epik superqəhrəman filmi. İstehsal işləri Marvel Studios, distirbyutorluğu isə Walt Disney Studios Motion Pictures tərəfindən həyata keçirilən film, Marvel Kinematoqrafiya Kainatının (MKK) 26-cı filmidir. Film, Patrik Byörli, Rayan və Kaz Firpoların Xloya Çjao ilə birgə yazdığı ssenari əsasında, Çjaonun rejissorluğu ilə çəkilmişdir. Filmin aktyor heyətinə Ancelina Coli, Salma Hayek, Cemma Çan, Kit Harinqton, Riçard Medden, Kumeyl Nanciani, Liya MakHyu, Brayan Tayri Henri, Loren Ridloff, Barri Keoqan, Ma Don-Sok və başqaları daxildir.
Hünər Əbədidir (1967)
== Məzmun == Film xalqımızın igid oğlu, İkinci Dünya müharibəsi illərində Leninqrad (indiki Sankt-Peterburq) göylərində faşist işğalçıları ilə mərdliklə vuruşub həlak olmuş qəhrəman təyyarəçi, leytenant Hüseynbala Əliyevə həsr edilmişdir. == Festivallar və mükafatlar == 1) 1968-ci ildə İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalı Hərbi-vətənpərvərlik mövzusunun ən yaxşı təcəssümünə görə rejissor-operator Seyfulla Bədəlov Diplom almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Seyfulla Bədəlov Ssenari müəllifi: Mais Məmmədov Operator: Seyfulla Bədəlov, Mehman Dadaşov Bəstəkar: Emin Mahmudov Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Əbədilər (film, 2021)
Əbədilər (ing. Eternals) — Marvel Comics tərəfindən nəşr edilmiş Əbədilər komiksinə əsaslanan və 2021-ci ilin noyabr ayında çıxarılması planlaşdırılan ABŞ epik superqəhrəman filmi. İstehsal işləri Marvel Studios, distirbyutorluğu isə Walt Disney Studios Motion Pictures tərəfindən həyata keçirilən film, Marvel Kinematoqrafiya Kainatının (MKK) 26-cı filmidir. Film, Patrik Byörli, Rayan və Kaz Firpoların Xloya Çjao ilə birgə yazdığı ssenari əsasında, Çjaonun rejissorluğu ilə çəkilmişdir. Filmin aktyor heyətinə Ancelina Coli, Salma Hayek, Cemma Çan, Kit Harinqton, Riçard Medden, Kumeyl Nanciani, Liya MakHyu, Brayan Tayri Henri, Loren Ridloff, Barri Keoqan, Ma Don-Sok və başqaları daxildir.
Hünər əbədidir (film, 1967)
== Məzmun == Film xalqımızın igid oğlu, İkinci Dünya müharibəsi illərində Leninqrad (indiki Sankt-Peterburq) göylərində faşist işğalçıları ilə mərdliklə vuruşub həlak olmuş qəhrəman təyyarəçi, leytenant Hüseynbala Əliyevə həsr edilmişdir. == Festivallar və mükafatlar == 1) 1968-ci ildə İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalı Hərbi-vətənpərvərlik mövzusunun ən yaxşı təcəssümünə görə rejissor-operator Seyfulla Bədəlov Diplom almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Seyfulla Bədəlov Ssenari müəllifi: Mais Məmmədov Operator: Seyfulla Bədəlov, Mehman Dadaşov Bəstəkar: Emin Mahmudov Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (kitab)
"Heydər Əliyev. Müstəqilliymiz əbəbdidir (kitab)" ― Heydər Əliyevin zəngin irsini əks etdirən elmi-biblioqrafik vəsait. == Ümumi məlumat == "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" külliyatının 2 cildli elmi-biblioqrafik göstəricisi ulu öndər Heydər Əliyevin müxtəlif dövrləri əhatə edən çıxışlarının, nitqlərinin, bəyanatlarının, müsahibə və məktublarının müvafiq bölmələrdə əks olunduğu bibliometrik vəsaitdir. === I cild === "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" elmi-biblioqrafik göstəricisinin 1-ci cildində "Dövlətçilik, müstəqillik və demokratiya", "Milli təhlükəsizlik", "Ordu quruculuğu", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İqtisadiyyat", "Neft strategiyası", "Aqrar siyasət", "Elm və təhsil", "Mədəniyyət, ədəbiyyat, dil, incəsənət", "Bədən tərbiyəsi və idman", "Tibb və səhiyyə", "Milli -mənəvi dəyərlər", "Qadın və ailə", "Uşaq və gənclər" bölmələri əks olunmuşdur. === II cild === Biblioqrafik göstəricinin 2-ci cildində materiallar "Dünya azərbaycanlıları", "Dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlar" (Azərbaycanla həmsərhəd ölkələr, Avropa ölkələri, Asiya ölkələri, Şimali Amerika ölkələri, Cənubi Amerika ölkələri, Avstraliya və Okenaniya ölkələri, Afrika ölkələri), "Tarix və tarixi hadisələr", "Azərbaycanın şəhərləri və bölgələri" (Bakı, Naxçıvan, Gəncə, Azərbaycanın digər şəhərləri və bölgələri), "Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatları" bölmələrində təqdim olunur.
İgidliyin əbədidir sənin (film, 1971)
== Məzmun == Film İkinci Dünya müharibəsi illərində Ukrayna torpağında qəhrəmanlıqla vuruşub həlak olmuş döyüşçü Xanlar Babanlıya həsr olunmuşdur Filmi çəkərkən cəsur döyüşçünün portretini yaratmaq üçün müəlliflərin əlində material yox idi. Ona görə də onlar X.Babanlı və onun döyüş dostlarının vuruşduqları yerlərdən keçməli olmuşlar. Burada müəlliflər bizim qəhrəmanı yaxşı tanıyan partizan dəstəsinin komandiri və onun qardaşı, sovet kəşfiyyatçısı ilə görüşmüş, Xanlara məxsus bəzi əşyalarının saxlandığı Krivoy Roq muzeyində olmuş, Xanların Azərbaycanda yaşayan yoldaşları ilə söhbət etmişlər. Məlum olmuşdur ki, X.Babanlı müharibəyə qədər Azərbaycan Dövlət Filarmoniyasında aktyor işləmiş, müharibə illərində isə özünün düzəltdiyi saxta sənədlərlə faşistlərin arasında sərbəst gəzmiş, çoxlu əməliyyatlar həyata keçirmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Əlibala Ələkbərov Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.