Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nofəl ibn Əbdülmanaf
Nofəl ibn Əbdülmanaf (ərəb. نوفل بن عبدالمناف‎) — Əbdülmanaf ibn Qusayın oğlu və Mutim ibn Adi ibn Nofəl də daxil olmaqla Qureyşə aid Bəni Nofəl nəslinin əcdadı.
Əbdulmanaf Ələkbərov
Ələlkbərov Əbdulmanaf Məşədi Məmməd Bağır oğlu (1872–1932) - Azərbaycan dənizçisi, 1-ci rütbəli kapitan, Rusiya imperiyasının donanmasında xidmət etmiş ilk azərbaycanlı kapitanlarından biridir. İçəri şəhərin Qala küçəsi 22 ünvanında yerləşən və "Ələkbərovların evi" kimi tanınan tarixi bınanın inşa edəni və sahibi olmuşdur. . == Ailəsi == Əbdulmanaf Ələkbərov 1872 il, yanvarın 15-də, Bakının İçəri Şəhərində atasının 1860-ci illərdə tikdirdiyi ikimərtəbəli evdə dünyayğa göz açmışdır. Atası Məşədi Məmməd-Bağır tacir idi və sahib olduğu yelkənli gəmi vasitəsilə Xəzəryanı ölkələrlə dəniz ticarəti aparırdı. . Əbdulmanafın Məmməd Sadıq və Müseyib adlı qardaşları var idi. 1903-ci ildə üç qardaş Əbdulmanafın təşəbbüsü ilə atalarının evi yerində, Qala küçəsi 22 ünvanında yerləşən və "Ələkbərovların evi" kimi tanınan daha iri və yaraşıqlı bina tikdirmişlər. == Təhsili == 1888 ildə Əbdulmanaf Ələkbərov Bakı Xalq Turgenev Məktəbini bitirmişdir. Təhsilini davam etdirərək, 1893 ildə Bakı Dənizçilik Məktəbinin diplomunu aldı, əvvəlcə şturman, sonra isə şkiper və kapitan rütbələrini qazandı. 1912 ildə isə müvəffəqiyyətlə Sankt-PeterburqDənizçilik Məktəbini bitirdi. == Fəaliyyəti == Xəzər və Baltik dənizlərində xidmət edirdi.
Əbdülmənaf Hacıyev
Hacıyev Əbdülmənaf Qəhrəman oğlu (1896, Urud, Zəngəzur qəzası) — Naxçıvan MSSR Ali Sovetinin deputatı. == Həyatı == Hacıyev Əbdülmənaf Qəhrəman oğlu 1896-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında (indiki Ermənistanın Sisiyan rayonunun Urud kəndində) anadan olmuşdur. Orta təhsilini Gorus rayonunda Oğlanlar Seminariyasında aldıqdan sonra, təhsilini davam etdirmək üçün Moskva Hüquq Elmləri Akademiyasına daxil olmuş, 1932-ci ildə hüquqşunas ixtisası ilə oranı bitirmişdir. Əmək fəaliyyətinə 1920-ci ildə Qubadlı qəzasının Eyvazlı-Xanlıq kənd məktəbində müəllim kimi başlamış, 1930-cu ildə Ağdam rayon Maarif İşçiləri Həmkarlar İttifaqinın sədri, 1931–1933 illərdə Ağdam rayon Maarif şöbəsinin müdiri, daha sonra təhsilini davam etdirərək Moskva Ali Həmkarlar Hərəkatı məktəbini bitirmiş, 1933–1936-cı illərdə Naxçivan şəhər Maarif şöbəsinin müdiri, Maarif Nazirliyində savadlandırma kursları üzrə siyasi maarif şöbəsinin müdiri, daha sonra Naxçıvan Vilayət Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsi üzrə katib,1936–1938-ci illərdə Naxcivan Vilayət ibtidai Orta məktəb İşçiləri Həmkarlar İttifaqının sədri, 1938–1948-ci illərdə Naxçıvan MSSR Ədliyyə naziri vəzifələrində çalışmış, 1948–1951-ci illərdə Naxçıvan Vilayət ibtidai Orta məktəb İşçiləri Həmkarlar İttifaqında məsul vəzifədə, 1951–1980-ci illərdə Naxçıvan şəhər 7№ -li orta məktəbində fars dili müəllimi işləmişdir. I–II çağiriş Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. Əməyi yüksək qiymətləndirilmiş, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə o Əməkdar müəllim fəxri adına layiq görülmüş, Qafqazın müdafiəsinə görə, Rəşadətli əməyə görə və Lenin yubiley medalları ilə təltif olunmuşdur. Oğlu Hacıyev Sabir Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü , fizika elmləri doktoru, BDU -nun fizika İnstitutunun direktorudur. Şöhrət ordeni ilə təltif olunmuşdur.Digər övladları — Qasım, Roza və Məxmər Ali təhsilli olmaqla müəllim işləmişlər. == Ədəbiyyat == Naxçıvanda seçkilərin tarixi (1937–2002) Ensiklopedik toplu. Bakı: Qanun 2003.
Abdulmanap Nurməhəmmədov
Əbdülmanaf Nurməhəmmədov (avar. Абдулманап Нурмухlамадов; 10 dekabr 1962, Sildi[d], Dağıstan MSSR – 3 iyul 2020, Moskva) — Çeçenistan Respublikasının əməkdar bədən tərbiyəsi işçisi. Həbib Nurməhəmmədovun atasıdır.