Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bibixanım Astrabadi
Bibixanım Astarabadi, Bibixanım Əstərabadi və ya Bibixanım Vəzirova(fars. بی‌بی‌خانم استرآبادی‎; 1858, Novkəndə, Gülüstan ostanı – 1921, Tehran) — İran satirik yazıçısı və qadın hərəkatının öncü şəxslərindən biri. == Həyatı == Bibixanım Astrabadinin atası Mazandaran əyalətinin Ənzan elinin başcısı Məhəmmədbağır xan Astarabadi və anası Nasirəddin şah Qacarın həyat yoldaşı Şukuhüssəltənənin nədiməsi və Axund Molla Kazım Müctəhid Mazandaraninin qızı, Molla Bacı kimi də tanınan Xədicə xanım idi. Bibixanım Astarabadi 1858 və ya 1859-cu ildə dünyaya gəlmişdi və 22 yaşında İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov(Musa xan Vəziri ki qafqazdan Tehrana mühacirət etmişdir) ilə evləndi. Onların yeddi uşağı var idi ki, ən məşhurları polkovnik Əlinağı Vəziri (musiqişünas, bəstəkar, görkəmli tarzən və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi) və Həsən Vəziri (bir bədii rəssam)dırlar. Doktor Məhliqa Məllah, İranın "Ekoloji çirklənməsinə qarşı qadınlar cəmiyyəti"nin (1992-ci ildə, uşaqları və anaları, habelə dövlət vəzifəli şəxslərini ətraf mühitin çirklənmə təhlükəsi haqqında maarifləndirmək üçün təsis oldu) təsisçisi və direktoru, Bibixanım Astarabadinin qız nəvəsidir. == Məşrutə inqilabı == Bibixanım XIX əsrin sonlarında başlayan maarifçilik hərəkatının və XX əsrdin əvvəllərində başlayan Məşrutə inqilabının təsirli şəxslərindən biridir. O, İranın müasir tarixində ilk dəfə olaraq qızlar üçün məktəb (دبستان دوشیزگان — Qızların ibtidai məktəbi) təsis etdi. Bibixanım Astarabadinin, əsas şöhrəti "Kişilərin çatışmazlıqları" (معایب الرجال) kitabına görədir ki "Qadınları tərbiyə etmə"(تادیب‌النسوان) kitabına cavab olaraq mizahı yazmışdır. == Qızların ibtidai məktəbi == Bibixanım, 1907-ci ildə "Qızların ibtidai məktəbi"ni özü yaşadığı evdə təsis etdi.
Bibixanım məscidi
Bibixanım məscidi — Özbəkistanın Səmərqənd şəhərində yerləşən memarlıq abidəsi, məscid. == Tarixi == XIV əsrin sonunda Səmərqənd şəhəri məşhur fateh Əmir Teymurun nəhəng imperiyasının paytaxtı oldu. Şəhər tez bir zamanda genişlənməyə başladı. Əmir Teymur öz paytaxtını gözəl, qeyri-adi, ecazkar, digər şəhərləri kölgədə qoyacaq şəhər kimi görmək arzusunda idi. O, hətta şəhərin ətraf kiçik kəndlərinə Bağdad, Dəməşq, Qahirə adlarını qoyaraq Səmərqəndlə müqayisədə bu böyük şəhərlərin cılızlığını vurğulamaq niyyətində idi. Paytaxtın mərkəzində isə möhtəşəm Bibi-xanım türbə-məscidi səmaya ucaldıldı. Bu məscid Teymurilər dövlətinin baş məbədi hesab olunurdu. 1404-cü ildə Səmərqənddə olmuş ispan səfir Ruis Qonsales de Klavixonun sözlərinə görə, şəhərin baş məscidi "hökümdar Teymurun bu vaxtadək tikdirdiyi ən gözəl abidədir". Orta əsr tarixçisi isə qeyd edir ki, Bibi-xanım məscidi hündür minarələrinin üzərində bütün dünyaya meydan oxuyur. Əfsanəyə görə, Teymurun sevimli həyat yoldaşı Bibi – xanım bu məscidi öz hökümdarının növbəti yürüşdən qayıtması şərəfinə hədiyyə olaraq tikdirmək qərarına gəlir.
Pərixanım Mahmudova
Mahmudov Pərixanım Mahmud qızı (15 may 1948, Xızı rayonu, Qəriban kəndi) – “Əməkdar Mədəniyyət İşçisi” Cəlil Məmmədquluzadənin ev-muzeyində direktoru(1982-2013) == Həyatı == Pərixanım Mahmud qızı Mahmudova 1948–ci il mayın 15-də Xızı rayonunun Qəriban kəndində anadan olmuşdur. Orta təhsilini 19 saylı Altıağac kənd məktəbində almış (1956-1964) və ailənin Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq təhsilini Bakı şəhər 161 saylı məktəbində (1964-1966) bitirmişdir. BDU-nun filologiya fakultəsində ali təhsil almış (1968-1973) və filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir. Ali təhsilini davam etdirməklə bərabər 12 may 1969-cu il tarixdən Şirvanşahlar sarayı Dövlət Tarixi-Memarlıq Qoruq muzeyində muzey baxıcısı kimi əmək fəaliyyətinə başlamış və həyatını həmişəlik olaraq muzey işinə bağlamışdır. Həmin muzeydə 1982-ci ilə qədər muzeyin kütləvi təbliğat şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır: ekskursçu, kiçik elmi işçi, böyük elmi işçi. Bu müddətdə muzeyin kütləvi təbliğat şöbəsi müdirinin müavini vəzifəsini icra etməklə bərabər şöbənin məktəblilərlə iş bölməsinə rəhbərlik etmişdir. Respublikanın rayonlarında Tarix-Diyarşünaslıq muzeylərinin yaradılmasında yaxından iştirak etmiş, yaradılmış muzeylərin sonrakı fəaliyyətində də onlara əməli və metodiki köməkliklər göstərmək məqsədilə mütəmadi olaraq həmin rayonlara ezam olunmuşdur. Dəfələrlə Mədəniyyət Nazirliyi tərəfindən ona Fəxri fərman və pul mükafatları təqdim olunmuşdur. Pərixanım Mahmudova Cəlil Məmmədquluzadənin ev-muzeyində direktor vəzifəsində çalışıb (1982-2013). 2013-cü ildə Azərbaycan Respublikasında mədəni irsin qorunmasında səmərəli fəaliyyətlərinə görə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Pərixanım Sofiyeva
Pərixanım Sofiyeva və ya Pəri Sofiyeva (1884, Qaracalar, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1953, Qaracalar, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ) — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili. == Həyatı == === Həyatının erkən dövrü === Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala (və ya Qaracalar) kəndində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi. Çarlıq dövründə qardaşlarının rəhbəri olan Pərixanım, çox məşhurluq qazanmışdır. Banklardan xərac alaraq, kənddə yetimlər evi açmışdır. === Deputatlıq dövrü === Gürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır. Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur. 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı.