SEVİB-SEÇMƏK

f. İstəyərək, xoşlayaraq, bəyənərək bir neçə adamın, şeyin arasından birini ayırmaq, seçmək. Sevib-seçdiyi qız. Sevib-seçdiyi sənət.
[Bibixanım Göyçəyə:] …Kimi sevib-seçsə, ürəyinə kim yatsa, ona da getsin. B.Bayramov.
[Qoşqar:] Mən neçə dəfə təklif elədim ki, [kolxoza] Rəhimlini yox, camaatın özünün sevib-seçdiyi bir adam göndərək. İ.Hüseynov.

SEVİB-SEÇMƏ
SEVİCİ
OBASTAN VİKİ
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Digər lüğətlərdə

-ни-(е) аквариуми́стика дома́лываться захва́тнически о́бщество пища́лка поля́рница тёмно-фиоле́товый ара́бы защи́тничек поже́чь прильну́ть шорега ambrosia beetle blear book-learned carping crackajack dehorn elbow-bending lackadaisical lemon verbena truster дожить разбаливаться