Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ədyal
Ədyal bir növ yataq ləvazimatındandır ki, ümumiyyətlə istifadəçini qızdırmaq üçün xüsusilə də yatmaq vaxtı nəzərdə tutulan böyük bir parçadır.Ədyallar qalınlıq və məqsədlərinə görə döşəkağıları ilə fərqlənir;ən qalın dəşəkağı hələ də ən yüngül ədyaldan daha incədir. Ədyallar ümumiyyətlə, istilik üçün istifadə olunur, halbuki döşəkağıları gigiyena, rahatlıq və estetik üçün istifadə olunur.
Ədnan
Ədnan (ərəb. عدنان‎, 'adnān) — şimali, qərbi, şərqi və mərkəzi Ərəbistanın ədnani ərəblərinin ənənəvi əcdadı. Bunun əksinə olaraq, Ərəbistanın cənubunda yaşyan Qəhtani ərəbləri Qəhtanın nəslindəndir. Ədnanın əcdadlardan biri İbrahimdir, onun soy kökü oradan da Adəm və Nuha qədər uzanır.
Odyan körfəzi
Odyan körfəzi — Oxot dənizində, Tauy körfəzinin şərqində yerləşən körfəz. Cənubdan Koni yarımadası ilə əhatələnir. Körfəzin maksimal dərinliyi 38 metrdir. Körfəzdə Umara və Kamen-Muqdıkın adaları yerləşir.
Sergey Adyan
Sergey İvanoviç Adyan (erm. Սերգեյ Հովհաննեսի Ադյան, rus. Серге́й Ива́нович Адя́н; 1 yanvar 1931, Quşçu, Dəstəfur rayonu – 5 may 2020, Moskva) — erməni əsilli Rusiya riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2000-ci ildən, 1991-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü). Riyazi məntiq, alqoritmlər nəzəriyyəsi və onların cəbrə tətbiqi üzərində işləmişdir. Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülmüşdür. == Müfakatlar == SSRİ Elmlər Akademiyasının Pafnuti Çebışev mükafatı (1963). Rusiya Federasiyasının Dövlət mükafatı (1999). "Şərəf" ordeni (2011). "Riyaziyyata həsr olunmuş həyat" adlı "Dinastiya" fondu mükafatı (2014). == İstinadlar == == Xarici keçidlər == Профиль С. И. Адяна на официальном сайте РАН С. И. Адян к 75-летию со дня рождения Биография (англ.) в проекте Mac Tutor History of Mathematics archive Фотопортрет С. И. Адяна в галерее выдающихся учёных МГУ «Портрет интеллекта», созданной в 2005 г.
Ədnan Ağayev
Ədnan Ağayev (Ağayev Ədnan Tofiq oğlu; 25 oktyabr 1956, Bakı) — Rusiya alimi, Rusiyanın keçmiş diplomatı, hal hazırda beynəlxalq məsələlər üzrə biznes konsultant, "ASTEY" hüquq firmasının direktoru. Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin məzunu. Rusiya Federasiyasının Kolumbiya Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri (1994-1999). == Həyatı == Ağayev Ədnan Tofiq oğlu 1956-cı il oktyabrın 25-də Bakıda anadan olub. 1979-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirib. 1985-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında tarix üzrə namizədlik dissertasiyası müdafiə edib.Ə.Ağayev diplomatik karyerasına 1979-cu ildə SSRİ Xarici İşlər Nazirliyində attaşe ranqında başlayıb. 1980-ci ildə BMT-nin Cenevrədəki qərargahında siyasi məsələlər üzrə böyük əməkdaş vəzifəsinə təyin olunub, sonra işini İsveçrədə, BMT-nin Tərksilah Problemləri üzrə Tədqiqatlar İnstitutunda davam etdirib. 1986-cı ildə Ə.Ağayev Moskvaya, SSRİ Xarici İşlər Nazirliyinə qayıdıb. 1986-1989-cu illərdə Beynəlxalq Təşkilatlar Departamentində tərksilah problemləri şöbəsinin rəisi, 1990-1991-ci illərdə çoxtərəfli tərksilah və beynəlxalq təhlükəsizlik departamentinin direktoru olub. 1991-ci ildə Ə.Ağayev RF xarici işlər nazirinin xüsusi müşaviri vəzifəsini tutur və eyni zamanda Rusiya Xarici Siyasət Fondunun sədri olmaqla, Xarici siyasətin planlaşdırılması Departamentinə başçılıq edir, 1993-cü ildə isə bu vəzifələrə daha biri əlavə edilir – Ə.Ağayev BMT-nin Baş katibi yanında Tərksilah Şurasının üzvü olur.
Dyan (hərf)
𐕁 (səslənməsi: /dʲ/; transkripsiyası: D', d') — Alban əlifbasının 18-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Դան (Dan) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı qismən doğrudur və fonetik olaraq Dat hərfinin damaqlaşmış formasını ifadə edir və tarixən Udi dilindəki [dʒ] səsinə çevrilmişdir. Rəqəm dəyəri 90-dır.
Dyan krallığı
Diyen, Dyan (çin. Hant; vyet. Điền quốc, Den, Ten və ya Tien) - e.ə. IV—e.ə. II əsrlərdə indiki Quyçjou, Sıçuan və Yunnan əyalətlərinin Tunsin, Kunmin, Siçan, Dali qəzalarında, Çin Xalq Respublikası hüdudlarında mövcud olmuş dövləti qurum. Dövlət Diyen və ya Kunmin gölünün yerləşdiyi yaylada mövcud olmuş. Diyenlilər öz ölülərini qəbrlərdə basdırmışdılar. Diyen dili ehtimal olunur ki, tibet-birma dillərindən biri olmuş. == Ümumi məlumat == Çin mənbələrində sinan-i və mimo kimi məlum olan, bir sıra tədqiqatçı tərəfindən müasir itszuların əcdadı hesab edilən eyniadlı qrup, yaxud tayfa ittifaqı tərəfindən yaradılmışdır. Çin tarixi əsərlərində Diyeni Çu çarlığının hökmdarı Vey-vanın [e.ə.
Deyan
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.
Enyan
Enyan xan - 846-cı ildə hakimiyyətə gəlmişdi. Son 5000 uyğur ilə tatarlar, şiveylər və tatablar ilə müttəfiq olduqdan sonra 2 il Çinə qarşı mübarizə aparan Enyan xan son Çin zərbəsinə qalib gələ bilmədi və gecə ilə 9 ən yaxın adamı, həyat yoldaşı Gelu və oğlu Dusi ilə qərbə qaçdı. Sonrakı taleyi, yaxud nə vaxt öldüyü bilinmir. Tarixçilər onu son Uyğur xaqanı hesab edirlər.
Eqyan
Eqyan (fr. Eyguians, oks. Aiguians) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05053. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 155 nəfər (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 71.2%). Fəal olan 117 nəfərdən 110 nəfəri (60 kişi və 50 qadın), 7 nəfəri işsizdir (3 kişi və 4 qadın).
Deyan Stankoviç
Eduard Elyan
Eduar Vaqanoviç Elyan (20 avqust 1926-cı il, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ — 6 aprel 2009-cu il, Rostov) — Tupolev konstruktor bürosunun təyyarəçi-yoxlayıcısı. SSRİ-nin əməkdar təyyarəçi-yoxlayıcısı (1967), Sovet İttifaqı Qəhrəmanı (1971), polkovnik. == Həyatı == 1926-cı il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Ermənidi. 1938—1944-cü illərdə o, Moskva, Sverdlovsk və Norilskdə yaşamışdır. 1944-cü ildə Sverdlovsk Hərbi Hava Qüvvələrinin xüsusi məktəbini bitirmişdir. 1944-cü ilin iyun ayından orduya qoşulmuşdur. 1944-cü ildə Buquruslan şəhərində 9-cu hərbi aviasiya məktəbini bitirmişdir. 1948-ci ildə isə təyyarəçilərin Borisqlebsk hərbi aviasiya məktəbini. 1951-ci ilə qədər orada təyyarəçi-instruktor idi.
Deyan Saviçeviç
Deyan Saviçeviç (15 sentyabr 1966, Podqoritsa) — Yuqoslaviyalı keçmiş futbolçu. Əsasən Hücumameyilli yarımüdafiəçi və vinger kimi çıxış edib. Hal hazırda Monteneqro Futbol Federasiyasının prezdientidir.Sviçeviç 1990-cı illərdə dünyanın ən yaxşı oyunçularından biri hesab olunurdu və bütün zamanların ən böyük Monteneqro və Yuqoslaviya futbolçularından biri kimi qəbul edilir. "Milan" klubunda oynadığı müddətdə İtaliya idman mətbuatı ona Il Genio (Dahi) ləqəbi vermişdi. == Karyerası == Titoqrad dəmir yolu nəqliyyatı dövlət şirkətinin işçisi atası Vladimir Saviçeviç və eyni şirkətin inzibati işçisi olan anası Voyislava "Voyka" Dyuroviçin ailəsində anadan olub.Deyan 15 yaşında, doğma şəhərinin "OFK Titograd" klubuna qoşulur. O, kluba qoşulduğu zaman demək olar ki, peşəkar futbol standartlarına görə kifayət qədər gec hesab olunurdu. Ancaq onun, Balkan ölkələrində "mali fudbal" kimi tanınan futzalda oyun təcrübəsi var idi. Belə ki, yeniyetmə olan Saviçeviç, yaşadığı məhəllədəki yaşayış binalarının bütün blokunun adını daşıyan "Tehnohemija" adlı kişilərdən ibarət futzal komandasında oynayırdı. Bu onun yüksək texniki bacarıqlara və dözumlu olmasına səbəb olmuşdu. O, "OFK Tigorod" klubuna qoşulduqdan sonraa bir müddət futzal oynamağa davam edir.
Axyan
Yaşayış məntəqələriAxyan (Salmas)
Aydan
Aydan — qadın adı. Aydan Salahova — Azərbaycan rəssamı. Aydan Höccətova — Azərbaycan şahmatçısı. Aydan Şənər — Türk maneken, aktrisa.
Badyan
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Bayan
ToponimlərBayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Biyan
Biyan (lat. Glycyrrhiza) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şirinbiyan, Çılpaq biyan (Glycyrrhiza glabra L.) (=Liquiritia officinalis Moench) Korjinski biyanı (Glycyrrhiza korshinskyi Grig.) Ural biyanı (Glycyrrhiza uralensis Fisch.) (=Vəzili biyan (Glycyrrhiza glandulifera Waldst.
Buyan
Buyan adası (Krasnoyarsk diyarı)
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.
Feyan
Feyan (fr. Feillens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01159. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3115 nəfər təşkil edirdi.
Giyan
Giyan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Giyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,062 nəfər və 1,999 ailədən ibarət idi.
Gəyan
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Kiyan
Kiyan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,645 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Madyan
Madyan — yetkin dişi at və ya digər atkimilər növü. Əksər hallarda, bir madyan üç yaşından böyük bir dişi atdır və dişi at balası bir dişi atdır ki yaşı üç və ya daha gəncdir.
Mayan
Aşağı Mayan (Təbriz)
Edqar Duqlas Edrian
Edqar Duqlas Edrian (ing. Edgar Douglas Adrian; 30 noyabr 1889[…], Hampsted, Böyük London – 4 avqust 1977[…], Kembric) — Birləşmiş Krallıq fizioloqu, London Kral Cəmiyyətinin prezidenti (1950–1955). Neyrofiziologiya üzrə fundamental əsərlər yazmışdır. O, ayrı-ayrı sinir hüceyrələrinin elektrik aktivliyini qeydə almışdır. Edrian 1932-ci ildə Çarlz Skott Şerrinqton ilə birlikdə "Nobel" mükafatına layiq görülmüşdür.
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. == Səlahiyyətləri == Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Deyang
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.