ƏYAN₁

sif. [ ər. ] Gözlə görünən, açıq, aydın, aşkar (adətən xəbər şəkilçisi ilə işlənir). Onun düzgünlüyü hamıya əyandır.
– Gedən, getmə, dayan, dur; Sirrim sənə əyandır. (Bayatı).
Sənə əyandır, ey dilbər, sevdiyim! Qurbanidir, bir şey dilər, sevdiyim! Qurbani.

□ Əyan etmək (eləmək) – aydın etmək, bildirmək.
Yox bir açıq dilim, sənə mən eyləyim əyan; Ta sən qanınca, qalmayacaq millətimdə can. Ə.Qəmküsar.
Qurban bu xəbəri gəlib xanımına əyan elədi. İ.Musabəyov.

Əyan olmaq – bəlli olmaq, aşkar olmaq, aydın olmaq.
Cənnətin yavıqlaşmağı ustaya əyan oldu. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏYAN əyan bax 1. zadəgan; 2. aşkar
  • ƏYAN aydın — aşkar — açıq

Etimologiya

  • ƏYAN Dilimizdə “əyan olmaq” ifadəsi var. Əyan sözü eyn (göz) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏYALƏT
ƏYAN₂
OBASTAN VİKİ
Əyani dərslik
Əyani dərslik - biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.

Digər lüğətlərdə

бе́стия верёвочный грана́товые двигатели́ст дорисо́вывать зря́шно княжа́та малокалори́йный опека́ться раззадо́риться губи́тельный засы́пщик куриные мозги́ по ша́пке пода́рочек форсу́нья кладенец правый степь fosterage hoisting nonsked off-train изгрызать распариться