Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Navid Əfkari
Navid Əfkari (fars. نوید افکاری‎; 22 iyul 1993, Şiraz – 12 sentyabr 2020, Şiraz) — Yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi. İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı bir mühafizəçini öldürməkdə günahlandıraraq ona ölüm hökmü verib. Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdyini və əslində mühafizəçini öldürmədiyini deyib. ABŞ prezidenti Donald Tramp, Konqres üzvləri, avropalı siyasi xadimlər o cümlədən Azərbaycan parlamentinin deputatı Asim Mollazadə İran hakimiyyətini bu addımdan çəkinməyə çağırıb. == Haqqında == İranın Şiraz şəhərindən olan Navid Əfkari sərbəst və Yunan-Roma güləşi üzrə ölkəsində və beynəlxalq yarışlarda medallar qazanıb. 2018-ci ildə hökumət əleyhinə etirazlarda iştirak edib. Dövlətə məxsus su anbarının yerli mühafizəçisi Həsən Türkəmən Şirazda hökumət əleyhinə etirazlar zamanı qətlə yetirilib. Şiraz rəsmiləri qətl hadisəsi ilə əlaqələri olduğunu deyərək, Əfkari və qardaşı Vahidi 2018-ci ilin sentyabrın 17-də həbs edib. Sonradan elə həmin il onların üçüncü qardaşı Həbib də həbs edilib.
Bahar Əfşari
Bahar Əfşar (5 iyul 1984, Şahrud, Simnan ostanı) — İranda yaşayan azərbaycanlı teatr və kino aktrisası. == Həyatı == Bahar Kian Əfşar 1984-cü ildə Simnan ostanının Şahrud şəhərində anadan olub. Bahar Kian Əfşar daha çox 2012-ci ildə çəkilən "Günahkarlar" filmindəki Asiman obrazı ilə tanınır.
Mumiyə
Mumiyo — tünd-qəhvəyi rəngli plastik maddə. Tərkibinə mineral maddələr (Ca, Mg, Na, Fe, Cr, Pb və b.- 20-dən çox element), həmçinin bərk parafinli karbohidrogenlər, zülallar, karbohidratlar, amin turşuları, alifatik turşular, spirtlər və b. daxildir. Ekstraktın üzvi hissəsinin kimyəvi tərkibi (~50% C və 10% H) mumiyo neft mənşəli olmasını göstərir. Püskürmə, metamorfik və çöküntü süxurlarda (proterozoydan dördüncü dövrədək) Orta Asiya, Tuva, Baykalətrafı, Qafqaz və b. rayonlarda rast gəlinir. Tibbdə istifadə edilir. Sinonim: Dağyağı, Daşyağı. == Mumiyə və onun xəstəliklərin müalicəsində istifadəsi == Mumiyanın kimyəvi və spektrial tədqiqatları göstərmişdir ki, onun tərkibi mikroelementlərlə (xüsusən silisium, alüminium, dəmir, kalsium, maqnezium, manqan, kobalt, qurğuşun, titan, nikel), həmçinin aminturşular və yağ turşuları ilə zəngindir. Aparılan tədqiqatlar mumiyanın yaranma təbiəti haqqında müəyyən məlumatlar əldə etməyə imkan verdi.
Ümmiyə Koçak
Ümmiyə Koçak-(1 mart 1957) Türk aktrisa, yazıçı, əkinçi və rejissor. == Həyatı == 1 mart 1957-ci ildə Adana-nın Çelemli kəndində anadan olan Ümmiye Koçak, oxumaq istəməsinə baxmayaraq ailədə 10 uşaq olduqları üçün ibtidai sinifdən sonra məktəbə göndərilmədi. İbtidai məktəbi bitirdikdən sonra Ümmiye Koçak oxuduğu kitablarla özünü yaxşılaşdırdı. İlk oxuduğu kitab Maksim Gorkinin "Ana" adlı əsəri oldu. Evləndikdən sonra Mersinin Arslanköy şəhərinə köçən Koçak, 2001-ci ildə kənd qadınlarının yaşadıqlarını dünyaya göstərmək üçün "Arslanköy Qadın Teatr Qrupu" nu qurdu. Ansamblın səhnəyə qoyduğu ilk oyun Remzi Özçelikin "Taş Bademleri" pyesi oldu. Daha sonra qrup öz hekayələrindən ibarət bir tamaşa düzəldərək "Qadın sədası" tamaşasını səhnəyə çıxardı. Ümmiye Koçak 2006-cı ildə Sabancı Beynəlxalq Adana Teatr Festivalında "Həsrət Çiçəklər" pyesi ilə çıxış etdi. Koçak daha sonra tarlalarda işləyərək qazandığı pula qənaət edərək qadınlara qarşı zorakılıq problemindən bəhs edən "Yün Körpəsi" filmini yazdı və rejissorluq etdi. Ümmiye Koçak 49-cu Antalya Qızıl Portağal Film Festivalında premyerası olan "Yün Körpəsi" filmi ilə New York Avrasiya Film Festivalında "Sinemada Ən Yaxşı Avrasiyalı Qadın Sənətçi" mükafatını qazandı.2017-ci ildə Kristiano Ronaldo-nun oynadığı Türk Telekom reklamının rejissorluğunu etdi.Evli və 3 övladı olan 64 yaşlı Ümmiye Koçak bu günə qədər 11 pyes yazıb.
Askari
Ascari Cars Ltd. (qısaca: Ascari) — Böyük Britaniyada yerləşən idman avtomobil istehsalçısıdır. Şirkət hollandiyalı milyoner Zvart Klaas tərəfindən təsis edilib. Şirkət iki dəfə Formula-1 dünya çempionu olan Alberto Askarinin (1918-1955) adına layiq görülmüşdür. O, iki dəfə qalib gələn ilk sürücü oldu.
Hikari
Hikari — Yaponiya qadın adı.
Əfşar
Əfşar İmperiyası — Əfşar dili — Əfşar tayfası —KəndlərAvşar (Vedibasar) — Vedibasar mahalında kənd. Əfşar (Culfa) — İranda kənd.
Bəyazid Ənsari
Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari) — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs. == Həyatı == Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəb və fars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir. Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır.
Cəmaləddin Əfqani
Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq. İslami modernizmin banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir. Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb. == Həyatı == Qocaman Şərq həmişə böyük şəxsiyyətləri ilə zəngin olmuşdur. Onların hikməti, mühakiməsi və fikir dünyası ilə bir neçə nəslin mənəvi inkişafına təkan vermiş, onların yeni ruhda yetişib formalaşmasına kömək etmişdir. Belə şəxsiyyətlərdən biri də müasirlərin "Böyük bir müsəlman" və yaxud "Böyük bir şərqli", "Müsəlman dünyasının mümtaz siması" adlandırdığı Şeyx Cəmaləddin Əfqanidir. O, keçən əsrin sonlarında islam dəyərlərini, dünya xalqlarının mənəvi zənginliyini, fəlsəfi irsini, tarixini öyrənən və bütün müsəlman Şərqi üçün çıxış yolları axtarmağa çalışan mütəfəkkirdir. O, Şərq və Qərb mədəniyyətlərini mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmişdir.
Hikari Nakade
Hikari Nakade (d. 6 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hikari Takaqi
Hikari Takaqi (d. 21 may 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 1 qol vurub.
Lisa Vikari
Lisa Vikari (alm. Lisa Vicari‎; 11 fevral 1997, Münhen) — almaniyalı aktrisa. == Bioqrafiya == Vikari 1997-ci ildə Münhen şəhərində həkim ailəsində anadan olmuşdur. O on yaşında teatr təhsili aldı və qısa müddət sonra ilk qısa filmi olan Tunnelblicke-də rol aldı. 2010-cu ildə uşaqlar üçün olan Hanni və Nanni filmində rol aldı. Sonrakı il Hell filmində rol aldı. Vikari 2017-ci ildə Luna filmində baş rolu canlandırdı. 2017-2020-ci illər aralığında Netflix serialı Dark-da Marta Nilsen rolunu canlandırdı. Vikari Potsdamda media təhsili alır.Vikari 2020-ci ildə Netflix-in romantika-komediya janrında olan Isi və Ossi filmində rol aldı.
Mehdi Ənsari
Mehdi Ənsari (29 oktyabr 1994) — İranlı üzgüçü. Mehdi Ənsari İranı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mehdi Ənsari birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 25.02 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 46-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Mürtəza Ənsari
Şeyx Mürtəza Ənsari (13 may 1800, Dezful, Xuzistan ostanı – 18 noyabr 1864, Nəcəf) — Şiə idealoqu, alim. == Həyatı == Şeyx Ənsari hicri-qəməri 1214-cü ildə "Qədir-Xum" günü Dezful şəhərində dünyaya göz açdı. Atası Şeyx Məhəmməd Əmin ilk övladının adını Mürtəza qoydu. Şeyxin anası Mürtəzanı dünyaya gətirməmişdən öncə İmam Sadiqi (ə) yuxuda gördü. İmam (ə) röyada bu möminə xanıma qızılla bəzədilmiş bir Quran verir. Yuxu saleh övlad kimi təbir edilir. Şeyx Ənsarinin doğulduğu məhəllə fəqihlər, elm adamlarının məhəlləsi idi. Şeyx hicri-qəməri 1232-ci ildə atası ilə birlikdə İrandan İraqa gedib. Təhsilini kamilləşdirmək üçün Kərbəla və Nəcəfdə olub. Həmin vaxt Şeyx Ənsarinin 18 yaşı olur.
Oskari Sallinen
Oskari Sallinen (22 iyun 2001-ci ildə Finlandiyada anadan olub) — JJK klubundan icarə əsasında da Erediviziya təmsilçilərindən olan Qroningen klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === Villiketut === Sallinen Villiketut akademiyası vasitəsilə inkişaf etmişdir. Sallinen öz peşəkar karyerasında debütünü 7 may 2017-ci ildə TP-47 klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Villiketut liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. === JJK === Sallinen 2017-ci ilin yayında JJK klubuna transfer olmuşdur. O, klub ilə debütünü 15 iyun 2017-ci ildə HJK Helsinki klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Tommi Karini əvəz etmişdir. Həmin görüşdə JJK liqa görüşündə rəqibinə 4-0 hesabı ilə məğlub olmuşdur. === Qroningen === 19 iyul 2017-ci ildə Sallinen satın alma qarşılığında Erediviziya təmsilçilərindən olan Qroningen klubuna icarəyə verilmişdir.
Yukari Kinqa
Yukari Kinqa (d. 2 may 1984) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 100 oyun keçirib, 5 qol vurub.
Yukari Mizobe
Yukari Mizobe (27 dekabr 1979) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yukari Mizobe Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Yukari Murata
Yukari Murata (9 oktyabr 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yukari Murata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Zakari Teylor
Zakari Teylor (ing. Zachary Taylor; 24 noyabr 1784, Barbursvil, Virciniya, ABŞ — 9 iyul 1850, Vaşinqton, Kolumbiya Federal Dairəsi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 12-ci prezidenti (1849-1850), peşəkar hərbçi. Onu bəzən apolitik (siyasətdən kənar) prezident də adlandırırlar. Doğrudan da C.Vaşinqton və E.Cekson kimi Zakari Teylor da hərbdə qazandığı uğurlardan siyasi karyera qurmaq üçün istifadə etmişdir. Onun şəxsində ilk dəfə olaraq peşəkar əsgər Ağ Evin sahibi olmuşdur. 1846-1848-ci illər ABŞ-Meksika müharibəsində ABŞ ordusuna komandanlıq etmiş və Meksika ordusu üzərində bir neçə əhəmiyyətli qələbə qazanmışdır. 1912-ci ildə Vudro Vilsonun prezident seçilməsinədək cənub ştatlarından seçilən son prezident olmuşdur. Zakari Teylor 1850-ci ildə qastroenteritdən vəfat etmişdir. 1991-ci ildə onun qalıqlarının kimyəvi təhlili zamanı arsenlə zəhərləndiyi barədə iddialar öz təsdiqini tapmamışdır. == Erkən həyatı == Zakari Teylor 24 noyabr 1784-cü ildə Virciniya Ştatının Orinc dairəsində anadan olmuşdur.
İbrahim Əhrari
== Həyatı == Almaniyada yaşayan əslən Azərbaycanlı olan İbrahim Əhrari Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Elə burada da onun rəssamlığa həvəsi yaranıb. O 1956-cı ildə Təbrizdə rəssamlıq məktəbinə daxil olur. Lakin o dövrdə İranda yaranmış siyasi vəziyyət və İbrahimin valideynlərinin təkidi ilə o rəssamlıq sənətindən uzaqlaşır. 1966-cı ildə İbrahim Əhrari Almaniyaya gedir və orada yaşayıb rəssamlıq, qrafika-dizayn fakultəsini bitirir. 1975-ci ildən Almaniya Rəssamlar təşkilatının işçisidir. 1988-ci ildən Azərbaycan-Almaniya mədəniyyəti təşkilatını yaradanlardan biridir. İ.Əhrarinin əsas məqsədi odur ki, Azərbaycan mədəniyyətini Almaniyada tanıtdırıb dünyaya yaysın ki, bizim öz mədəniyyətimiz, öz dilimiz var. Filmdə atların canlı təsvirləri ilə birgə rəssamın rəsm əsərlərində də at təsvirləri üstünlük təşkil edir. İbrahim Əhrari Azərbaycan Respublikasının Berlindəki Səfirliyi ərəfindən öz ölkəsini United Buddy Bears layihəsində təmsil edən Buddy Ayısının bəzəmək üçün dəfələrlə seçilmişdir.
Urumiyə
Urmiya və ya Urmiyə (az.-əbcəd اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az.-əbcəd اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır. 2016-cı ildə aparılmış rəsmi siyahıyaalmanın yekunlarına əsasən əhalisinin sayı 736,224 nəfərlə İranda ən çox əhalinin yaşadığı 10-cu şəhərdir. Şəhər sakinləri əsasən Azərbaycan dilində danışan azərbaycanlılardır.
Urumiyə Şəhristanı
Urmiya şəhristanı (fars. شهرستان ارومیه‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının şəhristanlarından biridir. Şəhristanın (və həmçinin bütün ostanın) inzibati mərkəzi Urmiya/Urmu şəhəridir. Şəhristan Türkiyə Cümhuriyyətinin Van (çox qısa sərhədə sahibdir) və Hakkari illləri, həmçinin İraq Cümhuriyyətinin İraq Kürdüstanı bölgəsinə tabe olan Ərbil mühafəzası (həmçinin çox qısa sərhədə sahibdir) ilə həmsərhəddir. == Ərazi == Şəhristanın ərazisi 5251 km²-dir. == Urmiya şəhristanının inzibati bölgüsü == Mərkəzi bəxşi İnzibati mərkəzi: Urmiya / Urmu DEHİSTANLARI Baxışlıçay dehistanı KƏNDLƏRİ: Ağcaqala, Almanabad, Aydınlı, Baldırlı, Baracıq, Birlan, Buraşan, Çöhrəqoşa, Darğalı, Dehkədə-i Əsayiş, Dizac-i Nəqalə, İlyasabad, İmamzadə, İslamlı, Gabaran, Gülpaşin/Gülparçin, Qılmanxana, Hacıpirli, Həsbistan, Hisar-i Hacılar, Hisar-i Tarmani, İğdır, İsakan, Carçılı, Kəştiban, Kürdlər, Laşınlı (Laçınlı), Maracul, Maşkabad-i Ülya, Maşkabad-i Süfla, Miyavaq, Üçqabarlar, Püşt-i Gül, Qalılı, Qamət, Qaraağac-i Ülya, Qarahəsənli-i Xacəpaşa, Qaracalı, Qışlaq-i Mirzəəli, Qışlaq-i Məhəmmədqulu, Qoturlar, Reyhanabad, Rikan, Sədəqə, Salehabad, Səngər-i Mirabdullah, Tarmani, Vəzirabad, Yengicə-i Qazi, Yuvalar Bərəndüz dehistanı KƏNDLƏRİ: Əliabad-i Bərəndüz, Əngəman, Bənd, Bərəndüz, Bözvə, Çavraş, Didan-i Ülya, Didan-i Süfla, Dizac-i Fəthi, Dizac-i Rəhimpur, Qazanəkeş, Hasukəndi, Havandıq, Heydərli, Cəfəriyan, Canvisli, Cürni, Kilsə-i Sir, Xataylı, Xürrəmabad, Narlar, Saatlıkuh (kuh (farsca) = dağ) / Saatlıdağ, Sarıbəyli-i Musayi, Şəmləkan, Şeyxməzari, Sidək, Sir, Vərməziyar Bərəndüzçay-i Cənubi dehistanı KƏNDLƏRİ: Ağbulaq, Balanıc, Bərbəran, Baruj, Bayat, Büzürgabad, Dərinqala, Dolama, Fuladlı (Poladlı), Güldanlı, Hisar-i Ağbulaq, İləzgi, İsalı, Karvansara, Kukiya, Kurani, Mahmudabad, Mübarəkabad, Nivli, Novruzbulağı, Qalacıq, Qasımlı, Rəhimabad, Seylanə, Şabankəndi, Şirukəndi, Təpəmakı, Tərzili, Təzəkənd-i Camalxan, Tülkan, Tumatar, Toppuzabad, Uzunməlik, Zovik Bərəndüzçay-i Şimali dehistanı KƏNDLƏRİ: Burxanlı, Dizac-i Təkyə, Fəqihbəyli, Göytəpə, Qaraağac, Qaralar-i Kuh (kuh (farsca) = dağ) / Qaralar-i Qurxana, Qutlu, Qurşalı, Saralan, Sarıbəyli-i Moin, Satlı (Saatlı) / Saatlı-i Bivalə, Şəms-i Hacıyan, Vandayi Başqala dehistanı KƏNDLƏRİ: Əmirabad, Əyyublu, Birincabad, Burbur, Çiçəkli-i Mansur, Çiçəkli-i Başqala, Dədəsaqi, Danqaralı, İslampənahabadi Cədid (cədid (ərəbcə) = yeni), Gəznəq, Gülmərz-i Süfla, Göyçəlitəpə / Göyçələrtəpə, Göyçəliaslan, İsalı-i Heydərli, İsalı-i Zəmi, Keçəbaş, Məzrayə-i Üçevlər, Qəhrəmanlı-i Ülya, Qəhrəmanlı-i Süfla, Qala-i Əzizbəy, Qərabqulu, Qazanəli, Qızılhacılı, Qusur, Səfərbehi, Səfərquluxankəndi, Sarıbəyli-i Aralıq, Sarıcalı, Şəhrək-i Gülmərz, Şeyxteymur, Şorkənd, Təkəli, Topraqqala (Torpaqqala), Şəhrək-i Sünəti-i Urmiyə [Urmiya sənaye ərazisi] (Urmia Industrial Estate), Yağmurəli, Yorqunabad-i Ülya, Yorqunabad-i Süfla, Yusifabad-i Şahmirzəkəndi Dol dehistanı KƏNDLƏRİ: Balistan, Bərdəkiş, Müctəmə-i Karkənan Karxana-i Siman [(Urmiya) sement kooperativi] (Cement Cooperative, Urmia), Dalov, Dərbənd, Daşağıl, Dizac-i Dövl, İslamabad, Colbar, Kamanə, Kanan-i Ülya, Kanan-i Süfla, Nanas, Narı, Nəsirabad, Naznaz, Pirəli, Qamışlı, Rəşkan, Samartu, Şəhrək-i Rustayi-i Nasir, Soltanabad, Carabad, Zeyvə Nazlı-i Cənubi dehistanı KƏNDLƏRİ: Abbasabad, Ərəbli-i Bişə, Ərəbli-i Dərə, Ərəbli-i Yekan, Əsgərabadtəpə, Barbin, Bozlu, Çiçəkli-i Hacıağa, Çonqaralı-i Yekan, Dəstcird, Daylaq, Fağıbəyli, Gərdabad, Qafarbehi, İrəvanlı, Kəkələr, Mərəngalı-i Kiçik, Məzrayə-i Təhqiqəti Tütün, Uzarlı, Qaragöz-i Səlimağa, Qaralar-i Lütfullah, Qaragöz-i El, Qırıqlı, Səidli, Səlimkəndi, Samsalı, Şeyxsərməst, Təzəkənd-i Əfşar, Təzəkənd-i Qışlaq, Furudgah-i Urmiyə [Urmiya hava limanı] (Urmia Airport), Zaiyəkəndi Rövzəçay dehistanı KƏNDLƏRİ: Əliabad, Alvac, Anhar-i Ülya, Anhar-i Süfla, Aşnaabad, Bədəki, Balacı, Balı, Dərəzəm, Gəcin, Gəncabad, Gülhar, Gözgəvənd, Cihadlı, Kaniquzan, Kəvələq, Xəlifatan, Xangah-i Alvac, Kutalan, Lerni, Lur, Məzrayə-i Nəsrabad, Mirabad, Pirmurad, Qarahəsənli, Qəsrik, Qışlaq-i Tarazlı, Qızılaşıq, Təzəkənd-i Anhar, Tezxarab, Vəlindeh-i Ülya, Vəlindeh-i Süfla, Yorğanlı, Zeynalı Türkmən dehistanı KƏNDLƏRİ: Alqiyan, Ərəbli, Babarud, Çubtaraş, Dərbərud, Qəribkəndi, Həsənabad, Hisar-i Qapıçı, Hisar-i Türkmən, Dəkəl Sədausima [(IRIB kanalının) teleyayın stansiyası] (IRIB Broadcasting Station), Cəbəlkəndi, Ceyran-i Ülya, Ceyran-i Süfla, Xəncərqışlağı, Xızırabad, Kusəabad, Mirşəkərli, Müqəddəm, Muradəli-i Ülya, Muradəli-i Süfla, Muradkəndi, Nəybin, Nəzərabadqala, Nəzərabad-i İftixar, Orduşahi, Üçevlər, Qaralar-i Ağatağı, Qaralar-i Hacıqasım, Qurttəpə, Saracıq, Sərdrud, Şahinabad, Təbbət, Təkə, Təpə, Təpətürkmən, Tasmalı, Təzəkənd, Tezxarab, Türkmən, Uzuniskəndəri Ənzəl bəxşi İnzibati mərkəzi: Quşçu DEHİSTANLARI Ənzəl-i Cənubi dehistanı KƏNDLƏRİ: Əlikan, Bəhlə, Bolarğu, Dilədar, İmamkəndi, Gavlan, Gültəpə, Golanik-i Ülya, Golanik-i Süfla, Hacıbayram, Hamamlar, Cəbəlkəndi, Kəhriz, Kanişurik, Kasıb, Xürrəmabad, Kürə-i Ülya, Kürə-i Süfla, Mahmudan, Makukəndi, Meşik, Nur-ül Dinabad (Nurəddinabad), Pirgöl, Qəhrəman, Qulunçu, Quyucuq, Sənicilik, Padegan-i Şəhid Ab Şənasan [Şəhid Ab Şənasan (hərbi) qarnizonu] (Shahid Ab Shanasan Garrison), Şərifabad, Şirakan, Sultanabad, Təndərək, Zəngabad Ənzəl-i Şimali dehistanı KƏNDLƏRİ: Barı, Qurçinqala (Göyərçinqala), Camalabad, Muğatel, Nəcəfabad, Qalğaçı / Qalqaçı, Qarabağ Nazlı bəxşi İnzibati mərkəzi: Nuşin / Karxana-i Qənd DEHİSTANLARI Nazlıçay dehistanı KƏNDLƏRİ: Armudağac, Azadigan, Bədilbu, Bəhlulabad, Danşəkədə-i Keşavərzi [(Qərbi Azərbaycan ostanı) Kənd təsərrüfatı departamenti] (Department of Agriculture, West Azerbaijan), Hacıabad, Hisarxaraba, Cənizə, Kəvsi, Xaraba-i Sənci, Kusəəhməd, Nazlı, Qalasərdar, Qala-i İsmayılağa, Qaralar-i Təsuci, Sənci, Tamtaman, Təpik, Təzəkənd, Təzəkənd-i Cənizə, Təzəkənd-i Qatırçı, Yorğanlı-i Cənizə Nazlı-i Şimali dehistanı KƏNDLƏRİ: Abacalı-i Ülya, Əlikəndi, Əlibəyli, Əngənə, Ərnisa, Əsgərabad-i Kuh (kuh (farsca) = dağ), Babagəncə, Bağıstan, Başlanbeşli, Çanaqlı, Çer, Çonqaralı-i Pul, Dovıran, Göycəyaran, Hisar-i Babagəncə, Hisar-i Bəhramxan, Heydərli, Heydərli-i Bəylər, Kalvan, Kərimabad, Xalidabad, Xanəgahsürx, Lək, Laləli-i Torab, Lülhəm, Mərəngalı-i Büzürg, Meskin, Naxçıvantəpə, Oxçular, Par, Qaraqız, Qaraqoyunlu, Qaracalı, Qılınclı, Qışlaq-i Şakur, Rəhimabad, Saatlı-i Bəylər, Sarıbəyli-i Çıraq, Şirabad, Təpə-i Babagəncə, Təqlidabad, Təzəkənd-i Babagəncə, Vəqaslı-i Ülya, Vəqaslı-i Süfla, Zadəli, Zonbalan Talatəpə dehistanı KƏNDLƏRİ: Abacalı-i Süfla, Adeh, Çamaki, Hisar-i Süpürgən, Xanəşan, Xudaverdixankəndi, Muşabad, Ovsalı-i Allahverdixan, Ovsalı-i Kazım, Süpürgən, Talatəpə, Yengicə, Zirmanlı Silvanə bəxşi İnzibati mərkəzi: Silvanə DEHİSTANLARI Dəşt dehistanı KƏNDLƏRİ: Əhmədrəsul, Bərdəsur, Çəmən, Dərbənd, Dərəsənci, Dəzgir, Dövləpasan, Gövcar, Hələfələ, Kəy, Xoşaku, Mirabad, Nuşan-i Ülya, Nuşan-i Süfla, Ovalı, Peşkələ, Pirhadi, Qarayi, Qəsrik, Rajan, Səlimbəy, Sulik, Tuyi, Tuli, Zəngilan, Zerixan Mərgavar dehistanı KƏNDLƏRİ: Əleyh, Aversi, Bavan, Berəsb, Berəzan, Best, Bibakran, Çərikabad, Divac, Dovkana, Fələkan, Gəlləbehi, Gərdivan, Gərdik, Gərdiknasir, Gülüstanə, Həftabad, Xələc, Həsənabad, Həşimabad, Kəçalabad, Kəçalə, Kanidəstər, Kanitayir, Kasiyan, Kayir, Keləsi / Kilsə (?), Xurəsb, Lacani, Lorzini, Mamakan, Mansurabad, Mirabad, Mollabəsək, Nari, Nergi, Nuy, Qaranə, Razgəh, Sehgərgan, Şəhrək-i Zeyvə, Şəklabad, Şeyxzərd, Şirakan, Sudinabad, Sulədugal, Surkan, Susanabad, Təzəkənd, Toppuzabad, Carabad, Caraci, Zeyvə Tərgavar dehistanı KƏNDLƏRİ: Anbi, Ərzin, Əşki, Avdi, Balovlan, Bani, Bəsrik, Biquz, Dübarə, Dostalan, Gərdəbelic, Həki, Həlulan, Kərimabad, Xanəgah, Kuranə, Kurtəkavil, Mavana, Pesan, Şəhr-i Viran, Şeyban, Şeyxşəmzin, Surbani, Talin, Tibətan, TovlakiSumay-i Bəradost bəxşi İnzibati mərkəzi: Sirov DEHİSTANLARI Bəradost dehistanı KƏNDLƏRİ: Axyan-i Büzürg, Axyan-i Kiçik, Əsəngəran, Əvdilan-i Ülya, Əvdilan-i Süfla, Bərdəzi-i Ülya, Çarə, Dərbənd, İmamkəndi, İskəndərabad, Firuziyan, Gəngəçin, Gül-i Şeyxan, Günbəd, Gündək-i Molla, Guranabad, Həftsəran, Halaquş, Həngrəvan, İşgəsu, Kanespi, Kanişurik, Kanisi, Xalyan, Xanik, Xoşalan, Kulgani, Kürəneh, Məfəran, Məcrusə, Malunə, Mərgərəş, Məstəkan, Mirdavud, Neyçalan, Ömərabad, Post, Qaraağac, Qarnisə, Qəsrik, Rabat, Rəvənd-i Ülya, Rəvənd-i Süfla, Siyarək, Sufikani, Təzəkənd-i Şeşmal, Zəngəkan Sumay-i Cənubi dehistanı KƏNDLƏRİ: Abdibəy, Ağsaqqal, Bərdərəş, Barduk, Bavan, Qaçi, Govdal, Həsənli, Həştiyan, Hovarsin, Calqaran, Cuhni, Cucahi, Kanespi, Kanimiran, Xaraguş, Kuran, Mərnə, Pirancıq, Qəsrik, Sinabad, Sultani, Sufiyan Sumay-i Şimali dehistanı KƏNDLƏRİ: Baçacıq, Baraspi, Bərdiyan, Bəstəkabad, Bacergah, Gələxar, Qazan, Qulusuyu, Həsənabad, Catar, Kanirəş, Xanik, Mamakan, Məstəkan, Minqol, Mirabad, Oskandriyan, Quni, Qurmik, Rigabad, Sakan, Seydan, Surmanabad, Yengicə == Əhali == === Rəsmi olaraq Urmiya şəhristanının əhalisi: === 2006 sa. əsasən 856,914(kişilər:433,976 nəfər — qadınlar:422,938 nəfər) nəfərdir. === Milli tərkib === Urmiya şəhristanında əsasən azərbaycanlılar, qismən kürdlər, həmçinin az sayda ermənilər və assuriyalılar yaşayırlar. Kürdlər: şəhristan əhalisinin təxminən 15%-nin kürd əsilli insanlardan ibarət olduğu təxmin edilir.Herki tayfası: Silvanə bəxşinin Dəşt, Tərgavar və Mərgavar dehistanlarında məskunlaşmışdır. 1963-cü ilə olan məlumata əsasən bu üç dehistanda herki tayfasına (Məndan, Seyidan və Sərhədi qəbilələrinə) mənsub 1350 ailə yaşamaqda idi.
İmam Əskəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; ən geci 3 dekabr 844, Mədinə, Abbasilər – ən tezi 25 dekabr 873 və ən geci 4 yanvar 874, Səmərra, Abbasilər) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. == Ədəbiyyat == Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
Şapur Ənsari
Şapur Ənsari (d.1936, Marağa, İran) — ABŞ-də yaşayan azərbaycanlı məşhur cərrah. == Həyatı == Şapur Ənsari əslən Cənubi Azərbaycandandır. 1936-cı ildə Marağada anadan olub. Tehranda tibb təhsilini başa vurduqdan sonra ABŞ-yə gedib. Uzun müddət bu ölkədə ürək cərrahı kimi çalışıb, eyni zamanda tədris edib. Həmçinin özünün klinikasını açıb. Bununla yanaşı ABŞ-də mötəbər rəsmi tədbirlərdə Azərbaycanın təbliğatını aparır. Ş. Ənsari 51 ildir ki, ABŞ-də yaşamasına baxmayaraq tez-tez İrana və Azərbaycana da gəlib-gedir. == Fəaliyyəti == Vaşinqtonda 13 aprel tarixində ABŞ-nin Cons Hopkins Universiteti nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu Vaşiqntonda “İran azərbaycanlıları: onların vəziyyəti, statusu və gələcəyi” mövzusunda müzakirələr təşkil edilmşdir. Müzakirələrdə Şapur Ənsari məruzələrlə çıxış etmişdir.
Şikari dastanı
Şikari dastanı – qəhrəmanlıq mövzusunda olan bu dastan islamiyyətin yayılması motivi əsasında yaranmışdır. Dastan keçən əsrin 60-70- ci illərindən etibarən Təbriz aşıqları tərəfindən sürəkli repertuarlara salınmış, ancaq dastanın həcmi böyük olduğundan yalnız müəyyən qolları məclislərdə aşıqlar tərəfindən söylənilmişdir. Dastanın tam variantda ifa edilməməsi nəticədə müxtəlif mətnlər arasında əlaqəsizliyə gətirib çıxarmış, daha sonrakı mərhələdə tam mətninin toplanılmasında müəyyən çətinliklər yaratmışdır. Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənən “Şikari” dastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanmışdır. “Şikari” dastanı ənənəvi qəhrəmanlıq dastanlarına uyğun çoxşaxəli qollar üzərində qurulmuşdur. Dastanın məzmunu şah Daranın oğlu Şikarinin İslam dinini yaymaq uğrunda mübarizəsi ilə bağlı olaraq müxtəlif ölkələrə səyahətini, eyni zamanda ailə-məişət məslələrinin də yer aldığı hadisələri əhatə edir. “Şikari”də hadisələrin inkişaf nöqtəsi bir çox dastan və nağıllarda motivləşən iki qardaşın rəqabətindən başlanır. Belə ki, Rum şahı Daranın Ərçə adlı oğlu qardaşı Şikarinin atası tərəfindən vəliəhd seçilməsini qəbul edə bilmir, ov bəhanəsiylə Şikarini saraydan uzaqlaşdırıb uzaq bir səhrada quyuya salır. Şah Daraya isə Şikarini ovda şirlərin parçalaması xəbərini verir. Keyvan tacir tərəfindən quyudan azad olunan Şikari onunla birlikdə ölkələri dolaşıb İslamı yaymaq uğrunda mübarizəyə qoşulur.
Ədilə Əflaki
Nəzərli Ədilə Osmanqızı (1954-cü il, 4 iyul Bakı) — xanəndə,Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Ədilə Əflaki – Nəzərli 4 iyul 1954-cü ildə Bakı şəhərində, Bakının kiçik milyonçusu olan, eyni zamanda ADOBT-nın Üzeyir Hacıbəyli orkestrinin aparıcı solisti olmuş, tanınmış korifey musiqişünas Ələkbərbəy Cavad oğlu Nəzərlinin ailəsində anadan olmuşdur. Əslən Qərbi Azərbaycandandır. Ata soyadının İrəvanda, Axta rayonunun Mərmərə kəndində, ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamlarda – soyqırım nəticəsində ata tərəfindən qətlə yetirilən baba, nənə - doğmalarının, erməni daşnakları tərəfindən ümumilikdə - 6 ailəsinin tamamilə məhv edilməsinə istinadən şəhid ailəsi varisidir.(İşgəncə ilə qətlə yetirilən doğmalarının cəsədlərini taxıl quyularına tökmüşdülər). 1941-1945-ci illər Böyük Vətən Müharibəsi əlili Osman Alı oğlunun övladıdır. Ali təhsillidir, ADMİU-ni bitirmişdir. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından səhnə fəaliyətinə başlayaraq, uzun illər Azərbaycan Dövlət Konsert Qastrol Birliyinin, sonralar Dövlət Muğam teatrının solisti olmuşdur. == Qarabağ müharibəsində iştirakı == Ədilə Əflaki I Qarabağ müharibəsinin iştirakçısıdır. 1990-cı ildən Azərbaycanın torpaq ərazi bütövlüyü uğrunda cəbhə bölgələrində, qaynar nöqtələrdə, incəsənətdən ilk könüllü olaraq, müntəzəm xidmətlərinə görə Müdafiə Nazirliyində N saylı Dövlət qeydiyyatlı hərbi arxivi qorunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şah İsmayıl Xətai,"Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz" və bu kimi digər fəxri fərmanlarının sahibidir.
Əlvari çayır
Barmaqvari çayır (lat. Cynodon dactylon) - qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü. == Sinonim == Agrostis bermudiana Tussac. ex Kunth [Invalid] Agrostis filiformis J.Koenig ex Kunth [Invalid] Agrostis linearis Retz. Agrostis stellata Willd. Capriola dactylon (L.) Kuntze Capriola dactylon var. maritima (Kunth) Hitchc. Chloris cynodon Trin. [Illegitimate] Chloris maritima Trin. Chloris paytensis Steud.
Eskarp
Eskarp - (frans. eskarpe - kəskin eniş, dik) 1) 20-ci əsrə qədər şturm əleyhinə istifadə olunan, uzunmüddətli yaxud səhra istehkamının(bürc, fort)daxili kəskin enişli xəndəyi. 2) düşmənə tərəf çevrilmiş və 14%-dən 45% qədər kəskinliyi olan, hündürlüyün (çay qırağı) dik enişinin (2-3 metr) hündürlükdə pilləvari formada qazılması ilə torpaqdan tank-əleyhinə müdafiə xəndəyi. İkinci dünya müharibəsi ərəfəsində sərhəd möhkəmləndirilmiş istehkamları sistemində, İkinci Dünya müharibəsində isə müdafiə hüdudlarının yaradılmasında istifadə edilib. Eskarpların fasları pulemyot və artilleriya atəşi ilə qorunurdu, civarları minalanırdı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.8 səh.
Ditrix Ekkart
Ditrix Ekkart (alm. Dietrich Eckart‎ 23 mart 1868 – 26 dekabr 1923) — Alman jurnalist, dramaturq, şair və siyasətçi. Daha sonra NSDAP-a çevrilən Alman Fəhlə Partiyasının (Deutsche Arbeiterpartei, DAP) qurucularından biri idi. Nasist hərəkatının ilk günlərində Adolf Hitlerə əsas təsir bağışladı. 1923-cü ildə "Pivə zərbəsi"nin üzvü idi. == Erkən həyatı == Ekkart 23 mart 1868-ci ildə Nürnberqdən əxminən 20 mil cənub-şərqdə, Bavariya Krallığının Neumarkt şəhərində kral notariusu və hüquqşünası Kristian Ekkart və dindar katolik olan həyat yoldaşı Annanın oğlu olaraq anadan olmuşdur. Ekkart on yaşında olanda anası öldü və o bir neçə məktəbdən qovuldu. 1895-ci ildə atası öldü və ona Ekkartın tezliklə xərclədiyi xeyli pul qaldı. Ekkart əvvəlcə Erlangendə hüquq, sonra Münhen Lüdviq Maksimilian Universitetində tibb təhsili aldı və qılıncoynatma və içki içən Tələbə Korpunun həvəsli üzvü idi. 1891-ci ildə şair, dramaturq və jurnalist olmağa qərar verdi.
Odoardo Bekkari
Odoardo Bekkari (it. Odoardo Beccari) — İtaliya botaniki və səyyahı. == Bekkarinin şərəfinə adlandırılan taksonlar == Beccariodendron Warb. Beccariophoenix Jum. & H.Perrier Palmakimilər fəsiləsi Beccarianthus Cogn. Melastomakimilər fəsiləsi == Çap olunmuş əsərləri == Palme del Madagascar descritte ed illustrate. 1912—1914. (ital.) Contributo alla conoscenza della palma a olio (Elaeis guineensis). 1914. (ital.) Malesia; raccolta di osservazioni botaniche intorno alle piante dell’arcipelago Indo-Malese e Papuano pubblicata da Odoardo Beccari, destinata principalmente a descrivere ed illustrare le piante da esso raccolte in quelle regioni durante i viaggi eseguiti dall’anno 1865 all’anno 1878.