Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qıçatan
Qıçatan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 162 nəfərdir ki onunda 78 nəfəri kişi, 94 nəfəri qadındır.
Alçalan dağı
Alçalan dağı - Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisu-Kolanısu suayırıcısını təşkil edən eyniadlı qolunda zirvə. Ləkətağ kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın şimal qanadında və ondan şimalda izlənilən Kolanısu antiklinalının cənub qanadında) yerləşir. Cənub-şərq və cənub-qərb yamaclarında müvafiq olaraq şimal-şərq və şimal-qərb istiqamətli qırılmalar izlənilir. Cənub-qərb yamacında eyniyaşlı andezit-porfirit tərkibli kiçik subvulkanik kütlələrin çıxışları müşahidə olunur.
Əlzaman Rəhimov
Zlatan İbrahimoviç
Zlatan İbrahimoviç (isv. Zlatan Ibrahimović; 3 oktyabr 1981[…]) — İsveçli futbolçu. İtaliyanın Milan klubunda çıxış edir. İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999–2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001–2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb.
Relyefin alçalan inkişafı
Relyefin alçalan inkişafı (rus. нисходящее развитие рельефа, ing. descending evolution of relief) — denudasiya proseslərinin tektonik qalxmadan üstün olduğu şəraitdə baş verir. Relyefin alçalan inkişafı üçün mütləq və nisbi yüksəkliyin azalması, yamacların hamarlanması və peneplenin əmələ gəlməsi səciyyəvidir.
Əlçatmaz Ada Sufərəsi
Əlçatmaz ada sufərəsi (ing. Laterallus rogersi) — Rallidae ailəsinə aid kiçik bir quş növüdür. Atlantik okeanının təcrid olunmuş cənubundakı Tristan arxipelaqının Əlçatmaz adasına endemik olan bu quş, dünyada mövcud olan ən kiçik uça bilməyən quşdur. Növ rəsmi olaraq 1923-cü ildə həkim Persi Lou tərəfindən təsvir edilmişdi, lakin ilk dəfə 50 il əvvəl elm adamlarının diqqətini cəlb etmişdi. Əlçatmaz ada sufərəsinin taksonomik yaxınlıqları və mənşəyi uzun müddətdir davam edən sirr idi; 2018-ci ildə onun ən yaxın qohumu Cənubi Amerika nöqtə-qanadlı çəyirtkə (Porzana spiloptera) kimi müəyyən edildi və hər iki növün Laterallus cinsinə ən yaxşı şəkildə təsnif olunduğuna qərar verildi. Əlçatmaz ada sufərəsi qəhvəyi lələklərə, qara dimdiyə və ayaqlara malikdir və böyüklərin qırmızı gözləri var. O, əlçatmaz adada, çimərliklərdən tutmuş mərkəzi yaylaya qədər əksər yaşayış yerlərini tutur, müxtəlif kiçik onurğasızlarla və həmçinin bəzi bitki maddələri ilə qidalanır. Cütlər ərazi və monoqamdır, hər iki valideyn yumurtaları inkubasiya etmək və balalarını böyütmək üçün məsuliyyət daşıyır. Kiçik bir adada yüksək sıxlıqda yaşamaq üçün uyğunlaşmaları aşağı əsas metabolik dərəcələri, kiçik debriyaj ölçülərini və uçuşsuzluğu əhatə edir. Bir çox digər okean adalarından fərqli olaraq, Əlçatmaz Ada, bir çox digər uça bilməyən quşların, xüsusən də uça bilməyən sufərələrinin nəsli kəsildiyi halda, bu növün çiçəklənməsinə imkan verən yırtıcılardan azad olaraq qaldı.
Ekbatan
Ekbatan (q. türk.: Aqbatan, arami. אַחְמְתָא, q.yun. Ἀγβάτανα , lat. Ecbatana, ivr. ‏אַחְמְתָא‏‎, Nabonidin xronikası və Bisütun yazılarında Aqmatana) — Herodotun "Ἐκβάτανα" kimi qeyd etdiyi Midiyanın ən böyük şəhərlərindən biri. İ. M. Dyakonov yazır ki, bu şəhər qədim Midiyanın ürəyi idi. Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər maday hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub. Sonuncu Midiya hökmdarı Astiaqın Fars qiyamını yatıra bilməməsi nəticəsində farslar tərəfindən işğal olunub və bu hadisə Midiyanın süqutu ilə nəticələnib. Farsların əlinə keçdikdən sonra isə, Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahı olub.
Elcan
Elcan — kişi adı.
Ecanan Şabadini
Şabadin (hal-hazırkı adı: Eğek və yaxud Yeğek erm. Եղեգ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi inzibati-ərazi vahidi tərkibində yerləşən kənd. Tarixən Ecanan Şabadini adı ilə də tanınan kənd 1988-ci ilin noyabr ayına kimi azərbaycanlılar yaşayan kənd olub. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidi tərkibində olmuş kənd Qafan şəhərindən 13 km şimal-şərqdə, Qafan-Gorus yolunun sol tərəfində, meşəlik ərazidə yerləşir. == Tarixi == Qafan ərazisində tarixən iki Şabadin kəndi olub: Oxçu Şabadini və Ecanan Şabadini. 1886-cı il kameral siyahıyaalınmasına əsasən Yelizavetpol quberniyası, Zəngəzur qəzasının III şöbəsinin Arçevanik kənd icması tərkibinə daxil olan Şabadin-Eqink (rus. Шабадин-Егинкъ) kimi göstərilən Ecanan Şabadini kəndində 48 evdə şiə etiqadlı Azərbaycan tatarlarından ibarət 261 nəfər (147 nəfəri kişi, 114 nəfəri qadın) əhali yaşayırdı. 1988-ci ilə kimi azərbaycanlılar yaşayan kənddə hal-hazırda ermənilər yaşayır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır. === Oxçu Şabadini === Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı olmuşdurş.
Əcanan mahalı
Əcənan mahalı — XIV əsr- əsr-1840 inzibati nahiyə. Qarabağda tarixi-coğrafi bölgə. Mahal qərbdə Küpara mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Xalac obası idi. Mahalın son naibi, kələntər Hacı Ağalar bəy Sarıcalı-Cavanşir idi. Mahalda Xalac, Noraşenik, Arçazur, Axtaxana, Xоtanan, Çоbanlı, Оxtarlı, Tavrus, Qaradığa adlı kəndlər qərar tuturdu. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livasının nahiyəsi 1. Məragid erm. kəndi (12 ailə) 2. Sərhəng erm.
Əcanan nahiyəsi
Əcənan mahalı — XIV əsr- əsr-1840 inzibati nahiyə. Qarabağda tarixi-coğrafi bölgə. Mahal qərbdə Küpara mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Xalac obası idi. Mahalın son naibi, kələntər Hacı Ağalar bəy Sarıcalı-Cavanşir idi. Mahalda Xalac, Noraşenik, Arçazur, Axtaxana, Xоtanan, Çоbanlı, Оxtarlı, Tavrus, Qaradığa adlı kəndlər qərar tuturdu. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livasının nahiyəsi 1. Məragid erm. kəndi (12 ailə) 2. Sərhəng erm.
Elcan Abbasov
Elcan Bayramov
Elcan Cəlilov
Elcan Muradov
Elcan Məmmədov
Elcan Namazov
Elcan Rəhimli
Elcan Rəhimov
Elcan Rəhim oğlu Rəhimov (6 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Kəpəz === Rəhimov Kəpəz akademiyası vasitəsilə inkişaf etmişdir. Rəhimov əsas komanda ilə debütünü 30 oktyabr 2016-cı ildə etmişdir. O, 80-ci dəqiqədə Zirə klubu ilə qarşılaşmada Tural Qürbətovu əvəz etmişdir. Həmin görüşdə Kəpəz Azərbaycan Premyer Liqası görüşündə Zirəyə 2-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Elcan Rəsulov
Elcan Etibar oğlu Rəsulov (22 fevral 1987, Bakı) — azərbaycanlı aktyor və televiziya aparıcısı. == Həyatı və karyerası == Elcan Rəsulov 1987-ci il 22 fevral tarixində Saatlı rayonunda anadan olub 1992-ci ildə Saatlıda birinci sinfə daxil olub. Məktəbdə oxuyarkən 1999-cu ildən İ. Əbilov adına mədəniyyət mərkəzinin tərkibində yerləşən, əməkdar artist Tofiq Bayramovun rəhbərlik etdiyi "Xalq Teatrı"nın, daha sonra isə elə həmin mərkəzin tərkibində fəaliyyət göstərən Mirəhməd Əsgərovun rəhbərlik etdiyi "Poeziya Teatrı"nın üzvü olub. Dəfələrlə keçirilən festival və yarışların qalibi və laeuratı olub. Məktəbdə oxuduğu müddətdə 2002-ci ildən Qüdrət Həsənovun rəhbərlik etdiyi Nəsibə Zeynalova adına "Cənnət Teatrı" na daxil olub. Müxtəlif tamaşalarda çıxış edib. Elə həmin illərdə ANS telekanalında yayımlanan "Qulp" verilişində aktyor kimi çıxış edib. "Qulp" layihəsinin daxilində hazırlanmış "Qoyun Realiti ŞOU"sunda aparıcılıq edib. 2003-cü ildə Yasamal rayonu 52 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" fakültəsinə daxil olub.
Eria elata
Pinalia elata (lat. Pinalia elata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü.
Erica elata
Erica arborea (lat. Erica arborea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin erika cinsinə aid bitki növü. == Sinonimləri == Arsace arborea Fourr. Erica acrophya Fresen. Erica arborea subsp. parviflora Spirlet Erica elata Hoffmanns. & Link Erica procera Salisb. Erica scoparia Thunb. Erica stylosa Rudolph Ericoides arboreum (L.) Kuntze == Yarımnövləri == Erica arborea subsp.
Eucalyptus elata
Eucalyptus elata (lat. Eucalyptus elata) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Gastrodia elata
Hündür şişkinot (lat. Gastrodia elata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin şişkinot cinsinə aid bitki növü.
Pinalia elata
Pinalia elata (lat. Pinalia elata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü.
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı — 2001–2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0–0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Frends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. 2016-cı ilin iyunun 21-də UEFA Avro 2016 turnirindən sonra İbrahimoviç milli səviyyəsində karyerasını bitirdiyini bəyan etdi və növbəti gün sonuncu dəfə Belçika yığması ilə oyunda milli formasını geyindi. İbrahimoviç millidə ilk het-trikə 2004-cü ilin 4 sentyabr tarixində imza atmışdır ki, Malta millisinə qarşı keçirdiyi bu oyunda o, ümumilikdə dörd qol vura bilmişdi. Yekunda isə İbrahimoviç milli karyerasında ən çox qolu (6) məhz Malta yığmasının qapısından keçirmişdir. O, milli karyerasında ümumilikdə 4 dəfə het-trikə imza atmışdır ki, bunlardan biri Malta millisinə qarşı, ikincisi 2012 UEFA Avropa Kubokunun seçmə mərhələsi çərçivəsində Finlandiya millisinə qarşı dörd qolu, 2012-ci ildə yoldaşlıq oyunu çərçivəsində İngiltərə millisinə qarşı və sonuncu het-trik isə 2013-cü ildə Norveç millisinin qapısından keçirmişdi. İbrahimoviç millidə vurduğu qolların yarıdan çoxuna məhz ev oyunlarında imza atmış, 12 qolu yoldaşlıq oyunlarında, 11 qolu Rasunda stadionunda, 5 qolu Ullevi stadionunda, 2 qolu Svedbank stadionunda, birini isə Qamla Ullevi stadionunda rəqib qapısından keçirmişdir.